Yardımlı: Zirvələr əlçatmaz
deyil
Dağların başının
tacı olan Yardımlıya yaz qədəm-qədəm gəlir.
Fəsilayrıcı günlərdə yağan
qar qışın asanlıqla “təslim”
olmaq istəmədiyini göstərsə
də, bahar qeyd-şərtsiz
“taxt-tac”ına sahib durmaqda
iddialı idi. Elə dağ
camaatı da hər il
bu vaxtlar iki fəslin “döyüş”ünü görməyə öyrəncəlidir.
Novruz xonçalarının üstünü qar dənəcikləri
bəzəməsə, dağın arandan
nə fərqi olar?
Yaşlıların yadına gələr, 1967-ci il iyunun ilk günlərində ot çalını vaxtı Yardımlı ərazisinə güclü qar yağmışdı. Görənlər deyirdi ki, qar möcüzə kimi yağdı, yuxu kimi keçib getdi.
İndilər Yardımlının gözəllik aşiqlərini qoynuna çağıran vaxtıdır. Meşə örtüklü dolama yollar boyunca ağ çiçəklər açmış meyvə ağacları gəlin köçən qızlar kimi gözəllik saçır. Təkdam şəlaləsinin həzin səsi kövrək duyğular yaradır. Ötən ilin avqustuna qədər bu dağlarda səsi ilahi lütfü olan bir xanəndə yaşayırdı: Qürbət Fətəliyev. Sağ əlində mikrofon, sol əlinin şəhadət barmağını düz tutub dürüst oxuyan Qürbətin sədaları şəlalə səsini, göy gurultusunu xatırladır, az qala, qayaları titrədirdi. Qaraqayada ədəbiyyat və muğam bilicisi kimi tanınan Eynulla müəllim söyləyir ki, Qürbət doğma Avaş kəndindən axan dağ çayına qoşularaq səsinin gücüylə Bakıya qədər axıb sənətsevərlərın qəlbinə süzülə bilmişdi. Müxalifi hücum, Mənsuriyyəsi qələbə hayqırtısı olan “Çahargah”ı məclislərdə təkrar-təkrar oxumaqla ustadı Sabir Mirzəyevi layiqincə xatırladardı Qürbət...
Yadıma gəlir ki, Masallının Qəriblər kəndindən dostumuz Cəmil öz oğlunun toyunu xanəndə Qürbətə həvalə eləmişdi. Qəriblər ola, Qürbət ola, toy ola! Şaqraq, sehirli səs ürəkləri sac üstündə buğda kimi qovururdu! Nə Qürbət yorulurdu, nə də alqışlar səngiyirdi. Heyf ondan, özünün-səsinin qədrini bilmədi. Dağlar bir tərənnümçüsünü erkən itirdi.
Amma nə yaxşı ki, Yardımlıda istedadlar çoxdur. Yurda şöhrət gətirənlər davamlı artmaqdadır. Neçə-neçə Qürbəti, Sabiri boy göstərir dağların. Biri elə Cavanşir! O gün televizorda elə gözəl zəngulələr vururdu ki...
Özünün yüksəliş
dövrünü yaşayan
rayonun siması ilbəil dəyişir. Yeni sosial obyektlər tikilir, iş yerləri
açılır, yollar
abadlaşdırılır, mozaik
naxışlı istinad divarları
kilometrlərcə uzanır. Təbii gözəlliklər insan əlləri ilə bir
qədər də cilalanıb üzə gülür.
Gözəl diyara turist marağı ilə gələnlərin
sayı da durmadan artır.
Yardımlının inkişaf dinamikası
2014-cü ildə də
qorunub saxlanmışdır. İcra
hakimiyyətinin başçısı
Sevindik Hətəmovun
bildirdiyinə görə,
ötən il rayon üzrə 86 milyon 912 min manatlıq ümumi məhsul istehsal olunub ki, bu
da əvvəlki illə müqayisədə
3 faiz, 2003-cü illə
müqayisədə 9,5 dəfə
çoxdur. Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə uzunluğu 38 kilometr olan yerli
əhəmiyyətli Yardımlı-Deman-Arvana
və uzunluğu 15 kilometr olan Yardımlı-Hamarkənd-Abbasabad
avtomobil yolları istifadəyə verilib. İl ərzində 661 min
300 manatlıq sənaye,
34 milyon 923 min manatlıq
kənd təsərrüfatı
məhsulları istehsal
olunub. Rayonda 319 daimi yeni iş
yerləri yaradılıb
ki, onlardan 270-i fiziki, 49-u isə
hüquqi şəxslərə
aiddir.
