Paytaxtımızda qürur duyulan yeni ünvan
– Dövlət
bayrağı meydanı
Dünyanın bütün böyük şəhərləri kimi, paytaxtımızın da müxtəlif dövrlərdə özünəməxsus rəmzləri olub. Bu şəhər barədə söz açılarkən öncə İçərişəhərin dolanbac küçələri, Qoşaqala qapısı üzərindəki simvolik təsvirlər, Atəşgah, Qız qalası, Şirvanşahlar Saray Kompleksi, İsmailiyyə binası, indiki Ədəbiyyat Muzeyinin binası, sonrakı dövrlərdə Hökumət evi, Milli Elmlər Akademiyasının əsas binası və sair ünvanlar yada düşüb. Yəni, paytaxtımızın sakinləri əsrlərdən bəri burada özünəməxsus tarix yaradıb, dəyərli iz qoyublar. Həqiqət naminə desək, həmin izlərin hər biri milli tariximizin qızıl səhifələri kimi qiymətlidir. Ancaq müstəqil Azərbaycan dövlətinin son iki onillikdə paytaxtımızı dünyanın ən inkişaf etmiş ölkələrinin baş şəhərləri sırasına çıxaran inkişaf strategiyası qədim Bakının yeni rəmzlərinin formalaşmasını da təmin edib.
Yeni əsrin əvvəllərinə qədər
Bakını İçərişəhər,
Qızqalası və Hökumət evinin
binası ilə xatırlayanlar indi
paytaxtımızın onlarca yeni rəmzinin olduğunu etiraf edirlər. Heydər
Əliyev Mərkəzi, Alov qüllələri, Dövlət bayrağı
meydanı, Heydər Əliyev Fondunun binası, Dənizkənarı Milli Park, Kristal Zal, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni kompleksi və Dövlət Neft
Şirkətinin tikilməkdə olan
binası paytaxtımızın qonaqlarında ən zəngin
təəssürat yaradan
ünvanlardır. İndi artıq bu ünvanları hamı çəkinmədən
Bakının rəmzləri kimi qəbul edir. Bu gün
həmin rəmzlərdən biri
haqqında, həm də yığcam şəkildə söz açmaq istəyirik.
Dövlət
bayrağı meydanı
haqqında vikipediya materialında oxuyuruq ki, bu
meydan Bakı şəhərinin Bayıl
sahəsində yerləşən memorial
abidə-istirahət parkıdır. Meydanın təntənəli
açılışı 2010-cu il
sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir. Prezident
həmin təntənəli və tarixi mərasimdə
qeyd edib ki, Dövlət Bayrağı meydanının
açılışı həqiqətən tarixi
və unudulmaz bir hadisədir.
Bu meydan
özlüyündə gözəl bir
memarlıq abidəsidir. Meydanın üst
hissəsinin sahəsi 3 hektara bərabərdir.
Bütövlükdə ərazi 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri
- gerbi, himninin mətni,
xəritəsi təsvir edilibdir. Dövlət
Bayrağı Muzeyi də fəaliyyət
göstərəcəkdir. Meydanın ortasında isə Azərbaycanın
dövlət bayrağı ucalacaqdır. Bu
bayraq dünyada ən
böyük və ən uca
bayraqdır. Bayrağın hündürlüyü
162 metrdir və şəhərimizin hər
bir yerindən görünür.
Məhz bu məqsədlə bu yer seçilmişdir.
Bu yer, bu
ərazi abadlaşdırılmış, dənizkənarı
bulvar salınmış, istirahət üçün gözəl şərait
yaradılmışdır.
Bayraq meydanının yaradılması üçün çox böyük tikinti-quraşdırma, quruculuq işləri görülmüşdür.
Çox sevindirici
haldır ki, bütün
bu işlərin əksər hissəsini
Azərbaycan mütəxəssisləri görmüşlər.
Bu onu göstərir ki, bizdə olan güclü potensial hər
bir sahədə özünü
büruzə verir. Bu gün imkanlarımız o
qədər böyüyüb ki, biz istənilən məsələni
həll edə, istənilən memarlıq əsərini yarada bilərik. Meydanın yaradılması
haqqında sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanmışdır. Ondan dərhal sonra bütün işlər
başlanmışdır. O gündən iki
il sonra, 2009-cu il noyabrın 17-də Dövlət
Bayrağı Günü təsis edilmişdir.
