Azərbaycanın Avropa Şurasına üzvlüyü müstəqillik tariximizin mühüm siyasi hadisələrindən biridir

 

Bu gün müstəqil Azərbaycan Respublikası üçün çox əlamətdar günlərdən biridir. Çünki, məhz 2001-ci il yanvarın 25-də  Avropa Şurası Parlament Assambleyasının Strasburqdakı qərargahının qarşısında respublikamızın üçrəngli bayrağı yüksəldilmiş, ölkəmizin AŞPA-ya tamhüquqlu üzv qəbul edilməsi ilə əlaqədar ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə təntənəli mərasim keçirilmişdir. Bununla da Azərbaycanın Qərbə inteqrasiyası istiqamətində irəliyə doğru mühüm addım atılmışdır.

Avropalı ekspertlərin də qeyd etdiyi kimi, ötən əsrin son onilliyindən etibarən Avropaya inteqrasiya kursunu götürən postsovet ölkələrinin hər biri ayrı-ayrılıqda müxtəlif uğurlara imza atsa da, heç bir ölkə bu sahədə Azərbaycan qədər nailiyyətlər qazana bilməmişdir. Bunun da əsas səbəbi ölkəmizin siyasi kursunu böyük dövlətçilik təcrübəsinə malik olan ulu öndər Heydər Əliyevin müəyyənləşdirməsi idi.

Bu gün bütün dünya etiraf edir ki, Avropa meyarları bəşəriyyət üçün vacib olan ən ali dəyərlərin qorunmasını özündə ehtiva edir. Bu meyarlara cavab vermək üçün ölkədə demokratiyanın bərqərar olunması, əsas insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin yaradılması, plüralizmin, tolerantlığın, söz azadlığının təmin edilməsi, mətbuat üzərindən senzuranın götürülməsi, çoxpartiyalı parlamentin formalaşdırılması vacibdir. Azərbaycan dövləti 1993-cü ilin iyun ayından etibarən bütün bu istiqamətlərin ölkənin reallıqlarına çevrilməsi üçün konkret və qətiyyətli tədbirlər həyata keçirir. Nəticədə, sadaladığımız istiqamətlərin hər biri üzrə əldə etdiyimiz göstəricilər 100 il, 150 il demokratiya təcrübəsi olan Avropa ölkələrinin təmsilçiləri tərəfindən də yüksək qiymətləndirilir, heyranlıqla qəbul edilir.

Uğurlu siyasət Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmasına zəmin yaradırdı. Belə bir vaxtda Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması olduqca vacib və zəruri idi. Azərbaycanın bu nüfuzlu quruma üzv olmasından sonra beynəlxalq aləmdə mövqeləri möhkəmlənəcək, nüfuzu artacaqdı. Ümumavropa məkanında insan hüquqlarının qorunması və müstəqilliyini yeni qazanmış dövlətlərdə demokratik proseslərin inkişaf etdirilməsi istiqamətində, habelə beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində, sülhün, təhlükəsizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən problemlərin həllində Avropa Şurasının rolu yüksək qiymətləndirilirdi. Ona görə də Heydər Əliyev Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması üçün bütün imkanlardan istifadə edirdi.

Müstəqil dövlətimizin həyatında demokratik ictimaisiyasi dəyişikliklərin baş verməsi, beynəlxalq standartlara uyğun yeni qanunların qəbul olunması, Konstitusiyadaqanunlarda insan hüquq və əsas azadlıqlarının təsbit olunması, Azərbaycanın insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmağa hazır olmasını bəyan etməsi ölkəmizi Avropa ailəsinə daha da yaxınlaşdırırdı. Azərbaycanda qəbul olunan qanunların Avropa Şurasının ekspertləri tərəfindən yüksək qiymətləndirilməsi Avropa məkanının diqqətini ölkəmizə yönəltmişdi. Bununla birlikdə, Azərbaycanın dövlət başçısı Heydər Əliyevin 1996-cı il 8 iyul tarixliAvropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər haqqında” sərəncamı Avropa Şurası ilə ölkəmiz arasında əməkdaşlığın yaradılmasında və növbəti illər üçün fəaliyyət planı kimi mühüm əhəmiyyət kəsb etmişdir.

