Kürdəmir: ugurlar zəhmətsevərlik,
işgüzarlıq və torpağa bağlılıqdan
qaynaqlanır
Bu il rayonun tarixində rekord miqdarda taxıl
istehsal edilmişdir
2015-ci ilin birinci yarısını müsbət göstəricilərlə
başa vuran rayonlar arasında Kürdəmir də var. Qeyd etmək
lazımdır ki, dövlət proqramına əsasən nəzərdə
tutulmuş bir çox tədbirlərin uğurla həyata
keçirilməsi rayonda sosial – iqtisadi inkişafın
sağlam təməllərə əsaslandığını
göstərir.
Bu, ilk növbədə əhalinin işlə təminatında
özünü daha qabarıq göstərmişdir. 209 nəfəri daimi, 40 nəfəri
isə müvəqqəti və mövsümi olmaqla, 2015-ci
ilin 6 ayında 249 nəfər işlə təmin
olunmuşdur.
Ümumi
məhsul buraxılışı ötən ilin eyni
dövrü ilə müqayisədə 14 faiz (169152,7 min
manat), ümumi məhsul buraxılışının sənaye
sahəsi 64,4 faiz artaraq (26857,2 min manat), kənd təsərrüfatı
sahəsi 15,4 faiz (61286 min manat) artmış, tikinti, nəqliyyat
və rabitə sahələrində də keçən ilin
müvaq dövrü ilə müqayisədə artım əldə
olunmuşdur.
“Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Kürdəmir rayonunda aqrar
sektorun inkişafı da diqqət mərkəzində
saxlanılmışdır. Sevindirici haldır
ki, rayonda taxıl istehsalının artırılması sahəsində
ardıcıl işlər görülmüşdür.
38788 hektar taxıl sahəsi 1,5 dəfə
suvarılmış, 24 min hektardan çox sahəyə
üzvi və mineral gübrələr verilmiş, 8 min hektarda
ziyanvericilərə qarşı, 6 min hektarda alaq otlarına
qarşı mübarizə tədbirləri həyata
keçirilmişdir.
Toxumluq taxıl sahələrinə fərqli qulluq təşkil
olunmuşdur.
Taxıl
biçininə hazırlıq mütəşəkkil aparılmış,
kənardan cəlb edilənlərlə birlikdə zəmilərə
136 kombayn çıxarılmış, 20 iş günü
müddətində ən minimal itkilərlə taxıl
biçini başa çatdırılmışdır.
Yüksək
məhsul əldə etmək üçün
görülmüş aqrotexniki tədbirlər və
biçin mövsümünün taxılçılıq
üçün əlverişli olması nəticəsində
bu il rayonun tarixində rekord miqdarda 109 min tondan çox məhsul
istehsal edilmiş, hər hektardan orta məhsuldarlıq 28,1
sentner olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 12 sentner çoxdur.
Toxum istehsalına daha diqqətlə
yanaşılmış, 6 min tonadək toxumluq dən
ayrılmış və çeşidlənərək 5 min
tondan çox yüksək reproduksiyalı toxum əldə
edilmişdir.
Hazırda taxıl məhsulları
istehsalının qarğıdalı dəni hesabına
artırılması tədbirləri görülür.
Bu il 1300 hektardan çox sahədə dənlik
qarğıdalı əkilmiş, ən müasir texnologiya ilə
becərilməsi təşkil olunmuşdur.
Məlumat
üçün qeyd edək ki, 12980 hektarda yonca, 1214 hektarda
kartof, 2690 hektarda tərəvəz, 4098 hektarda bostan, 86 hektarda
günəbaxan, 32 hektarda yerfındığı becərilmişdir.
Becərmənin gedişi və sahələrdə məhsulun
vəziyyəti göstərir ki, yazlıq əkinlərdən
bu il daha çox məhsul
götürüləcəkdir.
Rayonda
heyvandarlığın və quşçuluğun inkişaf
etdirilməsi sahəsində məqsədyönlü işlər
görülür. Hazırda iribuynuzlu mal qaranın
sayı 64,2 min, qoyun və keçilərin sayı 132,7 min
başa çatmış, heyvandarlıq məhsulları
istehsalının dinamik artımına nail olunmuş, bu ilin
birinci yarısında ötən ilin müvafiq dövrü ilə
müqayisədə ət istehsalı 1,2, süd istehsalı
0,6, yumurta istehsalı 0,5, yun istehsalı 3,4 faiz
artmışdır.
Mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması sahəsində də
işlər davam etdirilir. Lizinq yolu ilə
alınmış 158 baş cins düyə artırılaraq
500 başa çatdırılmışdır. Cins düyələrin yüksək texnologiya ilə
saxlanılması təmin olunmuşdur.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli
su ilə təminatının
yaxşılaşdırılması rayon icra hakimiyyətinin
daim diqqət mərkəzində olmuşdur. 2015-ci ilin 6 ayında
Kürdəmir şəhərində Trest, Şəhər 2
və Cənub hava xətləri yenidən qurulmuş, 1057 ədəd
smart kart tipli sayğac və 2 ədəd transformator
quraşdırılmışdır. Sığırlı kəndində
Azərişıq ASC tərəfindən 2 ədəd yeni
müasir tipli trasformator, ümumilikdə 6 kilometr hava xətti
Sip kabellə əvəz olunmuş, 85 ədəd elektron tipli
sayğac quraşdırılmışdır.
Ümumilikdə 9 transformator əsaslı, 14-ü cari təmir
olunmuşdur.
Tikinti-quraşdırma işləri başa
çatdırılmış 190 fərdi mənzildən ibarət
Garıs-Əyribənd kəndinə qazın verilməsi təmin
edilmişdir. Kənddə, ümumilikdə,
10866 metr müxtəlif diametrli yerüstü polad qaz kəməri
çəkilmiş, mənzillərdə fərdi tənzimləyici
və mexaniki qaz sayğacı
quraşdırılmışdır.
Hazırda Karrar qəsəbəsi, Ərəbqubalı,
Məhərrəmli, Sor-Sor, Muğanlı, Köhünlü,
Muradxan kəndlərində qazlaşdırma işləri
sürətlə davam etdirilir. Bundan başqa, diametri
315 millimetr, uzunluğu 14 kilometr olan Məhərrəmli —
Öyləqulu əsas daşıyıcı qaz kəmərinin
çəkilişinə başlanılmışdır ki, bu
xətt rayonun Öyləqulu, Dayıkazımlı,
Qoçulu, Mehdili, Axtaçı kəndləri
üçün mənbə funksiyasını yerinə yetirəcəkdir.
Dövlət
proqramına uyğun olaraq 2015-ci ilin birinci yarımilliyində
Kürdəmir şəhərində diametri 500 millimetr, 1200
poqonometr uzunluğunda, diametri 500 millimetr, 131 poqonometr
uzunluğunda, diametri 400 millimetr, 200 poqonometr uzunluğunda,
diametri 400 millimetr, 6 poqonometr uzunluğunda polietilen borularla
kanalizasiya xətti çəkilmişdir.
“Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq 2015 – ci ilin 6 ayı ərzində
rayonda xeyli tikinti-quraşdırma, yenidənqurma və
abadlıq işlıri görülmüşdür. Heydər
Əliyev Parkında Heydər Əliyev Muzeyinin
qarşısındakı ərazidə beton mozaik tavalar 1406
kvadratmetr sahədə qranit plitələrlə əvəz
edilmiş, muzeyin qarşısındakı klassik formada
quraşdırılmış fontan qurğusu sökülərək
yenidən modern tipli fontan qurğusu quraşdırılmışdır.
Şəhərin Bakı prospektində piyada yoluna 580
metr uzunluğunda beton səki daşı
düzülmüş, 420 kvadratmetr mozaik tava qoyulmuşdur.
Dəyirman
Kombinatının ərazisindən “Bayraq meydanı”na qədər
olan məsafədə yolun kənarlarına 5200 metr
uzunluğunda beton səki daşları
düzülmüş, 62 ədəd 2 plafonlu müasir tipli
işıq dirəkləri
quraşdırılmışdır.
