Şirvanlılar beynəlxalq
“Anadolu
günləri-11” festivalında
Türkiyənin paytaxtı Ankarada beynəlxalq “Anadolu günləri-11” festivalı keçirilmişdir. Ankaranın Etimesqut Bələdiyyəsi tərəfindən təşkil olunan ənənəni festivalda Azərbaycanı 2012-ci ildə olduğu kimi, bu il də Şirvan şəhərinin mahnı və rəqs ansamblı təmsil etmişdir. Şirvanlıların festival tamaşaçılarına təqdim etdiyi proqramın təşkilatçılarından biri və rejissoru, Şirvan Şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Əziz Abbasovdan aldığımız müsahibəni oxuculara təqdim edirik.
– Əziz müəllim, əvvəcə sizi və rəhbərlik etdiyiniz kollektivi beynəlxalq “Anadolu günləri-11” festivalında uğurlu çıxmasına görə təbrik edirik. Bütün türk dünyasının maraqla izlədiyi nüfuzlu festivalda Azərbaycanı ləyaqətlə təmsil etmək, festival iştirakçılarında doğma Vətənimiz haqqında xoş təəssürat yaratmaq, doğrudan da, böyük uğurdur. Arzu edirik ki, belə uğurlar davamlı olsun.
– Çox sağ olun. “Xalq qəzeti”nin daimi oxucusu kimi, diqqətinizə və xoş arzularınıza görə minnətdarlığımı bildirirəm.
– Yaxşı olar ki, festival haqqında oxucularımıza məlumat
verəsiniz.
– Hər il
keçirilən bu beynəlxalq
festival Ankaranın
Etimesqut bələdiyyəsi
tərəfindən təşkil
olunur. Festivalın
təşkilində məqsəd
türk
dövlətləri
arasındakı qardaşlıq
əlaqələrini möhkəmləndirmək, milli mədəniyyətləri uca tutaraq ortaq
türk mədəniyyətinə yiyələnmək,
onu bütün dünyaya tanıtmaq, türk
mədəniyyətini yad ünsürlərdən qorumaq,
onun assimilyasiyaya
uğramasının qarşısını almaqdır. Festivala türk dövlətlərindən,
habelə, başqa ölkələrin ərazisində
toplum halında yaşayan
türk xalqlarından nümayəndələr
dəvət olunur. On gün davam edən
festivalın hər günü bir türk ölkəsinə,
yaxud xalqına həsr olunur.
Festival yüz minə
yaxın tamaşaçı tutumuna malik arenada keçirilir.
– Necə oldu ki, Azərbaycandan məhz sizin kollektiv dəvət olundu?
– Bir neçə ildir ki, Etimesqut ilə Şirvan şəhərləri arasında
sıx əməkdaşlıq münasibətləri
yaranmışdır. Üç il əvvəl Etimesqut Bələdiyyəsinin
nümayəndələri Şirvan şəhərinə
qonaq gəlmişdilər. Şəhərimizin Heydər Əliyev adına meydanında
böyük konsert təşkil etdik. Etimesqutlular sənətçilərimizi həmin
konsertdə görüb bəyənmişdilər.
Buna görə də bizi festivala dəvət
etdilər.
Festivala çox ciddi hazırlaşdıq. Musiqiçilərin,
müğənnilərin, rəqqasların seçimi,
repertuarın müəyyənləşdirilməsi,
Azərbaycanın və Şirvanın inkişafını,
görməli yerlərini əks etdirən videoçarxın
hazırlanması, gərgin məşqlər, bir sözlə, az zaman içərisində
hər şeyi
yoluna qoyduq.
Yeri gəlmişkən, qeyd edim ki, festivala yaxşı hazırlaşmağımızda Şirvan Şəhər İcra
Hakimiyyətinin başçısı Mərdan Camalovun və onun ictimai-siyasi və
humanitar məsələlər üzrə
müavini Elmira
xanım Ağayevanın da böyük
köməkliyi olmuşdur.
– Festivaldan aldığınız təəssürat necədir?
– Çox
zəngin təəssüratımız
var. Hər şey ən
yüksək səviyyədə təşkil olunmuşdu.
Tamaşaçı izdihamı, sənətçilərimizin
hər çıxışının gurultulu
alqışlarla qarşılanması, səhnə
arxasındakı ekranda Azərbaycan və
Şirvan şəhəri haqqında bir-birini əvəz edən
videogörüntülər, zövqlə bəzədilmiş
səhnə, güclü işıq effekti, Azərbaycan
və Türkiyə bayraqlarının qoşa
dalğalanması, Azərbaycana olan böyük məhəbbət və maraq adamı vəcdə gətirirdi.
– Mədəniyyət və incəsənətimizi təmsil etmiş sənətçilər haqqında məlumat versəniz yerinə düşərdi.
– Tədbirə Şahin Gülmaliyevin rəhbərlik
etdiyi “Şirvan” instrumental ansamblı,müğənnilər Afaq Abbasova, Təranə
Əhmədova, Azər Həsənov, Cavid
Ziyadinin rəhbərliyi ilə rəqqas və rəqqasələr
Zenfira Vəliyeva, Günel
Qurbanova, Əmrah Qəhrəmanov, Nurtən
Cahangirova, Aytac
Mustafazadə, Kənan Məhərrəmov, Nizami Cəfərzadə,
Nurlan Hüseynzadə və bədii qiraətçi
Xanımbacı Şirəliyeva
qatılmışdılar.
– Festival barədə daha nələri demək istərdiniz?
– Tədbirin sonunda
Azərbaycanın Türkiyə
Respublikasındakı səfirliyinin
müşaviri Ceyhun Zeynalov və Mərdan Camalov çıxış edərək
bir millətin iki dövləti arasındakı qardaşlıq
əlaqələrinin daha
da möhkəmləndirilməsi
zərurəti haqqında
dəyərli sözlər
dedilər. Mərdan Camalov və
Etimesqut bələdiyyəsinin
başkanı Ənvər Dəmirəl bir-birinə xatirə
hədiyyələri verdilər.
– Festival çərçivəsində Azərbaycanla bağlı daha hansı tədbirlər keçirildi?
– Festivalın sonuncu
gecəsi “Azərbaycan
gecəsi” kimi qeyd olundu. Azərbaycanın Türkiyədəki
səfirliyi bu gecəyə xüsusi hazırlıq işləri
görmüşdü. Belə ki,
festivalın keçirildiyi
ərazidə “Azərbaycan
evi” təşkil olunmuşdu. Ev Azərbaycanın
uğurlarını əks
etdirən əyani təbliğat vasitələri
ilə yüksək zövqlə tərtib edilmişdi. İstər
Türkiyənin, istərsə
də Azərbaycanın
tanınmış elm, mədəniyyət,
incəsənət adamları,
gənclər “Azərbaycan
evi”nə həvəslə
gəlirdilər. Qonaqlara
türk dilində nəşr olunmuş “Heydər Əliyev” və “İlham Əliyev” kitabları hədiyyə verildi, Azərbaycan şirniyyatları
paylanırdı.
– Qarşıda daha hansı maraqlı tədbirlər gözlənilir.
– Noyabr ayında uşaq rəqs kollektivlərinin II Respublika
müsabiqəsi keçiriləcəkdir.
İndi həmin müsabiqəyə
hazırlaşırıq.
Mehdi
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 25 sentyabr.- S.5.