Uğurlu nəticələr, yeni hədəflər

 

Quşçular kənd orta məktəbinin geniş akt zalında keçirilən yığıncağa hamı - rayon rəhbərləri də, qonaqlar da, kənd sakinləri də böyük həvəs və ruh yüksəkliyi ilə gəlmişdilər. Bu heç də təsadüfi deyildi. Məsələ burasındadır ki, son illərdə, xüsusilə, yola saldığımız 2013-cü ildə bu kənddə iqtisadi-sosial sahədə xeyli işlər görülmüş, dinamik inkişaf təmin olunmuş, tikinti-quruculuq və abadlıq sahəsində ciddi irəliləyiş əldə edilmişdir. Ən əsası isə ondan ibarətdir ki, kənd sakinlərini narahat edən vacib sosial məsələlər nəzərdə tutulmuş müddətdə həll edilmiş, vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması sahəsində ardıcıl və sistemli qurulmuşdur.

Bütün bunlar barədə Goranboy Rayon İcra Hakimiyyəti başçısının Quşçular kəndi üzrə nümayəndəsi Zabit Abdullayevin hesabat məruzəsində ətraflı söhbət açılmışdır. Hesabat məruzəsində qeyd edildiyi kimi, hazırda Quşçular kəndində 250 ailə, 816 nəfər əhali var. Kənddə 1 orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana fəaliyyət göstərir.

Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdı. Ötən il 234 hektar sahədə dənli bitkilər əkilmiş, hər hektardan orta hesabla 25 sentner məhsul əldə edilmişdir. Əkin sahəsinin suvarılması, əsasən, 12 subartezian quyusunun vasitəsilə həyata keçirilir. Ötən il sahələrin suvarılmasında problem yaranmamışdır. Bundan əlavə, hesabat dövründə 108 hektar yonca, 2 hektar kartof, 17 hektar tərəvəz, 60 hektar günəbaxan əkilmiş, yüksək məhsuldarlıq əldə edilmişdir. Məhsuldarlığın artmasında ölkə Prezidenti İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalına dövlət dəstəyi haqqında sərəncamı mühüm rol oynamışdır. Kənd təsərrüfatı məhsulları istehsalı üçün sərf olunan yanacaqmotor yağlarının orta hesabla 50 faizinin dövlət büdcəsindən ayrılan vəsait hesabına verilməsi son illər əhalinin bu sahəyə marağını gücləndirmişdir. 2013-cü ildə bu məqsədlə 183 fiziki şəxsə 18790 manat vəsait ödənilmişdir. Ötən ilin payızında əkilmiş 126 hektar buğda üçün isə fiziki şəxslərə 5246 manat vəsait hesablanmışdır.

Hesabat ilində heyvandarlıq sahəsində də irəliləyiş əldə edilmişdir. 2012-ci ilə nisbətən ötən il mal-qaranın sayı artmış, ət, süd, yunyumurta istehsalı çoxalmışdır. Burada, əlbəttə, yaradılan əlverişli şəraiti də ayrıca qeyd etmək lazımdır. Hazırda kənddə süd məntəqəsi fəaliyyət göstərir. Hər gün kənd sakinləri həmin məntəqəyə bir tona yaxın süd verirlər. Bu da əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə nəticələnir.

Son vaxtlar Quşçular kəndində əhalini narahat edən vacib problemlərin həlli üçün bir sıra layihələr işlənib həyata keçirilmişdir. Bu layihələrin icrasında yerli icmaların, bələdiyyənin, qeyri-hökumət təşkilatlarının dəstəyindən geniş istifadə edilmişdir. Məsələn, əvvəllər kənd əhalisi ən çox içməli sutexniki sudan əziyyət çəkirdi. Bu problemi aradan qaldırmaq üçün 2 ədəd artezian quyusu vurulmuş, küçələrə 4 kilometr uzunluğunda su xətləri çəkilmiş, 45 yerdə bulaq tikilmişdir. Bununla da əhalinin su problemi, demək olar ki, həll olunmuşdur.

Digər vacib sosial məsələ yolla bağlı idi. Onu da əlavə edək ki, uzun illər bu məsələ öz müsbət həllini gözləyirdi. Nəhayət, Dəliməmmədli - Quşçular - Faxralı yolu əsaslı şəkildə yenidən tikildi yüksək standartlara cavab verən yola çevrildi. İndi kənd sakinləri hər gün bu yolla mənzil başına rahat gedib-gələ bilirlər.

