“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində işlər uğurla davam etdirilir

Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmiş “Şahdəniz” yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair sazişin imzalanmasından 19 ildən artıq vaxt ötür. Bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan “Şahdəniz” layihəsi çərçivəsində  tikinti-quraşdırma işlərinə isə 2003-cü ilin fevral ayında start verilmişdir. Məlumat üçün bildiririk ki, birinci mərhələdə  “Şahdəniz” yatağındakı zəngin qazkondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir.

 

 “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi üzrə əməliyyatlara isə 2006-cı ildə başlanmışdır. Bu mərhələdə maksimum hasilat ildə 9 milyard kubmetr qaz və gündə 50 min barrel kondensat təşkil etmişdir. bp şirkəti və tərəfdaşları tərəfindən “Şahdəniz-1” layihəsinə indiyədək təqribən 10 milyard ABŞ dolları məbləğində investisiya yönəldilmişdir.

 

bp-nin 2015-ci ilin birinci yarısına dair yaydığı hesabata əsasən, “Şahdəniz” layihəsinin birinci mərhələsi üzrə fəaliyyətlərə 250 milyon dollar, əməliyyat məsrəflərinə isə 2 milyard 260 milyon dollar  əsaslı vəsait xərclənmişdir.

 

Bu ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağından Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatı davam etdirilmişdir. Xatırladaq ki, “Şahdəniz” yatağının ilk işlənmə mərhələsi çərçivəsində çıxarılan qaz Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılır. 2015-ci ilin birinci yarısı ərzində “Şahdəniz” yatağından 5,2 milyard kubmetr qaz və 1,2 milyon ton kondensat  çıxarılmışdır. Hesabat dövrü üçün sutkalıq qazkondensat hasilatının həcmi müvafiq olaraq təxminən 26,2 milyon kubmetr və 49 min 757 barrel təşkil etmişdir. Hazırda “Şahdəniz” layihəsi çərçivəsində istismar olunan qurğuların maksimum hasilat gücü gündə 29,5 milyon standart kubmetrya ildə təqribən 10 milyard kubmetrdir. 2006-cı ilin dekabr ayında “Şahdəniz”də hasilata başlandığı vaxtdan cari ilin ikinci rübünün sonunadək yataqdan dünya bazarlarına Cənubi Qafqaz boru kəməri vasitəsilə təqribən 62,2 milyard kubmetr qaz ixrac olunmuşdur. Bundan əlavə, adıçəkilən yataqdan hasil edilən 16,2  milyon ton kondensat isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına göndərilmişdir.

 

2015-ci ilin ötən dövründə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qazma əməliyyatları uğurla davam etdirilmişdir. Cari ilin yanvar-iyun aylarında  “Şahdəniz” yatağının birinci işlənmə layihəsi çərçivəsində istismar edilən platformada  SDA-07 hasilat quyusunun qazılması tamamlanmışdır. Hazırda isə daha bir hasilat quyusunda  qazma işləri davam etdirilir. Bununla yanaşı, ilin ötən dövründə “Şahdəniz-2” layihəsi çərçivəsində də öncəqazma proqramına dəstək vermək üçün qazma əməliyyatları həyata keçirilmişdir. Xatırladaq ki, müqavilə sahəsindəki qabaqlayıcı quyularİstiqlal” və Heydər Əliyev adına qazma qurğuları  vasitəsilə qazılır. Ötən ayİstiqlalqazma qurğusu sertifikasiya və yenidənqurma üçün tərsanəyə gətirildiyindən hazırda qazma işləri Heydər Əliyev qazma qurğusu vasitəsilə davam etdirilir. Öncəqazma proqramına başlanıldığı vaxtdan indiyədək sözügedən qazma qurğularının köməyilə qazın hasilatına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində səkkiz hasilat quyusu qazılıb. Qazma işləri isə hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək. Hasilatın artırılaraq ildə 16 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

 

