Düşünülmüş siyasətə və uğurlu
islahatlara söykənən sürətli inkişaf
Səkkiz ayda qeyri-neft sektorunda artım
Son illər Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar öz müsbət nəticəsini verməkdədir. Ölkə iqtisadiyyatı sürətli inkişafını davam etdirir, sosial-iqtisadi sahədə böyük uğurlar əldə olunur. Bütün bunlar mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir və təqdir olunur.
“Dünya Rəqabətlilik Hesabatı”nda
hazırda Azərbaycan inflyasiya dərəcəsinin
aşağı səviyyəsinə görə 148 ölkə
arasında 1-ci, makroiqtisadi mühit
göstəricisinə görə 8-ci, ümumi
yığımın ÜDM-dəki payına görə
10-cu, dövlət borcunun ÜDM-dəki xüsusi çəkisinə görə 13-cü, əmək bazarının səmərəliliyi
göstəricisinə görə 30-cu və iqtisadiyyatın rəqabət
qabiliyyətinə görə 38-ci yerlərdə qərarlaşıb.
BMT İnkişaf
Proqramının son “İnsan
İnkişafı Hesabatı”nda isə ölkəmiz insan inkişafı indeksinin
orta illik artım
tempinə görə MDB məkanında ilk
yerə layiq görülüb.
Əldə olunmuş uğurları qiymətləndirərkən
ölkə Prezidenti İlham
Əliyev demişdir: “Bizim uğurlarımızın təməlində
düşünülmüş siyasət,
sabitlik dayanır. İqtisadi
sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki
bu islahatlar sayəsində
Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur”.
Respublika Dövlət Statistika
Komitəsinin bu ilin 8
ayının yekunlarına həsr olunmuş
hesabatı da göstərir ki, Azərbaycanda iqtisadiyyatın hərtərəfli
inkişafı davamlı xarakter
almışdır. Ötən müddət ərzində
ölkədə Ümumi Daxili
Məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə
2,4 faiz artmış və 39,2 milyard manat olmuşdur. Əlavə
dəyərin 45 faizi sənaye sahələrində,
11,8 faizi tikinti
kompleksində, 9,9 faizi ticarət və pullu xidmət sahələrində, 4,9 faizi nəqliyyatda, 1,7 faizi
informasiya və rabitə müəssisələrində,
5,1 faizi aqrar bölmədə,
21,6 faizi digər sahələrdə
yaradılmışdır. Əhalinin hər nəfərinə
orta hesabla 4170,3 manat məbləğində (5317,3 ABŞ
dolları) məhsul istehsal olunmuş və ötən ilin
müvafiq dövrü
ilə müqayisədə 1,1 faiz
artmışdır.
Əlavə dəyərin
57,3 faizi qeyri-neft sektorunda istehsal edilmiş və əvvəlki ilin
yanvar-avqust ayları ilə müqayisədə
6,3 faiz artım əldə olunmuşdur. Neft-qaz sektorunda isə 2,6 faiz azalma qeydə alınmışdır.
2014-cü ilin səkkiz ayında sənaye müəssisələri
və bu sahədə fəaliyyət
göstərən fiziki şəxslər
tərəfindən 22,6 milyard manatlıq
məhsul istehsal olunmuşdur.
Məhsulun 16,3 milyard manatı və ya 72,1 faizi mədənçıxarma
bölməsində istehsal edilmiş, 28,6 milyon ton neft və 12,3 milyard kubmetr əmtəəlik
qaz hasil olunmuşdur.
Sənayenin
emal bölməsində qida
məhsulları istehsalı 2,4 faiz, tütün məmulatları istehsalı 75 faiz, geyim istehsalı 45,7 faiz, hazır metal məmulatların
istehsalı 12,5 faiz, tikinti
materiallarının istehsalı 18,9 faiz, elektrik avadanlıqlarının istehsalı
20,8 faiz, avtomobil və
qoşquların istehsalı 91,1 faiz, sair nəqliyyat vasitələri istehsalı 3,5 dəfə, mebel istehsalı 11,5 faiz, zərgərlik,
musiqi, idman və tibb avadanlıqları istehsalı 78,9 faiz, maşın və avadanlıqların
quraşdırılması və təmiri 60,2 faiz
artmışdır.
Qeyri-neft emal sənayesində
3,3 milyard manatlıq və ya
keçən ilin müvafiq
dövrünə nisbətən 6 faiz çox sənaye məhsulu istehsal
olunmuşdur. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi
və təchizatı bölməsində artım 5,3 faiz olmuş, 14,5 milyard kVt.saat elektrik enerjisi istehsal edilmişdir. Bu da əvvəlki ilin səkkiz ayındakı göstəricidən 5,8 faiz çoxdur. Su təchizatı, tullantıların təmizlənməsi
və emalı bölməsində məhsul istehsalı 2,9 faiz artmışdır.
