Azərbaycan diasporu dünyanın bütün
ölkələrində
yüksək səviyyədə təşkilatlanmışdır
Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin və müdrikliyinin əsas göstəricilərindən biri də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan dövlətinin ətrafında birləşdirilməsinə nail olması idi. Ümummilli liderimiz 1993-cü ilin yayında xalqın israrlı tələbi və davamlı xahişləri ilə ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni daim diqqət mərkəzində saxlayırdı.
Ulu öndərin elə bir
xarici səfəri ola
bilməzdi ki, getdiyi
ölkədəki soydaşlarımızla görüşməsin,
onları Azərbaycana dəvət etməsin. Məhz
həmin səbəbdən də dünyanın bütün ölkələrindəki diaspor təşkilatlarımızın rəhbərləri
öz fəaliyyətləri barədə
söz açarkən “bizim
qurumun bu şəkildə təşkilatlanmasının
əsas səbəbi ulu öndər Heydər
Əliyevin çağırışları olmuşdur” deyirlər.
Azərbaycan diaspor təşkilatlarının bir mərama qulluq etməsi,
müstəqil dövlətimizin ətrafında birləşmək istəyi çox
qısa bir zamanda
soydaşlarımızı bir araya gətirdi. Bu, bir tərəfdən bizim əsrlərdən bəri milli dövlətçilikdən məhrum
edilməyimizlə bağlı idisə, digər tərəfdən
də diaspor quruculuğunun
beşiyi başında Heydər Əliyev
kimi siyasət dahisinin
dayanması ilə bağlı idi. Xalqımızın xoşbəxtliyidir ki, ulu öndər Heydər
Əliyevin birləşdirib bir araya gətirdiyi Azərbaycan diasporunun
fəaliyyətini Prezident İlham Əliyev
beynəlxalq aləmdəki türk diasporu ilə əlaqələndirməyi
bacardı. Prezidentimiz bu
istiqamətdə olan ilk
addımları hələ Azərbaycan parlamentinin
Avropa Şurası Parlament
Assambleyasındakı daimi nümayəndə
heyətinin rəhbəri olarkən
atmışdı. Məhz onun təşəbbüsü ilə
AŞPA-dakı Azərbaycan və Türkiyə parlamentariləri
eyni məqsədə xidmət edən qərarlar
qəbul etmiş, sonra
bu addım Avropadakı Azərbaycan və türk
diaspor təşkilatları tərəfindən
yaradıcılıqla davam etdirilmişdir. Cənab İlham Əliyev 2003-cü ilin
payızında ölkəmizdə dövlət
başçısı seçildikdən sonra
isə bu məsələni daim diqqət mərkəzində
saxlamış, beynəlxalq aləmdəki diaspor
təşkilatlarının hamısı üçün
nümunə olacaq bir
əməkdaşlıq formulunun ərsəyə
gəlməsinə nail olmuşdur.
Beş il əvvəl - 2008-ci il noyabr ayının 19-da Prezident İlham Əliyevin sərəncamı
ilə yaradılmış Diasporla İş üzrə
Dövlət Komitəsinin fəaliyyəti
nəticəsində dünyanın hər yerində
yaşayan soydaşlarımızla müstəqil Azərbaycan
dövlətinin əlaqələri yaradılmış,
bütün soydaşlarımızın suveren Azərbaycan
Respublikasının ətrafında birləşdirilməsi
üçün daha müasir yollar seçilmiş, daha
çevik layihələr reallaşdırılmışdır.
Bu gün hamıya məlumdur ki,
sayı təxminən 50
milyon nəfər olan dünya azərbaycanlılarının
10 milyondan çoxu hazırda mühacirətdə
yaşayır. Azərbaycan diasporu mövzusunun
aktuallığı azərbaycanlıların yayılma
coğrafiyasının araşdırılmasını və soydaşlarımızın
sayının dəqiqləşdirilməsini zərurətə
çevirmişdir. Azərbaycanlılar hər zaman öz milli
mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi
dəyərlərini qayğı ilə qoruyub saxlamış,
tarixi Vətənlə əlaqələrini itirməmişlər.
Bu gün dünyanın müxtəlif ölkələrində
diasporumuzun mövcudluğu da məhz bu amillə
bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin
Şimal, Mərkəzi və Cənub hissəsində daha
çox məskunlaşmışlar. Onların sayı Birləşmiş
Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə,
Kanadada 170 minə, Meksikada isə 27 minə çatır.
1970-ci ildən etibarən Turkiyədən, 1991-ci ildən isə
Azərbaycandan çoxsaylı
soydaşımızın
bu qitəyə
axını diasporumuzun tərkibinə və
sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərmişdir.
