Prinsipiallıq olan yerdə
işin səmərəsi daha
çox olur
Narkotik maddələrin qanunsuz dövriyyəsinin və ondan sui-istifadənin tarixi kökləri qədim olsa da, bu problem hazırda beynəlxalq ictimaiyyət üçün həyəcan təbili çalır. Narkoloq alimlər bu problemi bir sıra ölkələr üçün sosial bəla hesab edirlər.
Bir çox təşkilatların
apardıqları təhlillər göstərir ki, bu gün
narkotiklərdən əldə edilən gəlir neftdən, hətta
silah satışından əldə edilən
gəliri belə üstələyir. Ona
görə də bu bəlanın
yayılmasında xüsusi marağı olan narkomafiya bu gün, əsasən,
Latın Amerikası ölkələrinin bir
çoxunda dövlət idarəçiliyındə
xüsusi qüvvəyə çevrilib. Cənub-Şərqi Asiya ölkələrində isə bu təhlükəli təbəqənin öz “mühafizə sistemi
və ordusu” belə var.
Ötən əsrin
80-ci illərində keçmiş
SSRİ-də spirtli içkilərin qəbulu
və satışına qadağalar tətbiq
olunandan sonra insanlar kimyəvi preparatların və psixotrop həblərin qəbuluna üstünlük verməyə
başladılar. Məhz bundan
sonra İttifaqda “narkotika şəbəkələri” yaranmağa və genişlənməyə
başladı. Həmin illərdə narkotik
vasitələrin qanunsuz dövriyyəsi il ərzində 500 tona
çatırdı. 1996-cı ildən sonra
isə opium və heroinin
gizli satışı və istifadəsinə
geniş “yol
açıldı”. Tədricən narkotiklərdən qanunsuz istifadə “dəbə mindi”.
Həmin maddələri metrolarda,
bazarlarda, diskotekalarda,
məktəblərdə, ali təhsil
ocaqlarında, bir sözlə, hər yerdə
yaymağa başladılar.Sonralar
aparılan tədqiqatlar göstərdi ki,
bu, 1996-cı ilə qədər narkomaniya ilə mübarizənin səthi və
əksər hallarda səhlənkar
aparılmasının nəticəsi idi.
Bəzi
ekspert-həkimlərin qənaətinə görə,
hazırda Rusiya dünya
bazarında sintetik narkotiklərin
“istehsalı və ixracı” ilə məşğul olan 5 iri dövlətdən
biridir. 2000-ci ildən başlayaraq
bu ölkədə 13-17 yaşlı
yeniyetmələr narkotiklərin daha
ağır növünün-heroinin qəbulunu
“kəşf” etdilər. Beləliklə narkomaniya tədricən
sağalmaz infeksion xəstəliyə
çevrilib sürətlə
yayılmağa başladı. Burada
savadsızlıq, profilaktik xarakterli informasiyanın zəifliyi və bəzən
əks nəticə verməsi də az rol oynamadı. Narkomaniya ilə
mübarizədə elmi yanaşmanın
olmaması və yaxud səthi xarakter daşıması, mübarizənin
ancaq hüquq-mühafizə orqanlarına
həvalə edilməsi problemin dərinləşməsinə
daha ciddi təsir
göstərdi.
Yeri gəlmişkən bir məqamı
da unutmaq olmaz ki, həmin dövrdə
narkoman xəstələrin müalicəsində
qeyri-səmərəli metodlardan istifadə
və yaxud müalicənin primitiv metodla-psixi xəstələrin
müalicə üsulundan istifadə etməklə
həyata keçirilməsi, narkomanların reabilitasiya
olunmasında, müalicəsində mütəxəssislərin əməyinin
düzgün qiymətləndirilməməsi,
bu məqsədlə büdcədən
ayrılan vəsaitin məhdudluğu, donorların olmaması
və s. səbəblər
narkomaniyanın venereoloji xəstəliklərin
infeksiya mənbəyinə çevrilməsinə
zəmin yaratdı. Elə buna görə
də hazırda dünyada və qonşu Rusiyada bu epidemiyanın qarşısının
alınmasında və kökünün
kəsilməsində səmərəli bir
metod axtarışı heç
bir nəticə vermir.
Bəs Azərbaycanda
vəziyyət necədir? Azərbaycan
Respublikası DİN-nin Baş
Narkotiklərlə Mübarizə İdarəsinin 2014-cü ilin 6 ayı ərzində narkotik
vasitələrlə bağlı mübarizə vəziyyətinə
nəzər yetirdikdə adıçəkilən baş idarənin səmərəli fəaliyyətini
aydın görmək mümkündür.
Belə ki, 2013-cü ilin eyni dövrü
ilə müqayisədə bu ilin ilk yarısında narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə əlaqədar cari
ildə 261 fakt, o
cümlədən satış məqsədilə 47 fakt, narkotik maddələri
saxlama üzrə 207 fakt
aşkar edilmişdir.