Aqrar bölmədə sentyabrın 1-nə kimi
payızlıq və yazlıq dənli və dənli
paxlalı bitkilərin əkin sahəsinin 96,7 faizi,
yaxud 967,2 min
hektarı biçilmiş və həmin
sahələrdən 2238,3 min ton məhsul götürülmüşdür. Orta hesabla
hər hektardan 23,1 sentner
məhsul əldə edilmiş, o cümlədən 13,3 min
hektar qarğıdalı sahəsindən
61,3 min ton məhsul götürülmüşdür. Yığım başlanandan bəri sahələrdən 651,9 min ton kartof,
980,6 min ton tərəvəz,
410,4 min ton (ötən
ilin 8 ayı ilə müqayisədə
12,3 min ton çox) bostan məhsulları,
343,5 min ton (3,1 min ton çox)
meyvə və giləmeyvə, 37,1 min ton (5,2 min ton
çox) üzüm,
316,7 ton (82,6 ton az) yaşıl çay
yarpağı, 17 min ton
(1,2 min ton çox) günəbaxan, 1852,4 ton
(317 ton az) tütün toplanmışdır.
Cari ilin 8 ayında 294,9 min ton, yaxud
ötən ilin
yanvar-avqust aylarına nisbətən 1,5 faiz çox diri çəkidə ət, 1249 min ton (3,2 faiz
çox) süd,
1017,9 milyon ədəd (11,3 faiz çox) yumurta, 15,7 min ton (2,2 faiz çox)
yun istehsal olunmuşdur. Beləliklə, keçən illə
müqayisədə ümumi
heyvandarlıq məhsulları istehsalı 2,8 faiz
artmışdır.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün
maliyyə mənbələrindən əsas kapitala
10445,3 milyon manatlıq, yaxud
2013-cü ilin müvafiq
dövründəkindən 0,5 faiz çox vəsait yönəldilmişdir. Bu vəsaitin
7635,5 milyon manatından
tikinti-quraşdırma işlərində istifadə edilmiş və ötən ilin 8 ayı ilə
müqayisədə artım
11,1 faiz olmuşdur.
Əsaslı vəsaitin 67,5 faizi və ya 7045,5 milyon manatı məhsul
istehsalı obyektlərinin tikintisinə sərf edilmişdir. Əsas kapitala
yönəldilən vəsaitin 7,3 milyard
manatını və ya 70,4 faizini daxili investisiyalar təşkil etmişdir.
Tikinti kompleksinə yönəldilmiş vəsait
hesabına çoxsaylı obyektlərdə inşaat
işləri aparılmaqla yanaşı, bir
sıra istehsal və qeyri-istehsal
sahələri istifadəyə verilmişdir.
Səkkiz ay ərzində
1145,5 min kvadratmetr sahəsi
olan yaşayış evləri, 5680 şagird yerlik ümumtəhsil
məktəbləri, 892 yerlik məktəbəqədər
təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana,
növbədə 90 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, Bakı
şəhərində “Norm”
sement zavodu, Dövlət
Sərhəd Xidmətinin Sahil Mühafizəsinin
yeni Gəmi inşası zavodu,
Milli Konservatoriyanın yeni
inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi
Kitabxanasının və “Azərbaycan Milli
Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya
İnstitutunun binası,
Suraxanı Günəş Elektrik
Stansiyası, Sağlamlıq Mərkəzi, Milli
Gimnastika Kompleksi,
Naxçıvan Muxtar Respublikasında
“Arpaçay-2” Su Elektrik
Stansiyası, Su Anbarı və Sutəmizləyici
Qurğular Kompleksi, Gənclər
Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan
kağız və karton istehsalat
kombinatı, Yağ fabriki,
Mis emalı zavodu, Gəncə
şəhərində Metaltökmə və
fasiləsiz yayma, Təzyiqlə emal və boyama
zavodları, Şirvan şəhərində
Kür çayı üzərində körpü, Ağdaş rayonunda Yem və Meyvə
emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Beyləqan rayonunda Şahmat məktəbi,
Şəhər stadionu, Birinci
Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası
avtomobil yolu, Füzuli rayonunda Tikiş fabriki,
Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı -
Babı kəndlərarası avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər
Mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə
hissəsi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət
Kompleksinin birinci
mərhələsi, Lənkəran rayonunda
Çörək istehsalı zavodu,
Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli
və s. obyektlər istifadəyə verilmişdir. Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən
ayrılması nəzərdə tutulmuş
5463,7 milyon manat vəsaitin
3544,6 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat
müəssisələri və avtomobil nəqliyyatı
sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-avqust aylarında 147,7 milyon
ton, yaxud əvvəlki
ilin müvafiq
dövrünə nisbətən 2 faiz çox yük, 1169,1 milyon nəfər və ya
5 faiz çox sərnişin
daşınmışdır. Yüklərin 9,5 faizi dəmir yolu nəqliyyatı,
58 faizi avtomobil nəqliyyatı,
4,4 faizi dəniz nəqliyyatı, 28,1 faizi boru kəmərləri
ilə, sərnişinlərin 87,9 faizi avtomobil, 11,9 faizi
metropolitenlə daşınmışdır.
