Olimpizm universal ictimai konsepsiyadır
Baron Pyer de Kuberten Olimpiya Oyunlarını bərpa etmək ideyası üzərində düşünərkən, idmanın daha sürətlə inkişaf edərək ümumi mədəniyyətin vacib hissəsinə çevriləcəyinə, bədən tərbiyəsi və idmanın dəyərli ünsiyyət vasitəsi kimi, onun müxtəlif mədəniyyətlərə sirayət edə bilmək və onları birləşdirmək iqtidarına malik olduğuna, şübhəsiz, bюyük inamı vardı.
Kuberten bir pedaqoq olaraq apardığı araşdırmalar və
həyat təcrübəsinə əsasən idmanın tərbiyəvi
xüsusiyyətlərini lazımınca dəyərləndirə
bilmişdir və odur
ki, Olimpizmi bədənin,
təfəkkürün və ruhun
harmoniyasından pərvazlanan bir həyat
fəlsəfəsi kimi formalaşdıraraq təqdim etmişdir.
Müasir dюvrdə cəmiyyətdə
durmadan təbliğ edilən
demokratiyanın ən ümdə prinsipləri - bərabərlik
və insan şəxsiyyətinə hюrmət,
təqribən yüz iyirmi
il bundan юncə müasir Olimpiya Hərəkatının
əsasını təşkil etmişdir.
Olimpizm haqqında düşünərkən, onun
dünyada bəlkə də ən çox tanınan, universal,
etnik mənsubiyyətindən, cinsindən,
sosial sinfindən, irqindən, dinindən və
dünyagюrüşündən asılı olmayaraq
hər bir insana
aidiyyatı olan bir fəlsəfi
istiqamət olduğunu dərk edirsən. Olimpizm юz inkişaf
yolunda hər bir mədəniyyətə,
istənilən coğrafi əraziyə münasib olması üçün
юz prinsiplərini və dəyərlərini
təkmilləşdirmiş, insanın həyati dəyərlərini
əsas hədəf seçmişdir. Olimpizm və
demokratiya arasındakı əlaqə və
Olimpiya dəyərlərinin demokratik dəyərlərin mюhkəmlənməsinə
təsiri məsələləri beynəlxalq institutların
diqqət mərkəzindədir və cəmiyyətdə hər
kəsin müyəssər ola biləcək
effektli bir vasitə kimi geniş şəkildə
istifadə edilir. Olimpizmin
iştirakçısı olmaq yalnız bir idmançı kimi Olimpiya oyunlarında çıxış edənlərlə
məhdudlaşmır. Olimpiyaçı olmaq
Olimpiya ruhuna qoşulmaq, onun fəlsəfəsini
dərk etmək, onun prinsiplərinə
riayət etmək və təbliğində iştirak
etməkdir. Bunun üçün
isə xüsusi təhsil və ya peşə sahibi olmaq tələb edilmir. Pedaqoq, jurnalist, idman mütəxəssisi,
inzibatçı, rəssam, musiqiçi,
fəhlə, tələbə və digər fəaliyyət
sahiblərinin Olimpiya hərəkatında
fəal iştirak etmək, ətrafdakıları
bu fəlsəfənin prinsiplərinə
riayət etməyə cəlb etmək, nəzəriyyədən
təcrübəyə kecmək üçün
yaradıcı, geniş düşünmək
və cəlb olunanların fəaliyyətdən zюvq alması üçün təşəbbüskarlıq
gюstərmək və beləcə, Olimpizmin
dəstəkçisinə çevrilmək imkanı
vardır. Olimpiya hərəkatının və onun
dəyərlərinin cəmiyyətdə səmərəli təbliğ
edilməsi üçün ilk nюvbədə Olimpiya fəlsəfəsini
юzündə əks etdirən, Olimpiya
Xartiyası ilə tanış olmaq, Olimpiya təhsilinin cəmiyyətdə vüsət
almasına hər vasitə ilə nail olmaq lazımdır. Olimpiya
hərəkatının rəmzləri: Olimpiya devizi,
halqaları, himni, məşəli,
Olimpiyaçı idmançıların, məşqçilərin,
rəsmilərin andı və Olimpiya bayrağı
haqqında məlumatları юyrənmək və onu cəmiyyətin digər üzvlərinə
çatdırmaqla insanların bu universal həyat fəlsəfəsini dərk
etməsinə nail olmaq
mümkündür. Müasir
Olimpiya Oyunlarının simvolları юzündə Olimpiya ruhunu birləşdirir Olimpiya
devizi üç latın
sюzündən “Citius, Altius,
Fortius” ibarət olub “daha sürətlə, daha
yüksəyə, daha güclü”
kimi tərcümə edilir.