İki il bundan əvvəl Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin Quşçular kəndində keçirdiyi səyyar qəbulda qaldırılan vacib məsələlərdən biri yeni məktəb binasının tikintisi barədəydi. Kənd sakinlərinin narahatlığı əbəs deyildi. Doğrudan da kənddə fəaliyyət göstərən yeganə məktəbin binası olduqca bərbad qəzalı vəziyyətdə idi. Əlbəttə, belə vəziyyətdə yüksək təlim-tərbiyədən, müasir təhsil uğurlarından danışmaq yersiz olardı.

Elə ona görə yeni məktəb binasının tikintisi barədə əlaqədar respublika təşkilatları qarşısında məsələ qaldırıldı, konkret addım atıldı. Nəticədə qısa müddət ərzində 180 yerlik müasir tipli məktəb binası tikilib istifadəyə verildi. Hesabat yığıncağında da qeyd edildiyi kimi, kənd sakinləri, müəllimlər, şagirdlər bu diqqət qayğı üçün hər şeydən əvvəl ölkə Prezidenti İlham Əliyevə hədsiz təşəkkür minnətdarlıqlarını bildirirlər.

Bu gün kənddə elektrik enerjisi, təbii qazın verilişi ilə bağlı heç bir problem yoxdur. Əvvəllər kəndə gələn yüksək gərginlikli xətlə, yeni yaşayış məhəllələrinə təbii qazın çəkilişi ilə bağlı problemlər mövcud idi. Artıq bu məsələlər öz müsbət həllini tapmışdır. Əhali tərəfindən istehlak olunan elektrik enerjisinin təbii qazın ödənişləri yüz faizdir.

Hesabat ilində kənd icra nümayəndəliyi öz fəaliyyətini yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərinə uyğun qurmuşdur. 2013-cü ilin planında nəzərdə tutulan bütün məsələlər icra olunmuşdur. Nümayəndəlik vətəndaşlarla sıx əlaqə yaratmış onların hər bir müraciətinə həssaslıqla yanaşmışdır. Məhz bunun nəticəsidir ki, kənd sakinləri tərəfindən yuxarı dövlət orqanlarına, rayon icra hakimiyyətinə edilən müraciətlərin sayı minimuma enmişdir.

Hesabat yığıncağında qeyd edildiyi kimi, ötən il bütövlükdə Goranboy rayonu üçün yaddaqalan əlamətdar olmuşdur. Belə ki, bütün sahələrdə dinamik inkişaf əldə edilmiş, ümumi məhsul istehsalı artmış, tikinti-quruculuq abadlıq işlərinin həcmi coğrafiyası genişlənmişdir. İndi Goranboy şəhəri, bütün qəsəbə kəndlər öz simasını əsaslı şəkildə dəyişmiş, daha abad yaraşıqlı olmuşdur. Başlıca diqqət ona yönəldilmişdir ki, əhalinin vacib sosial ehtiyacları vaxtında yerinə yetirilsin, vətəndaşların ərizə, şikayət məktublarına həssas qayğıkeş münasibət bəslənilsin.

Kənd sakinlərindən Etibar Həmidov, Yusif Əsgərov, Novruz Həmidov, Araz Məmmədov başqaları çıxış edərək müxtəlif sahələrdə əldə edilmiş uğurlardan, konkret nəticələrdən danışmaqla yanaşı, diqqəti həllivacib olan məsələlərə yönəltmişlər. Yığıncaqda ağsaqqalların, ziyalıların, gənclərin, bütövlükdə kənd sakinlərinin dilindən belə bir yekdil fikir ifadə edilmişdir ki, iqtisadi, sosial mədəni sahədə qazanılmış uğurlar, hər şeydən əvvəl, ölkə Prezidenti İlham Əliyevin bölgələrə, o cümlədən Goranboy rayonuna göstərdiyi gündəlik diqqət qayğının, bu istiqamətdə imzaladığı fərman sərəncamların, göstəriş tövsiyələrinin bilavasitə nəticəsidir.

Hesabat yığıncağında Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev iştirak çıxış etmişdir.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2014.- 17 yanvar.- S. 6.