Göründüyü kimi, mübarizə
səmərəli aparılsa da narkomaniya və narkotik
vasitələrin qanunsuz dövriyyəsi
faktları artmaqdadır. Belə olan halda sual yaranır. Gələcəkdə
nə etmək lazımdır ki, bu bəlanın qarşısı
alınsın?
Dünyada narkotiklərin daha çox genişlənməsinə təsir edən
mühüm amillərdən biri Orta Asiyada
narkotik mənşəli bitkilərin əkilməsidir.
Sibir, Uzaq Şərq
də belə ərazilərə daxildir.
Təkcə Rusiyanın ərazisində 1 milyon
hektardan çox narkotik bitkilərin becərildiyi ərazilər
var. Bu, orada yaşayan
insanların günahı yox, əslində
onların bədbəxtliyidir. Bu işlə
məşğul olanların əksəriyyəti əlillər,
təqaüdçülər və işsizlərdir. Onlar sosial çətinliklərini
və ehtiyaclarını başqa vasitələrlə
ödəyə bilmədiklərindən
çıxış yolunu narkotiklərin
becərilməsində və satışında görürlər.
Ekspertlərin fikrincə,
mübarizənin səmərəli olması üçün
ilk növbədə dünyada
mövcud narkotika vasitələrinin
satışına və təchizatına imkan
verən leqal və yaxud
qeyri-leqal bazarlar
bağlanmalıdır. Amma necə
bağlanmalıdır? - sualına cavab verilmir. Digər mütəxəssislərin
fikrincə “nə qədər ki,
bazarın işləməsinə maraqlı olan
dövlətlər var, narkomaniya
da inkişaf
coğrafiyasını genişləndirəcək. Belə olan halda narkomanları
cinayət məsuliyyətinə cəlb etməyin faydası yoxdur. Əksinə, onların, yəni xəstələrin
sağlamlığının qayğısına qalmaq, müalicəsinə üstünlük
vermək daha məqsədəuyğundur.
Bu, həm də dövlətin ali məqsədinin yerinə yetirilməsidir”.
Hər halda maraqlı fikirdir
və düşünməyə dəyər.
Ümumiyyətlə narkobiznesin inkişafına pozitiv
təsir edən faktor və səbəblərə
aşağıdakıları daxil etmək
olar:
- mübarizədə
beynəlxalq ictimaiyyətin zəifliyi, dövlətlərin ərazi
yurisdiksiyasında olan narkoticarətə nəzarətin
səthi olması;
-bəzi dövlətlərin
bu istiqamətdə həyata keçirdiyi siyasətin başdansovdu
xarakter daşıması, cinayətkar
birliklərindən qorunmaq xatirinə
onların hərəkətlərinə göz
yumması, bəzən də belə birliklərə
havadarlıq etməsi;
-
güclülərin bəzən siyasi məqsədlərinə
çatması üçün narkotika bazarlarından gələn gəlirlərin
köməyi ilə özündən zəif ölkələri
təhdid etmək, ölkədə siyasi
və iqtisadi sabitliyi pozmaq, milli münaqişələrin
inkişafına, habelə mütəşəkkil cinayətkarlığa zəmin yaratması;
- ən
başlıcası isə sosial
institutların zəifləməsi, 1991-ci ildən sonra sosialist dövlətlərinin
keçid mərhələsi ərəfəsində
siyasi, iqtisadi və sosial dəyişikliklərin nəzarətdən
çıxması, terror və ekstremist qruplarının mütəşəkkil
cinayətkarlıqla iş birliyində
müəyyən
razılığa gəlməsi;
- nəhayət,
narkotiklərin tranziti zamanı sərhədlərin
asanlıqla keçilməsi, yoxsulluğa
qarşı alternativ yolların qeyri-səmərəliliyi.
Digər
amillər sırasına SSRİ-nin süqutundan sonra uzun illər uşaq və
gənclər təşkilatı sisteminin
ləng bərpası, cəmiyyətin təbəqələrə
bölünməsi, sosial statusun
qəflətən dəyişilməsi, Qərb həyat tərzinin
təbliğı, mənəvi
dəyərlərin itirilməsini daxil etmək
olar.
Gəlin yenə DİN-nin bu istiqamətdəki
mübarizə fəaliyyətinə nəzər salaq. Mübarizənin əməliyyat-axtarış
tədbirləri çərçivəsində
aparılması nəticəsində xarici
vətəndaşlardan ibarət 19 nəfər (2013-cü ildə
isə 6 nəfər olmuşdur) 24 kiloqram narkotik vasitələrlə
saxlanılmış və barələrində Azərbaycan
Respublikası CM-nin tələblərinə
müvafiq prosesual hərəkətlər
həyata keçirilmişdir. Bunlar əsasən İran,
Rusiya və Gürcüstan
Respublikasının vətəndaşlarıdırlar.