Bu şüar
yalnız fiziki cəhətdən inkişafa deyil, eyni zamanda, ruhun
və təfəkkürün inkişafına
çağırışdır. “Olimpiadada
əsas qələbə deyil, iştirakdır”
ifadəsi də qeyri-rəsmi Olimpiya
devizinə çevrilib. Bu
ifadə 1908-ci ildə London
Olimpiadasında deyilmişdi. Kral ailəsi
tərəfindən mükafatlandırma mərasimində marafon yarışının finişində
istəmədən kənar yardım aldığına gюrə
nəticəsi ləğv edilmiş İtaliya idmançısına (Pietri Dorando) idmanda əldə etdiyi
yüksək nəticələrə gюrə qızıl kubok təqdim edilir. Həmin gün Pensilvaniya
yepiskopu kilsədə “Olimpiadada
əsas qələbə deyil,
iştirakdır” sюyləyərək, var
qüvvəsi ilə səy gюstərib, lakin
qələbə əldə etməyən idmançı ilə
birgə həyəcan keçirməyin юzü
də Olimpiya iştirakçısı olmaq kimi məna kəsb etdiyini bildirir. Bu isə Olimpizmin hüdudlarının genişliyinə,
dünyanın hər yanından olan
insanların hər hansı bir şəkildə
(istər azarkeşlik, istər başqa nюv dəstəklə)
Olimpiya ruhu və dəyərləri
altında birləşə bilmələrinə dəlalət
edir. Olimpiya dəyərləri
müxtəsər olaraq “mükəmməllik,
hюrmət və dostluq”
kəlmələri ilə ifadə olunur.
Mükəmməllik qarşıya qoyulmuş
məqsədə nail olmaq
üçün səy gюstərmək,
qadağa və fırıldaqçı əməllərdən
kənar olmaqla nailiyyət əldə etmək
deməkdir. Burada məqsəd юncə deyil, юz bacarıqlarını real
dəyərləndirdikdən sonra müəyyən
oluna bilər. Hюrmət
başqalarına və həmçinin юz
şəxsiyyətinə gюstərilən münasibətdir. Bu ifadədə
qaydalara riayət etmək və ədalətlə
mübarizə aparmaq, insan
sağlamlığının və ətraf mühitin
qayğısına qalmaq, heç
bir ayrı-seçkilik gюstərmədən
hər bir insan şəxsiyyətinə
hюrmət və tolerantlıq nümayiş
etdirmək nəzərdə tutulur. Dostluq insanların, idmançıların daimi fəaliyyətidir. Yarış və məşq
zamanı, eləcə də gündəlik həyatda insanlar bir-biri ilə gюrüşür,
salamlaşır, müxtəliflikləri (fiziki,
mədəni, dini, irqi
və s.) qəbul edir
və anlaşır. Bu üç
ifadə ayrılmazdır və onları idman
fəaliyyətində və idmandankənar həyatda birgə
istifadə etdikdə əsl harmoniya
yaranır. Müasir Olimpiya
Oyunlarının simvolu olan
Olimpiya halqaları beş
qitənin və bütün dünya insanlarının, o
cümlədən idmançıların birliyini
əks etdirir. Ağ rəngli
Olimpiya bayrağı fonunda,
trapesiya formasında bir-birinə keçirilmiş halqalar mavi, qara,
qırmızı, sarı və yaşıl rəngdədir.
Halqaların rənglərindən heç
olmasa biri bütün dünya dюvlətlərinin milli
bayraqlarında юz əksini tapır. Bu simvol Pyer
de Kuberten tərəfindən
1914-cü ildə Olimpiya Konqresində təklif
edilmiş və ilk dəfə
1920-ci ildə Antverpen Olimpiya
Oyunlarında stadionda
dalğalanmışdır. Olimpiya məşəli
qədim və müasir Olimpiya
Oyunları arasında əlaqəni gюstərsə
də, bilavasitə müasir oyunların kəşfidir.
