Yeni Yasamalda abadlıq və quruculuq işləri sürətlə davam etdirilir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  keçirilmiş Nazırlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasından sonra yerlərdə bununla əlaqədar yığıncaqlar keçirilir, əhalini daha çox narahat edən problemlərin aradan qaldırılması, həmçinin abadlıq quruculuq işlərinin daha da sürətləndirilməsi istiqamətində qətiyyətli addımlar atılır. Bununla əlaqədar olaraq  Yeni Yasamal yaşayış massivində abadlıq quruculuq işləri sürətlə davam etdirilir.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Coşqun Əliyev ərazidə aparılan abadlıq quruculuq işləri barədə məlumat verərkən dedi ki,  4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi öz fəaliyyətinəYerli İcra Hakimiyyəti haqqında Əsasnamə”nin 5.1.6 bəndinə əsasən ərazidə olan yaşayış evləri çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfat başına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaqla başlamışdır.

Yeni Yasamal yaşayış massivinin sakinlərinin sayı getdikcə artır. Ona görə bu ərazidə məktəb, uşaq bağçası, tibb məntəqəsi digər zəruri sahələrin yaradılması əsas vəzifə kimi qarşıya qoyulub. Küçələrin işıqlandırılması, yolların asfaltlaşdırılması, kanalizasiya istilik sistemlərində yaranmış problemlərin aradan qaldırılması da həlli vacib məsələrdəndir. Bununla əlaqədar görülən işlər barəsində məlumat verən C.Əliyev dedi ki, Məhəmməd Xiyabani küçəsinin  Yasamal Rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ərazisindən keçən hissəsində aralarındakı məsafə 33 metr olmaqla 47 ədəd iki lampalı işıq dirəkləri quraşdırılmış Yasamal rayonu üçün mühüm əhəmiyyət kəsb edən Məhəmməd Xiyabani küçəsinin Şərifzadə küçəsi kənar dairəvi yolla birləşdirilən hissəsi işıqlandırılmışdır.

Nümayəndəliyə daxil olan ərazilərdə təmizliyin qorunması, məişət tullantılarının problemsiz daşınmasını təşkil etmək məqsədilə məişət tullantılarının atılması üçün meydançalar müəyyən edilmiş ümumilikdə 56  konteyner yerləşdirilmişdir. İstilik sisteminin bərpa olunması istiqamətində xeyli görülmüşdür. C.Əliyev bildirdi ki, bu sahə əhalini ən çox narahat etdiyindən daim diqqət mərkəzində saxlanılmışdır. Yeni Yasamal - 1 ünvanı üzrə 8 binada istilik sistemləri tam bərpa olunmuşdur. 11 binada isə cari təmir işləri aparılmışdır.

Sakinləri ən çox narahat edən problemlərdən biri liftlərin işləməsi olmuşdur. Ötən il ərzində 57 ünvanda liftlər əsaslı təmir olmuşdur. 2,9,1 12 saylı binaların ərtafındakı ərazilər qeyri - qanuni zəbt olunaraq pərakəndə bağ sahələri salınmışdır. Bu da yaşayış massivinin ümumi görünüşünə xələl gətirmiş sakinlər arasında narazılıq yaratmışdı. Nümayəndəliyin həyata keçirdiyi ciddi tədbirlər sayəsində həmin ərazilərdə təmizlik abadlıq işləri aparılmış, ərazidən məişət tullantıları daşınmış buraya yeni torpaq örtüyü salınmışdır. Sakinlər burada aparılmış abadlıq quruculuq işlərindən razılıqlarını bildirmişlər. Digər ərazilərdə aparılan təmizlik, abadlıq quruculuq işləri sakinlərin ürəyincə olmuşdur. Ərazidə qanunsuz fəaliyyət göstərən obyektlər sökülmüş, yerində isə müasir tələblərə cavab verən günlüklər, oturacaqlar uşaqlar üçün oyun qurğuları quraşdırılmış, həmçinin  bəzək ağacları əkilmişdir. Yeni Yasamal - 2 yaşayış massivində isə 2,3,4,5,8,9 saylı binaların giriş həyətyanı sahələrinə asfalt örtüyü vurularaq sakinlərin rahatlığı təmin olunmuşdur.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının Yeni Yasamal yaşayış massivinin sakinləri ilə keçirdiyi görüşlərdə səyyar qəbullarda onların müraciətləri diqqətlə dinlənilmiş bu görüşlər zamanı sakinləri daha çox narahat edən problemlər yerindəcə həll olunmuşdu.

C.Əliyev bildirdi ki, yaşayış massivinin sakinləri ölkəmizin ictimai - siyasi həyartında da yaxından iştirak ediblər. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə Yeni Yasamal yaşayış massivində sakinlərin köməyi ilə minlərlə ağac bəzək kolları əkilmişdir. Cari ilin sonunda isə keçirilən prezident seçkilərində sakinlər mütəşəkilliklə seşki məntəqələrinə gedərək möhtərəm Prezidentimiz İlham Əliyevə səs vermişlər. Bu, onlara göstərilən diqqət qayğının təzahürü idi. Qısa vaxt ərzində bu ərazidə, eləcə rayonun digər sahələrində aparılan abadlıq quruculuq işləri, həmçinin qarşıya çıxan problemlərin qısa vaxt ərzində aradan qaldırılması insanların sabaha olan inamını daha da artırmışdır. Sakinlər çox yaxşı bilirlər ki, bütün bunlar dövlətimizin başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin tövsiyə tapşırıqlarının nəticəsidir.

C.Əliyev əminliklə bildirdi ki, 2014-cü ildə qarşıya qoyulan vəzifələr uğurla icra olunacaq bu il müstəqillik tariximizdə uğurlar ili kimi qalacaq.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 25 yanvar.- S. 6.