Məzunlarının iş yerlərini
öncədən
müəyyənləşdirən
universitet
Artıq beşinci ildir ki, Azərbaycan
Texnologiya Universitetinə bakalavr pilləsi üzrə tələbə
qəbulu planının ilbəil artırılması müşahidə olunur. Xüsusilə, son iki ildə bu artım daha qabarıq hiss
edilir. Əgər beş il əvvəl, yəni 2010-ci ildə
plan üzrə 550 tələbə qəbulu nəzərdə
tutulmuşdusa, ötən il onun sayı xeyli artırılaraq
875-ə çatdırılmışdır.Maraqlıdır
ki, qəbulun sayı artıqca müəllimlərin sayı nəinki
artmış, əksinə
azalmışdır.O zaman universitetdə professor- müəllim
heyətinin sayı 256 nəfər idisə, hazırda
onların sayı 239 nəfərdir. Özlüyündə
bu, yaxşı göstəricidir.
Doğrudur,
universitetə yenə də nəzərdə tutulan qədər
tələbə qəbul olunmamışdır. Lakin
narahatlığa əsas yoxdur. Əvvəla, bu ali məktəbə
marağın nəticəsidir ki,
tələbələrin sayında artım ilbəil
çoxalır. Məsələn, 2011-ci ildə universitetə
427, 2013-cü ildə 569 nəfər,
keçən il isə 700 nəfər qəbul olunmuşdur.
Digər tərəfdən, Azərbaycan Texnologiya Universiteti
beş-on il əvvəlki universitet deyil. Bu ali məktəbin
istər maddi-texniki bazası, istərsə də tədrisin,
imtahanların təşkili və keçirilməsi, professor-
müəllim heyətinin hazırlığı, daha dəqiq
desək, səviyyəsi, işə münasibəti çox
dəyişib. Bəli, nöqsanlar var və bu barədə
bir qədər sonra söhbət açacağıq. Lakin
uğurlar da göz qabağındadır və bunu görməmək
mümkün deyil.
Əslində,
bu ali məktəb universitet kimi 15 ildir ki, fəaliyyət
göstərir. Amma bir vaxtlar Azərbaycan Politexnik
İnstitutunun Gəncə filialı kimi fəaliyyət
göstərən tədris müəssisəsi sonradan elə
həmin bazada Krasnodar Politexnik İnstitutunun Bakı
filialı, həmçinin Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun “Şərabçılığın
texnologiyası” ixtisasının birləşdirilməsı nəticəsındə
yaradılmışdır.Ümummilli lider Heydər
Əliyevin şəxsi təşəbbüsü və
köməyi ilə yaradılmış ali məktəb indiyədək
minlərlə mütəxəssis yetişdirmiş,
iqtisadiyyatın ən müxtəlif sahələri
üçün kadrlar hazırlamışdır. Arıq 35
ildir ki,fəaliyyət göstərən dünənki filial,
institutut və nəhayət, universitet indi respublikada öz
yeri, çəkisi və səviyyəsi ilə
sayılıb-seçilən bir ali məktəbə
çevrilmişdir.
Universitetin
35 il əvvəlki ilk rektoru İsmayıl Sadıqov olub.
Sonralar bu ali məktəbə mərhum Rəhim Rəhimov,
daha sonra Tofiq Qocayev, Vidadi Məmmədov və başqaları
rəhbərlik edib. Lakin son 12 il ərzində universitetin tədris
işləri üzrə prorektoru rektoru əvəzləyib,
başqa sözlə, ali məktəbin rektoru olmayıb. Belə
bir vəziyyətin uzun illər davam etməsinin ali məktəbin
işinə nə dərəcədə təsir edib-etməməsi
başqa söhbətin mövzusudur. Təkcə onu deyə
bilərik ki, Azərbaycan Respublikası Prezidentinin 13 mart
2013-cü il tarixli sərəncamı ilə universitetə
rektor təyin edildikdən sonra tədris ocağının
işində, necə deyərlər, dönüş
başlanıb. Yuxarıdakı fikrimizə bir daha qayıdaraq
qeyd etmək istəyirik ki, universitetin fəaliyyətində
çatışmayan cəhətlər hələ az deyil.
