Keyfiyyətli DƏRMANI
necə düzgün seçməli?
Gündəlik həyatda
biz dərman preparatı seçimi
ilə qarşılaşdıqda tez-tez
“keyfiyyətli dərman” ifadəsi ilə
rastlaşırıq. Bəs “keyfiyyətli dərman” deyəndə
nəyi başa düşürük:
gözəgəlimli qutu, yoxsa
baha qiymət? Yoxsa içlik vərəqə və ya qutunun xarici
dildə olması? Əlbəttə, bütün
bu elementlər xəstəyə müsbət
psixoloji təsir edə bilər və çox zaman insanlar dərman seçimində bu göstəricilərə əsaslanırlar.
Servye kompaniyası Azərbaycanda rəsmi olaraq 2005-ci ilin oktyabr ayından etibarən “SERVYE AZƏRBAYCAN”
MMC kimi fəaliyyət göstərir. Bu gün Servyenin bütün əsas preparatları ölkəmizdə
qeydiyyatdan keçmişdir:
Preduktal MR, Diabeton MR, Prestarium, Noliprel, Arifon Retard, Detraleks, Koraksan, Bivalos, Bioparoks, Erespal, Melitor, Pronoran.
Bütün
xəstələr və
həkimlər üçün
vacib olan yenilik odur ki,
Servye kompaniyası qanunvericiliyə riayət edərək və vətəndaşlarımızın maraqlarını nəzərə
alaraq preparatları Azərbaycan dilində yeni qablaşdırmalarda buraxmağa başlayıb. Preparatların çoxu artıq satışda Azərbaycan dilindədir: Prestans, Preduktal MR, Noliprel Arginin, Noliprel Forte, Noliprel
Bi-Forte, Prestarium, Prestarium
Kombi, Diabeton MR.
Yerdə
qalanları - Detraleks,
Arifon Retard, Koraksan, Melitor, Bivalos, Erespal, Bioparoks, Pronoran isə tezliklə Azərbaycan dilində qutularla əvəz olunacaq. Hələ ki, bu preparatların
idxalı rus dilində olan qutularda həyata keçirilir.
Digər
dillərdə olan və dolayı yollarla gətirilən preparatlardan fərqli olaraq Fransada istehsal olunan və Azərbaycana birbaşa çatdırılan
yeni Azərbaycan dilindəki qutular Servye kompaniyasının orijinal preparatlarının
keyfiyyətinə zəmanət
verir. Servye kompaniyası
öz preparatlarının
keyfiyyətinə tam məsuliyyət
daşıyır və
Azərbaycanda Servye kompaniyasının preparatlarına
nəzarət Azərbaycan
Səhiyyə Nazirliyinin
nəzdində fəaliyyət
göstərən dərman
preparatlarının ekspertizası
üzrə analitik mərkəzin köməyi
ilə həyata keçirilir.
Lakin
“keyfiyyətli dərman”
üçün əsas
göstərici onun təcrübədə sübut
olunmuş effektivliyi və təhlükəsizliyi
olmalıdır. Özü də
effektivliyin sübutu qonşu və tanışların fikirləri,
yaxud çox hörmətli olsalar belə, ayrı-ayrı mütəxəssislərin şəxsi
təcrübəsi olmamalıdır.
Bu və ya
digər preparatın effektivliyini və təhlükəsizliyini təsdiq
edən yeganə sübut ciddi protokol qaydası və müəyyən xəstə seçimi yolu ilə aparılan
iri miqyaslı, beynəlxalq tədqiqatlara
əsaslanan təcrübədə
təsdiq və sübut edilmiş təbabətdir. Bu cür tədqiqatların nəticələri yüksək
dərəcədə etibarlıdır,
belə ki, onlar bu və
ya digər nəticələrin əldə
olunmasında heç
bir marağı olmayan, müstəqil ekspert komitəsinin nəzarəti altında keçirilir. Bundan əlavə,
belə tədqiqatlar çox vaxt ikili kortəbii üsulla aparılır, yəni bu halda
nə xəstə, nə həkim dərman, yoxsa plasebo qəbul etdiyini bilmir (plasebo – görünüşcə
dərman preparatı ilə eyni olan,
amma tərkibində təsiredici maddə olmayan həb). Əsas məqamlardan biri də tədqiq
olunan xəstələrin
sayıdır ki, bunlar da ən
etibarlı tədqiqatlarda
minlərlə ola bilər.
