İnformasiya texnologiyaları qeyri-neft
sektorunda ən prioritet sahəyə
çevrilmişdir
Müasir dövrdə bütün dünyada olduğu kimi, ölkəmizdə də minilliyin ideologiyası olan informasiya cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə artıq bir sıra nailiyyətlər əldə edilmiş, mühüm layihələr həyata keçirilmişdir.
Bu il aprelin
2-də Prezident
İlham Əliyev “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin
inkişafına dair 2014-2020-ci illər üçün Milli
Strategiya”nı təsdiq etməklə bu
sahədə növbəti mərhələnin əsasını
qoymuşdur. İKT infrastrukturu və xidmətləri, yüksək
texnologiyalar sektorunun
inkişafı, yüksək texnologiyaların inkişafı
üzrə elmi-texniki potensialın
gücləndirilməsi, “elektron hökumət”in
inkişafı, informasiya təhlükəsizliyinin
təmin edilməsi, milli kontentin
inkişaf etdirilməsi və s. bu strategiyanın əsas
istiqamətləridir.
Prezident İlham Əliyevin
hakimiyyətdə olduğu dövr ərzində İKT sahəsinə
dövlət tərəfindən yüksək diqqət və
qayğı göstərilmiş, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata
keçirilmişdir. Son
5 il ərzində ölkənin informasiya texnologiyaları sektoru
təqribən 2 dəfə genişlənmiş və orta illik artım tempi 17 faiz təşkil etmişdir.
Bu
gün bütün dünyada demokratik
inkışaf, dövlət idarəçilıyində şəffaflıq,
həmçinin ölkələrin intellektual
və elmi potensialının əsas
göstəriciləri informasiya və kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsi
ilə ölçülür. Ölkəmizdə
telekommunikasiya və informasiya
texnologiyaları sahəsinin ardıcıl və sistemli
inkişafının bünövrəsi özünü
xalqına və onun inkişafına həsr
edən ümummilli lider
Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Bu uzaqgörənlik İKT sahəsinin gələcək
inkişafına verilmiş töhfə, onun inkişafını şərtləndirən
başlıca amildir.
Dahi strateqin bu sahədə
açdığı cığır onun
layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən uğurla genişləndirilərək,
sektorun inkişafında mühüm
nailiyyətlərə yol
açmışdır. 10 il ərzində
ölkəmizin informasiya-kommunikasiya
texnologiyaları sahəsi üzrə dünyanın, eləcə
də Avropanın
qabaqcıl ölkələri sırasına daxil
olması, Cənubi Qafqaz və TransXəzər
regionlarında respublikamızın İKT-lider
mövqeyinin təmin edilməsində “Azərbaycan
Respublikasının inkişafı naminə informasiya
və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya
(2003-2012-ci illər)”, “Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün
Dövlət Proqramı” (Elektron Azərbaycan),
“Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət Proqramı
(Elektron Azərbaycan)”nın, eləcə
də digər normativ-hüquqi aktların
böyük rolu olmuşdur. İnformasiya cəmiyyətinin
yaradılması üçün formalaşan müvafiq hüquqi baza ilə
yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş
kompleks və ardıcıl fəaliyyət
sayəsində İKT qeyri-neft sektorunda ən prioritet sahələrdən
biri hesab olunmuşdur.
Müstəqillik tarixinin əlamətdar hadisələrindən biri kimi diqqət çəkən
2013-cü il
fevralın 8-də ilk milli peykimizin
orbitə çıxarılması da məhz
ölkə başçısının birbaşa
rəhbərliyi və dəstəyi ilə həllini
tapıb. Bu sahənin gələcək inkişafına xüsusi önəm verilərək, müvafiq dövlət proqramlarında, o cümlədən “Azərbaycan
Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı”nda iqtisadi və informasiya təhlükəsizliyinin əsas
komponentlərindən olan telekommunikasiya
peyklərinin hazırlanması və orbitə
çıxarılması, Azərbaycanın regionda
informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi əsas
istiqamətlər kimi nəzərdə tutulur. Təsadüfi deyil ki, sektorun
sürətli inkışafı baxımından hazırda
qabaqcıl ölkələrlə bir
sırada dayanan Azərbaycanın iqtisadi siyasətınin əsasını bu gün də İKT-nin inkışafı və hərtərəfli
tətbıqi yolu ilə sosial-
iqtisadi fəaliyyətin yeni
formalarının yaranması təşkil edir.