Bu ilin ilk yarısında “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində çıxarılan qazı xarici bazarlara ixrac edən Cənubi Qafqaz boru kəməri də fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycan qazının ixracını həyata keçirən bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilmişdir. Kəmər Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz-1” qazını çatdırır. Cənubi Qafqaz boru kəmərinin  sərmayədarları bp (texniki operator - 28,8 faiz), AzCQBK (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,7 faiz), LUKOYL (10 faiz), Petronas (15,5 faiz), NİKO (10 faiz) və TPAO (19 faiz) şirkətləridir. 2015-ci ilin yanvar-iyun aylarında kəmərin gündəlik orta ötürücülüyü 20,34 milyon kubmetr təşkil etmişdir. İlin ilk altı ayı ərzində Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 22 milyon dollar əməliyyat və 559 milyon dollar əsaslı xərclər sərf edilmişdir. Cənubi Qafqaz boru kəmərinin iki operatoru var. Kəmərin obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operatoru bp şirkəti, biznes icrası üzrə məsul kommersiya operatoru isə Azərbaycan Dövlət Neft Şirkətidir.

 

Məlum olduğu kimi, “Şahdəniz” layihəsinin ikinci işlənmə layihəsi çərçivəsində hasil ediləcək qazın Avropa bazarlarına ixracı üçün hazırda mövcud Cənubi Qafqaz boru kəməri genişləndirilir. 2013-cü il dekabrın 17-də Cənubi Qafqaz boru kəmərinin  genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı qəbul edildikdən bəri layihə üzrə mühüm müqavilələr imzalanmışdır. Həmin müqavilələrə Azərbaycan və Gürcüstanda boru kəmərinin tikintisi, kəmərin üzlənməsi, sözügedən layihə çərçivəsində Gürcüstandakı qurğuların tikintisi işləri və istismara verilməsi, layihənin Gürcüstandakı hissəsi üçün boru kəmərinin və qurğuların mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri, Azərbaycandakı hissəsi üçün beş çay keçidində üfüqi-maili qazmaboru kəmərinin quraşdırılması, iki çay keçidi üçün şaxtatunelin tikintisiboru kəmərinin quraşdırılması işləri daxildir.

 

2015-ci ilin birinci yarısı ərzində Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam etdirilmişdir. Ötən müddətdə boru seqmentlərinin saxlama sahələrinə gətirilməsi sahəsində xeyli iş görülmüşdür. Artıq Azərbaycan hissəsi üçün lazım olan boruların  üçdəbir hissəsindən çoxu sahələrdədir.

 

Birinci yarımildə əldə olunmuş digər mühüm bir nailiyyət isə iyun ayının sonunda Azərbaycanda kəmərin inşasının başlanması ilə bağlı olmuşdur. Ötən müddətdə kəmərin tikintisi sahəsində işlər xeyli  intensivləşdirilmiş, 10 kilometr uzunluğunda boru qaynaq edilmişdir. Bununla yanaşı, daha 7 kilometr məsafədə boru seqmentləri vaxtından əvvəl marşrut boyu yerləşdirilmişdir. Bütövlükdə isə ötən dövrdə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində işlər uğurla davam etdirilmişdir. Belə ki, Azərbaycanda boru kəməri marşrutunun ilk 200 kilometri boyu torpaq sahələrinin əldə olunması başa çatdırılmışdır. Hazırda marşrutun qalan hissəsində torpaq sahələrinin alınması ilə bağlı işlər aparılır. Bundan əlavə, kəmərin keçdiyi qonşu Gürcüstan ərazisində də layihə üzrə işlər uğurla davam etdirilir. Hazırda 1-ci və 2-ci kompressor stansiyalarının, eləcə də təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi sahəsində intensiv tədbirlər həyata keçirilir. Eyni zamanda, Gürcüstanda kəmərin  inşasına başlamaq üçün hazırlıq işləri davam etdirilir.

