Naftalan beynəlxalq kurort kimi məşhurlaşır

 

Azərbaycanın gənc şəhərlərindən olan Naftalan eyniadlı müalicəvi neft əsasında formalaşmış sağlamlıq- turizm məkanı kimi yaranmışdır. Buna görə bu şəhərin iqtisadiyyatının əsasını kurort-sanatoriya xidməti təşkil edir.

Nadir müalicəvi xassəli naftalan nefti bu şəhəri nəinki ölkəmizdə, eləcə yaxın uzaq xaricdə məşhurlaşdırmışdır. Bu məlhəmin hikməti bütün dünyada mütəxəssislərə yaxşı bəllidir. Təbiətdə analoqu olmayan bu neftdən 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Xüsusən, hərəkət-istinad, nevroloji, damar, uroloji, ginekoloji dəri xəstəliklərinin aradan qadırılmasında naftalanın tətbiqi olduqca təsirli vasitədir. Keçmiş SSRİ dönəmində Naftalan ittifaqın məşhur kurortları arasında  müalicə- sağlamlıq əmsalının yüksəkliyi ilə (80-85 faiz) ön sırada olub. Bütün bunlara görə Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biri sayılır.

Dövlət müstəqilliyinin ilk illərində mövcud əlaqələr pozulduğuna, binalarda köckün- qaçqınlar məskunlaşdığına, şəbəkənin müasirləşdirilməsinə ciddi ehtiyac olduğuna görə kurorta gələn xəstələrin sayı kəskin surətdə azaldı, şəhər ikiqat böhran məngənəsinə düşdü. Təcrübəli kollektiv min bir əziyyətlə  Naftalan kurortunu qoruyub yaşatsa da, onun həyatında dirçəliş yeni yüksəliş Prezident İlham Əliyevin himayəsi ilə xidmət sahələrinə özəl fəaliyyətin təşviqindən ölkəmizdə turizmin inkişafı ilə bağlı əsaslı tədbirlərdən sonra başlandı.

Son illərdə respublikaının bütün bölgələrində olduğu kimi, Naftalan şəhərində sahibkarlıq sürərlə inkişaf edir. Özəl sahələr inkişaf etdikcə yeni açılan yerlərinin sayı çoxalır, yerli büdcəyə daxil olmalar da artır. Naftalan şəhərinin böyüyüb gözəlləşməsi  kurort-müalicə zonasının problemlərinin həlli ilə paralel aparılır.

 Azərbaycan Respublikasında kurortların 2009— 2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naftalanda son bir neçə ildə geniş tədbirlər həyata keçirilmişdir. Hazırda dövlət başçısının sərəncam tapşırıqlarına uyğun olaraq, Naftalanın beynəlxalq səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı işlər ardıcıl davam etdirilir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Naftalanın keçmiş şöhrəti bərpa edilir. Naftalan vaxtilə ümumittifaq turizm mərkəzi idi. Bu gün bunu beynəlxalq turizm mərkəzinə çeviririk.” Həqiqətən, bu gün kurort şəhəri inkişafının yeni mərhələsinə qədəm qoyub. Burada aparılan geniş tikinti- quruculuq işi Naftalan kurortunun şöhrətini özünə qaytarır, onu müasir kurort şəhəri kimi inkişaf etdirir.

Son üç ildə şəhərdə 3 beynəlxalq səviyyəli yeni istirahət sağlamlıq müəssisəsi— “Chinar Hotel & Spa Naftalan”, “Naftalan Hotel by RixosGarabag Resort & Spa” istirahət- sağlamlıq mərkəzi tikilib istifadəyə verilmişdir. Naftalana müalicə istirahətə gələn yerli xarici qonaqlara yüksək səviyyəli xidmət göstərilməsi məqsədilə burada hər cür şərait yaradılıb. Bütün bunların nəticəsində şəhərimiz uğurla inkişaf edir, adamlar işlə təmin olunur, əhalinin güzaranı yaxşılaşır.

