ZƏRDAB: insanın zəhməti
– torpağın bərəkəti
Builki istilər dağların yaşıl örpəyini də ütüb xəzana döndərdi. Avqustun qorabişirəni aran rayonlarında dibindən su əskik olan bitkiləri, yaşıllığı yandırıb tələf elədi. Həmin günlərdə Zərdabda olduq, torpaq sahiblərinin göydən yağan od-alovla mübarizəsini yaxından müşahidə etdik. Başını kölgədən çıxartmağın təhlükəli olduğu saatlarda, günlərdə kənd adamları əsl fədakarlıqla əkin-biçinlərini təbiətin yanğınından qorudular.
Görünməmiş
istilər ötüşdü, ilin bar-bərəkəti isə, sözün həqiqi mənasında, xilas edildi. Zərdablılar
əsl yanğınsöndürənlər sayağı yeri-göyü bürüyən od- alovu ram
etməyi bacardılar. Bunu Zərdaba bu günlərdəki səfərimizdə bir daha yəqin etdik. Yol boyunca susuz
qalmış yerlərin otu-
yovşanı, ağacı- yulğunu oda düşübmüş
kimi qarsalanıb. Əkin sahələri –
yoncalıqlar, pambıq tarlaları, bağ-bağçalar,
bostan-dirriklər isə “son bahar” dediyimiz payıza ilk bahar libasında qədəm
basıb. Özü də daha
bol bar- bəhərlə.
Zərdablı dostlarla ilk hal-
əhvalımız da elə bu barədə oldu. Onlar cari ili
ən yüksək məhsul ilinə çevirməyi qərara
aıdıqlarına görə hər cəfaya dözməyi
də ikiqat iradə və dözümlə
bacardılar. Kənd təsərrüfatında ilin ilk yekunları, həqiqətən,
sevindiricidir: məhsulu
yığılmış sahələrdə rekord
göstəricilər əldə olunmuşdur!
Tanış
olduğumuz hesabatlar, fakt və rəqəmlər bir daha göstərir ki, Zərdabda
son illərdə tikinti,
quruculuq, insanların sosial
problemlərinin həlli istiqamətində həyata
keçirilən tədbirlərlə yanaşı, aqrar sahənin inkişafına da
diqqət xeyli
artırılmışdır. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə Tədbirlər Planı"na uyğun olaraq ötən
müddətdə rayonda məqsədyönlü
işlər görülmüşdür.
Nəticədə, bütün kənd təsərrüfatı
məhsulları istehsalında əsaslı artıma nail olunmuş, Dövlət
Proqramında nəzərdə tutulan proznoz tapşırıqlar vaxtından əvvəl
gerçəkləşdirilmişdir.
Aqrar sahədə qazanılmış bu ciddi uğurdan
söz açan Zərdab
Rayon İcra Hakimiyyətinin
başçısı Lütvəli Babayev
dedi:
–
Ölkədə ərzaq məhsulları istehsalını
artırmaqla bağlı dövlət proqramının fəaliyyətdə
olduğu son 7 il rayonumuzun kənd əməkçiləri
üçün əsl sınaq və
hünər dövrü olmuşdur.
Əvvəlki daşqınlara və bu ilin görünməmiş
quraqlığına baxmayaraq onlar
dövlətin müəyyən etdiyi və
stimullaşdırdığı hədəflərə çatmağa nail olmuşlar. Rayonun 87670 hektar ümumi ərazisinin
56328 hektarı kənd təsərrüfatına yararlı, 35
min hektara qədəri
suvarılan torpaqlardır. Son illərdə
dövlət və bələdiyyə mülkiyyətində olan 7807 hektar istifadəsiz
torpaqlar yararlı hala
salınaraq əkin dövriyyəsinə daxil
edilmişdir.
Ölkə
Prezidenti İlham
Əliyevin rayonumuza göstərdiyi müstəsna
diqqət və qayğı, kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
istehsalçıların maddi
marağını artırmış, məhsul
istehsalının yüksəlməsinə stimul
yaratmışdır.
Taxıl istehsalçılarına subsidiya
ayrılması, əkinçilərə yanacaq,
mühərrik yağı və gübrə almaqda
yardım göstərilməsi əkin sahələrini
artırmağa, məhsuldarlığı yüksəltməyə
ciddi kömək olmuşdur.
Bu il taxıl
istehsalı 2008-ci ildəki 40127 tondan 49732
tona, o cümlədən
buğda istehsalı 33147 tona,
arpa istehsalı 16585 tona
çatdırılmışdır. Göründüyü
kimi, taxıl istehsalı 10 min tona qədər
artmış, təxminən, rayon üzrə
adambaşına 1 ton məhsul istehsal edilmişdir. Məhsuldarlıq
hər hektardan 27,6 sentner
olmuşdur. Məlikli, Körpükənd,
Pərvanlı, Əlibəyli, Çallı, Dəli Quşçu, Dəkkəoba, Qaravəlli, Sarıqaya
və digər inzibati ərazilərdə
taxıl istehsalı daha çox
olmuşdur. Rayon üzrə 4 toxumçuluq təsərrüfatında
246 hektar sahənin hər hektarından
28,8 sentner olmaqla, 708 ton toxumluq taxıl istehsal edilmişdir.
