Nəsimi rayonunda 20 Yanvar
faciəsi qurbanları
yad edildi
Toplantıda Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatının fəalları,
rayon icra hakimiyyəti
aparatının nümayəndələri,
şəhid ailələri,
ziyalılar iştirak
edirdilər.
Tədbirin məramı ilə
bağlı məlumat
verən Nəsimi
Rayon Ağbirçək Qadınlar
Şurasının sədri
Z. Quliyeva 20 Yanvar hadisələrini ən faciəli gün adlandırdı, bu tədbirin də məhz həmin gün vətən yolunda canından keçib qəhrəmanlıq
səviyyəsinə qalxan
övladlarımızın yad edilməsi məqsədilə təşkil
edildiyini vurğuladı.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
“Həmin gün
hər zaman yaddaşımızda, şüurumuzdadır. O faciədə
canlarından keçən
şəhidlərimiz bizlərin
bu günü üçün, yəni müstəqil Azərbaycan
naminə canlarından
keçdilər. Həmin
gecə silahlanmış
dəstənin qarşısına
çıxan əliyalın
gənclərimiz bilə-bilə
ölümün üstünə
şığıdılar. Bu gün şəhidlərin
nigaran ruhları torpaqlarımızın azad
ediləcəyi günü
gözləyir, – deyə
şura sədri Z.Quliyeva həmin günləri göz önünə gətirdi.
Sonra 20 Yanvar
hadisəsinin elə ertəsi günü ümummilli lider Heydər Əliyevin Moskvada bəyanatla çıxış etməsi
və sonralar faciəyə ilk siyasi qiymətin də məhz ulu öndər
tərəfindən verilməsi
bir daha diqqətə çatdırıldı. Qeyd edildi
ki, şəhidlərimizin
qanı yerdə qalmayacaq. Onların intiqamı mütləq
alınacaq.
MEA Fəlsəfə İnstitutunun
professoru R.Mirzəzadə,
Respublika Əsgər Anaları Cəmiyyətinin
sədri E.Bünyadzadə,
20 Yanvar Cəmiyyəti
Nəsimi rayon şöbəsinin
sədri T. Allahverdiyev
çıxış edərək faciəyə aparan yola nəzər
saldılar, ölkəmizdə
dövlət tərəfindən
şəhid ailələrinə
göstərilən diqqət
və qayğıdan söz açdılar. Sonra şəhidlərin ruhuna verilən ehsan süfrəsində yasin oxundu və
dualar edildi. Şura tərəfindən 20 Yanvar
şəhidləri ailələrinə
və əlillərinə
maddi yardım verildi.
Z.
BƏŞİRQIZI
Xalq qəzeti.- 2014.- 16 yanvar.- S. 6.