Ərazisi
4,5 hektar olan “Bayraq meydanı” kompleksinin ərazisi tamamilə
torpaqla doldurulub hamarlanmış, “Bayraq muzeyi”ndə və “Gənclər
kafesi”ndə tikinti — quraşdırma işləri başa
çatdırılmışdır. İlin 6 ayı ərzində
“Bayraq meydanı”nda 400 kubmetr torpaq, 539 kubmetr dəmir-beton, 1012
kubmetr hörgü, 919 kubmetr suvaq işləri
görülmüş, 13000 metr uzunluğunda beton səki
daşları düzülmüş, 12600 kvadratmetr mozaik
tavalar qoyulmuşdur. “Bayraq muzeyi”nin və
“Gənclər kafesi”nin fasad hissəsində 565 kvadratmetr cəbhə
sistemi quraşdırılmış, qarşısında dəmir
şəbəkə bərkidilmişdir.
“Bayraq
muzeyi” və “Gənclər kafesi” üzərindəki 600
kvadratmetrlik ərazi hidroizolyasiya olunmuş, mərmər plitələrlə
üzlənərək ətrafına 150 metr uzunluğunda
şüşə lövhəli məhəccər
quraşdırılmışdır.
“Bayraq
muzeyi”ndə və “Gənclər kafesi”ndə 2370 kvadratmetrdə
mərmər və qranit üzlük materialı vurulmuş,
tavan alçipanla üzlənmiş, havalanma sistemi, mebel
avadanlıqları və qapıları
quraşdırılmış, işıq sistemi çəkilmiş,
irihəcmli kondisionerlər qoyulmuş, daxili divar və
sütunlar oboyla üzlənmiş, emulsiya ilə rənglənmişdir.
“Bayraq meydanı”nda kanalizasiya xətləri
çəkilmiş, suvarma sistemləri
quraşdırılmışdır. Müasir
tipli “Ala qapı” baş giriş qapısı tikilmiş, 2 ədəd
müasir modern tipli fontan qurğusu
quraşdırılmışdır.
İlin 6 ayında “Bayraq meydanı”nda 963,433 manatlıq
tikinti-quraşdırma işləri
görülmüşdür.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın məktəbəqədər təhsil müəssisələrinin
tikintisinə xüsusi önəm verilməsinə dair təşəbbüsünə
rayon icra hakimiyyəti də qoşulmuşdur. Şəhərə
bitişik ərazidə 2 mərtəbəli 100 yerlik uşaq
bağçası-körpələr evinin tikintisi iyunda
başa çatdırılaraq tam şəkildə inventar və
avadanlıqlarla komplektləşdirilmişdir.
İlin
birinci yarısında şəhərin “Qələbə
parkı”nda 110 metr beton səki daşları
düzülmüş, 106 kvadratmetr mozaik tavalar qoyulmuş, 40
kvadratmetr hörgü işləri aparılmış, 15 ədəd
3 plafonlu işıq dirəyi quraşdırılmış,
ümumilikdə 20,318 manatlıq tikinti-quraşdırma işləri
görülmüşdür.
Tarix
Diyarşünaslıq Muzeyində ilin 6 ayı ərzində
151,176 manatlıq tikinti-quraşdırma işləri yerinə
yetirilmiş, Yeni Azərbaycan Partiyasının (YAP) Kürdəmir
təşkilatının ikimərtəbəli inzibati
binasının tikintisi başa çatdırılmış,
binanın tikintisinə daxili imkanlar hesabına 650 min manat vəsait
xərclənmişdir.
İlin 6
ayı ərzində 12341 nəfərin yaşadığı
13 yaşayış məntəqəsini birləşdirən
Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun
dağılmış 20 kilometr hissəsinin əsası yenidən
işlənərək bərkidilmiş, 120 min kvadratmetr sahədə
8 santimetr qalınlığında asfalt vurulmuşdur. Yolun
yenidən bərpa edilməsinə 2,031,4
min manat vəsait xərclənmişdir.
