Azərbaycanın
tanınmış mədəniyyət, incəsənət
və mətbuat xadimlərinə “TÜRKSOY-un 20
illiyi” yubiley medalı təqdim
edilmişdir
Yanvarın 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında türk dünyasının mədəni irsinin təbliği, türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsi sahəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətləri olan Azərbaycanın tanınmış mədəniyyət, incəsənət və mətbuat xadimlərinə “TÜRKSOY-un 20 illiyi” yubiley medalının təqdim edilməsi mərasimi keçirilmişdir.
Mərasimdə
çıxış edən TÜRKSOY-un
baş katibi Düsen Kaseinov Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatında
Azərbaycanın yüksək səviyyədə fəallığından
geniş söhbət
açmışdır. Bildirmişdir ki, Bakıda keçirilən bütün tədbirlərdə, o cümlədən Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə reallaşdırılan beynəlxalq
forumlarda, müxtəlif konfranslarda,
mərasimlərdə TÜRKSOY-un təmsil
olunması bu nüfuzlu
beynəlxalq təşkilatın üzvləri arasında əməkdaşlığı
daha da artırır və
onları bir-birinə yaxınlaşdırır.
TÜRKSOY-un baş katibi diqqətə
çatdırmışdır ki, biz hamımız türk
xalqlarını bir-birinə yaxınlaşdırmaq, ümumi tariximizi öyrənmək,
ortaq dilimizi inkişaf etdirmək kimi xeyirxah bir missiyanı yerinə yetiririk.
Biz birgə mədəniyyətimizi inkişaf etdirməklə yanaşı, onu dünyanın hər yerində təbliğ
edirik.
Düsen Kaseinov 2013-cü ildə
TÜRKSOY-un 20 illik yubileyinin dünyanın müxtəlif ölkələrində,
o cümlədən Azərbaycanda da böyük təntənə
ilə qeyd edildiyini
diqqətə çatdırmış, Qəbələdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısı çərçivəsində
yubiley tədbirinin yüksək səviyyədə
keçirildiyini
vurğulamışdır. Qeyd etmişdir ki, TÜRKSOY-un toplantısı ondan
sonra Parisdə, Strasburqda,
Astanada və digər şəhərlərdə
də keçirilmişdir. Bu yubiley tədbirləri
çərçivəsində Azərbaycanın mühüm mədəniyyət hadisələri
də geniş qeyd edilmişdir.
Sonra TÜRKSOY-un baş
katibi Düsen Kaseinov mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə, Bakı
Musiqi Akademiyasının rektoru
Fərhad Bədəlbəyliyə, Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının direktoru İsrafil
İsrafilova,
Azərbaycan Milli Kitabxanasının
direktoru Kərim Tahirova,
Azərbaycan Dövlət Akademik Opera
və Balet
Teatrının direktoru Akif
Məlikova, Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru
Alla Bayramovaya, Azərbaycan
Milli Konservatoriyasının rektoru Siyavuş Kərimiyə,
müğənnilərdən Azərinə, Azər Zeynalova, tanınmış tədqiqatçı
jurnalist Ramiz Əsgərə
və AzərTAc-ın baş direktoru Aslan Aslanova “TÜRKSOY-un
20 illiyi” yubiley
medalını təqdim etmişdir.
Yubiley medalına layiq görülənlər
adından çıxış edən Ədalət Vəliyev fəaliyyətlərinin yüksək
qiymətləndirilməsinə görə minnətdarlığını
bildirmiş, TÜRKSOY-un
həyata keçirdiyi genişmiqyaslı
tədbirlərin, eləcə də Azərbaycan mədəniyyətinin
bu təşkilat səviyyəsində dünyada
təbliğinin böyük əhəmiyyət
daşıdığını
demişdir. Diqqətə
çatdırmışdır ki, TÜRKSOY-un yaradılmasının 20 illik yubileyi ötən il Qəbələdə Azərbaycan Prezidenti İlham
Əliyevin iştirakı ilə yüksək səviyyədə
qeyd edilmişdir. Əlamətdar haldır ki, türkdilli dövlətlərin başçıları bu qurumun fəaliyyətini
yüksək qiymətləndirmiş,
qarşıdakı illərdə onun birləşdirici
missiyasını, görəcəyi işləri dəyərləndirmiş
və inkişaf perspektivlərini göstərmişlər.
TÜRKSOY-un bu
yüksək mükafatı bizi bundan sonrakı fəaliyyətimizdə daha sıx və
faydalı əməkdaşlığa sövq
edəcəkdir.
Mərasimin sonunda xatirə şəkli çəkdirilmişdir.
AzərTAc
Xalq qəzeti.- 2014.- 11 yanvar.- S.3.