İlin əvvəlindən bəri informasiya
və rabitə müəssisələri əhaliyə, müəssisə
və təşkilatlara 988,9 milyon
manatlıq xidmət göstərmişlər. Ötən ilin 8 ayına nisbətən informasiya və
rabitə xidmətlərinin həcmi 10,5 faiz
artmış, xidmətlərin 72,6 faizi əhaliyə
göstərilmiş və
əldə edilmiş gəlirin 78,6 faizi qeyri-dövlət sektorunun
payına düşmüşdür.
Dövlət Gömrük Komitəsindən daxil
olmuş məlumatlara əsasən yanvar-iyul aylarında 137 xarici
ölkə ilə 18,1 milyard dollar məbləğində ticarət əməliyyatları
həyata keçirilmişdir. Ticarət əlaqələrinin
9,2 faizi, yaxud 1,7 milyard dollarlığı MDB üzvü
dövlətləri ilə, 90,8 faizi və
ya 16,4 milyard
dollarlığı digər ölkələrlə
aparılmışdır.
Yeddi ay ərzində 13,2
milyard dollarlıq məhsul ixrac olunmuş, onun 498,3 milyon
dollarlığı MDB üzvü
dövlətlərinə göndərilmiş, 96,2 faizi və ya 12,7 milyard dollarlığı isə digər xarici ölkələrin
alıcılarının payına düşmüşdür.
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların
həcmi 4,9 milyard dollar
təşkil etmişdir. Digər xarici dövlətlərdən idxal
olunmuş malların dəyəri 3,7 milyard dollar, MDB üzvü ölkələrindən isə
1,2 milyard dollar olmuşdur.
Xarici ticarət dövriyyəsinin 46 faizi Avropa İttifaqına
daxil olan ölkələrlə,
9,2 faizi MDB-yə üzv
dövlətlərlə, 44,8 faizi digər
ölkələrlə aparılmışdır. Beləliklə,
yeddi ay ərzində
ölkəmizdən ixrac olunmuş
malların həcmi ölkəyə gətirilmiş
malların dəyərindən 2,7 dəfə çox
olmuş və 8,3 milyard
dollar müsbət saldo
yaranmışdır.
Yanvar-iyul aylarında ölkəyə 37,1 milyon dollar məbləğində
humanitar və texniki
yardım daxil olmuşdur.
Xam neft və qaz
ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim
olunmuş məlumatlar nəzərə
alınmaqla xarici ticarət dövriyyəsi
24,2 milyard dollar, o cümlədən ixrac
19,3 milyard dollar təşkil
etmiş,
14,4 milyard dollar
həcmində müsbət saldo yaranmışdır.
2014-cü
ilin yanvar-avqust
aylarında keçən ilin müvafiq dövrü ilə
müqayisədə əhalinin gəlirləri 5,1 faiz artaraq 24 milyard manata, hər bir nəfərə düşən gəlirlər
isə 3,8 faiz artaraq
2559,9 manata (orta hesabla ayda 320 manata) çatmışdır. Gəlirlərin 70,2 faizi
son istehlaka, 9,1 faizi vergilərin, sosial
sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə,
18 faizi isə əmanətlərin və
kapitalın artırılmasına sərf edilmişdir.
Cari ilin yanvar-iyul
aylarında ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin orta
aylıq əmək haqqı əvvəlki ilin
müvafiq dövrünə nisbətən
6,1 faiz artaraq 440,8 manat təşkil etmişdir.
Sənaye, tikinti, nəqliyyat və digər
sahələrdə işləyənlərin əmək
haqqı daha yüksək olmuşdur. Yanvar-iyul ayları ərzində sənayedə
çalışanların orta aylıq əmək
haqqı 704,1 manat, tikinti
kompleksində işləyənlərin əmək haqqı
625,1 manat, nəqliyyat sahəsində
işləyənlərin orta aylıq əmək
haqqı 545 manat, informasiya
və rabitə sektorunda isə 725,9 manat təşkil etmişdir.
Əmək haqqı neft sektorunda 1756 manat, qeyri-neft sektorunda 407,5 manat, dövlət bölməsində 356,2 manat, özəl bölmədə 565,7 manat təşkil etmişdir.