2015-ci ilin 6 ayı ərzində Kürdəmir
Telekommunikasiya Qovşağı üzrə texniki iqtisadi və
maliyyə göstəricilər müsbət dinamikada
artmışdır. Dövlət Proqramına əsasən əhaliyə
rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə
Muradxan, Köhünlü, Şilyan, Sığırlı kənd
EATS-lərinin daxili xətt şəbəkələrində
cari təmir işləri aparılmış, ümumilikdə
50 ədəd telefon xətti texniki normaya gətirilmişdir. Qovşaq üzrə internet kulublarının
sayı 17 -yə çatdırılmış, ümumilikdə
internet istifadəçilərinin sayı 1686 olmuşdur.
Kürdəmir Poçt filialı tərəfindən
cari ilin 6 ayında investisiya hesabına Beyi kəndində
müasir tələblərə cavab verən yeni poçt
binası tikilmişdir. 2015 – ci ilin ilk 6 ayında Yol
istismarı idarəsi tərəfindən “Azəryolservis” ASC
– nin xətti ilə dörd kilometr kənd yolu
çınqılla təmir edilmişdir. Sor-Sor-Muradxan, Pirili,
Şilyan kənd yollarının gediş-gəliş hissələri
avtoqreyderlə hamarlanmış, çökək yerlər
çınqılla doldurulmuşdur. Respublika əhəmiyyətli
Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda
5750 kvadratmetr asfalt beton qarışığı ilə
çala təmiri işləri görülmüş, həmin
yollarda yerləşən körpülər və yol
nişanları rənglənmiş, körpülər
yuyulmuş və sair işlər
görülmüşdür.
“Azəryolservis”
ASC — nin xətti ilə Ağsu-Bəhrəmtəpə
avtomobil yolunun 34 — cü kilometrində əsası yenidən
işlənilməklə 1150 metr məsafədə, eni 20 metr
olmaqla 21700 kvadratmetr sahədə Kürdəmir şəhərinin
Babək küçəsindən keçən ərazisinə
yeni asfalt-beton örtüyü vurulmuşdur.
Təhsil, səhiyyə və mədəniyyət sahələrinin
inkişaf etdirilməsi, mövcud problemlərin aradan
qaldırılması ilə əlaqədar müvafiq tədbirlər
həyata keçirilmişdir.
Kürdəmir şəhərində inşa ediləcək
9 saylı uşaq bağçası-körpələr evinin
layihə-smeta sənədləri hazırlanaraq rəy
alınmaq üçün əlaqədar qurumlara
verilmişdir.
2014 - c
ü ildə inşasına başlanmış 624 şagird
yerlik Atakişili kənd tam orta məktəb binasında
hörgü işləri başa
çatdırılmış, daxili kommunikasiya və elektrik xətləri
çəkilmiş, 1 – ci və 2 – ci mərtəbələrdə
suvaq işləri tamamlanmışdır. Binanın
pəncərələri quraşdırılmış, taxta
döşəməsi vurulmuş, sanitar qovşaqlarında
divar və döşəmə hissələri kafel metlax
üzlük materialı ilə üzlənmişdir. Hər 3 blokda xarici divarın kürsü hssəsi
ağlay materialı ilə üzlənmiş, ərazidə
inşa edilmiş qazanxana binasının divar-hörgü
işləri tamamlanmışdır.
Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi ölkənin bütün bölgələrində olduğu kimi Kürdəmir rayonunda bu il də uğurla həyata keçirilmişdir. Fevral ayının 1 – dən may ayının 1 – nə kimi rayon üzrə müayinədən keçirilmiş 103157 nəfərdən 1761— i ambulator, 230 – u isə stasionar müalicəyə cəlb olunmuş, 107 – si isə Bakı şəhərinə göndərilmişdir.
İlin birinci yarısının sosial – iqtisadi inkişafının yekunları ilə bağlı kürdəmirlilərə geniş hesabat verən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun söylədiyi bir fikir bu yazının ümumi məğzini tamamilə ifadə edir. Rayon rəhbəri belə demişdi: Kürdəmirlilər zəhmətsevər, işgüzar və torpağa bağlı insanlardır. Bu xüsusiyyətlərə dövlət qayğısını və dəstəyini də əlavə edəndə qazanılan nəticələr tamamilə təbii və davamlıdır.
Zənnimcə, bu fikrə nəsə əlavə etməyə ehtiyac yoxdur.
Səməd
HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə
müxbiri
Xalq qəzeti.-22 avqust.-S.6.