Gizli deyil ki, sosial amillər sırasına aid
olan və bizi
düşündürən digər problemlərdən -
insanların heç də
hamısının iqtisadi şəraitlərinin
sabit olmaması, əhalinin müəyyən
hissəsinin aşağa həyat səviyyəsi,
bəzi regionlarda işsizliyin
- nəzərəçarpacaq həddə olması cəmiyyətin müəyyən
bir qrupunda “sosial depressiya” mühitini yaradır. Fərdi həyat
şəraitinin yüksək standartları barədə
KİV-də reklam xarakterli
materialların, xarici kino
və televiziya məhsullarının təsiri
altında formalaşan rifah
halının yaxşılaşdırılması barədə
məlumatların dərc edilməsi psixi
cəhətdən formalaşmamış gənclərdə
imitasiyalı əxlaq-davranış modelinin
inkişafına imkan yaradır. Bəzi ölkələrdə, məsələn Niderland və İspaniyada
narkotiklərin leqallaşmasına “yaşıl
işığın” olması, KİV-də narkotiklərlə
bağlı məlumatların zərərli tərəfinə
deyil, yalnız onun kəmiyyət
göstəricilərinə diqqət yetirilməsi gəncləri
qeyri-sağlam marağa
cəlb edir. Ona
görə də narkomaniyanın ictimai bəla
kimi cəmiyyətdə geniş
təbliğinə, vətəndaşlar arasında hüquqi tərbiyənin gücləndirilməsinə,
gənclər siyasətinə xüsusi
önəm verilməsinə zəruri ehtiyac
duyulur.
Narkomaniyanın
gənclər arasında yayılması və gəncləşməsi
bütövlükdə bəşəriyyətin bugününü və gələcəyini təhlükə
altına alır. Əgər əvvəllər cəmiyyətdə
daha çox alkoqollu içkilərə meyil
var idisə, indi
narkomanlığa meyil artıb. Narkomaniyaya şərait
yaradan və etioloji faktorlar sırasında yetkinlik
yaşına çatmayanları düzgün
həyat yolundan azdıran və onların
addiktiv davranışına təsir edən
səbəblərdən biri də ailənin
rolu, onun necə idarə
edilməsidir. Etiraf edək ki, ölkəmizdə bu
sahə daim diqqət mərkəzində
saxlanılır. Məhz elə buna
görədir ki, ötən ilin 6 ayı ərzində DİN-nin
Baş Narkotiklərlə Mübarizə
İdarəsinin əməliyyat tədbirləri nəticəsində
narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə bağlı cinayətlərə
görə 18 yaşına çatmış şəxslərdən
8 nəfər, bu ilin
müvafiq dövründə isə 1 nəfər,
30 yaşadək olanlardan ötən il 311 nəfər, bu ilin 6 ayı ərzində isə 203 nəfər
cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Gənclərin
nəzərində yaşlı nəslə münasibətin
dəyişməsinin, milli-mənəvi dəyərlər sisteminin tədricən pozulmasının,
valideynlərdən birinin və ya hər ikisinin alkoqollu içkilərə vərdişinin, etik, əxlaq və dini
standartların cəmiyyətdə tədricən korroziyaya
uğramasının, valideynlərin uşaqların şüuruna təsir edə biləcək narkotik maddələrin zərəri barədə
informasiyanın az olmasının da mikrososial faktorlar sırasında müəyyən
çəkisi var. Bu
amillərin narkomaniyaya o
qədər qıcıqlandırıcı təsiri olmasa da, onun
inkişafına şərait yaradır.
Mübarizənin
coğrafiyasına nəzər yetirdikdə mənzərə tam aydın görünür.
Bu ilin 6 ayı ərzində
1822 cinayət faktı qeydə alınmışdır. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə 273 fakt çox cinayət əməli
aşkar edilmişdir.
Törədilən cinayətlərin 512-si satış məqsədi
ilə, 1209-u isə əldə edib saxlama məqsədi ilə bağlıdır.
Bütövlükdə, yarım il ərzində
28 kiloqramdan çox heroin, 118 kiloqram tiryək,
80 kiloqram həşiş və 273 kiloqram marixuana qanunsuz dövriyyədən
çıxarılıb məhv edilmişdir.
Bütün bunlar DİN-nin narkotiklərin qanunsuz
dövriyyəsi ilə bağlı mübarizəsinin əyani
təzahürü, problemləri doğuran
səbəblərin aradan
qaldırılmasına yönəlmiş çətin xidməti
fəaliyyətinin icrasıdır.
Tədbirlərin
miqyasının böyüməsi və aşkar
olunan faktların müşahidə edilən
artım dinamikası şübhəsiz, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin
preventiv xarakterindən və daxili işlər orqanlarının prinsipial mövqeyindən irəli gəlir. Prinsipiallıq olan
yerdə isə səmərə də olur.
Şəmsəddin ƏLİYEV,
“Polisə Dəstək” İB-nin sədri
Məqalə Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının layihəsi əsasında hazırlanıb.
Xalq
qəzeti.- 2014.- 28 sentyabr.- S.4.