Lakin dönüş, islahatlar, yeni ixtisasların
açılması istiqamətində aparılan işlər,
xarici əlaqələrin olduqca genişləndirilməsi, tələbə,
müəllim mübadiləsi, informasiya texnologiyalarına
meydan verilməsi, tədrisin keyfiyyətinə diqqətin
artırılması və başqa işlər universitet həyatını
daha maraqlı və mənalı etmişdir.
Universitetin
tədris işləri üzrə prorektoru, dosent Rövşən
Əliyev söhbət zamanı dedi ki, indi bizim tədris
müəssisəmiz dünyanın bir sıra
tanınmış ali məktəbləri ilə eyni sırada
dayana bilir, hətta bəzi sahələrdə nümunə
göstərməyi bacarır.
Universitetin
xarici əlaqələr şöbəsinin hesabatı
qarşımdadır.Avropa ölkələrinin bir sıra
tanınmış ali təhsil müəssisələri ilə
imzalanmış müqavilələlər, elm və təhsil
mərkəzləri, assosiasiyalar, təşkilatlar, şəbəkələrlə
əlaqələri əks etdirən razılaşmalar,
memorandumlar, “Erasmus+” proqramı çərçivəsində
Avropa İttifaqına təqdim olunan layihələr və sair
sənədlər bir daha sübut edir ki, Azərbaycan
Texnologiya Universitetində yenilənmə, inteqrasiya işlərinə
formal yanaşılmır və onlardan maksimum yararlanmağa
çalışırlar. Təkcə Türkiyə
Cümhuriyyətinin 19 universiteti ilə müqavilə
bağlanıb.Rusiya Fedarasiyası Sankt-Peterburq Dövlət
Telekommunikasiya Universiteti, o cümlədən Naberjnı
Çelnı Dövlət Ticarət-Texnologiya İnstitutu, Həştərxan
Dövlət Texniki Universiteti, Gürcüstanın,
Belarusiyanın, Macarıstanın, Bosniya-Herseqovina
Respublikasının, Pakistanın və digər ölkələrin
ali məktəbləri ilə bağlanan müqavilələr
diqqəti cəlb edir. Təbii ki, onların arasında Azərbaycanın
da ali məktəblərindən olanları var.
Hazırda
universitetin 5 tələbəsi “Mövlanə Mübadilə
Proqramı” çərçivəsində təhsilini əvvəlcədən
iki ali məktəb arasında bağlanmış müqaviləyə
əsasən Türkiyənin müvafiq universitetində , 5 nəfər
isə Bakıdakı Qafqaz universitetndə davam etdirir. Növbəti
illərdə adıçəkilən proqram çərçivəsində
belə tələbələrin sayının daha da
artırılması nəzərdə tutulmuşdur.
Maraqlıdır ki, “ Mövlanə Mübadilə Proqramı”
çərçivəsində akademik mobilliyə cəlb
olunan müəllimlərin də sayı artmaqdadır.
Hazırda Rəcəb Tayyib Ərdoğan, Yüzüncü
Yil və Giresin universitetlərinə on nəfərdən
çox müəllim qəbul edilmişdir. Türkiyədəki
univesitetlərdən də akademik mobillyə müəllimlər
cəlb olunmuşdur. Yeri gəlmişkən, bir məsələni
qeyd edək ki, universitetin yataqxanasının olmamaması bir
sıra çətinliklər yaradır, o cümlədən
də, əcnəbi tələbələrin və müəllimlərin
qəbulu, onların müvafiq yerlə təmin olunması
problem olaraq qalır. Biz hələ universitetdə təhsil
alan 4 min nəfərdən çox tələbəni demirik.
Qeyd etmək
lazımdır ki, Texnologiya Universitetinin beynəlxalq təhsil
məkanına inteqrasiyası üçün xarici əlaqələr
şöbəsinin yaradılmasına böyük ehtiyac
duyulurdu və yaxşı ki, belə bir şöbə
yaradıldı. İşin səmərəsi də göz
qabağındadır. Məhz bu şöbə tərəfindən
Boloniya prosesinin əsas sənədlərinin müntəzəm
tərcüməsi, onun nəşri təşkil edilir. Bunun
üçün dillər kafedrasının əməkdaşları
da şöbənin işinə cəlb olunublar. İngilis,
rus, alman və sair dillərdə olan müvafiq sənədlər
Azərbaycan dilinə tərcümə olunur, eyni zamanda,
sistemli lügətlər tərtib edilir. Artıq xarici ölkələrin
20 universiteti ilə memorandumlar imzalanmışdır.
