Artist” rəsm qalereyasında

Yurdum Azərbaycan” sərgisi keçirilir

 

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü paytaxtımızın “Artist” rəsm qalereyasında ölkəmizin tanınmış və gənc rəssamlarının əsərlərinin böyük sərgisi açılıb.

Daim gözəl rəsm əsərləri və əl işlərinin məkanı olan “Artist”də bu dəfə də nümayiş etdirilən işlər tamaşaçıları riqqətə gətirirdi. “Yurdum Azərbaycan” adlı sərgiyə gələnlər  hər bir tablonun qarşısında dayanaraq fırça ustalarının  özünəməxsus rəng çalarlarında Vətənimizin əsrarəngiz gözəlliklərini məharətlə əks etdirdiklərinin şahidi olurdular. Bu əsərlər yaradacılarının böyük istedadından xəbər verir və həmin işlərə baxanları heyran edirdi. Həmin gün sərgidə əsərləri göstərilən gənc rəssamlardan Aynur Məmmədova, Turan Muxtarzadə, Diləfrüz Bağırova, Asif Azərelli və digərlərinə “Artist” qalereyası tərəfindən həvəsləndirici mükafatlar verildi.

Qeyd edək ki, sərgi yanavarın 15-nə kimi davam edəcək və arzu edənlər burada bəyəndikləri tabloları əldə edə biləcəkllər.

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2014.- 8 yanvar.- S.5.