2014-cü ildə “Aqrolizinq” ASC-nin Zərdab Aqroservis
filialına 9 ədəd xarici ölkələrin
istehsalı olan
kombayn verilməsi isə taxıl biçini zamanı əvvəlki illərdə
yaranan çətinliklərə birdəfəlik
son qoymuşdur.
Bu il fermerlər bitkiçiliyin digər sahələrində də
yüksək göstəricilər qazanırlar.
Yığım mövsümü uğurla davam edir. İndiyədək 2485 ton
kartof, 2237 ton tərəvəz,
10415 ton bostan məhsulları
istehsal olunmuşdur ki, bu göstəricilər
də əvvəlki illərdən xeyli çoxdur.
Ötən illərdə
rayonda heyvandarlığın
inkişafına da xüsusi
fikir verilmişdir.
2008-ci ildən iri malın sayı 2179 baş
artaraq 52124-ə
çatdırılmışdır. Davarın sayı isə
7725 baş artaraq
112291 olmuşdur. Ət istehsalı 25098
sentnerə, süd 147318 sentnerə, yumurta 5 milyon 319 min ədədə, yun
1600 sentnerə çatdırılmışdır. Bu dövrdə
quşların sayı 175618-dən 187748 başa
çatdırılmışdır. Əhalinin quş ətinə və yumurtaya
olan tələbatını ödəmək
məqsədilə “Turac-208” MMC-də təkcə bu ilin 6 ayında 11650 baş
cücə inkubasiya edilərək əhaliyə
satılmışdır. Heyvandarlığın
inkişafı üçün möhkəm
yem bazası yaradılmış, yonca əkini sahəsi genişləndirilmiş,
təkcə 2014-cü ildə 114355 ton ot istehsal edilmişdir.
Bunlar Dövlət Proqramında nəzərdə
tutulan proqnoz
tapşırıqlardan xeyli çoxdur.
Bol məhsul istehsalı üçün
suvarma suyu ilə təminat
vacib şərtdir. Ölkə üzrə
builki quraqlıq şəraitində suvarmada rayonumuzda da müəyyən çətinliklər
yaranmışdı. Buna baxmayaraq,
müxtəlif alternativ vasitələrlə
ağır vəziyyət aradan
qaldırılmış, kənd təsərrüfatı məhsulları
istehsalçıları sudan korluq çəkməmişlər. Bu, suvarma sistemlərinin işinin
düzgün qurulması nəticəsində
mümkün olmuşdur.
2008-ci ilə nisbətən nasos
stansiyaların sayı xeyli
artırılmış və hazırda fermerlərə 67 nasos stansiya, 117 aqreqat vasitəsilə xidmət göstərilir.
Nasos stansiyalarının və nasosların əsaslı
və cari təmiri məsələsi də
daim diqqət mərkəzində
saxlanılır. Bu mövsümdə 13 ədəd
nasos, 8 elektrik mühərriki,
1 ədəd dizel mühərriki əsaslı
təmir olunmuşdur. Məlikumudlu,
Təzəkənd, Körpükənd, Şahhüseynli,
Məmmədqasımlı, Pərvanlı, Çallı və
digər kəndlərdə suvarma kanalları
lildən təmizlənmişdir. 42 ədəd hidrotexniki qurğu, 2 ədəd
mülki istehsal
binası, 4 ədəd hidropost cari təmir edilmişdir.
Respublika üzrə ilk
dəfə Zərdab rayonunun Gəlmə
kəndində 1000 metr uzunluğunda
şüşə lifli asma
kanal tikilmişdir.
Başçının
bu ilkin və
yığcam məlumatının arxasında kənd əməkçilərinin
son illərdəki gərgin əməyi,
ölkədə ərzaq bolluğu
yaradılması ilə bağlı dövlətin müəyyən
etdiyi hədəflərin gerçəkləşdirilməsinə
verdikləri sanballı töhfə dayanır. Bu öyünclü
nəticə torpaq adamlarını arxayınlaşdırmır.
Məhsul yığımı ilə yanaşı, rayonda növbəti təsərrüfat ilinə
də zəruri hazırlıq görülür.
Taxıl əkini üçün
artıq 7000 hektara qədər şum aparılmışdır.
Zərdablılar bugünlərdə hasilə gətirdikləri
bol məhsulun yerdə qalan
hissəsini də itkisiz toplamaq,
ölkənin ərzaq ehtiyatına töhfələrini
artırmaq əzmi ilə çalışırlar.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 25 sentyabr.- S.6.