Azərbaycan
Texnologiya Universiteti Təhsil Nazirliyinin tövsiyəsi əsasında
Dünya Bankı ilə birgə
ali təhsilin inkişafı layihəsini həyata keçirməyi nəzərdə
tutmuşdur. Vacib layihə “Regional işçi qüvvəsinin
uyğunlaşdırılması” adlanır. Hazırda bu sahədə
işlərin davam etdirilməsi üçün universitet tərəfindən
tədbirlər planı hazırlanır. Universitet istehsalat
yönümlü ali məktəb olduğu üçün
regionda yerləşən müəssisələrlə birgə
fəaliyyət proqramı işləyib hazırlayıblar.
Əslində, ən vacib işlərdən birinin təməli
qoyulub desək, yanılmarıq. Bu, universitet rəhbərliyinin
son vaxtlar həyata keçirdiyi ən vacib işlərdən
biridir. Elə son illər texnologiya universitetinə getdikcə
artan marağın bir səbəbi də həmin amilin önə
çəkilməsidir. Axı sirr deyil ki, məzunun
qarşılaşdığı bir nömrəli problem onun
iş yeri ilə bağlıdır. Gəncə və ətraf
rayonlarda yerləşən müəssisələrlə əməkdaşlığa
başlanması,müqavilələrin imzalanması vacib
işə ciddi yanaşmadan xəbər verir. Artıq “Gəncə
DET-AL” Alüminium Kompleksi ilə müqaviləyə əsasən
həmin müəssisə universitetin baza müəssisəsi olmalı,
universitet isə onlar üçün kadrlar
hazırlamalıdır. Qeyd edək ki, “Gəncə Det-Al”
Alüminium Kompleksinin təməli Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
qoyulmuş, 2011-ci ilin oktyabrında onun ilk 50 min tonluq istehsal
gücünə malik 1-ci fazası işə
başlamışdır. 2014-cü ilin yanvar ayında ölkə
Prezidenti kompleksin yarımfabrikat istehsal edən
zavodlarının açılışında iştirak
etmişdir. Yaxın zamanda bu nəhəng müəssisənin
istehsal gücünün ildə 200 min tona
çatdırılması gözlənilir. İndi
özünüz fikirləşin,
belə bir baza müəssisəsi olan ali məktəb
yüksək ixtisaslı kadr yetişdirmək
üçün görün dünənki kimi işləyə
bilərmi?!Təsadüfi deyil ki,keçən ildən
universitetin ixtisaslar təsnifatına 4 yeni ixtisas, o cümlədən,
metallurgiya və kimya mühəndisliyi də əlavə
olunmuş və beləliklə də onların sayı 17-dən
21-ə çatdırılmışdır. Hazırda daha
çox maraq göstərilən müasir ixtisasların da
açılması Azərbaycan Texnologiya Universitetinə
yaxın gələcəkdə daha çox axının
olacağından xəbər verir.2014-2015-ci tədris ilindən
adlarını çəkdiyimiz ixtisaslarla yanaşı,
kompüter mühəndisliyi və kompüter elmləri
ixtisaslarına da tələbə qəbulunun başlanması
təsadüfi deyil.
Əməkdaşlıq
Gəncə Avtomobil zavodu, “Lalə-Tekstil” MMC, “Ağsu
AzGranata” MMC və bu kimi digər müəsisələrlə
də aparılır. Bu günün tələbəsi
artıq bilir ki, sabah onu harada, hansı iş gözləyir,
perspektivi nədir və sair. Bu ilin fevralında universitetdə
Azərbayan Polad İstehsalı Kompleksinin işçi qrupunun
“Sənayedə müasir texnologiyaların tətbiqi və təhsildə
yüksək mühəndis kadrların hazırlanması
paralelliyi ” mövzusunda professor- müəllim və tələbələrlə
görüşü məhz Gəncə şəhərində
istifadəyə verilməsi nəzərdə tutulan, 2500 nəfər
işçi qüvvəsinə malik olacaq Mettallurgiya zavoduna
kadrların hazırlanmasına həsr edilmişdir.