Xatırladaq ki, Azərbaycan
bayrağı, bizim üçrəngli
bayrağımız 1918-ci il noyabrın
9-da Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin qərarı ilə təsdiq edilmişdir.
Məhz 9 noyabr Azərbaycanda hər il Dövlət Bayrağı Günü
kimi qeyd olunur. Hər iki sərəncamın
məhz noyabrın 17-də imzalanmasının səbəbi də
çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın
17-də ilk dəfə olaraq
Azərbaycan Xalq Cümhuriyyətinin
bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu
öndər Heydər Əliyevin rəhbərliyi altında
Naxçıvan Ali Sovetinin
sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin
bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o
vaxtkı Azərbaycan Ali Soveti
qarşısında vəsatət qaldırıldı ki, bu bayraq
Azərbaycanın dövlət bayrağı kimi
qəbul edilsin.
Dövlət
başçımız Bayraq
Meydanının açılış mərasimində qeyd etmişdir ki, bu meydanda, bu bayraq
altında, milli rəmzlər ətrafında
insanlar yığışacaqlar. Buradan gözəl Bakıya möhtəşəm
bir mənzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlər
vardır. Yəni, Bayraq
meydanı Bakının bir mədəniyyət
mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir.
Ölkəmizin mərkəzi olan Bakı
şəhərində belə möhtəşəm
meydanın yaradılması, doğrudan da, böyük hadisədir.
Bizim bayrağımız qürur
mənbəyimizdir. Bizim
bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın
hər bir yerində dövlət
bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən
sonra milli dövlət
bayrağımız işğal
altında olan torpaqlarda
qaldırılacaqdır. Bizim
bayrağımız Dağlıq Qarabağda,
Xankəndidə, Şuşada
dalğalanacaqdır.
Paytaxtımızın
rəmzinə çevrilmiş meydan haqqında bəzi xüsusi
məqamlara da diqqət yetirək. Bu meydanın
layihəsini Amerika Birləşmiş
Ştatlarının “Trident Support” şirkəti hazırlamış, layihənin icrasını Azərbaycanın
“Azenko” şirkəti yerinə yetirmişdir. Ümumi ərazisi
60 hektar, yuxarı hissəsinin sahəsi 31
min kvadratmetr olan meydanda bütün
infrastruktur yaradılmışdır.
Xüsusi layihə əsasında
reallaşdırılan tikinti işlərini
xarici və yerli
mütəxəssislər həyata keçirmişlər.
İnşa olunmuş
dayağın hündürlüyü 162,
bünövrəsinin diametri 3,2,
bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi
220 tondur. Bayrağın eni
35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450
kvadratmetr, çəkisi isə təqribən
350 kiloqramdır. Ginnes dünya
rekordları təşkilatı 2010-cu il
mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin
dünyada ən hündür
bayraq dirəyi olduğunu
təsdiq etmişdir.
Meydanda qurulmuş Azərbaycan
Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi
qızıl suyuna salınmış
bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq
Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə
çalarlar qatmışdır. Prezident İlham
Əliyevin təşəbbüsü ilə meydanda
Dövlət Bayrağı Muzeyi də
yaradılmışdır. Bundan başqa, 2011-ci il
noyabrın 9-da Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
“Azərmarka” şirkəti tərəfindən Azərbaycan
Respublikasının Dövlət Bayrağı Gününə
həsr olunmuş poçt
markası təqdim edilmişdir. Qiyməti
30 qəpik, tirajı isə 100 min ədəd
olan həmin marka Azərbaycanın
mininci poçt
markası olmuşdur. Markanın üzərində
Dövlət bayrağı meydanının təsviri
vardır.
Bir sözlə, bu gün
paytaxtımızın görünüşünü
daha əzəmətli, siyasi
ab-havasını daha qətiyyətli edən
Dövlət bayrağı meydanımız insanların dövlət
atributlarına inam və
etimadınının daha da artmasında xüsusi rol oynayan bir mərkəzə
çevrilib. Bu meydan Heydər
Əliyev siyasi kursuna
Azərbaycan dövlətinin və xalqımızın sədaqətinin
nümunəsi kimi qiymətləndirilir.
İsaq ƏMƏNULLAYEV
Xalq qəzeti.- 2014.- 28 sentyabr.- S.7.