“Məhəmməd
Əmin Rəsulzadənin yubileyi ilə əlaqədar
proqrama uyğun olaraq müvafiq tədbirlər
həyata keçirilir”
“Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq müvafiq qurumlara lazımı tapşırıqlar verilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi Rəsulzadənin yubileyi layiqli səviyyədə qeyd olunacaq”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Administrasiya rəsmisi qeyd etmişdir ki, M. Rəsulzadənin yubileyinin qeyd olunması ilə bağlı tədbirlər planı vardır: “Proqrama uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilir”.
Əli Həsənov yubileylə bağlı
Türkiyədə keçiriləcək tədbirdə Azərbaycandan
dövlət səviyyəsində nümayəndə heyətinin
iştirak edəcəyini bildirmişdir.
Xalq qəzeti.- 2014.- 30 yanvar.- S. 5.