Artıq Azərbaycan
həm də elektron məhsullar istehsal edən yerli müəssısələrə
malikdir. Yerli istehsal potensialının genişləndirilməsi
kontekstində həm də ölkəmizdə son
texnoloji yeniliklər tətbiq olunur. İKT sektorunun
inkişafında mobil rabitə
operatorlarının rolu danılmazdır.
“Azercell” , “Bakcell” və
“Azerfon” şirkətlərinin gördüyü işlərin nəticəsi
olaraq bu gün mobil rabıtə seqmenti genişlənmiş, hər 100 nəfərə
düşən mobil abunəçilərin
sayı 110-a bərabər olmuşdur.
Dünyanın bir çox
ölkələri hələ “3G” texnologiyasına tam keçmədiyi halda
Azərbaycan ən son mobil
texnologıyanın “4G” texnologıyasının tətbiqinə
başlamışdır.
Dövlət idarəçiliyində
İKT-nin tətbiqi genişlənir,
dövlət orqanları tərəfindən təqdim edilən
elektron xidmətlərin sayı gündən-
günə artmaqdadır. Artıq 350-dən çox
elektron xidmət e-hökumət portalına inteqrasiya olunub və bir pəncərə prinsipi
əsasında əhaliyə və biznes sektora təqdim olunur.
Bir sözlə, İKT sektorunun
uğurlu artım tempinin
bundan sonra da təmin edilməsi üçün
artıq müvafiq texnoloji
baza
formalaşdırılmışdır. Məqsədımiz
ölkənin enerji sıyasətindən əldə
edılən nəticələrin bazası əsasında
diversifikasıyaya söykənən yeni,
dayanıqlı, texnoloji tutumlu,
innovativ iqtisadiyyat
qurmaqdır.
Bu gün ölkədə
yüksək texnologiyalara, həmçinin
bu texnologiyalar əsasında
təşkil olunan iqtisadi
sektora böyük
önəm verilir. Bu
sahədə inkişafın üç
istiqaməti bizim üçün önəmlidir. Birinci istiqamət infrastruktur layihələri, o
cümlədən daxildə Azərbaycan üçün
informasiya şəbəkə infrastrukturunun inkişaf
etdirilməsidir. İkinci istiqamət elektron, innovativ yönümlü xidmət və məhsulların
istehsalı, eyni zamanda,
daxili tələbatı ödəməklə
yanaşı, onların xarici, regional bazarlara
çıxarılmasıdır. Üçüncü
istiqamət isə regional və
daxıli bazarda informasiya
texnologiyaları xidmətlərinin genişləndirilməsi, həmçinin
bu xidmətlərin xarıci bazarlara çıxışının təmin
edilməsıdir. Beləliklə, biz
İKT sektoru və bazarlarının əsas
bu üç istiqamət
üzrə genişləndirilməsini nəzərdə tuturuq.
Məqsədimizə nail olunması üçün
həyata keçirilən layihələrdən ən əsası
Azərbaycanda internet infrastrukturunun
tamamilə genişləndirilməsi, bu
xidmətin hər kəndə, hər bir
evə gətirilməsidir. Elektron, innovativ məhsul istehsalı
sahəsində bu gün
ölkəmizdə nanotexnologiyalara çox böyük diqqət
yetirılir, artıq bir çox
yeni nəticələr əldə edilərək,
yeni nanokompozitlər, nanomateriallar,
elektron qurğular,
işıq elementləri, elektron tabletlər,
Azərbaycan dilində tam səslə idarəolunan
kompyuterlər, proqram təminatı,
yeni mobil tətbiqləri
və yeni həllərin yaradılması
geniş vüsət almaqdadır. Bu gün biz
o mərhələdəyik ki, artıq bunu kütləvi
istehsal sahəsinə çevirməyin
vaxtı çatıb. Azərbaycan bazarında yeni tipli, rəqabətqabiliyyətli
müxtəlif kompyuter hissələri və
növləri, planşetlər, dıgər texnikaların
yığılmasına böyük
ehtıyac var ki, bu məhsulların regional
bazara çıxışının təmin
edilməsi də nəzərdə tutulur.