Ulu öndərin Azərbaycanın vahid Avropa ailəsinə daxil olması istiqamətində apardığı məqsədyönlü işlər düşünülmüş şəkildə davam etdirilirdi. Heydər Əliyevin bu məqsədlə Avropa Şurasının Baş katibinin adına yazdığı məktub bu qurumun rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Həmin tarixi əhəmiyyətli məktubda ulu öndər Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olmaqbaşqa üzv dövlətlər kimi insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyaya qoşulmaq arzusunda olduğu bildirilirdi. Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın bu arzusunu alqışlayaraq Avropa Şurasının gündəliyinə daxil etmişdi.

1998-ci il yanvarın 20-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il mayın 14-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” Prezident Heydər Əliyevin imzaladığı sərəncamlar ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərin artırılmasına və məqsədyönlü fəaliyyətə böyük zəmin yaratdı. Bu sərəncamlarda bəzi məsələlərlə yanaşı, Avropa Şurasının bir sıra konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi də tövsiyə edilirdi. Dövlət başçısının qarşıya qoyduğu məsələlər qısa zamanda öz həllini tapdı və Milli Məclis tərəfindən dəstəkləndi.

Ulu öndər Azərbaycanın Avropa Şurasına üzvlük naminə fəaliyyətini getdikcə gücləndirmiş, bu yönümdə riskliprinsipial addımlar atmaqdan belə çəkinməmişdir. Bu baxımdan 1993-cü ilin ortalarından ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci il fevralın 10-da isə bu cəzanın tam ləğv edilməsi barədə qəti qərar vermişdir. Qeyd edək ki, insan hüquq və əsas azadlıqlarının qorunması bu qurumun üzv dövlətlər arasında müəyyənləşdirdiyi başlıca tələblərdən biridir. Ölüm hökmünün ləğvi də bu tələblərdəndir. Xatırladaq ki, Avropa Şurasının 1989-cu ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6-cı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz Avropa Şurasının insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək qiymət verdiyinin əyani təzahürüdür. Azərbaycanda ölüm hökmü cəzası ləğv ediləndə həmin vaxt hətta Avropa Şurasının üzvü olan bəzi dövlətlər belə bu addımı hələ atmamışdılar.

Ölkəmizin Avropa Şurasına qəbul edilməsi ərəfəsində, yəni 2000-ci il noyabrın 30-da Venesiya Komissiyasının katibi Conni Bukikkonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşmüş və həmin görüşdə C.Bukikko Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycanın üzvlüyü üçün əhəmiyyətli qərar qəbul etdiyini bildirmişdi. Ulu öndər isə Azərbaycanın Avropa Şurasına üzvlüyünün baş tutmasının həm Avropa, həm də Azərbaycan üçün faydalı olmasını nümayəndə heyətinin diqqətinə çatdırmışdır. Müdrik siyasi xadim qeyd etmişdir ki, Azərbaycan Avropa dəyərlərindən yararlanmaq üçün imkanlar qazanacaq, Avropa isə bütün qitə xalqlarını cəmləşdirmək istiqamətində addım atmağa nail olacaq.

