Azərbaycanda Koreya Kinosu Festivalının açılış mərasimi olub

 

Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondu Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Ağdaş rayonunda Koreya Kinosu Festivalının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, iyulun 31-dən avqustun 6-dək rayonda davam edəcək festivalda Koreya Respublikasının tarixi, mədəniyyəti, coğrafi mövqeyi adət-ənənələrindən bəhs edən 10 film nümayiş etdiriləcək.

Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərindəki abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İnin SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərovanın iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov qonaqlara Ağdaşın tarixi, əhalisi iqtisadi potensialı barədə məlumat verib.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Heydər Əliyev Mərkəzində keçirilən festivalın açılış mərasimində Azərbaycan Koreya münasibətlərindən, xalqlarımız arasındakı oxşar cəhətlərdən söz açılıb.

SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova Koreya Kinosu Festivalının əhəmiyyətindən danışıb. O, bu layihənin yüksək səviyyədə reallaşmasına görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Məlumat verilib ki, festival çərçivəsində bu günədək Gəncə, Lənkəran Sumqayıtda Koreya filmləri nümayiş etdirilib. Avqustun 7-dən 15-nə kimi isə Qəbələ rayon sakinləri bu filmlərə baxmaq imkanı qazanacaqlar.

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn çıxışında hər iki ölkənin milli-mənəvi dəyərlərindən danışıb. Səfir son illər Azərbaycan Koreya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, festival çərçivəsində nümayiş olunacaq filmlərin Azərbaycan tamaşaçısında Koreya barədə daha dolğun təsəvvür yaradacağına inandığını diqqətə çatdırıb.

SonraNizamlı adamfilmi nümayiş etdirilib.

 

Xalq qəzeti.- 2015.- 1 avqust.- S. 3.