Nazirliyin tabeliyində yaradılmış İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondu,
Yüksək Texnologiyalar parkı məhz bu işlərə dəstək vermək məqəsdi
ilə yaradılmışdır.
Həmçinin, kosmik texnologiyaları da
genişləndirmək, inkışaf etdirmək fikrindəyik.
Bu gün artıq Azərbaycan
Respublıkasına məxsus yer səthınin
müşahıdəsi üçün peykin aşağı yer
orbıtınə çıxarılması, həmçinin
yüksək ayırdetməli optik peykin orbitə çıxarılması
istiqamətində işlər aparılır.
İKT xidmətlərinin
genişləndirilməsi də qarşıda duran
vəzifələrdəndir. Burada əsasən
daxıli kontentin genişləndirilməsi,
həmçinin regional ölkələr üçün xidmətlərin istehsalı
nəzərdə tutulur. Bunun
üçün bir
neçə layihənin icrası, o
cümlədən yeni Data
mərkəzlərin qurulması və yeni
kontentlərin yaradılması, eyni zamanda, Azərbaycanda internet
şlüzlərinin genişləndirilməsi, gücləndırilməsi
planlaşdırılır. Dıgər hədəfımiz tranzit ölkə olaraq, rəqəmli trafıkinin Azərbaycandan
keçirilməsıni və idarə edilməsini nəzərdə
tutan layihələrin icrasıdır.
Respublıkamızın son illər informasiya texnologıyaları sayəsində
yüksək inkişaf mərhələsinə
qədəm qoyması regionda trans-informasiya dəhlizlərinin
reallaşmasında maraqlı olduğunu təsdiqləyir.
Bu gün ölkəmiz
İKT sahəsində bir çox
layihələrin birbaşa təşəbbüskarı
kimi çıxış edir.
Bu layihələrdən
biri olan “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)
layihəsi BMT Baş Məclisınin
qətnamələri ilə dəstəklənmiş və
2013-cü ilin sentyabr
ayının əvvəllərində BMT Baş
Assambleyasının 67-ci sessiyasında layihənin həyata
keçirilməsi üçün
Avrasıya Rabıtə Alyansı yaradılmış,
“Bakutel-2013” sərgi-konfransı çərçıvəsində
layıhə ilə bağlı beş
Avrasıya operatorlararası Anlaşma Memorandumu da
imzalanmışdır.
Regional şəbəkə infrastrukturunun
inkişafı da
diqqət mərkəzindədir. Azərbaycan
hökuməti və özəl sektor qeyd etdiyimiz regional enerji layihələrinə
investisiya qoyduğu kimi, informasiya-kommunikasiya
texnologiyaları sahəsində mövcud olan böyük hədəflərimizin
reallaşması, o cümlədən
İKT sektorunda regional
infrastrukturun genişlənməsi üçün nəzərdə tutulan layihələrə artıq investisiyalar qoymağa
başlayıb.
Nüvə
texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun
dinc məqsədlərlə istifadəsi də
qarşıya qoyulan əsas məqsədlərdən
biridir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Milli
Nüvə Tədqiqatları Mərkəzi QSC
yaradılması məhz bu sahədə
fəaliyyətin, kadr
hazırlığının
genişləndirilməsi məqsədini
daşıyır.
Göründüyü kimi, artıq strateji hədəflər də müəyyənləşdirilmişdir.
Cənab Prezidentin sərəncamı ilə
təsdiq olunmuş yeni
milli strategiyada bu hədəflər konkret olaraq nüəyyənləşdirilmişdir.
