Təhsil müəssisələri
zamanın
tələblərinə
uyğun yeniləşməkdədir
Prezident
İlham Əliyevin rəhbərliyi altında aparılan
davamlı islahatlar respublikamızın iqtisadi qüdrətinin
əhəmiyyətli dərəcədə gücləndirilməsinə
təkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və
insanların rifah halının
yaxşılaşdırılmasını təmin etmişdir.
Bu inkişaf təhsilimizin
də gələcəyi üçün
əlverişli şərait yaratmış, Azərbaycan təhsili
özünün yeni
mərhələsinə qədəm qoymuşdur.
Balakən rayon təhsil
şöbəsi və rayonun təhsil
müəssisələri də ötən tədris ilində
gənc nəslin təlim-tərbiyəsi, kamil
şəxsiyyət kimi formalaşması
istiqamətində uğurlu nəticələr
əldə etmək üçün səylə
çalışmışdır. Məktəblərin maddi-texniki və tədris bazasının
yaxşılaşdırılması istiqamətində
görülən işlər ötən tədris ilində də
davam etdirilmişdir.
Hənifə
məktəbi üçün 480, Qazbinə
tam orta məktəbi üçün 220, Şambul
kənd tam orta məktəbi
üçün 220, Qullar
2 saylı kənd tam orta
məktəbi üçün 220 şagird yerlik məktəb
binaları, rayon təhsil şöbəsi
üçün inzibati
idarə binası 2013-2014-cü tədris ilinin
başlanğıcında
istifadəyə verilmişdir. Talalar kənd 2 saylı tam
orta məktəbi üçün
280 şagird yerlik məktəb
binasında inşa işləri
tamamlanmışdır. Həmin bina
bu günlərdə istifadəyə veriləcəkdir.
Ölkə başçısının 19 aprel
2012-ci il tarixli fərmanının
tələblərinə əsasən, respublikanın ümumtəhsil
məktəblərinin IX və XI siniflərində 2 fəndən
yekun yoxlama
buraxlış imtahanları mərkəzləşdirilmiş qaydada - Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən keçirilmişdir.
Həmin imtahanların nəticəsinə əsasən rayonun ümumtəhsil məktəbləri
üzrə IX siniflərdən 1042, XI siniflərdən 686 nəfər
müvafiq təhsil sənədi
almışdır.
Texniki və humanitar təmayüllü liseyin, Nizami adına şəhər
1 saylı, Talalar 2 saylı, Qazma 1 saylı, Nəsimi adına şəhər
2 saylı, Qaravəli, Tülü, Katex 1 saylı,Yeni Şərif məktəblərinin
şagirdləri buraxılış imtahanlarında yüksək
nəticə göstərmişlər. Liseyin şagirdləri
buraxılış imtahanlarında həmişə olduğu kimi, yüksək
nəticə göstərərək 100 faiz
müvəffəqiyyətə nail olmuşlar.
Yeni dərs ilinə və növbəti
qış mövsümünə hazırlıq işləri
planauyğun şəkildə davam etdirilmişdir. Rayonun tədris müəssisələrində
yeni dərs ilinə hazırlıqla
bağlı aparılan təmir işləri vaxtında
tamamlanmış, tədris müəssisələrində
yüksək keyfiyyətli təmir işləri
aparılmışdır. Cari tədris ilinin qış mövsümündə məktəblərin
31-i və 1 məktəbin yeni tikilmiş 10 otaqlı korpusu
istilik sistemi ilə,
digərləri odunla
qızdırılacaqdır. Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin yaxından
köməyi ilə tədris müəssisələrinə
yanacağın daşınması üçün
hazırlıq işləri görülür.
Müasir cəmiyyətdə təhsilin vacib komponentlərindən birinə çevrilmiş informasiya
və kommunikasiya texnologiyalarının təhsil
müəssisələrində tətbiqi ilə bağlı xeyli iş görülmüşdür.
Hazırda rayonun məktəblərində
612 ədəd müasir tipli
kompyuter vardır.