Azərbaycanda demokratik prinsiplərin inkişafı, insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər və bu yöndə qəbul olunmuş qanunvericilik aktları ilə yaxından tanış olmaq üçün Avropa Şurasının nümayəndə heyəti 2001-ci il yanvarın 3-də və 4-də ölkəmizdə rəsmi səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Latviyanın xarici işlər naziri İ.Berzinş, Latviya, Almaniya, Niderlandİsveçin həmin təşkilat yanında səfirləri daxil edilmişdilər. Nümayəndə heyəti ulu öndər Heydər Əliyevlə, Milli Məclisin sədri, xarici işlər naziri, Konstitusiya Məhkəməsinin sədri və digər rəsmi şəxslərlə görüşmüş, aparılan islahatlardan razılıqlarını bildirmişlər. Bundan bir neçə gün sonra İtaliyanın Avropa Şurası yanında daimi nümayəndəsi R.Erkole Aqonun (Aqo qrupu) rəhbərlik etdiyiNiderland, İsveç, Türkiyə, Yunanıstan səfirlərindən təşkil edilmiş digər nümayəndə heyəti də Bakıda olmuş, dövlət rəsmiləri və digər şəxslərlə görüş keçirmiş, Azərbaycanın Avropa Şurasına layiq ölkə olması barədə yekdil qərara gəlmişlər.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair tarixi qərar qəbul olunmuşdur. Ölkəmizin şuraya üzv olması ilə respublikamız Avropa ilə əlaqələrinin tarixində yeni mərhələyə qədəm qoydu. Bu qurum müstəqil Azərbaycan üçün yeni, habelə daha yüksək tribuna kimi qiymətləndirilirdi. Ən başlıcası isə, ölkəmiz informasiya blokadasından çıxaraq öz milli maraqlarını, əsl həqiqətləri olduğu kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istiqamətində qətiyyətli addımlar atdı.

AŞPA-nın Azərbaycan parlamenti nümayəndə heyətinin iştirak etdiyi ilk sessiyasından başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair reallıqları özündə əks etdirən sənədlər yayıldı. Parlament Assambleyasının müxtəlif dövlətlərdən olan deputatları ilə qarşılıqlı əlaqələr quruldu. Əməkdaşlıq möhkəmləndikcə AŞPA-nın müxtəlif dövlətlərdən olan üzvləri ölkəmizin qarşılaşdığı problemlər, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və bu işğal zamanı bir milyondan artıq soydaşımızın öz doğma ev-eşiklərindən didərgin salınmaları barədə müfəssəl məlumat əldə etdilər. O vaxt cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyətinin fəallığı, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşa olunması istiqamətindəki səyləri artıq öz müsbət nəticəsini göstərirdi. Sanki Avropa Azərbaycanı və Ermənistanı yenidən tanımağa başlamışdı. Məhz bu fəallığın nəticəsi olaraq ilk dəfə Avropa Şurasının Nazirlər Komitəsinin 108-ci sessiyasında Ermənistanın təcavüzkar siyasəti rəsmi olaraq pislənildi. Həmin sənəddə birmənalı olaraq bildirilirdi ki, Avropa Şurası ölkələrin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. 43 dövlətdən yalnız Ermənistan AŞPA-nın bu sənədinin əleyhinə çıxdı və bununla da beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozdu.

Avropa Şurası Azərbaycan üçün çox yüksək tribuna idi. Düşünülmüş, məntiqli və milli-mənəvi dəyərlərin müdafiəsi istiqamətində hazırlanmış sənədlər, habelə ölkəmizi narahat edən məsələlərlə bağlı çıxışlar müstəqil dövlətimizi beynəlxalq aləmdə daha geniş şəkildə tanıdırdı. Ermənistan isə getdikcə ifşa olunurdu. 2001-ci il aprelin 24-də AŞPA-nın sessiyasında “Avropanın iqtisaditransmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsi” mövzusunda keçirilən müzakirələrdə Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin çıxışı xüsusi qeyd edilməlidir. Nümayəndə heyətimizin rəhbəri həmin çıxışında Ermənistanı təkzibolunmaz faktlarla ifşa etmiş, bu ölkənin təcavüzkar olduğunu, işğal etdikləri əraziləri mütəşəkkil cinayətkarlığın mərkəzinə çevirdiklərini diqqətə çatdıraraq demişdir: “Azərbaycan bu məsələdən xüsusilə narahatdır. Çünki Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən biri məhz bizim ərazidədir. “Dağlıq Qarabağ Respublikası” deyilən ərazidə nəinki Azərbaycanın hakimiyyət orqanlarının, bu cinayətkarlıqla mübarizəyə məsul olan beynəlxalq təsisatların da heç bir nəzarəti yoxdur. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmışdır”.

