Azərbaycan tarixi müstəqilliyinin bərpasının

22-ci ilini yüksək uğurlarla başa vurdu

 

Dünyanın  dinamik və sürətlə  inkişaf edən ölkəsinə  çevrilmiş Azərbaycan Respublikası 2013-cü ili də  yüksək nailiyyətlərlə, uğurlu iqtisadi göstəricilərlə yola saldı. İlin əvvəlindən həyata keçirilmiş məqsədyönlü islahatların nəticəsidir ki, ötən il ölkə üzrə ümumi daxili məhsul istehsalı əvvəlki  ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 57  milyard manata çatmışdır. Ötən il Azərbaycanda bazar iqtisadiyyatı üçün xas olan inflyasiyanın artım sürəti 2,4 faiz təşkil etdiyi halda, ölkə əhalisinin pul gəlirləri 8 faiz artmışdır. Əhalinin pul gəlirlərinin inflyasiya səviyyəsini üstələməsi isə onu deməyə əsas verir ki, Azərbaycanda vətəndaşların rifah halı getdikcə yaxşılaşır.

 

Artıq keçid iqtisadiyyatı dövrünü arxada qoymuş Azərbaycan Respublikası özünün karbohidrogen ehtiyatlarından əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də yüksək uğurlar qazanmışdır.Təkcə onu qeyd etmək kifayətdir ki, son illər  ölkəmizin neft amilindən asılılığı getdikcə azalır. Elə yola saldığımız 2013-cü ildə ölkəmizdə qeyri-neft sektoru üzrə 9,8 faizlik artımın əldə edilməsi də bunu təsdiqləyir.  Bu da təsadüfi deyil.  Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan Azərbaycan artıq 20  ildən artıqdır  ki, müstəqil iqtisadi siyasət yürüdür, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış edir. Yeri gəlmişkən,  ötən il Azərbaycan Respublikası dünya birliyinin yüksək etimadının nəticəsi olan BMT Təhlükəsizlik Şurasındakı  iki illik fəaliyyətini uğurla başa çatdırdı. Dövlət başçımızın qeyd etdiyi kimi, bu mötəbər qurumdakı fəaliyyəti dövründə ölkəmiz beynəlxalq hüququ və ədaləti müdafiə etmiş, bütün məsələlərlə bağlı konkret mövqe sərgiləmiş, prinsipial mövqe tutmuşdur. Bunun da nəticəsində beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da artmışdır. İndi ölkəmiz regiondadünyada mühüm tərəfdaş və nüfuz sahibi kimi tanınır və qəbul edilir. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində  bu barədə demişdir: “ 2013-cü il ölkəmiz üçün çox uğurlu olmuşdur. Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilmişdir. Azərbaycanın  həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri artmış, güclənmişdir. Biz iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq... Beynəlxalq aparıcı reytinq agentlikləri hətta böhranlı illərdə Azərbaycanın kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür. Bu, çox böyük nailiyyətdir. Çox böyük nəticədir, onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir”.

Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə yanvarın 9-da keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran  vəzifələrə həsr olunmuş içlasında da ölkəmizin müstəqillik tarixinin daha bir ilinin nəticələri  təhlil olundu. Möhtərəm Prezidentimizin giriş nitqində, eləcə də hökuməti təmsil edən rəhbər işçilərin çıxışlarında il ərzində əldə olunmuş uğurlar diqqətə çatdırıldı. İclasın gedişini televiziya vasitəsilə  izləyən hər bir ölkə vətəndaşı bir daha əmin oldu ki, Azərbaycan Respublikası əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də yüksək nailiyyətlər əldə etmiş,  dövlət  tərəfindən xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Göründüyü kimi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü iqtisadi strategiyanın uğurla davam etdirilməsi, qlobal enerji layihələrinin reallaşdırılması Azərbaycanın dünyanın inkişaf etməkdə olan ölkələrinin sırasındakı mövqeyinin getdikcə möhkəmlənməsinə səbəb olur.

Azərbaycan Respublikasının maliyyə imkanlarının ilbəil genişlənməsi bir sıra ümummilli proqramların, mühüm investisiya layihələrinin uğurla həyata keçirilməsinə əlverişli imkanlar yaratmışdır. Məhz bunun nəticəsidir  ki, son illər ölkə üzrə investisiya qoyuluşunun həcmi yüksək sürətlə artır. Bu da ölkə iqtisadiyyatının daha çox şaxələndirilməsinə, neft-qaz amilindən  asılılığın minimuma endirilməsinə imkan yaradır. Nazirlər Kabinetinin 2013-cü  ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məqama xüsusi diqqət yetirərək il ərzində Azərbaycan iqtisadiyyatına 28  milyard investisiya qoyulmasını,  ölkə iqtisadiyyatına yönəldilən sərmayələrin  həcminin ilbəil artmasını yüksək uğur kimi dəyərləndirmişdir.

