“Balakən Payızı”
festivalı uğurla başa çatdı
Mədəniyyət
və Turizm Nazirliyinin “2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı Paytaxtları”
Proqramına əsasən,
2014-cü ildə “Azərbaycanın
Folklor Paytaxtı” elan edilən Balakəndə “Balakən
payızı” folklor və turizm festivalı keçirildi.
Mədəniyyət
və Turizm Nazirliyinin və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən və iki gün
davam edən festivalda Rusiya Federasiyasının Dağıstan
Respublikasının, Gürcüstanın,
həmçinin Ağdam,
İsmayıllı, Masallı,
Şəki, Qax, Zaqatala və Balakən rayonlarının
folklor kollektivləri iştirak edirdilər.
Rayon rəhbərliyi və festivala dəvət olunan qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və
istirahət parkında
ucaldılmış abidəsi
önünə gül-çiçək
dəstələri düzüb,
xatirəsini ehtiramla yad etdilər.
Sonra
festival Balakən şəhərinin
mərkəzində, Heydər
Əliyev prospektində,
rayon mədəniyyət mərkəzinin
qarşısındakı meydanda
tədbirə dəvət
olunan kollektivlərin təqdimatı ilə başlandı.
Respublikamızın tanınmış elm və
incəsənət adamlarının,
ziyalıların, şəhər
sakinlərinin iştirak
etdikləri mərasimdə
rayon icra hakimiyyətinin
başçısı İslam
Rzayev və Mədəniyyət və
Turizm Nazirliyinin mədəniyyət siyasəti
şöbəsinin müdiri
Fikrət Babayev çıxış edərək
çoxmillətli Balakən
rayonunun, eyni zamanda, zəngin folklor ənənələrinə
malik olduğunu bildirdilər.
Vurğulandı
ki, Balakənin “Folklor paytaxtı” elan edilməsi rayonun milli-mənəvi dəyərlərinə, onun
folkloruna verilən yüksək qiymət və etimaddır və “Xalq Yaradıcılığı
Paytaxtları” Proqramı
çərçivəsində həyata keçirilən
bu festival xalqımıza
xas olan mədəni irsi qoruyub saxlamaq və təbliğ etmək baxımından mühüm əhəmiyyət
daşıyır.
Tədbirin
ikinci günü folklor və turizm festivalının iştirakçıları Qabaqçöl
qəsəbəsinə yollandılar. Rayon icra hakimiyyətinin başçısı İslam
Rzayev festival iştirakçılarını
səmimi salamladıqdan
sonra meydan Gürcüstanı, Dağıstanı,
Balakəni, Zaqtalanı,
Qaxı, Şəkini,
İsmayıllını, Ağdamı
və Masallını
təmsil edən folklor kollektivlərinin, rəqs qruplarının ixtiyarına verildi. İki saatadək davam edən festival hamının
qəlbində xoş
ovqat, böyük çoşqu yaratdı.
Festval iştirakçıları nahardan
sonra böyük maşın karvanı ilə rayon mərkəzinə
– Heydər Parkına gəldilər. Parkda təşkil
olunmuş tədbirə
ilk olaraq Balakəni təmsil edən “Nənələr”, “Sənəm”,
“Cahan” folklor kollektivləri və rəqs qrupu çıxış etdi.
Daha sonra Gürcüstandan, Dağıstandan
gəlmiş folklor kollektivləri, Zaqatalanın
“Hudulki”, “Qızılgül”,
Ağdamın “Şur”,
İsmayıllının “İvanovka”,
Şəkinin “Abay”, Masallının “Halay” və Qaxın “Peşvebi” folklor kollektivləri öz məharətlərini nümayiş
etdirdilər.
Rayon icra hakimiyyətinin
başçısı İslam
Rzayev festivalda yekun çıxışında
ulu öndər Heydər Əliyevin, onun siyasi kursunun
layiqli davamçısı,
möhtərəm Prezidentimiz
İlham Əliyevin, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətin,
xüsusilə muğamın inkişafına,
folklorumuzun qorunub saxlanmasına və tanıdılmasına göstərdikləri
xidmətdən danışdı.
Rayon rəhbəri folklor
kollektivlərinin hər
birini diplomla təltif etdi, onlara qiymətli hədiyyələr verdi.
Festival elmi-praktik konfransla yekunlaşdı. Balakəndə iki gün davam edən və uğurla başa çatan folklor və turizm festivalının xoş təəssüratı
qəlblərdən uzun
müddət silinməyəcək.
İ. MUSAOĞLU
Xalq qəzeti.- 2014.- 28 sentyabr.- S.4.