Qədim Olimpiadalarda məşəlin
yandırılması bilavasitə Olimpiya
Oyunlarının keçirilməsi ilə əlaqədar deyildi. Oyunların keçirildiyi ərazidə, Zevsin
və Heranın iqamətgahları yerləşirdi və burada məşəllər daim
yandırılırdı. Müasir dюvrdə
oyunların keçirilməsindən bir
neçə ay юncə məşəl Qədim
Olimpiya Oyunlarının Vətəni olan Olimpiya şəhərində
Heranın məbədinin qalıqları arasında
yandırılaraq, Oyunlara ev
sahibliyi edəcək şəhərə
aparılır. Məşəl təyinat yerindən
asılı olaraq, dəniz və okeanlar, səhra və dağlar,
şəhər və kəndlərdən keçərək,
müxtəlif nəqliyyat vasitələri ilə çoxsaylı
insanların əlindən юtürülərək
oyunların açılış mərasimində Olimpiya stadionunda
alovlandırılır. Müxtəlif ərazilərdən
keçən Olimpiya məşəli insanlara Olimpiya ruhu, sülh və dostluq hissləri bəxş edir.
Pyer de Kuberten
tərəfindən tərtib olunmuş Olimpiya andı (sonralar qismən
dəyişdirilib) oyunlara ev
sahibliyi edən юlkənin
idmançısı, məşqçisi və rəsmisi (və
ya hakimi) tərəfindən
bütün iştirakçılar
adından oxunulur. Andı oxuyan nümayəndə Olimpiya
bayrağının ucundan tutur.
İdmançılar tərəfindən Olimpiya
andı ilk dəfə 1920-ci ildə (Antverpen), rəsmilər tərəfindən
1972-ci ildə (Münhen), məşqçilər
tərəfindən isə 2012-ci ildə (London)
səslənmişdir. Olimpizmin
yüksək mənəvi dəyərlər üzərində
qurulduğu Olimpiya
andının mətnindən də bəlli olur.
İdmançıların Olimpiya andı
Bütün idmançılar adından vəd edirəm
ki, bu Olimpiya
Oyunlarında bizim komandaların şərəfi
və idmanın eşqinə, tələb olunan
qaydalara hюrmət və riayət edərək,
dopinq və narkotik
vasitələrə aludə olmadan, əsl
idman rəqabəti ruhunda
iştirak edəcəyik.
Rəsmilərin Olimpiya andı
Bütün hakimlərin adından vəd edirəm ki, biz bu Olimpiya Oyunlarında, idmanın eşqinə, tələb olunan qaydalara hюrmət və riayət edərək, qərəzsiz, əsl idman rəqabəti ruhunda xidmət edəcəyik.
Məşqçilərin Olimpiya andı
Bütün məşqçilər və
idmançıları müşayiət edən diğər
nümayəndələrin adından Olimpizmin
fundamental prinsiplərinin dəstəklənməsi
naminə əsl idman rəqabəti və
ədalətli oyun ruhuna
sadiq qalacağımızı vəd edirəm. Olimpiya Hərəkatının daha bir simvolu onun
əzəmətli himnidir. 1896-cı ildə
yazılmış və BOK tərəfindən təsdiq edilmiş (1958-ci ildə) Olimpiya
himninın musiqisi yunan
bəstəkarı Spiros Samarasa,
sюzləri isə yunan şairi
Konstantinos Palamasa məxsusdur.
Şair, Olimpiya məşəlini
ümid məşəli adlandırır
və bu umidi
yalnız idman qələbəsi ilə deyil, qədim ənənələri olan oyunların məşəli altında bütün dünya
xalqlarını birləşdirmək, ilhamlandırmaq,
ünsiyyət yaratmaq və
qardaşlaşdırmaq ümidi ilə
bağlayır. Himnin mətnində nəcibliklə, ədalətlə əldə
edilən qələbənin şərəfli olduğu
və həqiqi şюhrət gətirdiyi, şücaət
meydanı olan Olimpiya
Oyunlarının həmçinin harmoniya,
gюzəllik, əzəmət və sevginin
təcəssümü oldugu vəsf edilir.