Rayonda ümumtəhsil məktəblərinin hər
19 şagirdinə 1 kompyuter düşür. 11 məktəbdə 226 kompyuter sürətli internet
şəbəkəsinə qoşulmuşdur.
Eyni zamanda, məktəblərə
xeyli elektron dərs vəsaitləri
verilmişdir.
Azərbaycan
Respublikasının Prezidentı İlham
Əliyevin “Xüsusi istedada
malik olan
uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı (2006-2010-cu illər) nın” təsdiq edilməsi
haqqında sərəncamının icrasının davamı olaraq məktəblərdə istedadlı
şagirdlərlə aparılan işlər daha
da canlandırılmışdır.
İstedadlı şagirdlərlə aparılan səmərəli
işin nəticəsidir ki,
məktəblilərimiz il ərzində respublika səviyyəli müxtəlif
yarış və müsabiqələrdə fəallıq
göstərərək bir sıra uğurlara imza
atmışlar. Fənn olmpiadalarının nəticələrinə
əsasən 7 nəfər şagirdimiz
I-IV yerləri tutaraq Təhsil Nazirliyi tərəfindən
mükafatlandırılmışdır. Məktəblərimizdə
olan xüsusi
istedadlı şagirdlər pedaqoji
kollektivlərin diqqət mərkəzində saxlanmış,
onların qiymətli hədiyyələrlə
mükafatlandırılması, təltif olunması təmin olunmuşdur.
2014-cü ildə tam orta məktəb pilləsini
bitirənlərin 385 nəfəri ali məktəblərə
Tələbə Qəbulu Üzrə Dövlət
Komissiyasının keçirdiyi qəbul
imtahanlarında güclərini sınamışlar. Sonuncu tədris
ilinin məzunlarından 224 nəfəri
şərəfli tələbə adını
qazanmışdır. 8 nəfər məzunumuz 600, 23 nəfəri
isə 500-dən yuxarı bal toplayaraq respublikamızın ən nüfuzlu ali məktəblərinə
qəbul olunmuşdur. Qeyd edilməlidir
ki, 600 baldan yuxarı bal toplayanların 6 nəfəri liseyin məzunlarıdır. 2013-cü ildə
ali məktəblərə qəbul
olunanların sayı 215 nəfər bütün
məzunların 28 faizi təşkil
edirdisə, 2014-cü il ali
məktəblərə qəbul olunanlar bütün məzunların 33 faizini təşkil etmişdir.
Fərəhləndirici
haldır ki, texniki və
humanitar təmayüllü liseyin məzunlarından 3 nəfəri
(Qasımova Samirə, Əfəndiyeva Aytac,
Rüstəmova Könül), Nizami adına şəhər tam
orta məktəbin məzunlarından 2 nəfəri
(Muradova Cavahir, Mehdiyeva Nəzrin) məktəbi qızıl medalla bitirmiş və onlara tam orta təhsil
haqqında xüsusi nümunəli attestat verilmişdir. Qızıl medallı məzunların hər biri Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının keçirdiyi
imtahanlarda yüksək nəticə
göstərərək respublikamızın ən nüfuzlu ali məktəblərinin
dövlət sifarişli ixtisaslara
qəbul olunmuşdur. Hazırda rayonun ümumtəhsil məktəblərinin
13 nəfər qızıl medallı məzunu vardır. Qəbul imtahanlarında liseyin, Nizami adına şəhər 1 saylı, Nəsimi
adına şəhər 2 saylı, Gərəkli, Qullar 1 saylı, Qaravəli, Katex
1 saylı, Kortala, Yeni
Şərif, Meşəşambul, Poştbinə 1 saylı, Bedağar kənd tam orta məktəblərinin ali
məktəblərə qəbul olunanların bütün məzunların sayına faiz nisbəti rayonun orta faiz göstəricisindən
yüksəkdir. Humanitar və texniki təmayüllü
liseyin, Nizami adına
şəhər 1, Nəsimi adına şəhər 2
saylı, Katex 1 saylı və Yeni Şərif kənd tam
orta məktəb məzunlarının 60
faizindən çoxu ali
məktəblərə qəbul olmuşdur.