Azərbaycan
Respublikasının gələcək inkişaf
strategiyasının əsas istiqamətləri qeyri-neft
sektorunun inkişafı hesabına
davamlı iqtisadi artıma və tərəqqiyə
nail olunması və iqtisadiyyatın
şaxələndirilməsidir. Bu məqsədlə ölkəmizin ümumi
daxili məhsulunun tərkibində, həmçinin
dövlət büdcəsinin formalaşdırılmasında
təbii ehtiyatlar amilinin
azaldılması və qeyri-neft amilinin üstünlüyünün
təmin edilməsi, iqtisadiyyatda
innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü
motivasiya mexanizmlərinin yaradılması
və inkişaf etdirilməsi nəzərdə
tutulur. Mövcud resurslardan və coğrafi
mövqelərdən istifadə olunmaqla,
Azərbaycan Respublikasının bütün
bölgələrinin sosial-iqtisadi
inkişafının müasir tələblər
səviyyəsində təmin edilməsi və
iqtisadiyyatımızın rəqabət qabiliyyətinin
yüksəldilməsi milli məhsulların
dünya bazarında layiqli
yer tutmasına şərait
yaradacaqdır.
Bu məqsədlər Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan – 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası"nda öz əksini
tapmışdır. Konsepsiyada əsas hədəf qarşıdakı səkkiz-on
ildə Azərbaycan Respublikasında əsasən qeyri-neft sektorunun
inkişafı hesabına ümumi daxili məhsulun 2 dəfə
artırılması və bu
artımın respublikada innovasiyayönlü
və biliyə əsaslanan iqtisadiyyatın qurulması
hesabına həyata keçirilməsidir. Belə
inkişafın əsas dayaqlarından biri
informasiya və kommunikasiya
texnologiyalarıdır. İKT
yüksək artım tempinə malik yeni iqtisadi sektor
kimi müasir və
çoxtəyinatlı infrastruktur, habelə
hərtərəfli sosial-iqtisadi tərəqqinin
aparıcı qüvvəsi rolunu
oynayır.
Bu
gün İKT respublikanın davamlı və
dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi,
biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq
və işsizliyin azaldılması, cəmiyyətdə
şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün
əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə,
biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan
İKT ictimai-iqtisadi münasibətlərin
vacib tərkib hissəsinə çevrilmişdir. İnternet
mediasının inkişafı, internetdə fikir
və söz azadlığının mövcudluğu, elektron qəzet
və jurnalların, xarici və daxili sosial şəbəkələrin
geniş yayılması İKT-nin
cəmiyyətə verdiyi yeni
imkanlardır.
Konsepsiyada müəyyən edilmiş
əsas hədəfə çatmaq üçün növbəti on
ildə İKT sektorunun həcminin 4-4,5 dəfə
genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi,
cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi
tələb olunur. Bunlara nail
olmaq üçün
innovativ, rəqabətqabiliyyətli və
ixracyönlü İKT potensialının
formalaşdırılması, ölkənin regional
informasiya xidmətləri mərkəzinə
çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk
texnologiyalarının geniş tətbiqi,
vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi
üçün şərait
yaradılması və onların İKT biliklərinin,
bacarıqlarının və hazırlığının
yüksəldilməsi, “elektron hökumət”in
inkişaf etdirilməsi və dövlət
idarəçiliyinin bütün səviyyələrində
elektron
xidmətlərdən istifadə edilməsi, həmçinin mövcud İKT infrastrukturunun
və İKT istifadəçilərinin informasiya
təhlükəsizliyinin təmin edilməsi, yüksək
ixtisaslı mütəxəssislərin və elmi
kadrların hazırlanması, görülən işlərə
elmi dəstək verilməsi, ölkənin
qlobal informasiya məkanına
sıx inteqrasiyası vacibdir.
İKT-nin, o cümlədən,
internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaqdır. Məhz internet iqtisadiyyatı yeni
istifadə və iştirak mühitlərinin
yaranmasına, məhsuldarlığın artırılmasına,
rəqiblər üzərində strateji üstünlüyün əldə
olunmasına, tərəfdaşlarla münasibətlərin
möhkəmləndirilməsinə, informasiya
resurslarından optimal istifadəyə və
bütövlükdə cəmiyyətin rifahının
yaxşılaşdırılmasına şərait
yaradır.
