Yardımlının uğur salnaməsi yazılır

 

Əslində, Yardımlı ölkəmizin ucqar deyil, uca bölgələrindəndir. Dağları özünə beşik eləyib. Ən uca nöqtəsi 2419 metrə çatan Şahnişin zirvəsidir. Sahnişin - şahların oturduğu layiqli yer deməkdir. Bu yaylaqlar bölgənin cənnət guşələrindən sayılır. Yay gecələrində belə soyuqdan diş-dişə dəyir. Yaşıl ormanlar, buz bulaqlar, qaya-abidələr heyranlıq doğurur. Son illərin abadlıq yürüşləri ta bu zirvələrə qədər gəlib çıxıb. Yolsuz kəndlərə belə asanlıqla əl çatır...

Ötən ay rayonda ilk yarımilə yekun vurulub. İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov vurğulayıb ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət ProqramıYardımlının da sıçrayışlı inkişafını təmin edib. Əhalinin həyatının yaxşılaşması, şəhərin kəndlərin simasının əhəmiyyətli dərəcədə dəyişməsi aşkar uğurlar sayılır. Abadlıq-quruculuq işləri, yolların təmiri, yeni, müasir binaların inşası digər infrastruktur layihələrin gerçəkləşməsi əsl tərəqqi göstəriciləridir.

Rayonun siması dəyişir. Yeni tikililər Yardımlını daha da gözəlləşdirir. Hazırda şəhərin Heydər Əliyev küçəsində icra hakimiyyəti aparatı  üçün müasir inzibati binanın idman kompleksinin, Biləzəmi adlanan ərazidə kənd təsərrüfatı idarəsi üçün inzibatı binanın inşası davam edir. Həmin ərazidə Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi, cənub zonasında mədəniyyət tədbirlərinin keçirilməsi üçün müasir  saray, eləcə , güləş idman zalının tikintisi nəzərdə tutulub. Burada vətəndaşların fərdi yaşayış evi tikməsi üçün torpaq sahələri ayrılıb.  Ərazidə müasir evlər tikilir, yeni sakinlər yavaş-yavaş binələnir.

Aidiyyəti təşkilatlarla işin düzgün qurulmasının nəticəsidir ki, rayonun yaşayış məntəqələrində yeniləşmə  vüsət alıb. Yaponiya səfirliyinin ayırdığı maddi vəsait hesabına Hamarkənddə yeni tibb məntəqəsi tikilir.  Həmin ölkə hökumətinin köməkliyi ilə ötən il şəhər 1 saylı Köryədi kənd məktəblərində müasir sanitar qovşaqları inşa edilmişdi. Əlavə olaraq Hamarkənd əhalisinin içməli su ilə təmin edilməsi üçün kəndin ərazisində yerləşənGurbulaqdan yeni xətt çəkiləcək.

Obalar su aydınlığında. Yardımlıda əhalinin içməli su ilə təminatı yolların təmiri son zamanlaradək aktual məsələlərdən olub. Bu istiqamətdə artıq xeyli tədbir həyata keçirilib. 

Sineyir”mənbəyindən çəkilən su xətti əhalisinin sayı 4 min nəfər olan Osanağaran, Bürzünbül, Vərgədüz Bilnə kəndlərinə çatdırılıb. Həmin istiqamətdə digər kəndlərə su sətti çəkilir. Ölkə Prezidentinin sərəncamı ilə əhalisinin sayı 1000 nəfər olan Urağaran 1600 nəfərin yaşadığı Zevin kəndlərinin hər birində bir artezian quyusu qazılıb yaxınlarda əhalinin istifadəsinə veriləcək. Hər zaman içməli su sarıdan korluq çəkmiş Qabaqdibi, Köryədi, Yolocaq Separadi kəndlərinin bu problemi Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti qarşısında qaldırılaraq müsbət həll edilib. Belə ki, Viləş çayı hövzəsində inşa olunacaq böyük həcmli su anbarından Qabaqdibi Köryədi kəndləri, çay hövzəsində inşa olunacaq su anbarından isə Yolocaq Separadi kəndləri içməli su ilə təmin olunacaq. Bu işlərin həyata keçirilməsi ilə əlaqədar geoloji kəşfiyyat işləri aparılıb.

Hazırda şəhərə su kanalizasiya xətlərinin çəkilişi davam etdirilir. Görülən işlərlə yanaşı,  Yardımlı şəhər əhalisinin içməli su təminatı üçün daxili imkanlar hesabına Viləş çayı hövzəsində bir neçə istiqamətdə quyular qazılıb istifadəyə verilib.

Yollar zirvələrə aparır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamı, eləcə Nəqliyyat Nazirliyinin köməkliyi daxili imkanlar hesabına son üç ildə Yardımlıda 188,5 kilometr yol təmir olunub. Bunun üçdə-birinə asfalt, üçdə-birinə isə çınqıl örtük döşənib. Bir o qədər yol ağır texnika ilə eni 6 metr olmaqla genişləndirilərək nəqliyyatın normal hərəkəti təmin edilib.

