Azərbaycan yüksək
turizm potensialı olan
ölkədir
27 sentyabr Ümumdünya Turizm Günüdür
Azərbaycan mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan ölkələrdəndir. Ona görə də respublikamız turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloi, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.
Son illər dövlətimizin bu sahəyə ayırdığı diqqət
və qayğı sayəsində
turizm inkişafımızın prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Turizmə dair qəbul edilmiş
dövlət proqramları,
davamlı olaraq həyata keçirilən
tədbirlər bu
inkişafı şərtləndirən əsas amillərdəndir.
Qeyd edək ki, Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət
Proqramının həyata keçirilməsi nəticəsində
bu sahənin inkişafı üçün münbit
şərait yaradılmış, beynəlxalq turizm
bazarına inteqrasiyanın təmin olunmasının əsası
qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı
yüksəlmişdir. Ona görə də
2010-cu ildə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına dair”
yeni Dövlət Proqramı qəbul olundu. Bu proqramın qəbul
olunmasının başlıca
məqsədi ölkəmizdə turizm sahəsinin
daha da inkişaf
etdirilməsinin təmin olunması
idi. Turizmin
inkişafını sürətləndirmək üçün 2011-ci il
ölkəmizdə “Turizm ili”
elan olundu.
Bir həqiqət də odur ki, turizm sahəsində
aparılan islahatlar, ölkəmizdə
beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi,
dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın
yüksək səviyyədə təbliğidir. Bütün bu uğurların qazanılmasında isə, təbii ki,
ölkə Prezidenti İlham
Əliyevin həyata keçirdiyi düşünülmüş
inkişaf strategiyasının mühüm rolu var.
27 sentyabr Ümumdünya Turizm Günüdür.
1925-ci ildən Cenevrədə müxtəlif adlar
altında fəaliyyət göstərən turizm
təşkilatı 1970-ci ilin 27
sentyabrında Ümumdünya Turizm Təşkilatı kimi
formalaşıb. 1979-cu ildə Baş Qərargahı
Madrid şəhərinə
köçürülən Təşkilat 27 sentyabr
- Ümumdünya Turizm Gününü
təsis edib. Ümumdünya
Turizm Günü
artıq dünyanın 150-dən çox
ölkəsində qeyd olunur.
Turizmin iqtisadiyyatın prioritet sahəsi kimi inkişafında nəzərəçarpacaq
nailiyyətlər əldə etdiyini və
2014-cü il
Ümumdünya Turizm
Gününün qeyd
olunması münasibətilə aidiyyəti dövlət
qurumlarının, turizm sənayesində
fəaliyyət göstərən özəl sektorun
nümayəndələrinin, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatların iştirakı ilə
dünən “Hilton
Baku” mehmanxanasında Dünya
Turizm Gününə həsr olunmuş konfrans və
müxtəlif təqdimatlar keçirilmişdir.
Konfransın
proqramına uyğun
olaraq, əvvəlcə
Ümumdünya Turizm
Təşkilatının Baş katibinin rəsmi video
mesajı iştirakçıların diqqətinə
çatdırılmışdır.
Sonra mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev
rəsmi açılış nitqi söyləmişdir. Tədbirdə Azərbaycanda turizmin
inkişafını əks etdirən
videoçarx nümayiş
olunmuşdur. Eyni zamanda,
Azərbaycan Respublikası Prezidentinin
tapşırığına əsasən həyata keçirilmiş “Ölkəmizi tanıyaq”
layihəsi haqqında, “Bakı Turizm
Peşə Məktəbinin dəstəklənməsi” layihəsi
barədə, Azərbaycanda yeni
yaradılmış “City Sightseeing Baku” şirkətinin yerli
və xarici qonaqlara
göstərdiyi xidmətlər barədə məlumat verilmişdir. Konfransda həmçinin Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti haqqında, I Avropa Oyunlarının keçirilməsi barədə,
“Baku Guide” bələdçi
kataloqunun təqdimatları keçirilmişdir.
Bu gün isə Mədəniyyət
və Turizm Nazirliyinin
“Fəxri turizm işçisi”
döş nişanı ilə təltiflər,
eləcə də Bakı Turizm İnformasiya Mərkəzinin fəxri
diplomları ilə təltif olmalar həyata
keçiriləcəkdir.
Mədəniyyət və
Turizm Nazirliyinin və “İçərişəhər”
Dövlət Tarix Memarlıq Qoruq İdarəsinin
tabeçiliyində olan turizm
nümayişi obyektlərinə (muzeylərə,
qoruqlara, komplekslərə və abidələrə)
bir günlük pulsuz giriş
(açıq qapı) təşkil
olunacaq.
Bu
tədbirlər çərçivəsində sentyabrın 27-də İçərişəhər
(Qız Qalası yaxınlığında), Filarmoniya bağı və Fəvvarələr
meydanı ərazisində saat 20:00-dan paytaxt sakinləri və şəhərimizin
qonaqları üçün iki saatlıq proqramla
canlı caz musiqisinin
ifası nəzərdə tutulmuşdur.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 27 sentyabr.- S.6.