Yola saldığımız 2013-cü il ölkə  iqtisadiyyatı üçün bir sıra əlamətdar hadisələrlə zəngin olmuşdur. Belə ki, dünya ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verən Azərbaycan Respublikası daha bir uğura imza atmışdır. 2013-cü ildə Azərbaycanın qaz təchizatçısı kimi Avropadadünyada əhəmiyyətini daha da artıran “Şahdəniz-2” layihəsinin reallaşdırılması üçün tələb olunan bir sıra mühüm sənədlərə imza atılmışdır. Ötən il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən ildə 10 milyard kubmetrədək Azərbaycan qazının Yunanıstan, İtaliyapotensial olaraq Cənub-Şərqi Avropadakı müştərilərə çatdırılması üçün Trans-Adriatik boru kəmərinin (TAP) seçilməsi və bununla bağlı müvafiq sənədlərin imzalanması da bu sahədə atılmış mühüm addım kimi diqqəti cəlb edir. Bundan əlavə, sentyabrın 19-da “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən  artıq hissəsinin İtaliyada, Yunanıstanda və Bolqarıstanda satışı üzrə doqquz şirkətlə 25 il müddətinə sazişlərin imzalanması da Azərbaycanın yeni əsrin mühümmavi yanacaq” ixracı marşrutu sayılan “Cənub”  qaz dəhlizinin əsas təchizatçısı kimi əhəmiyyətini getdikcə artırır. 2013-cü il dekabrın 17-də isə Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanmsı ilə bu yatağın tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoymuşdur.

Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri ölkədə son dərəcə mühümiri infrastruktur layihələrinin reallaşdırılmasından ibarətdir. Bunun üçün isə külli məbləğdə maliyyə vəsaiti tələb olunur. Sevindirici haldır ki, ölkəmizin maliyyə imkanlarının ilbəil artması istənilən sosialinfrastruktur layihələrinin uğurla həyata keçirilməsinə imkan verir. 2013-cü ilin sonunadək Azərbaycanın strateji valyuta ehtiyatlarının 50  milyard dollara çatması isə bir daha sübut edir ki, ölkəmizin iqtisadi qüdrəti getdikcə artır və bu amil qarşıdakı illərdə yeni-yeni sosialinfrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradacaq.  Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev Azərbaycanın strateji valyuta ehtiyatlarının hazırkı səviyyəsinin dünya miqyasında çox böyük rəqəm olduğunu diqqətə çatdırmış, ölkəmizin ərazi ölçülərinə və əhalinin sayına görə bu sahədə dünya dövlətləri ilə müqayisədə qabaqcıl yerlərdən birini tutduğunu  vurğulamışdır.

Yeri gəlmişkən, Azərbaycanın 2013-cü  ilin  dövlət büdcəsi  ötən 22 illik müstəqillik tariximiz üçün ən yüksək  göstərici hesab olunur. Heç şübhəsiz ki, bu amil  nəzərdə tutulmuş bütün vacib sosialinfrastruktur layihələrinin uğurla reallaşdırılmasına imkan yaratmışdır. Həmin layihələrin siyahısının kifayət qədər geniş olması isə ona dəlalət edir ki,  Azərbaycanda nəzərdə tutulmuş işlərin reallaşdırılması üçün zəngin təcrübə, siyasi iradə, ən başlıcası isə güclü maliyyə dayaqları mövcuddur. Qeyd etdiyimiz kimi, artıq özünün dayanıqlı iqtisadi inkişafını təmin etmiş Azərbaycan Respublikası bütün diqqəti vacib infrastruktur layihələrinin reallaşdırılmasına yönəltmişdir. Hazırda istər paytaxt Bakıda, istərsə də regionlarda bu sahədə mühüm işlər görülür. Elə yola saldığımız 2013-cü  il ölkəmiz üçün bir sıra vacib sosialinfrastruktur layihələrinin icrası sahəsində qazanılmış yüksək nailiyyətlərlə  zəngin olmuşdur. Hər şeydən əvvəl, 2011-ci il mayın 4-də dövlət başçısı tərəfindən qəbul olunmuş “Bakı şəhərinin və onun qəsəbələrinin 2011-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” uğurla başa çatdırılmış, ötən müddətdə paytaxtın ayrı-ayrı qəsəbələrində sosialinfrastruktur məsələlərinin həlli istiqamətində mühüm işlər görülmüşdür.  Belə ki, ötən dövrdə Bakı şəhərində və ətraf qəsəbələrdə yeni təhsil və səhiyyə müəssisələri tikilmiş, mövcud obyektlər əsaslı şəkildə təmir olunmuşdur. Ötən müddətdə, həmçinin şəhərətrafı qəsəbələrin yol infrastrukturunun əsaslı təmiri və yeni yolların tikintisi sahəsində  xeyli görülmüş, Bakıətrafı qəsəbələrdə içməli sukanalizasiya şəbəkələrinin yenidən qurulması ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