Poştbinə 1 saylı tam orta məktəbində məzunların qəbul
imtahanlarında əldə etdikləri nailiyyətlər əvvəlki
illərlə müqayisədə ürəkaçandır.
Rayonun ümümtəhsil məktəblərində
şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə, milli,
fiziki və hərbi vətənpərvərlik
tərbiyəsinin yaxşılaşdırılmasına da xüsusı dıqqət verilmişdir.
Bu məqsədlə bir
sira yarış və turnirlər keçirilmiş, həmin tədbirlərdə
rayonun əksər ümumtəhsil məktəblərinin
şagirdlərinin iştirakı təmin olunmuşdur.
Məlum olduğu kimi, orta ümumtəhsil məktəblərində
yeni dərs proqramları tədris olunur. Həmin proqramların tətbiqində əsas
məqsəd birbaşa təhsilalanların
inkişafına, onların həyati və tətbiqi
bacarıqlarının formalaşmasına yönəlmiş yeni təhsil modelinə keçilməsindən
ibarətdir. Eyni zamanda, bu
proqramın həyata keçirilməsi təhsildə həlledici
rolu olan müəllimlərin
də qarşısında yeni vəzifələr
qoyur. Əvvəlki illərdən fərqli
olaraq müasir müəllim
öz biliyi,
bacarığı, davranışı , müasir
təlim texnologiyalarına yiyələnməsi, vətənpərvərliyi
ilə fərqlənməli, gənclər onun
dərslərinə həvəslə gəlməlidirlər.
Təhsil naziri Mikayıl Cabbarovun
təbirincə desək, müəllim təkcə, məsələn,
riyaziyyatı öyrədən bir şəxs
deyil. Müəllimlik ali
bir missiyadır. Burada
bir məqamı da yada salmaq istəyirəm. Azərbaycan Respublikası Prezidentinin
24 iyun 2014-cü il tarixli “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi
haqqında” sərancamında xüsusi
vurğulanır ki, struktur
dəyişiklikləri nəticə etibarı ilə təhsilin
keyfiyyət göstəricilərinin əsaslı şəkildə
yaxşılaşdırılmasına, sağlam
təhsil mühitinin
yaradılmasına, müəllim peşəkarlığının
artırılmasına, təhsil alanların və təhsil
verənlərin hüquqi və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşmasına
xidmət etməlidir. Biz bu
xidməti yüksək səviyyədə
reallaşdıracağıq.
Azərbaycan
dövlətinin, ən başlıcası, dövlət
başçısının ümumi təhsilin
inkişafı naminə gördüyü
işlər ümumi təhsilin uğurlu gələcəyinə, məktəblərimizin,
sözün əsil mənasında, bilik-savad mərkəzinə çevrilməsinə
cəmiyyətdə böyük inam yaradır. Rayonun bütün pedaqoji ictimaiyyəti Prezident
İlham Əliyevin təhsilin
inkişafına göstərdiyi qayğıya cavab
olaraq, ölkəmizin davamlı
inkişafına yönəlmiş bütün
tədbirlərini, daxili və xarici siyasətini ürəkdən bəyənir.
Rayonumuzun çoxsaylı təhsil işçiləri
Azərbaycan Respublikasının Təhsil Nazirliyini,
rayon icra hakimiyyətini
əmin etmək istəyir ki, 2014-2015-ci tədris
ilində dövlətin, xüsusilə, Prezident
İlham Əliyevin qayğısına əməli
işlə cavab verəcək, ölkədə
təhsilin keyfiyyətinin yüksəldilməsi və davamlı inkişafı üçün
zəmin yaradılmasında yaxından iştirak
edəcəklər.
Mahir DİBİROV,
Balakən Rayon Təhsil Şöbəsinin müdiri
Xalq qəzeti.- 2014.- 26 sentyabr.- S.6.