Hazırda Naftalanda 7 özəl istirahət sağlamlıq mərkəzi Azərbaycan Həmkarlar İttifaqları KonfederasiyasıKurortSəhmdar Cəmiyyətinin nəzdindəNaftalanKurort Birliyi fəaliyyət göstərir. Ümumilikdə, şəhərdə bir gündə 2 min turist müalicə ala istirahət edə bilər.

Naftalanın yüksələn templə inkişafı Azərbaycandan kənarda da şəhərimizə marağın artmasına səbəb olmuş xarici qonaqların Naftalana gəlməsinə müsbət təsir göstərmişdir. Naftalana şəfa tapmaq üçün Azərbaycanın bölgələri ilə yanaşı, bir çox xarici ölkədən gələn turistlərin sayı da gündən-günə artmaqdadır. Ötən il Naftalana 3 min nəfərədək xarici vətəndaş gəlmişdir. Yerli xarici qonaqların sayı 2009-cu ildə 2 min 500 nəfər olduğu halda, bu rəqəm son 1 ildə 5— 6 dəfə artaraq 15 min nəfəri keçmişdir. Bu ilin ötən dövrü ərzində isə şəhərimizə 7 min 500 turist gəlmişdir.

Belə sürətli inkişaf Naftalana Azərbaycandan kənarda da marağın artmasına səbəb olmuşdur. Xarici ölkələrin kurort şəhərləri 2011-ci ildən başlayaraq Naftalanla beynəlxalq əlaqələr qurmağa başlamışdır. Hazırda turizm mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafı məqsədilə Naftalan şəhəri Fransanın Leql, İtaliyanın Pozitano, Rusiyanın Yessentuki Polşanın Uneyov şəhərləri ilə əməkdaşlıq edir.

Naftalanda, fəaliyyət göstərən sanatoriyalarda göstərilən xidmət səviyyəsindən asılı olaraq, bir günlük xərc 29 manatdan başlayır ki, bura gündəlik 3 dəfə qidalanma, yatmaq, müalicə prosedürləri daxildir. Bu da gəliri az olan vətəndaşların belə burada gəlib istirahət müalicə almalarına imkan verir.

Naftalan kurort zonasının bərpası məqsədilə xüsusi plan hazırlanır. Bununla, Naftalanda həm ailəvi, həm fərdi, həm uşaqların istirahəti üçün yüksək şərait yaradılacaq. Burada xüsusi kotec mehmanxanaların inşası da planlaşdırılır. Yeniliklərdən biri isə hazırda bütün dünyada turizmin ən geniş inkişaf etmiş növlərindən biri - fərdi həyətyanı evlərin sayının artırılması olacaq. Bu evlər sayəsində turistlər şəhər həyatı, mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Naftalanda 1,7 kilometrlik kanat yolunun çəkilməsi təklif olunur. Şəhərdə dünya standartlarına uyğun qolf meydançası, tennis kortu, atçılıq meydanı, təzə ərzaq məhsulları istehsalı üçün istixanaların, heyvan quşçuluq fermalarının tikintisi nəzərdə tutulub.

Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün 10 hektarlıq sahədə əczaxana inşa ediləcək. Burada, əvvəllər olduğu kimi, müalicəvi neftdən dərmanlar hazırlanacaq dünya bazarına satışa çıxarılacaq.

Digər bir yenilik isə Naftalanda yeni hava limanının yaradılması olacaq. Beynəlxalq təyyarə meydanı terminal tikintisi üçün 89 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Turistlərin sərnişinlərin gediş-gəlişinin rahat olması üçün hava limanının yaxınlığında yeni avtovağzal-otel kompleksi tikilir.

Dövlət proqramlarında Naftalan şəhəri üzrə nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində bu kurort şəhəri günü-gündən inkişaf edərək dünyanın gözəl, təmiz müasir kurort şəhərlərindən birinə çevrilməkdədir.

 

Ülfət ƏLİYEV,

Naftalan Şəhər İcra Hakimiyyəti

informasiya təminatı təhlil sektorunun müdiri

 

Xalq qəzeti.- 2015.- 2 avqust.- S. 7.