“Qərbi Çıraq” platformasından
neft hasilatına başlandı
Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkətinin
operatoru olan bp şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli”
yatağının işlənməsi
çərçivəsində Qərbi Çıraq platformasından neft hasilatına başlandığı
barədə rəsmi
məlumat yaymışdır.
Bununla da, 2010-cu ildə sanksiya verilmiş “Çıraq” neft layihəsi reallığa çevrilımişdir.
Xatırladaq ki, “Qərbi Çıraq”dan hasilat yanvarın 28-də öncəqazma
quyularındanbiri olan
J05 quyusundan başlayıb. Neft əvvəlcə platformada quraşdırılmış
texnoloji qurğulardan keçəcək, sonra isə yeni yataqdaxili
boru kəməri vasitəsilə mövcud
30 düyməlik sualtı
ixrac boru kəmərinə ötürüləcək
və bu kəmərlə də Səngəçal terminalına
nəql ediləcək.
2014-cü il ərzində
digər öncəqazma
quyuları işə
düşdükcə hasilat
artacaq.
bp şirkətinin
Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə
regional prezidenti Qordon Birrell bu əlamətdar
hadisə münasibətilə
demişdir: “Qərbi Çıraq” bizim Xəzər dənizində
təhlükəsiz və
səmərəli şəkildə
inşa və istismar etdiyimiz səkkizinci dünya səviyyəli dəniz platformasıdır. Bu vaxtadək
“Azəri-Çıraq-Günəşli”
yatağından 2,3 milyard barreldən artıq neft hasil edilib. Bu gün hasilata başlamış bu yeni platforma kimi yeni texnologiyalara
və qurğulara gələcəkdə də
davamlı investisiyaların qoyulması
ilə “Azəri-Çıraq-Günəşli”
hələ uzun onilliklər boyunca dünya səviyyəli yataq kimi öz
hasilatını davam etdirəcək. Yatağın operatoru olan
bp şirkəti və bizim tərəfdaşlarımız
hasilatın optimallaşdırılması
və yatağın neftvermə əmsalının
maksimuma çatdırılması
istiqamətində bizi
addım-addım irəliyə
aparacaq səyləri davam etdirmək əzmindədirlər. İnanırıq ki, bu layihə
“Azəri-Çıraq-Günəşli”
yatağından hasilatın
sabitləşdirilməsi və
yeni “Qərbi Çıraq” platformasından
daha çox quyular qazmaqla neftvermə əmsalının
artırılması istiqamətində
atılmış böyük
bir addımdır.
Fürsətdən istifadə
edərək sualtı
boru kəmərlərini,
yeni platformanın dayaq blokunu və
üst modullarını
inşa etmiş və quraşdırmış,
əksəriyyəti azərbaycanlı
olan minlərlə insana ötən dörd il
ərzində göstərdikləri
fədakarlığa və
mükəmməl nəticəyə
görə minnətdarlığımı
bildirmək istəyirəm.
Mən həmçinin hökuməti,
tərəfdaşlarımızı, əməkdaşlarımızı, podratçıları, təchizatçıları
və bu möhtəşəm nailiyyətdə
rolu olan bütün şəxsləri
də təbrik edirəm. Mən həmçinin təhlükəsiz
şəkildə ilk neftin
hasil olunmasında “Azəri-Çıraq-Günəşli” üzrə layihə, qazma və əməliyyatlar
qrupunun xüsusi əməyini vurğulamaq
istəyirəm. Bu, Xəzər dənizində
bizim planlaşdırma,
tikinti və əməliyyatlar sahəsində
sanballı təcrübəmizi
davam etdirməyə qadir olduğumuzu bir daha göstərir”.
Məlumat üçün bildiririk
ki, “Qərbi Çıraq” platforması
dənizin 170 metr dərinliyində, mövcud
“Çıraq” və
“Dərinsulu Günəşli”
platformaları arasında
quraşdırılmışdır. Yeni platformanın layihə gücü gündəlik
183 min barrel neft təşkil
edir. Platforma, həmçinin gündəlik 285 milyon kub fut qaz
ixrac etmək gücündədir.
M.YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 30 yanvar.- S. 1.