Azərbaycan iqtisadi inkişaf yolunda sürətlə irəlilədikcə, bütün sahələr üzrə demokratik islahatlar aparıldıqca, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qanunvericilik bazası yaradıldıqca Avropanın əhəmiyyətli dövlətlərindən birinə çevrilirdi. Artıq ölkəmizin AŞPA-dakı nüfuzu da yüksəlirdi. Bir tərəfdən də cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyətinin bir-birinin ardınca əhəmiyyətli sənədlər hazırlayıb deputatlar arasında yayması ölkəmizin sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən dövlət olması, Ermənistanın təcavüzünə məruz qalması barədə tam təəssürat formalaşdırırdı. Ümumiyyətlə, cənab İlham Əliyevin nümayəndə heyətimizə rəhbərlik etdiyi müddətdə Azərbaycan həqiqətlərini və reallıqlarını özündə əks etdirən 30-a yaxın sənəd hazırlanmış və AŞPA-da rəsmi sənəd kimi yayılmışdır. Bu sənədlərlə Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə beynəlxalq ictimaiyyətə tam dolğun məlumat çatdırılmış, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması tarixi faktlarla bir daha sübuta yetirilmişdir. Bundan başqa qaçqın və məcburi köçkün halında yaşayan azərbaycanlı uşaqların təhsil hüququnun pozulması, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə əlaqədar hazırlanmış sənədin Ermənistan tərəfindən imzalanması və tanınması, işğal altında olan Azərbaycan ərazilərində tarixi-mədəni abidələrin viran edilməsi, ekoloji vəziyyətin pozulması faktlarının AŞPA-da müzakirə olunması da nümayəndə heyətimizin uğurlarındandır.

Respublikamızın Avropa Şurasına tamhüquqlu üzv olmasından artıq on üç il keçir. Bu illər ərzində Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın bu qurumdakı fəaliyyəti çox uğurlu olmuşdur. Azərbaycan parlamenti nümayəndə heyətinə ilk vaxtlar rəhbərlik etmiş möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri dünya ictimaiyyətinə bəlli oldu.

AŞPA-da Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul edildi, Ermənistan rəsmən işğalçı dövlət kimi tanındı. Nümayəndə heyətimizin rəhbəri İlham Əliyevin siyasi fəaliyyəti AŞPA rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və 2003-cü il yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının Büro iclasında Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı İlham Əliyev Büronun üzvübu mötəbər təşkilatın daxili prosedurasına əsasən, eyni zamanda AŞPA Prezidentinin müavini seçilmişdir.

Göründüyü kimi, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olmasından iki il sonra böyük inametibar qazanmışdır. Azərbaycan diplomatiyasının Avropaya inteqrasiya proseslərinə qoşulmaq istiqamətindəki fəaliyyəti yüksək qiymətləndirilmişdir. Biz 2004-cü ilin aprelində də bunun şahidi olduq. Bu zaman artıq Azərbaycanın Prezidenti kimi Strasburqa səfər edən cənab İlham Əliyevə AŞPA-nın sədri Piter Şider bu nüfuzlu təşkilatın fəxri üzvü diplomunu və medalını təqdim etmişdir.

Bu məqamda bir daha onu da xatırladaq ki, Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2005-ci il mayın 16-17-də Varşavada keçirilən 3-cü zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında təşkilata üzv ölkələrin təhlükəsizliyi sahəsində mühüm işlərin görülməsinin vacibliyini bildirərək, Ermənistanın hərbi təcavüzünün ağır nəticələrini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Cənubi Qafqazın Avropanın ayrılmaz hissəsi olduğunu vurğulayan dövlət başçısı İlham Əliyev bu regionda sülhün və təhlükəsizliyin bərqərar olması və əməkdaşlığın inkişafı üçün bütün səylərin birləşdirilməsinin zəruriliyini bildirərək qeyd etdi ki, bu, azad, vahid və təhlükəsiz Avropanın yaradılmasına mühüm töhfə olardı.

Hazırda Azərbaycan parlamenti nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Avropa Şurası kimi nüfuzlu bir quruma üzvlüyə qəbul edilməsi yeni əsrin əvvəllərində xalqımızın taleyində baş verən tarixiçox mühüm hadisə idi və müstəqil Azərbaycan Respublikasının müasir dünya düzənində özünəlayiq yer tutması üçün vacib idi.

 

Rauf  KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2014.- 25 yanvar.- S. 3.