Diasporla İş üzrə Dövlət
Komitəsinin rəsmi məlumatlarında göstərilir ki,
Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə
görə geniş olduğu ikinci qitə Avropadır. Son statistik məlumatlara görə ,
“Avropa azərbaycanlılarının” sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və
Belarusda, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə,
Danimarkada, İsveçdə, Macarıstanda, Fransada,
İtaliyada on minlərlə, Polşada, İspaniyada,
Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada isə on mindən çox göstərilir.
Digər Qərb ölkələrində məskunlaşmış
azərbaycanlıların sayı müvafiq
olaraq hər bir
ölkədə 2-10 min nəfər
arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan
soydaşlarımızın əksəriyyəti Türkiyədən
köçmüş azərbaycanlılardır.
Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı
soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından
köçənlərdir.
Rəsmi məlumatlarda
bildirilir ki, Azərbaycan
diasporunun üçüncü
böyük hissəsi Asiya
qitəsində məskunlaşan soydaşlarımızdan ibarətdir.
Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan,
İordaniya və Orta Asiya respublikalarında yüz
minlərlə, İndoneziya,
Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin,
Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə
təqribən bir milyona
çatır.
Afrikada da yüz
minlərlə soydaşımız yaşayır. Həmin qitədəki azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz
minlərlə, Sudanda 17 min
nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində
Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları
müəyyən edilmişdir. Avstraliya qitəsində isə təxminən
10 minə yaxın azərbaycanlının yaşadığı barədə
məlumatlar var.
İkinci Dünya müharibəsindən
sonra ABŞ-da Azərbaycan
diasporunun təşkilatlanma işi güclənməklə, siyasi fəallıq dövrü
başlandı. Türkiyədən, Cənubdan və Şimaldan köçən azərbaycanlılar
pərakəndə halda olsalar
da, siyasi fəaliyyətə
maraq göstərirdilər. İlk dəfə olaraq, 1947-ci ildə Türkiyədən
ABŞ-a köçən
soydaşlarımızın “Azərbaycan” cəmiyyətini
yaratması mühum tarixi
hadisə idi. Saleh bəy
Şeyxzamanovun rəhbərliyi ilə fəaliyyətə
başlayan “Azərbaycan” cəmiyyəti Nyu-York şəhərində yerləşirdi.
Bu bir tarixi
faktdır ki, 1954-cü ildə Azərbaycan
mühacirətinin tanınmış nümayəndəsi Zahid xan Xoyski Amerikanın ali
qanunverici orqanında cıxış etmişdi. Zahid xan Xoyski Konqresə Sovetlər
Birliyinə daxil olan respublikalar haqqında məsələnin
müzakirəsi ilə əlaqədar Azərbaycan təmsilçisi
kimi dəvət olunmuşdu.
Zahid xan Azərbaycanın
müstəqilliyinin bərpası barədə
cıxış etmiş və vətənimiz
barədə ətraflı məlumat vermişdi.
ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatları ətrafında
birləşməsi tendensiyası Heydər Əliyevin
1994-cü ilin payızında bu ölkəyə səfərindən sonra daha da
sürətlənmiş, diaspor təşkilatlarımızın
fəaliyyəti yeni keyfiyyət
qazanmışdı.
Amerika azərbaycanlıları ABŞ hökumətinə
“907-ci düzəliş”, Dağlıq Qarabağ
problemi, insan hüquqları və sair
mövzularla bağlı bəyanatlar
göndərirlər. Amerika ali məktəblərində, diaspor təşkilatlarında Vətənlə
əlaqələr qurulması istiqamətində canlanma hiss olunur.
20 Yanvar, Xocalı soyqırımı kimi faciəli günlərimizi anma
tədbirləri ilə yanaşı, Novruz
bayramı, 28 may
Respublika Günü,
31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
və digər milli bayramlarımız böyük təntənə ilə keçirilir.
Ötən əsrin
sonlarında Almaniyanın birləşməsi, Sovetlər Birliyinin çökməsi və Azərbaycanın
müstəqillik əldə etməsi Almaniya-Azərbaycan
münasibətlərində yeni mərhələnin
başlaması ilə nəticələndi. Təhsil
proqramı əsasında azərbaycanlı tələbələrin
Almaniyaya oxumağa
göndərilməsi, azərbaycanlı həkim, mühəndis,
inşaatçı, texnoloqlar və digər
peşə sahiblərinin bu ölkəyə
miqrasiyası müstəqillik illərinin əsas hadisələrindən
idi. Ermənistan tərəfindən Azərbaycan
torpaqlarının 20 faizinin
işğalı, 20 Yanvar və Xocalı
soyqırımıları və xalqımızın
başına gətirilən digər faciələr
Almaniyadakı azərbaycanlılar tərəfindən biganə
qarşılanmırdı. Onlar Vətənə,
qaçqınlara yardım məqsədilə bir sıra tədbirlər həyata
keçirirlər.