Bütün bu məqsədlərə
çatmaq və nəzərdə tutulan işləri sistemli
şəkildə həyata keçirmək üçün
hazırlanan “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin
inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”
dövlətin bu sahəyə
yüksək qayğısının nəticəsidir.
Həmin
sənəddə ölkəmizin
ümumi daxili məhsulunun
tərkibində, həmçinin dövlət büdcəsinin
formalaşdırılmasında təbii ehtiyatlar
amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi,
iqtisadiyyatda innovasiyaların tətbiqinin
genişləndirilməsi üçün
güclü motivasiya
mexanizmlərinin
yaradılması və inkişaf etdirilməsi
nəzərdə tutulur.
Sənəddə qeyd olunur ki, milli
strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar
olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin,
dövlətin inkişafı üçün
səmərəli istifadə edilməsi, ölkənin
davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli
tətbiqi, habelə sosial-iqtisadi və mədəni
sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir.
Burada hədəflərə çatmağın yolları da
müəyyənləşdirilmişdir. Belə
ki, informasiya və telekommunikasiya
infrastrukturunun artan tələbatı
təmin edəcək səviyyədə müasirləşdirilməsi,
keyfiyyətli xidmətlərin təqdim olunması, əhalinin,
biznes qurumlarının və ümumilikdə
cəmiyyətin informasiya və texnologiyalardan istifadə imkanlarının
genişləndirilməsi, əhaliyə təhsil, səhiyyə,
sosial müdafiə və digər sosial sahələr
üzrə göstərilən xidmətlərin keyfiyyətinin
yüksəldilməsi, informasiya cəmiyyəti
şəraitində effektiv tənzimləmənin
həyata keçirilməsi, insan
hüquqlarının, xüsusən də hər bir fərdin informasiya əldə
etmək və ünsiyyət qurmaq
hüquqlarının hərtərəfli və sərbəst
təmin edilməsi bu hədəflərdəndir.
Bu
hədəflərə, həmçinin, rəqabətədavamlı
və ixracyönlü İKT sənayesinin
qurulması, İKT-ni geniş
tətbiq etməklə, ənənəvi iqtisadiyyatdan
yeni tipli iqtisadiyyata - biliklər iqtisadiyyatına keçidin təmin olunması, “elektron hökumət”in genişləndirilməsi
və İKT-nin tətbiqi ilə dövlət
idarəçiliyinin səmərəliliyinin artırılması, demokratik prinsiplərin inkişaf
etdirilməsi, dünya
informasiya məkanında Azərbaycan
Respublikasının milli
maraqlarının qorunması, cəmiyyətdə İKT-dən
qanuni və təhlükəsiz istifadə
edilməsi, müasir texnologiyalara
etimadın yüksəldilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi və s. məsələlər də daxildir.
Sənəddə strategiyanın həyata
keçirilməsinin əsas prinsipləri, informasiya cəmiyyətinin
formalaşmasında dövlətin rolu, Milli Strategiyanın əsas istiqamətləri,
İKT infrastrukturu və xidmətləri,
yüksək texnologiyalar sektorunun
inkişafı, yüksək texnologiyalar
üzrə elmi-texniki potensialın
gücləndirilməsi, “elektron hökumət”in inkişafı, kadr
hazırlığı, informasiya təhlükəsizliyinin
təmin edilməsi, milli kontentin
inkişaf etdirilməsi, Milli
Strategiyanın həyata keçirilməsi mexanizmləri də
ətraflı əks olunmuşdur.
Yeni hazırlanmış Milli Strategiya ölkəmizdə İKT-nin gələcək
inkişafının cox mükəmməl, elmi əsaslara
söykənən proqram sənədidir.
İltimas MƏMMƏDOV,
rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Xalq qəzeti.- 2014.- 26 sentyabr.- S.5.