 

Yeri gəlmişkən, müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi  beynəlxalq aləmdə böyük  nüfuz qazanmış Azərbaycan Respublikası artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropabir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır. Artıq “Şahdəniz” qazının uzun məsafə qət edərək gələcəkdə Balkanlara, hətta Rumıniya, Macarıstan və Avstriyaya qədər gedib çıxması da gündəmdə olan məsələlərdəndir. Buna isə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində nail olunacaq. Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni ”Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 28 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın  ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir. İkinci mərhələ çərçivəsində hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qazın Gürcüstan və Türkiyəyə nəqli 2018-ci ilin sonlarına nəzərdə tutulur. Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.

 

Göründüyü kimi, Azərbaycanın zəngin qaz ölkəsi olduğunu sübut edən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində işlər sürətlə davam etdirilir. Qeyd etdiyimiz kimi, 2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumu tərəfindən ikinci işlənmə mərhələsi üçün yekun investisiya qərarı təsdiq olunduqdan sonra “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi həlledici mərhələyə qədəm qoymuşdur.  Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə), Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir “Cənub” qaz dəhlizi açacaq. Xatırladaq ki,  qazın satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq.

 

Sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.

 

2013-cü ilin dekabr ayında yekun investisiya qərarı veriləndən bəri “Şahdəniz-2” layihəsi qrafik üzrə davam etmişdir. Bu ilin birinci yarısı ərzində ”Şahdəniz-2” layihəsi üzrə nəzərdə tutulmuş işlər qrafikə uyğun davam etdirilərək bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur. Layihənin ilk bərkitmə payalarının təhlükəsiz şəkildə daşınaraq quraşdırılması da həmin nailiyyətlərdən sayılır. Platformalar üçün ilk sabit qurğular olan bu səkkiz bərkitmə payası artıq dənizin dibində yerləşdirilmişdir. Bununla yanaşı, hazırda layihə üzrə işlər sürətlə davam etdirilir,  ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK-Tekfen-Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu (BDÖZ) və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər aparılır. Xüsusilə də Platformanın üst modulları və dayaq blokları müvafiq olaraq ATA və BDÖZ istehsalat sahələrində qurulur.

 

Yeri gəlmişkən, ötən müddətdə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi ilə bağlı mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 11 milyard dollar dəyərində əsas müqavilələr imzalanmışdır. Həmin müqavilələr isə öz növbəsində yerli vətəndaşların işlə təminatına mühüm töhfələr vermişdir. Belə ki, Azərbaycanda artıq bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunmuş şəxslərin sayı 15 min nəfəri ötmüşdür ki, onların da 85 faizindən çoxu yerli vətəndaşlardır.

 

 “Şahdəniz-2” layihəsi çərçivəsində imzalanmış əsas tikinti və təchizat müqavilələrinə isə Səngəçal terminalında yeni qurğuların tikintisiistismar sınaqlarına dəstək işləri, yatağın tammiqyaslı işlənmə mərhələsinin iki platforması üçün üst modulların tikintisi, yüklənməsi, dənizdə quraşdırılması və istismar sınaqları, dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların inşası, dənizdə bütün daşınma və quraşdırılma işləri, dəniz və qurudakı qurğular üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işlərinə aid dəstək xidmətlərinin göstərilməsi, sualtı hasilat sistemlərinin təchizatı, sualtı quraşdırma işlərində istifadə edilmək üçün sualtı tikinti gəmisinin layihələndirilməsi və inşası, sualtı əməliyyatlar və boru kəmərlərinin mühəndis-layihələndirmə və layihənin idarə olunması xidmətlərinin göstərilməsi və dəniz platforması üçün yaşayış bloklarının mühəndis layihələndirmə, təchizat-tədarük və quraşdırma işləri daxildir. Bu da Azərbaycan və Gürcüstanda tikinti sahələrinin əksəriyyətində  ilkin işlərin başlanmasına imkan yaratmışdır.

 

Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı isə nikbin proqnozlar üçün əsas verir. Belə ki, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları təqribən 3 milyard kubmetrə yaxındır. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla  20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə Azərbaycanın regionunAvropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında  rolunu daha da artıracaqdır.

 

Mirbağır YAQUBZADƏ,

Xalq qəzeti.- 2015.- 16 avqust.- S. 5.