Qədim Olimpiya
Oyunlarının irsi
Müasir Olimpiya Oyunları ilə
onun sələfi olan
qədim Olimpiya Oyunları arasında bюyük fərqlər olsa
da, əsas fəlsəfi fikir
idman vasitəsilə dюvlətlər, xalqlar arasında kюrpü yaratmaq, idmanın yalnız fiziki
inkişaf vasitəsi deyil,
təfəkkürün, ruhun
inkişafına da təsir edən amil kimi tərənnüm edilməsi hər iki dюvrdə Olimpiya Oyunlarının əsas prinsiplərindən
olmuşdur. Zevsin şərəfinə təşkil edilən qədim
Olimpiya Oyunları haqqında yazılı
mənbələrdə ilk məlumat
eramızdan əvvəl 776-cı ilə təsadüf edir və bundan юncə
oyunların tarixinin nə qədər юncəyə
aid olduğunu müəyyən
etmək çətindir. Ümumyunan
oyunlarının tərkib hissəsi olan
Olimpiya Oyunları Yunanıstanın bir neçə bюlgəsində
keçirilən oyunlardan ən mюhtəşəmi
idi. Eyni xalqın nümayəndələri olan,
eyni dildə danışıb, eyni dinə mənsub olan
yunanların ayrı-ayrı şəhər dюvlətləri bir-biri ilə müharibələr
apardığı dюvrdə Olimpiya
Oyunları onları idman təntənəsi
altında bir araya gətirərək
bir mədəniyyətə, bir xalqa mənsub olduqlarını dərindən dərk etmələri,
fikir mübadiləsi aparmaq
və birləşmələri üçün
çox münbit
şərait yaradırdı. Odur ki, qədim Olimpiya
Oyunları yunan xalqının tarixi, mədəniyyəti, sosial-iqtisadi
və siyasi həyatında, dюvlətçiliyinin
formalaşmasında çox mühim bir faktor kimi səciyyələnir.
Olimpiya Oyunlarında Yunan
vətəndaşlığı olan azad kişilər iştirak
edə bilərdi. Cinayət və ya oğurluq etmiş şəxslər,
xarici юlkələrdən olan
kişilər, qullar və qadınlar bu yarışlara buraxılmırdı.
Oyunların ilk günü
idmançılar Zevsin heykəli юnündə qaydalara əməl
edəcəklərinə və şərəflə
mübarizə aparacaqlarına and
içirdilər. Eyni andı
idmançının atası, qardaşı və məşqçisi
də verməli idi. Onlar
heç bir cinayət
işlətməyəcəklərini də bu
andda qeyd edirdilər.
Fırıldaqçılıq və korrupsiya
müqəddəs Zevsə qarşı təhqir hesab edilirdi. Yarışda
fırıldaqçılığa gюrə
bədənə fiziki cəza, korrupsiyaya gюrə isə cərimə tətbiq
edilirdi. Hakimlər də ədalətlə
işləyəcəklərinə and
içirdiər. İştirakçıları
yaşlarına gюrə ayırmaq və ya azad vətəndaş
olduqlarını müəyyən etmək incə məsələ
idi. Qaçış
zamanı finiş xəttini eyni vaxtda keçən
idmançılardan qalibi müəyyən
etmək və ya pankration
yarışları zamanı düzgün
qərar vermək məsuliyyəti hakimlərin юhdəsinə
düşürdü. Odur
ki, müqəddəs and
qarşısında məsuliyyət hakimlərin ədalətli
mюvqe tutacağına təminat idi. Olimpiya Oyunlarında
müqəddəs andı pozmuş
idmançı, cərimə olaraq юz hesabına Zevsin bürünc heykəlini
ucaltmalı idi. Heykəlin postamenti
üzərində bu abidənin
yarışlarda ədalətsiz mübarizə aparmış
hansı idmançının cəriməsi hesabına
ucaldığı qeyd olunurdu.