Səkkiz
ay ərzində əhali istehlak
bazarından 13,6 milyard manatlıq istehlak malları almış və göstərilmiş
xidmətlərin müqabilində 4,1 milyard
manat ödəmişdir. 2013-cü ilin yanvar-avqust ayları ilə
müqayisədə əmtəə dövriyyəsi 9,3 faiz, o cümlədən ərzaq
məhsullarının satışı 3,5 faiz,
qeyri-ərzaq mallarının
satışı 15,4 faiz, pullu
xidmətlərin həcmi 6,3 faiz
artmışdır. Elektron ticarət
dövriyyəsi vasitəsilə alıcılara 1514 min manatlıq qeyri-ərzaq malları və
188,5 min manatlıq ərzaq məhsulları
satılmışdır.
Avqust ayında iyul ayı ilə
müqayisədə istehlak
mallarının qiymətləri və xidmət tarifləri, o cümlədən qeyri-ərzaq
mallarının qiymətləri və xidmət tarifləri dəyişməmiş,
ərzaq məhsullarının qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır. 2013-cü ilin müvafiq
dövrünə nisbətən cari ilin yanvar-avqust aylarında
istehlak mallarının qiymətləri və
xidmət tarifləri 1,4 faiz, o cümlədən ərzaq məhsullarının
qiymətləri 0,8 faiz, qeyri-ərzaq
mallarının qiymətləri 3,6 faiz,
xidmət tarifləri 0,4 faiz bahalaşmışdır.
Bu ilin yanvar-iyul
aylarında dövlət büdcəsinin gəlirləri
11087,2 milyon manat, xərcləri
10313,2 milyon manat təşkil
etmiş, büdcənin profisiti
774 milyon manat və ya ümumi daxili
məhsulun 2,3 faizi səviyyəsində olmuşdur. Büdcə gəlirlərinin
14,2 faizi hüquqi
şəxslərin mənfəət (gəlir) vergisindən,
16 faizi əlavə dəyər vergisindən,
5 faizi fiziki şəxslərin
gəlir vergisindən, 4,2 faizi aksiz vergisindən, 3,9 faizi
xarici iqtisadi fəaliyyətlə
bağlı vergilərdən, 2,6 faizi digər
vergilərdən daxil olmuş, 54,1 faizi isə vergi olmayan gəlirlər
hesabına təmin edilmişdir.
Büdcə
vəsaitlərinin 4,6 milyard manatı (45 faizi) iqtisadiyyatın inkişaf
etdirilməsinə, 1,1 milyard manatı
(10,8 faizi) əhalinin sosial
müdafiəsi və sosial təminatına,
1,2 milyard manatı (11,5 faizi)
isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə
xərclənmişdir.
Avqust ayının 1-nə olan
məlumata görə ölkə iqtisadiyyatında istifadə
edilən kreditlərin həcmi 17 milyard manat olmuş və əvvəlki
ilin müvafiq
dövrünə nisbətən 20 faiz
artmışdır. Kredit qoyuluşunun
34,7 faizi dövlət, 62,4 faizi
özəl banklar, 2,9 faizi
isə bank olmayan kredit təşkilatları tərəfindən
həyata keçirilmişdir. Verilmiş kreditlərin 79,1 faizini
uzunmüddətli kreditlər təşkil etmiş,
5,3 faizinin ödənilmə vaxtı keçmişdir.
Əhalinin
banklardakı əmanətlərinin həcmi də
artmışdır. Avqust ayının1-nə qədər banklardakı əmanətlərin
qalığı 6,9 milyard manat
olmuş və əvvəlki ilin eyni dövrü
ilə müqayisədə 15,3 faiz
artmışdır. Əmanətlərin 4,4 milyard
manatı və ya 63,5 faizi
milli, 2,5 milyard
manatlıq ekvivalenti xarici
valyuta şəklində qoyulmuş
və əvvəlki ilə nisbətən müvafiq olaraq 22 faiz və 5,3 faiz
artmışdır.
Ölkədə siyasi və sosial-iqtisadi vəziyyətin
yaxşılaşması əhalinin demoqrafiq
durumuna da öz müsbət təsirini göstərmişdir.
Səkkiz ay ərzində Azərbaycanda
95,4 min körpə doğulmuş,
onların 53, 6 faizi oğlan,
46, 4 faizi isə qız olmuşdur.
Ümumiyyətlə, ilin əvvəlindən
bəri ölkədə əhalinin sayı 63,3 min nəfər
(0,7 faiz) artaraq 9540,4 min nəfərə çatmışdır.
Əlipənah BAYRAMOV
Xalq qəzeti.- 2014.- 26 sentyabr.- S.3.