Hazırda ölkəmizin bütün regionlarında da geniş quruculuq işləri aparılır, nəhəng infrastruktur layihələri reallaşdırılır. Məlum olduğu kimi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkənin bütün bölgələri üzrə konkret tədbirlər nəzərdə tutulmuşdur. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də Dövlət Proqramında əksini tapmış tədbirlərin uğurla reallaşdırılması regionların simasını əsaslı şəkildə dəyişmiş, gözəlləşdirmişdir. Yeri gəlmişkən,  ötən il dövlət başçısı tərəfindən  ölkənin ayrı-ayrı şəhər və rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə xeyli məbləğdə  vəsait ayrılmışdır ki, bu da  regionlarda bir sıra vacib məsələlərin həllinə təkan vermişdir.

Qeyd etdiyimiz kimi, son illər Azərbaycanda son dərəcə uğurlu investisiya siyasəti həyata keçirilir. Həmin siyasətin nəticəsi olaraq bu ilin əvvəllərindən istər dövlət,  istərsə də özəl bölmənin vəsaitləri hesabına ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra obyektlər tikilib istifadəyə verilmişdir. Onların siyahısı isə kifayət qədər böyük olsa da, ölkəmizdə həyata keçirilən uğurlu investisiya siyasətinin məntiqi nəticəsi olan bəzi mühüm obyektlərin adını çəkməyə dəyər. Belə ki, ötən il Azərbaycanı  dünyanın gəmi istehsal edən dövlətinə çevirmiş Bakı gəmiqayırma zavodu, “Alov qüllələri” kompleksindəki “Fairmont Bakuoteli, “Cənub” Elektrik Stansiyası, Qaz Turbinli İstilik Elektrik Stansiyası, regionların sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən çoxsaylı istehsal və xidmət sahələri, eləcə də bir sıra təhsil, səhiyyə və idman-sağlamlıq obyektləri istifadəyə verilmişdir. Bununla yanaşı, Bakı şəhərində, eləcə də regionlarda yol infrastrukturunun yenidən qurulması, əhalinin içməli su, qazelektrik enerjisinə olan tələbatın daha da yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülmüşdür. Ötən ilin ən yaddaqalan hadisəsi isə, heç şübhəsiz, Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ilə ölkəmizin kosmik dövlətlərin siyahısına daxil olması idi.

2013-cü ili ölkəmizin kənd təsərrüfatı bölməsi üçünuğurlu hesab etmək olar. Belə ki,  Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul edilmiş Azərbaycanda ərzaq təhlükəsizliyinə dair Dövlət Proqramına uyğun olaraq ilk dəfə ölkəmizdə iri fermer təsərrüfatlarının yaradılması davam etdirilmişdir. Bununla belə, kənd təsərrüfatının inkişaf etdirilməsinin ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran möhtərəm Prezidentimiz İlham Əliyev hökumətin məlum iclasında bəyan etdi ki, 2013-cü ildə bu sahədə əldə olunmuş 5 faizlik artım mövcud  potensialı tam əks etdirmir. Odur ki, 2014-cü ildə bu sahədə bir sıra mühüm işlərin görülməsi  qarşıda duran əsas vəzifələrdən biri kimi önə çəkildi.

Yola saldığımız 2013-cü ildə ölkə vətəndaşlarının həyat səviyyəsinin  yaxşılaşdırılması istiqamətində də bir sıra zəruri addımlar atılmışdır. Bu baxımdan  SSRİ dövründə vətəndaşların Əmanət Bankında qalmış əmanətlərin qaytarılmasının başa çatdırılması,  maaş pensiyaların  artırılması sosial sahədə reallaşdırılmış mühüm tədbirlər kimi  diqqəti cəlb edir.

Göründüyü kimi, Azərbaycan Respublikası özünün  tarixi müstəqilliyinin bərpasının 22-ci ilini yüksək uğurlarla başa vurmuşdur.  Artıq sosial-iqtisadi sahədə nəzərdə tutulmuş mühüm vəzifələrlə dolu növbəti bir ilə qədəm qoymuşuq. 2014-cü ildə dövlətin sosial-iqtisadi inkişafının əsas konturları, mühüm hədəflər də artıq bəllidir. Ölkə Prezidenti İlham Əliyevin yanvarın 10-da imzaladığı sərəncamla 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ilielan edilməsi bu baxımdan diqqəti xüsusilə cəlb edir. Beləki adıçəkilən sərəncamdan irəli gələn vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizdə son illər həyata keçirilən sənayeləşdirmə siyasəti yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır. Bu və digər məsələlər isə Nazirlər Kabinetinin məlum iclasında dövlət başçısı İlham Əliyevin proqram xarakterli yekun nitqində öz əksini tapmışdır.

 

Əlixan BƏDƏLOV,

 

iqtisad elmləri namizədi

 

Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.3.