Eyni
zamanda, orijinal preparat və onun generikləri arasındakı fərqi başa düşmək də vacibdir. Çünki generiklərdən söz düşəndə
xəstələrdən və
təəssüf ki, həkimlərdən də
generik və orijinal preparatların eyni olduğunu eşitmək olar. Orijinal preparat - bu, ilk dəfə sintez olunan, istehsalına və öyrənilməsinə
on illərlə vaxt sərf edilən molekuldur. Məhz orijinal preparat
konkret patologiyalarda effektivliyi və təhlükəsizliyi klinikaya
qədərki və klinik tədqiqatların bütün mərhələlərini
keçməklə öyrənilmiş
preparatdır. Generik isə
- sonradan resintez olunan və bioloji və terapevtik ekvivalentliyi orijinaldan 20% və daha çox fərqlənən preparatdır.
Beləliklə, generikin orijinal
preparatın neçə
faizini əvəz etdiyini başa düşmək üçün
generik və orijinal preparatların müqayisəli tədqiqatlarının
nəticələri ortada
olmalıdır. Təəssüf
ki, Azərbaycanda bu günə qədər özünü
generik elan edən və orijinal preparatla heç bir müqayisəli tədqiqatları
olmayan preparatlar az deyil.
Əslində bunlar effektivliyi
və təhlükəsizliyi
yalnız ehtimal edilə bilən surətlərdir, çünki
onların etibarlı tədqiqatlar şəklində
heç bir sübutu yoxdur.
Dünya
miqyasında orijinal preparat istehsalçısı
kimi tanınmış
kompaniyalardan biri də Servyedir. Bu gün LES LABORATOIRES SERVIER
(SERYE) Fransada ən böyük özəl və dünyada ikinci fransız farmasevtik kampaniyasıdır.
Təsisedicisi və sahibi
kompaniyanın prezidenti,
tibb elmləri doktoru Jak Servyedir.
Servye kompaniyası 140 ölkədə
təmsil olunub və istehsal edilən preparatların
85%-i Fransadan kənarda tətbiq edilir. Hazırda Seryedə 20000 dən
çox işçi
çalışır, onlardan
3000-i elmi-tədqiqat fəaliyyəti
ilə məşğuldur.
Kompaniyanın fərqləndirici
xüsusiyyətlərindən biri də elmi-tədqiqat
işlərinə böyük
həcmdə sərmayə
qoymasıdır ki, bu da illik
gəlirin, yəni 4,2 milyard avronun
27%-nin hər il bu prosesə
xərclənməsi sayəsində
baş tutur. Məhz elmi tədqiqat prosesinə qoyulan bu böyük yatırım hesabına Servye unikal təsir
mexanizmi olan, yüksək effektivliyi təmin edən və milyonlarla xəstənin ağrı-acısını
azaldan, həyatını
xilas edən preparatların - orijinal molekulların istehsalçısıdır.
Servye
yeni preparatların kəşfi və istehsalını Parisin 2 böyük tədqiqat mərkəzində həyata
keçirir. Bu mərkəzlərdə yeni,
tələbat olunan molekulların axtarışı
və kəşfi baş verir və bu prosesdə
yeni dərman preparatının preklinik biofarmakalogiyası öyrənilir
və buraxılış
forması müəyyən
edilir. Servyenin yeni molekulunun sonrakı terapevtik tədqiqi 19 beynəlxalq terapevtik tədqiqat mərkəzinə paylanır,
bu mərkəzlər
isə Paris, Brüssel,
Budapeşt, Buenos-Ayres, London, Madrid, Melburn, Monreal, Moskva, Münhen, Pekin, Praqa, Roma, Rio De Jeneyro, Seul, Sinqapur, Stokholm, Tokio və Varşava
kimi şəhərlərdə
yerləşir. Əsas
tədqiqat sahələri
isə bunlardır: ürək-damar patologiyası,
diabet və metabolizm, onkologiya, revmotologiya, sinir sistemi və psixiatriya.
Xalq
qəzeti.- 2014.- 10 yanvar.- S.7.