Azərbaycan Çexiya xalqları arasında mədəni-mənəvi sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

 

Avqustun 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan Çexiya xalqları arasında mədəni-mənəvi sahədə əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışılıb, bu istiqamətdə görülməli olan işlər müzakirə edilib.

Çexiyadakı dini icmaların həyat fəaliyyəti barədə məlumat verən səfir Azərbaycanda mövcud dini-mənəvi həyatın özəllikləri ilə tanışlıqdan məmnunluğunu bildirib.

A.Paşazadə 35 illik fəaliyyəti dövründə rəhbərlik etdiyi dini mərkəzin mühüm fəaliyyət istiqamətləri uğurları barədə söhbət açıb. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsinin, dini-mənəvi irsə dövlət səviyyəsində qayğı diqqətin, multikultural həyat tərzinin inkişaf etdirilməsinin hər zaman gündəmdə olmasını xüsusi vurğulayan şeyxülislam bunun ölkəmizin ümumi tərəqqisində böyük rol oynadığını diqqətə çatdırıb

 

Xalq qəzeti.- 2015.- 4 avqust.- S. 3.