Əbədiləşən tarix

 

Azərbaycan Turizm İnstitutunda xalqımızın müstəqillik tarixində qızıl hərflərlə əbədiləşən 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “dəyirmi masakeçirilmişdir.

ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov “yanvarın 19-dan 20-ə keçən gecəni öz qanları ilə şanlı tarixə çevirən müqəddəs vətən övladlarını unutmağa - unutdurmağa haqqımız yoxdur” – sözlərini “dəyirmi masa”nın mövzusu olduğunu diqqətə çatdırmışdır. Xalqımızın azadlığı yolunda canlarını qurban vermiş  qəhrəman oğullarımızın – şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

C. Cəfərov XX əsrin 90-cı illərini imperiyanın çöküşü adlandıraraq, 60-cı illərdə dünyada müstəmləkəçilik zəncirinin qırıldığını faktlarla xatırlatmışdır. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecəni 72 il əvvəl — 1918-ci il mayın 28-də Azərbaycanın coğrafi deyil, siyasi məkan kimi dünyaya tanıdan böyük şəxsiyyətlərin haqq işinin yenidən başlanğıcı olduğunu bildirmişdir. O gecə məhz müstəqil Azərbaycan dövlətini qurub-yaratmaq arzusunun gerçəkləşdiyini diqqətə çatdırmışdır. Azərbaycanın müstəqil dövlət olaraq ərazi bütövlüyünü bərpa edib saxlamaq naminə onlarla vətən övladının həmin yanvar gecəsini qanları ilə yazdıqlarını xüsusi vurğulamışdır. Bildirmişdir ki, 20 Yanvar şəhidləri o gecə “işğala yox!” deyib, azadlıq, müstəqillik istəyini qanları ilə pöhrələndirdilər. Statistik rəqəmlərə görə 24 il əvvəl şəhid olan vətən övladlarının sayı təxminən 132 nəfərdi. Amma o gecə əslində bütün Azərbaycan şəhid idi.

Rektor C.Cəfərov tələbələrə üz tutaraq demişdir: “Həmin gün hər zaman yaddaşımızda, şüurumuzdadır. O faciədə canlarından keçən şəhidlərimiz bu günümüz üçün, yəni müstəqil Azərbaycan naminə canlarından keçdilər. Həmin gecə əliyalın şəkildə silahlı ordunun qarşısına çıxan gənclərimiz bilə- bilə ölümün üstünə şığıdılar. Yağı düşmən də bilir ki, onlar heç zaman ölməyiblər. Şəhidlərin nigaran ruhları torpaqlarımızın azad ediləcəyi günü gözləyir. Siz tələbələr, o gecənin şahidi deyilsiniz, hətta bir çoxunuz 90-cı ildən sonra doğulmusunuz. Siz ancaq institutun “ATİ Mediası”nda həftə boyu yayımlanan videoçarxda o günlərin dəhşətini, xalqımızın öz şəhidlərinə sonsuz ehtiramını, sevgisini izləyə bilirsiniz. Onların ən böyük günahı bilirsinizidi?  Günahsızlıqları, Vətəni canlarından çox sevməkləri...”

Sonra o, 20 Yanvar hadisəsinin elə ertəsi günü ümummilli liderin Moskvada bəyanatla çıxış etməsini və neçə il sonra faciəyə ilk siyasi qiymətin də məhz ulu öndər tərəfindən verilməsini yad etmişdir.

Ölümləri ilə ölümsüzləşən şəhidlərimizin ildönümünə həsr olunmuşQara Yanvar - 24” adlı dəyirmi masada ATİ-nin İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfiqarlı, Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Vidadi Rzayev, Sahib Səfiyev öz çıxışlarında 20 Yanvar faciəsinə gedən yoldan, eyni zamanda, bu faciəyə hüquqisiyasi qiymətin verilməsində Heydər Əliyevin tarixi xidmətlərindən söz açmışlar. Onlar dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi olaraq qeyd etmişlər.

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2014.- 18 yanvar.- S. 15.