Dövlətimizin başçısının
2014-cü ili “Sənaye
ili” elan etməsi rayonda iqtisadiyyatın bu mühüm sahəsinin
inkişafı üçün
münbit şərait
yaradıb. Burada “Limonad, su, kompot və mürəbbə sexi” istifadəyə verilib.
Müəssisədə 30-a yaxın rayon sakini işlə təmin olunub. Yeni istehsalatda çalışanların
orta ayılq əmək haqqı 314 manatdır. Bu il “Kənd təsərrüfatı ili”dir.
Deməli, məhsul bolluğuna vəsilə olan önəmli addımlar atılacaq, torpaqlardan daha səmərəli istifadə
ediləcək. Hazırda “Biləzəmi”
adlanan ərazidə rayonun kənd təsərrüfatı idarələri
üçün üç
mərtəbədən ibarət,
bütün lazımi
avadanlıqla təchiz
ediləcək inzibatı
bina inşa olunur. Həmin bina bu il istifadəyə veriləcək.
Rayonun genişləndirilmiş
inkişaf planında bu ərazidə digər idarə və müəssisələr
üçün də
müasir inzibati binaların tikintisi nəzərdə tutulub. Heydər Əliyev
Fondunun hesabına müasir tələblərə
tam cavab verən 55 yerlik körpələr evi-uşaq bağçası
artıq inşa olunaraq fidan balaları qoynuna alıb. Bununla da rayonda körpələr evi-uşaq
bağçasının sayı
dördə çatıb.
Polis şöbəsinin yeni yaraşıqlı inzibatı binası da ötən ilin aprelində istifadəyə verilib.
Bundan başqa,
ölkə Prezidentinin
göstərişinə əsasən,
şəhərin Heydər
Əliyev küçəsində
icra hakimiyyəti aparatı üçün
yeni binanın tikilməsinə qərar verilib. Bu binanın da cari ildə
istifadəyə verilməsi
planlaşdırılır. Ümumiyyətlə, Yardımlıda uzun müddət istismarda olduğu üçün yararsız
vəziyyətə düşmüş
binaların yenilənməsinin
şahidi olmaq mümkündür.
Son vaxtlar ərzində
yerli əhəmiyyətli
avtomobil yollarının
Viləş çayı
üzərindən keçən
hissəsində 3 yerdə
- Yardımlı-Hamarkənd-Abbasabad, Yardımlı-Bozayran-Vərgədüz-Sırıq,
həmçinin şəhərin
Əsədabad və Ünəç küçələri
arasında müasir körpülər inşa
olunub. Sahilləri birləşdirən yeni, rahat körpülərdən
ümumilkdə 18 yaşayış
məntəqəsinin 20 minə
yaxın əhalisi istifadə edir. Bununla da üç ildə Yardımlıda tikilən avtomobil körpülərinin sayı
6-ya çatıb. Digər körpülər
Sırıq-Horavar, Separadi-Teşkan
və Urağaran-Qaraqaya
kəndləri arasında
inşa olunub. Üç kilometrlik Pirimbel yolunun da tikintisi
başa çatdırılıb.
Yaxşı haldır ki, yeni məktəblərin inşası, mühüm
infrastruktur layihələrinin
icrası diqqətdədir. Ötən
dərs ilinin əvvəlində rayonun Zenqaran, Solğard və Fındıqlı-Qışlaq
kəndlərində məktəblər
tikilərək istifadəyə
verilib. Sonrakı aylarda isə
Yardımlı şəhər
3 nömrəli, Anzov,
Urağaran və Çayüzü kənd
tam orta məktəblərinin
açılış mərasimləri
olub. Yeni məktəblərdə minə qədər şagirdə rahat şəraitdə təhsil
almaq imkanı yaradılıb.
Ölkə Prezidentinin tapşırığına
əsasən, 2013-cü ilin
sonlarından rayonda müasir idman kompleksinin tikintisinə başlanılıb. Yeri gəlmişkən, dağlıq diyarın idmançıları mötəbər
yarışlarda parlaq
qələbələr qazanmaqda
davam edirlər. Onların arasında mötəbər beynəlxalq
yarışların qalibləri
də var. Çoxmübarizəli
döyüş növləri
üzrə Avropa çempionu Valeh Sahratlı, şotokan-karate
növü üzrə
dünya çempionu Orxan Baratlı, “Cənub” idman klubunun rəhbəri, kikboksinq məşqçisi
Samir Həsənov (yetirməsi Sənan İsgəndərli dünya
çempionudur) rayonun
fəxri sayılırlar.