Azərbaycanlıların
daha çox məskunlaşdığı ölkələrdən biri də
Avstriyadır. Hazırda bu
ölkədə 5 Azərbaycan diaspor təşkilatı fəaliyyət
göstərir. Ötən müddətdə Avstriyada
azərbaycanlı icması tərəfindən
xalqımızın tarixinin və mədəniyyətinin
təbliği ilə bağlı müxtəlif tədbirlər
təşkil olunmuşdur. Qeyd etmək yerinə düşər ki, türk
dünyasının dostu, tarixçi
alim mərhum Erix Fayql da məhz
avstriyalı idi.
Dünyanın
5-ci qitəsi – Avstraliyada 8 minə
yaxın soydaşımız məskunlaşıb. Əsasən
türkiyəli və cənublu azərbaycanlılardan ibarət
olan Azərbaycan diasporunun
tərkibi son 10 ildə şimaldan
bura iqtisadi mühacirətin
artması səbəbi ilə günü-gündən
genişlənir. Hər il
Avstraliya-Azərbaycan-Türkiyə Dostluq
Cəmiyyəti və Türk
Quruluşları Federasiyasının təşkilatçılığı
ilə Avstraliyanın ən böyük məscidi
olan Gelibolu Camisində
Xocalı soyqrımı anılır. Azərbaycan və Türk icmasının kompakt
yaşadıqları Obern (Auburn)
qəsəbəsində hər il Novruz və digər bayramlarımız xüsusi qeyd edilir.
Avropanın
inkşaf etmiş
dövlətlərindən biri olan Belçikada da soydaşlarımız məskunlaşıblar. Əsasən turkiyəli azərbaycanlıların
üstünlük təşkil etdiyi Belçikaya cənub
və şimallıların kütləvi mühacirəti
1970-ci illərdən sonra başlayıb. Türkiyədən Avropa
ölkələrinə əmək xarakterli
mühacirətdə buradakı azərbaycanlılar intensiv iştirak etmişlər.
Britaniyada azərbaycanlılar digər türkdilli xalqlarla sıx
əməkdaşlıq edirlər. 1990-cı ildə Londonda təsis olunan Dünya Türkləri Komitəsində azərbaycanlılarla
yanaşı türkdilli diasporun
nümayəndələri fəal iştirak
edirlər. Hazırda türkdilli diasporlarla birgə fəaliyyət göstərən
Azərbaycan diasporu burada
mütəşəkkil qruplardan hesab olunur. Soydaşlarımız
Böyük Britaniyanın
iqtisadiyyatının və elminin
inkişafında da müəyyən rol oynayıblar. Əsasən iqtisadi
və texniki mütəxəssislər kimi dövlət və iri
şirkətlərə işə dəvət olunan azərbaycanlılar ictimai
həyatda da fəal iştirak
etməyə çalışırlar.
Soydaşlarımız informasiya sahəsində
də bir sıra uğurlar
əldə ediblər. Britaniyanın tanınmış TV
kanalları və qəzetlərində Azərbaycanla əlaqəli
bir sıra məqalələr və
çıxışlar olub və bu proses hazırda da davam etməkdədir. “Times”, “Herald Tribun of Europa”
və digər tanınmış qəzetlərlə
yanaşı, “BBC” və digər TV kanalları Azərbaycana böyük diqqət
ayrılır.
Fransadakı diaspor
təşkilatlarımızın da zəngin
təcrübəsi vardır. Azərbaycan Demokratik Respublikasının süqutundan
sonra azərbaycanlıların kütləvi
köçdükləri ölkələr içərisində
Fransa on yerlərdən
birini tuturdu. Əlimərdan
bəy Topçubaşov, Əli bəy
Hüseynzadə, Ceyhun bəy Hacıbəyli,
Ümbülbanu kimi
tanınmış azərbaycanlılar Fransada
məskunlaşmışdılar. 1991-ci ildə dövlət
müstəqilliyimiz elan ediləndən sonra Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin
qurulması Azərbaycan diasporunun fəaliyyətinə
də təsirini göstərdi. Fransada bir-birinin ardınca “Qarabağ
tarixi və indiki dövr”, “Qarabağ” (məqalələr
toplusu), “Dağlıq Qarabağ”,
“Dağlıq Qarabağın tarixi və ona aid sənədlər”
kitabları nəşr olunmuşdur.
Bir sözlə, bu gün
dünyanın istənilən ölkəsində yaşayan soydaşlarımız Azərbaycan
dövlətinin ətrafında birləşmək, Heydər
Əliyev siyasi kursunu
dəstəkləmək, müstəqil Azərbaycan dövlətinin
daha da qüdrətləndirilməsi
prosesinə öz töhfələrini vermək üçün
əllərindən gələni əsirgəmirlər.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 11 yanvar.- S.4.