Sahibkarlığın inkişafı prioritet vəzifədir

 

Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki,  öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Son illər Azərbaycanın sürətli və hərtərəfli inkişafı, ölkənin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi, əhalinin rifahının davamlı olaraq yaxşılaşması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu uğurların əsasında Prezident İlham Əliyevin müasir çağırışlara cavab verən, məqsədyönlü və praqmatik siyasəti durur.

 

Ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, dünya iqtisadi böhranının mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının böyük uzaqgörənliklə apardığı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti vardır. 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznesinvestisiya mühitinin, əhalinin rifahının yaxşılaşdırılmasına müsbət təsir göstərir, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il ərzində bölgələrə etdiyi 23 səfəri çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə imzaladığı 72 sərəncam regionların inkişafına göstərilən  diqqətin bariz nümunəsidir.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında  ölkə Prezidenti İlham Əliyev demişdir: “Bu ilsahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və yerləri bunu göstərir. Eyni zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək göstərilir. Yerlərdə də bu işlər düzgün təşkil edilməlidir və sahibkarlara bu il həm də öz vəsaitlərindən istifadə etməklə ölkəmizin real sektoruna vəsait qoymağı tövsiyə edirəm. Çünki dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar da həm o imkanlardan istifadə etməlidirlər, eyni zamanda, - artıq uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, - ölkənin inkişafına, real sektorun inkişafına daha da çox sərmayə qoymalıdırlar. Eyni zamanda, biz xarici investorları da qeyri-neft sektoruna cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa maraqlıdırlar. Ancaq biz onları indi digər sektorlara da cəlb edirik və edəcəyik. Yaradılan xüsusi proqramlar çərçivəsində texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək”.

Özəl sektor, kiçikorta sahibkarlıq sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən Azərbaycanda uğurla aparılır. Ölkə başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq ötən il biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılması, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir.

Ölkədə infrastruktur layihələrinin icrası, dövlət dəstəyi ilə həyata keçirilən tədbirləri regionların iqtisadi potensialını gücləndirməklə   iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi sahibkarlığın inkişafına təkan vermişdir. Ötən il bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi  və digər istiqamətlər üzrə mühüm işlər görülmüş, elektron xidmətlərin sayı 450-yə çatdırılmışdır. Regionlarda 4400 müəssisə fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, regionlardan vergi daxilolmaları ötən ilə nisbətən 9,8 faiz artmış, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatmışdır. İl ərzində ölkə üzrə 123 min yeni yeri açılmışdır.

Gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubator fəaliyyətə başlamışdır. 2014-cü ildə sahibkarların maarifləndirilməsi və nümunəvi layihələrin təqdim olunması ilə bağlı regionlarda 169 tədbir keçirilmiş, 47 sahibkarın Almaniyada təcrübə keçməsi təşkil olunmuşdur.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmiş və 12500-dən çox yeni yerinin açılması təmin edilmişdir. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emalinfrastruktur müəssisəsi istifadəyə verilmişdir. Bu il isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

Sahibkarların maarifləndirilməsi və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə fond tərəfindən regionlarda və Bakı şəhərinin qəsəbələrində mütəmadi olaraq işgüzar forumlar keçirilir. Forumlar çərçivəsində respublikanın bütün şəhər və rayonları əhatə olunmaqla iqtisadi potensial təhlil olunur, prioritet istiqamətlər müəyyənləşdirilir, beynəlxalq təcrübə öyrənilir, vacib sahələr üzrə nümunəvi investisiya layihələri hazırlanır.

Sahibkarlığa Kömək Milli Fondunda ölkənin şəhər və rayonlarının iqtisadi potensialının təhlil olunması və hər rayon üzrə iqtisadi imkanlariqtisadiyyat üçün vacib sahələrin müəyyənləşdirilməsi diqqət mərkəzində saxlanılır. Bu isə nümunəvi investisiya layihələrinin hazırlanaraq sahibkarlara təqdim edilməsini şərtləndirir.

Fond tərəfindən sahibkarlara maliyyələşdirilən layihələrin səmərəliliyi təşviq olunur və həmin layihələrin reallaşdırılması üçün  istehsalçı şirkətlərlə işgüzar münasibətlərin qurulmasına hərtərəfli dəstək göstərilir. Artıq 60-a yaxın  istiqamət üzrə hazırlanmış nümunəvi investisiya layihəsi SKMF-nin  internet saytında yerləşdirilmişdir. Eyni zamanda, fond “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirlərini kəndlərdə, xüsusilə  respublikanın ucqar yaşayış məntəqələrində, sərhəd və cəbhə bölgələrində, məcburi köçkünlər məskunlaşan  qəsəbələrdə keçirməklə güzəştli kreditlərə olan ehtiyaca daha çevik münasibət göstərir, həmin yerlərin mövcud iqtisadi potensialını yaxından öyrənir, prioritet sahələri müəyyənləşdirir, sahibkarların müvəkkil kredit təşkilatları ilə işgüzar münasibətlərinin genişləndirilməsində fəal iştirak edir.