Yeni sağlamlıq və güc ünvanının
da qapılarını
idmançıların üzünə
açmasına çox
qalmayıb.
Yardımlıda kiminlə söhbət etdiksə, ölkə rəhbərliyinin ucqar bölgəyə qayğısından
razılığını bildirdi. İcra hakimiyyətində vətəndaş müraciətlərinə
son dərəcə həssas
münasibət bəslənməsi
hamılıqla təqdir
olundu. Əlbəttə, bütün bunlar
müsbət hallardır.
Elə dövlətimizin başçısı
hər zaman məmurlara xalqla hakimiyyət arasında inam, etimad körpüsünü
beləcə möhkəmləndirməyi
tapşırır. Ümid qapısına
gələnləri xoş
üzlə qarşılayıb
razı şəkildə
yola salmaq hər bir idarə
və təşkilat rəhbərinin ümdə
vəzifəsi hesab olunur.
Rayonun tanınan ziyalılarından
biri, ötən ilin payızında “Tərəqqi” medalı ilə təltif edilmiş Ostayır kənd məktəbinin müəllimi Mehdi Həsənov uzun illərdir ki, Yardımlı ilə bağlı tarixi əhəmiyyəti olan faktları qələmə alır, yurdu bacardığı qədər tanıtmağa
çalışır. Bizimlə
görüşündə o, ürək sözlərini
həvəslə bölüşdü:
– Yardımlı özünün
intibahını yaşayır.
Möhtərəm Prezidentimizin diqqəti
sayəsində son illərdə
rayonumuz onilliklərə
bərabər inkişaf
yolu keçib. Quruculuq işləri genişlənib.
Təhsilə, mədəniyyətə qayğı bizi xüsusilə hədsiz sevindirir. Bir də məni
razı salan odur ki, indi
rayonumuzda ziyalılara
çox isti münasibət bəslənir.
Hər hansı birimizin müraciəti müsbət
qarşılanır, sözümüz
eşidilir, fikrimizlə
hesablaşılır. Bu, əlbəttə, rəhbərin özünün
ziyalı xarakterindən
irəli gəlir.
Qəbullarda, səyyar görüşlərdə
onun sadə davranışları ilə
ürəklərə yol
tapması çox müsbət halddır.
Sevindik müəllim əsl el adamı kimi camaatın xeyir-şərində yaxından
iştirak edir,
hər kəsə maddi və mənəvi
dayaq olur. Elə bərqərar olan qarşılıqlı inama
görədir ki, Yardımlı günbəgün
tərəqqi edir, mədəni həyatı
durmadan canlanır.
Başçını kabinetindən
çox abadlıq-quruculuq işlərinin episentrində, sadə adamların arasında görmək olar. Möhtərəm Prezidentimiz
çox sağ
olsun ki, belə qabiliyyəti kadrları vacib vəzifələrə irəli
çəkir.
Ötən payız İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən I Ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində Yardımlıda da idarə, müəssisə və təşkilat kollektivlərinin iştirakı ilə iməciliklər keçirilib. Heydər Əliyev parkı, mədəniyyət və istirahət parkı, Heydər Əliyev küçəsi boyunca, Urağaran, Zevin, Avaş, Pirimbel kənd inzibati ərazi dairələrində, həmçinin Masallı-Yardımlı magistral avtomobil yolunun 44-45-ci kilometrliyində ümumilikdə beş minə qədər müxtəlif növlü ağac əkilib. Bu il martın ortalarından başlayaraq yenə də həmin ərazilərdə, həmçinin Porsova, Vərov, Astanlı kəndlərində müxtəlif növ ağac tingləri basdırılıb. Rayon yaşıllaşdırma idarəsinin işçiləri tərəfindən xüsusi avadanlıq vasitəsi ilə ağaclar suvarılır və onlara aqrotexniki qulluq göstərilir.
Çox çəkməz ki, yeni fidanlar Yardımlının yaşıl örtüyünü daha da zənginləşdirər. Yaşıllığı bol olan yerdə gözəllik, təkamül, halallıq və xeyir-bərəkət sarıdan qıtlıq çəkilməz.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2015.- 5
aprel.- S.6.