Səbaillilər 20 Yanvar faciəsinin
qurbanlarını yad edirlər
20 Yanvar faciəsindən iyirmi dörd il ötür.
Xalqımızın qan
yaddaşına yazılmış
bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi, paytaxtımızın Səbail
rayonunun idarə və təşkilatlarında,
ali və
orta təhsil müəssisələrində də geniş qeyd olunur.
Səbail Rayon İcra Hakimiyyəti rayonun ictimai təşkilatları, Sosial
Müdafiə Fondu,
“20 Yanvar” və “Qızıl Aypara” cəmiyyətləri, Veteran Təşkilatları
Şurası nümayəndələrinin
iştirakı ilə
ərazidə yaşayan 20 Yanvar şəhidlərinin ailələri
və faciə zamanı əlil olmuş rayon sakinləri ilə “Şəhidlər Xiyabanı”ndakı
inzibati binada görüş keçirmişdir.
Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda
həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif
Əsgərov qeyd etmişdir ki, bu faciə xalqımızın
qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş sovet ordusu qarşısına
əliyalın çıxaraq
canlarından keçən
20 Yanvar şəhidləri
müasir tariximizin qəhrəmanları olmuşlar.
Ümummilli liderimiz Heydər
Əliyevin səyləri
ilə faciə qurbanlarının ailələri
və 20 Yanvar əlilləri dövlət
tərəfindən hər
cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Prezident İlham
Əliyev də ölkəmizin azadlığı
və müstəqilliyi
uğrunda şəhid
olmuş və sağlamlığını itirmiş
şəxsləri daim
himayə edir, onlara verilən təqaüd və müavinətləri artırır.
Başçı şəhid ailələri
və 20 Yanvar əlillərinin məişət
qayğıları və
problemləri ilə maraqlanmışdır.
Şəhid ailələri və əlillər adından çıxış edənlər
onlara olan diqqət və qayğıya görə ölkə başçısı
İlham Əliyevə
öz minnətdarlıqlarını
bildirmişlər.
Tədbirin sonunda RİH-in şəhid
ailələrinə və
əlillərə maddi
yardımı, ərzaq
bağlamaları təqdim
olunmuşdur.
Yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçərişəhərdəki “Cümə məscidi”ndə
şəhidlərin xatirəsinə
dualar oxunacaq və ehsanlar veriləcəkdir.
R.TAHİR
Xalq qəzeti.- 2014.- 18 yanvar.- S. 12.