Yeri gəlmişkən, Yardımlının bütün kəndlərarası yollarının təmiri ilə əlaqədar qarşıya müəyyən çətinliklər çıxanda rayon rəhbərliyi KTN yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə müraciət edib həmin yolların təmiri ilə bağlı layihə təqdim olunaraq razılaşdırılıb. Artıq ötən il təşkilat tərəfindən    Kənd İnvestisiya Layihəsiçərçivəsində dörd yaşayış məntəqəsində -Şıxlar, Bərcan, Gölyeri Çanaxbulaq kəndlərində ümumi uzunluğu 10,3 kilometr olan yollar çınqıl örtüklə təmir edilib. Hazırda 4 kilometrlik Yolocaq, 6 kilometrlik Sırıq-Horavar-Əngəvül, həmçinin eyni məsafəli Zeynələzir-Honuba Şıxlar kənd yolları təmir edilib. Ümumilkdə, Yardımlıda yeni təmir olunmuş çınqıllı yolların uzunluğu  84 kilometrə çatır. Bu yolların sayəsində ilin istənilən fəslində, hər cür havada rayonun ən ucqar kəndlərinə belə rahatlıqla getmək mümkündür. Digər kənd yollarının da təmiri ardıcıl həyata keçirilir.

Uğurların etirafı. Yardımlının havası, suyu qəlbitəmiz adamlara sağlam uzun ömür bəxş edir. Bu gün rayonun ən yaşlı sakini Şiləvəngə kəndində yaşayan Rüxsarə Fərrux qızıdır. 1912-ci ildə dünyaya gəlib. Bir əsrdən çoxdur ki, dağlarla bağrıbadaş qibtəli ömür sürür, çiçək ətirli zirvə mehləri ilə nəfəs alır. Nəvə-nəticələri ona yerli ləhcə iləcicədeyirlər. Yəni, nənələr nənəsi. Tez-tez işığına gələnpərvanə”lərinə yurdun keçmişindən, ulu adətlərindən danışır Rüxsarə nənə. Dağlar diyarında həyatın xeyli asanlaşdığını, hər cür texnikanın zirvələrə qədər ayaq açdığını sevə-sevə dilə gətirir. 

Rayon ağsaqqallar şurasının üzvü Hacı Himayət Mahmudovla çoxdanın dostuyuq. Yardımlıya hər səfərimdə onunla görüşməyə çalışıram. Həkimdir, uzun illər səhiyyə şöbəsinə rəhbərlik edib. Çox maraqlı həmsöhbətdir. O günkü görüşümüzdə ağsaqqalın  ürək sözlərini həvəslə qələmə aldım:

Möhtərəm İlham Əliyev dağlar diyarı Yardımlıdan diqqətini heç vaxt əsirgəmir. Məhz bu qayğının sayəsində Yardımlı bir küçəli kiçik qəsəbədən sürətlə gözəlləşən şəhərə çevrilib. Əhalinin işıq, qaz, su təchizatı yaxşılaşıb. Problemlər ard-arda həllini tapır. İnkişaf prosesləri heç bir sahədən yan keçmir. Yeni rəhbərlik gələndən sonra rayonda idarəetmə güclənib, daha işgüzar atmosfer yaranıb. Camaatın dərd-sərinə biganə qalmayan rəhbərlik öz səmimiyyəti ilə hakimiyyət orqanlarına inamı daha da artırıb. Rayonumuzun ziyalıları indi daha böyük diqqətlə əhatə olunublar. Bir sözlə, bütün işlərin ürəklə həyata keçirilməsi fərəh doğurur.

Tələbəlik dostum, jurnalist Qalib Rəhimli Gəncə şəhərində yaşayıb yaradır. Amma onun ömrünün gənclik çağları Yardımlı ilə sıx bağlıdır. Buraya dogma yurdu kimi baxır. Qalibin təəssüratları səmimidir:

 – 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib təyinatla bu rayonda çıxanYeni Kəndqəzeti redaksiyasında işləməyə göndərilmişdim. Təbii ki, o dövrlər Qazaxda doğulub, Bakıda ali təhsil alıb, Yardımlıda işləmək mühitə alışmaq çox çətin idi. Amma könül rahatlığımı burada tapdım çətinliklərim günəşdə əriyən buz kimi aradan çıxdı. Qaynayıb-qarışdım bu yurda. Qəribə bir tikə çörəyini ürəklə verən halal, imanlı insanlara vuruldum. Bu rayonda xoşbəxt ailə qurdum, oğlum Elnur dünyaya göz açdı. Əsl həyatı dərk elədim. Bütün bunlar üçün Yardımlıya həmişə borcluyam.

Sonuncu dəfə Yardımlıya bir qohumumun hüzr məclisinə getmişdim. İcra başçısı Sevindik müəllimi    elə orada gördüm. Təsəvvür edirsinizmi, işinin-qayğısının ziyadə vaxtında öz komandası ilə birgə adi bir sakinin yas mərasiminə gəlmişdi. Bu, məna dəyərcə böyük bir addım idi. Biləndə ki, o, hətta ən ucqar kəndlərdə belə xeyrə-şərə gedir hər kəsin qayğıları ilə yaxından maraqlanır, yaxşı mənada  təəccübləndim. Ürəyimdəəhsəndedim. Sonra rayonu gəzəndə yaradılan gözəllikləri, qazanılan nailiyyətləri görüb bir daha fərəhləndim.

İnanırıq ki, daşların güldüyü, güllərin daşdığı Yardımlının sabahı daha işıqlı olacaq.

 

Əli NƏCƏFXANLI,

 

Xalq qəzeti.- 2015.- 13 avqust.- S. 6.