Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə
həsr olunmuş tədbir
Yanvarın
17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə
həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə
Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat
və mədəniyyət xadimləri, xarici юlkələrdən
gəlmiş qonaqlar iştirak etmişlər.
İştirakçılar
əvvəlcə akademiyanın foyesində Ədəbiyyat
İnstitutunun alimləri tərəfindən nəşr
etdirilmiş kitablarla tanış olmuşlar.
Yubiley
tədbirini giriş sюzü ilə aşan AMEA-nın
prezidenti, akademik Akif Əlizadə Ədəbiyyat
İnstitutunun fəaliyyət gюstərdiyi müddətdə
Azərbaycan elminə verdiyi dəyərli tюhfələrdən
və milli ədəbi nümunələrimizin tədqiqi, юyrənilməsi
və təbliği istiqamətindəki çoxşaxəli
fəaliyyətindən geniş sюz açmışdır.
Ulu
юndər Heydər Əliyevin Azərbaycan elm adamlarına gюstərdiyi
diqqət və qayğıdan danışan natiq hazırda bu
istiqamətdə işlərin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini diqqətə
çatdırmışdır.
Tədbirdə
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, Mili Məclisin deputatı, akademik İsa Həbibbəyli
“Nizami adına Ədəbiyyat İnstitutu davamlı ənənələr
və müasirləşmə yollarında” mюvzusunda geniş
məruzə ilə çıxış etmişdir.
Məruzədə
institutun keçdiyi tarixi yola bir daha nəzər
salınmış və qeyd edilmişdir ki, 1933-cü ildə
əsası qoyulan bu elm məbədi 80 ildən artıq
müddətdə Azərbaycan filologiya elminin mərkəzinə
çevrilmiş, mili mənəvi dəyərlərimizin,
xalqın folklorunun, klassik və müasir ədəbiyyatının
юyrənilməsi ilə ardıcıl məşğul
olmuş, onun tədqiqi, nəşri və təbliği sahəsində
miqyaslı işlər gюrmüşdür.
Diqqətə
çatdırılmışdır ki, Azərbaycan ədəbiyyatşünaslıq
elminin bir neçə nəsli Nizami adına Ədəbiyyat
İnstitutunda formalaşıb inkişaf etmişdir. Bu gün
tanınmış ədəbiyyatşünas alimlər
institutunda elmi fəaliyyətlərini uğurla davam etdirirlər.
Bu elmi-tədqiqat institutunda çalışanların
sıralarında 1 akademik, 2 müxbir üzv, 49 elmlər
doktoru, 80 nəfərdən çox fəlsəfə
doktorları vardır. Ədəbiyyat İnstitutunun əməkdaşlarından
3 nəfəri Dюvlət mükafatı laureatı, 2 nəfəri
isə əməkdar elm xadimidir.
İsa
Həbibbəyli demişdir ki, müstəqillik dюvründə
Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin
yeni mərhələsi başlanmışdır. Azərbaycançılıq
ideyasının, milli maraqların юn mюvqeyə çəkilməsi,
dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin
genişləndirilməsi, açılmamış səhifələrin
tədqiqata cəlb olunması Ədəbiyyat İnstitutunun
müasir mərhələsinin əsas istiqamətlərini
müəyyən edir.
Hazırda
Ədəbiyyat İnstitutunda yeddi cildlik Azərbaycan ədəbiyyatı
tarixinin dюrd cildinin nəşri başa
çatdırılmışdır. Ədəbiyyat
İnstitutunun çap etdirdiyi bюyük demokrat
yazıçı Cəlil Məmmədquluzadənin
redaktorluğu ilə çıxmış “Molla Nəsrəddin”
jurnalının səkkiz cilddə və Əli bəy
Hüseynzadənin “Füyuzat” jurnalının bir cilddə
transliterasiya nəşri юlkə miqyasında elmi-ədəbi
hadisə sayılmağa layiqdir.
Vurğulanmışdır
ki, hazırda bütюvlükdə Azərbaycan Milli Elmlər
Akademiyasında olduğu kimi, Nizami adına Ədəbiyyat
İnstitutu da yeni islahatlar dюvrünü yaşayır. Bu
elmi-tədqiqat institutunda aparılan yeniləşmə və
dəyişikliklər müstəqillik dюvrü Azərbaycan ədəbiyyatşünaslıq
elminin daha dərindən və əsaslı şəkildə,
юlkənin milli maraqlarına və dünya elmi-ədəbi
mühitində gedən proseslərlə əlaqəli şəkildə
юyrənilməsinə geniş şərait yaradır.
Yubiley
tədbirində iştirakından bюyük məmnunluq hissi
keçirdiyini sюyləyən M.V.Lomonosov adına Moskva Dюvlət
Universitetinin Bakı filialının rektoru, professor Nərgiz
Paşayeva Ədəbiyyat İnstitutunun bütün əməkdaşlarını
əlamətdar gün münasibətilə təbrik
etmişdir.
Nərgiz Paşayeva sюzünə davam edərək demişdir: “Mən də ədəbiyyata bağlı olan, bütün юmrünü onun inkişafına xidmət edən bir nəslin nümayəndələrindənəm. Bəlkə də bu sahəyə olan marağımın əsasında da bu amilin bюyük rolu vardır. Ədəbiyyat bюyük aləmdir. Dünyanın yaranışının юzəyində də sюz dayanır. Dünya yaranandan mюvcud olan sюz, bütün zamanlarda tədqiqat obyekti olmuşdur”.
Nərgiz Paşayeva demişdir: “Azərbaycan ədəbiyyatı əsirlər boyu bюyük inkişaf yolu keçmişdir. Amma bəzən dünya çərçivəsində, bюyük arenada biz ədəbiyyatımızı lazımi səviyyədə təbliğ etməyi bacarmamışıq. Arzu edərdim ki, bundan sonra Azərbaycan ədəbiyyatının dəyərli, nadir nümunələri dünyada lazımi səviyyədə təqdim olunsun”.
N.Paşayeva demişdir ki, ədəbiyyat xalqları, millətləri birləşdirən bir qüvvədir. Əgər bədii sюz insanı daxilən gюylərə ucaldır, ona yeni ruh, mənən zənginlik, sakitlik, təmizlik gətirirsə, elmi sюz insanı ədalətli olmağa səsləyir, onu yer üzündə mюvcud qayda-qanunlara əməl etməyə çağırır. Bütün bunlar sюzün, ədəbiyyatın gücünün, bюyüklüyünün gюstəricisidir. Bu günədək dünyada ictimai fikrə, cəmiyyətə, insana ədəbiyyat qədər təsir edəcək ikinci bir silah kəşf edilməmişdir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, AMEA-nın humanitar və ictimai elmlər bюlməsinin akademik-katibi, Bakı Slavyan Universitetinin rektoru, akademiyanın müxbir üzvi Kamal Abdullayev, Macarıstan Elmlər Akademiyası Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georg Xazai, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, dünya şюhrətli azərbaycanlı alim, doktor Cavad Heyət, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Rafael Hüseynov, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı və başqaları əlamətdar gün münasibətilə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarını təbrik etmiş, onlara yeni uğurlar arzulamışlar.
Tədbirə yekun vuran Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli yubiley münasibətilə xarici юlkələrdən və Azərbaycanın bir sıra ali təhsil ocaqlarından, gюrkəmli mədəniyyət xadimlərindən gəlmiş təbrik məktublarını oxumuşdur.
Yubiley tədbirində institutun inkişaf yolundan bəhs edən slaydlar
nümayiş olunmuşdur.
Xalq qəzeti.- 2014.- 18 yanvar.- S. 9.