Məzun
yarmarkaları da yuxarıda qeyd etdiyimiz məqsədə xidmət
edir. Artıq 6-cı ildir ki, keçirilən belə
yarmarkalarda təklif olunan iş yerlərinin sayı ibəil
artır. 2009-cu ildə məzunlara 70 iş yeri təklif
olunmuşdusa, keçən il bu rəqəm 130-u
keçmişdir. Universitetin innovasiya, ixtiraçılıq və
patent-lisenziya fəaliyyəti son illər xeyli gücləndirilmişdir.
Keçən
il bu ali məktəbin professor-müəllim heyəti Azərbaycan
Respublikası Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsindən 3 ixtiraya müsbət
rəy almış və komitəyə ixtira
üçün bir iddia sənədi göndərmişdir.
Son illər
universitetdə bir sıra yeniliklərin tətbiqi, maddi-texniki
bazanın möhkəmləndirilməsi istiqamətində həyata
keçirilən tədbirlər bütövlükdə tədrisin
keyfiyyətinə müsbət təsir etməyə
başlamışdır. Ali məktəbin idman zalı, yeməkxanası,
tədris korpusları təmir olunmuş və ən müasir
avadanlıqla təchiz edilmişdir. Bütövlükdə
hiss olunur ki, Texnologiya Universitetinin rəhbərliyi ölkədə,
onun hüdudlarından kənarda yaxşı, səmərəli
nə varsa, tətbiq etməyə çalışır.
Universitetin rektoru,texnika elmləri doktoru, professor, Əməkdar
müəllim Akif Süleymanov özü təşəbbüskar,
işgüzar, yüksək təşkilatçılıq
qabiliyyətinə malik bir
kadrdır.İxtiraçıdır, patentləri var və
sair.Burada çalışdığı iki il ərzində
kollektivdə sağlam əhval-ruhiyyə yarada bilib. Lakin
nöqsanlar da var. Onların ən başlıcası hələlik
semestr imtahanlarında lazımi nəticənin əldə
olunmaması, onun təşkili və keçirilməsi ilə
bağlı nöqsanların aradan qaldırılmaması ilə
bağlıdır.Dogrudur, imtahanlar test üsulu ilə
keçirilir. Lakin aşkarlıq çatışmır ki,
bu da müəyyən narazılıqlara gətirib
çıxarır. Tələbələrin seçilib həvəsləndirilməsi
işi istənilən səviyyədə deyil. Bu sahədə
müəyyən təcrübədən, lap elə
yaxınlıqdakı Aqrar Universitetin təcrübəsindən
yararlanmaq mümkündür axı.
Yuxarıda qeyd etdik.Kollektiv son vaxtlar çox iş görüb. Sadəcə, onun təbliği işi zəifdir. İdeoloji işə diqqət artırılmalıdır. İki il qabaq inzibati, tədris korpuslarında istilik sistemi işləmirdi. Otaqlarda, auditoriyalarda lazımi şərait yox idi, internetə qoşulmaq müşkül məsələyə çevrilmişdi. Amma indi tamamilə başqa bir mənzərədir.Tələbələr özləri hətta dərsdən sonra evə tələsmir, istirahət edir, növbəti günün dərslərinə hazırlaşırlar. Çünkü şərait var.
Universitetin təsərrüfat işləri üzrə prorektoru Aslan Quliyev söhbət zaman özü etiraf etdi ki, 19 ildir bu vəzifədə işləməsinə baxmayaraq, heç vaxt abadlıq, yenidənqurma işlərinə bu qədər önəm verilməyib.
...Azərbaycan
Texnologiya Universiteti həm də sabahın universitetidir. Burada
professor-müəllim heyəti də,tələbələr də
bunu bilir və daim yeniliyə can atır, ulu öndərin 35
il qabaq onlara yaratdığı bu imkandan maksimum yararlanmağa
çalışırlar.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2015.- 8 aprel.- S.4.