Bu  gün sahibkarlar fonda təkcə  güzəştli kredit almaq məqsədilə müraciət etmirlər. SKMF həm də özəl bölmə nümayəndələrinə regionda və iqtisadiyyatın ayrı - ayrı sahələrində daha səmərəli fəaliyyət göstərilməsi, biznes tərəfdaşlarının tapılması, uğurlu biznes əlaqələrinin qurulması ilə  bağlı məsləhət xidmətləri göstərir. Bütün bunlarla yanaşı, güzəştli kreditlər hesabına prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə SKMF-də   idxalda əsas yer tutanyerli istehsalı mümkün olan ərzaq və qeyri-ərzaq məhsullarının müəyyənləşdirilməsi istiqamətində müvafiq təhlillər aparılır.

Respublikada informasiya texnologiyalarının dinamik inkişafı SKMF-nin də fəaliyyətində yeni layihələrin reallaşdırılmasını şərtləndirmişdir. Sahibkarların dövlətin güzəştli kreditlərinə çıxış imkanlarının və investisiya layihələrinin maliyyələşdirilməsi prosesinin operativliyinin daha da artırılması məqsədilə fond tərəfindən müasir informasiya texnologiyalarına əsaslanan “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” yaradılmış və fəaliyyəti təmin edilmişdir. Bu  sistemin tətbiqi dövlətin güzəştli kreditlərinin əldə olunması ilə əlaqədar sənəd dövriyyəsi prosesinin daha sürətli və elektron formada həyata keçirilməsinə imkan yaradır.

Sahibkarların maarifləndirilməsi istiqamətində göstərilən dəstək tədbirlərindən biriilk dəfə olaraq, Azərbaycanın  iqtisadiinzibati rayonları üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlərin interaktiv xəritəsinin hazırlanaraq fondun rəsmi internet saytında yerləşdirilməsidir. Bu da hər bir sahibkarın və ya sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxsin respublikanın rayon və şəhərləri üzrə prioritet istiqamətlər barədə məlumat əldə etməsinə və buna uygun fəaliyyət istiqamətini müəyyənləşdirməyə şərait yaradır.

Azərbaycan  Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, regionlarda kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditlərə çıxışını təmin etmək və fermerlər arasında kooperasiya əlaqələrini gücləndirmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu ilə  əməkdaşlıq edən bank olmayan kredit təşkilatlarının sayı 20-yə çatdırılmışdır. Bu isə kiçik sahibkarların uzun illərdir ki, üzləşdikləri girov probleminin həlli istiqamətində geniş imkanlar açır.

Bu gün  intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasət, dövlət dəstəyi tədbirləri, eləcə də bu sahədə sahibkarlığın inkişafı, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisənin açılması öz nəticəsini vermiş, idxaldan asılılığın azalmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Son illərdə dövlət dəstəyi tədbirləri, o cümlədən 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi aqrar sahədə sahibkarlığın inkişafına müsbət təsir göstərmişdir. Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullar üzrə istehsalın həcmini artırmış və   sahibkarların ixrac imkanlarını genişləndirmişdir.

Regionlarda sahibkarlığın inkişafında və yerli potensialdan səmərəli istifadə olunmasında əsas istiqamətlərdən biri də ölkənin müxtəlif şəhər və rayonlarında sənaye məhəllələrinin yaradılmasıdır. Belə məhəllələrin yaradılması yeni yerlərinin açılması, istehsalın genişləndirilməsi, sənaye ilə əlaqəli xidmətlərin inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçikorta sahibkarlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 8 oktyabr 2014-cü il tarixli fərmanından irəli gələn tapşırıqların icrası istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sənaye məhəllələrinin təşkili üçün hüquqi bazanın formalaşdırılması məqsədilə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilmiş, “Sənaye məhəllələri haqqında nümunəvi əsasnamə”nin layihəsi hazırlanmışdır. Hazırda ölkənin müxtəlif bölgələrində sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır. Təhlillərin nəticəsinə uyğun olaraq, Azərbaycan İnvestisiya Şirkəti tərəfindən sənaye məhəllələrinin yaradılmasına başlanılacaqdır. Hazırda təkcə dövlətin güzəştli kredit dəstəyi ilə özəl sektor tərəfindən 30-dan çox sənaye müəssisəsi qurulmaqda və genişləndirilməkdədir.

Azərbaycan dövləti tərəfindən son 11  ildə milli inkişaf prioritetləri düzgün müəyyənləşdirilmiş, ölkənin bütün potensialı intellektual resursların, insan kapitalının gücləndirilməsi istiqamətində  səfərbər edilmişdir. Bu dövrdə  respublikanın iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən birimilli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını reallaşdırmaqdan, sahibkarlığı və özəl sektoru daha da gücləndirməkdən  ibarətdir.

Son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  imzalanan fərmanlarda, təsdiq edilən dövlət proqramlarında bu hədəfin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas məqsədi də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək  mövcud potensialı davamlı inkişaf naminə səfərbər etməkdir.

 

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 26 aprel.- S.6.