Eldar QULİYEV: Məryəm Ələkbərli
Azərbaycanı bundan sonra
da xarici ölkələrdə
layiqincə təmsil edəcəkdir
Məryəm Ələkbərli Azərbaycanı bundan sonra da xarici ölkələrdə layiqincə təmsil edəcək və hər birimizi sevindirəcəkdir.
Bu sözləri xalq artisti, kinorejissor Eldar Quliyev Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisində AzərTAc-a müsahibəsində demişdir.
Xalq artisti
bildirmişdir ki,
istedadlı gənc rəssamın əsərləri, demək
olar, Avropanın əksər ölkələrində
nümayiş olunmuş,
fərdi sərgiləri keçirilmişdir.
Mən onun əsərlərinə həm
peşəkarların, həm də adi
tamaşaçıların münasibətinin şahidi
olmuşam. Bu heyrətamiz
insan öz xeyirxah daxili
dünyasını əlvan rənglərin dili
ilə ifadə edir. Onun
mənəvi dünyası zəngin və şəndir. Məryəm
Ələkbərlinin əsərləri insanları
xeyirxahlığa səsləyir. Bu əsərlərə
tamaşa edəndə insan
daxilən bir rahatlıq tapır. Onun yaratdığı portretlər qeyri-adidir və heç
kimə bənzəmir. Bunlar yalnız Məryəm Ələkbərlinindir. Çox şadam ki, bizdə belə
bir gənc rəssam vardır. Əminəm
ki, o, bizləri - özünün pərəstişkarlarını
bundan sonra da öz əsərləri
ilə təəccübləndirəcək və sevindirəcəkdir.
Mən özümü onun
yaradıcılığının pərəstişkarlarından
hesab edirəm.
Xalq qəzeti.- 2014.- 28 yanvar.- S. 4.