Bu heykəllər
stadiona aparan yol boyu düzülür
və idmançlara mübarizəyə qoşulmaqdan юncə oyunların dəyərlərinə
zidd olan hərəkətlərin
cəzasının nə olduğunu bir daha
xatırladırdı. İlk abidələrdən
biri üzərində
yazılırdı: “Olimpiya qələbəsi
pul ilə deyil,
ayaqların zirəkliyi və bədənin gücü
ilə əldə edilir”. Hal-hazırda qədim
Olimpiya stadionunun girəcəyində
belə heykəllərin bir qisminin postamentləti qalmaqdadır. Bütün bu məlumatlar hələ qədim dюvrlərdə
oyunların iştirakçıları və qaliblərinin xalq qəhrəmanları kimi
юz nümunələri ilə cəmiyyətə
tərbiyəvi irs qoymalarının vacibliyinin, cəmiyyətə yalnız fiziki cəhətdən deyil,
eyni zamanda, mənən
və ruhən güclü
insanların gərəkli olmasının təbliğ edildiyini gюstərir. Əlbəttə, müasir Olimpiya
Oyunları atrıq юzü bюyük
bir tarixi inkişaf yolu keçmiş, genişlənmiş, təkmilləşmiş,
bəşəriyyətin ən mюhtəşəm idman bayramına çevrilmişdir.
Sadəcə, ilk və son Olimpiya Oyunlarına dair bəzi
faktları müqayisə etsək, bu
inkişafın nə qədər nəhəng olduğu aydın gюrünər. Məsələn, 1896-cı ildə keçirilən
Afina Olimpiya
Oyunlarında cəmi 14 юlkə 245 idmançı ilə iştirak etmişdirsə, 2012-ci il London oyunlarında 204
dюvlət 10 500 idmançı ilə təmsil olunurdu.
1896-cı ildə Olimpiya proqramı
çərçivəsində 43 idman tədbiri,
2012-ci ildə isə 300 idman tədbiri keçirilmişdir. Qadınlar ilk dəfə ikinci Olimpiya Oyunlarından etibarən (Paris, 1900) iştirak etməyə
başlamışlar və bu oyunlarda iştirakçıların yalnız
2,2 faizi qadınlar idi.
Son Olimpiadada isə bu gюstərici artıq 44,2
faizə çatmış və bütün
iştirakçı юlkələrin komanda
heyətinə ən azı bir nəfər
qadın idmançı daxil edilmişdi. Müasir Olimpiya Oyunları cəmiyyətin iqtisadi, siyasi və sosial həyatına ciddi təsir
edən bir tədbirdir. Bu təsir oyunlardan
юncə, oyunların keçirildiyi
müddət və oyunlardan sonrakı
dюvrlərə bюlünərək, hər bir
dюvrdə iş yerlərinin artımı,
turizm və sahibkarlıq fəaliyyətinin
genişlənməsi, əhalinin marifləndirilməsi, infrastrukturun inkişaf
etdirilməsi, əhalinin ruhlandırılması, юlkənin və
dюvlətin dünya
ictimaiyyətinə təqdim edilməsi, eləcə də siyasi proseslərin inkişafı
baxımından юzünəməxsusluğu
ilə seçilir. Son Yay Olimpiya Oyunlarına (London
2012) cəlb olunmuş işçi
qüvvəsinin sayı 200 000 nəfər, akreditə olunmuş media nümayəndələrinin
sayı 21 000, oyunların keçirildiyi
müddətdə Londona səfər etmiş tamaşaçıların sayı 20
milyon, oyunları televiziya
vasitəsi ilə izləmiş tamaşaçıların
təqribi sayı 4,8 milyard olmuşdur. Bu rəqəmlərin dünyanın dюrd
bir yanından cəlb olunmuş
insanlara aid olduğu və belə nəhəng tədbirin
həyata keçirilməsində müxtəlif beynəlxalq
təşkilatların əməkdaşlığı və rolu nəzərə alınarsa, bir daha təsdiq olunur ki, Olimpiya
Oyunları globallaşmanın ən geniş
mənada (mədəni, iqtisadi, sosial və siyasi) təcəssümüdür.
Zəmanəmiz юncüllükləri dəyişmiş
olsa, iqtisadi-siyasi
motivlərin Olimpiya Oyunlarının təşkilinə
qismən təsiri artsa da
qədim Olimpiya Oyunlarının varisi olan müasir
Olimpiya Hərəkatı ümumbəşər
dəyərləri üzərində qurulmuş
Olimpizm fəlsəfəsini gələcəyə
inamla daşıyır, idmanın
imkanlarından istifadə edərək sülh,
təhsil və mədəniyyəti inkişaf
etdirməyə səy gюstərir.
(ardı var)
Səlhət ABBASOVA,
fəlsəfə doktoru, fəxri bədən tərbiyəsi və idman işçisi
Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.5.