Azərbaycan Transxəzər marşrutunda mühüm önəm daşıyır

 

Son illərdə ölkəmizdə iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası iqtisadiyyata investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. Sevindirici haldır ki, artıq Azərbaycan  dünya biznes dairələrində sərmayədar ölkə kimi tanınmağa başlamışdır. Hazırda respublikamızın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə fəal iştirak edirlər.

 

Avropanın enerji təminatında ölkəmizin xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə artır. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin reallaşdırılması mümkünsüzdür. Çox mühüm coğrafi mövqedə yerləşən respublikamız regionda əsas enerji resurslarına malikdir. Bundan başqa, ölkəmiz Asiya ilə Avropa arasında həm də təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük maraq olduğu bir dövrdə nəqliyyat, təhlükəsiz enerji dəhlizləri daha çox əhəmiyyət daşımağa başlayır. Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, eyni zamanda, bunları hasil edən dövlətdir. Eyni zamanda, nəhəng qaz potensialımız da mövcuddur. Buna görə də Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir.

 

Ölkəmiz hazırda bir sıra beynəlxalq layihələrdə, o cümlədən  Transxəzər marşrutunun yaradılmasında fəal iştirak edir. Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin dəmir yolu təşkilatlarının birgə təşəbbüsü ilə ilk dəfə Çin, Qazaxıstan və Azərbaycandan keçərək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə (4768 kilometr, o cümlədən 4258 kilometr dəmir yolu, 510 kilometr dəniz məsafəsi) marşrutu ilə hərəkət edən sınaq konteyner qatarı bu il avqust ayının 3-ü Bakıya gəlib. 82 konteyner və 41 platformadan ibarət olan qatar Çinin Şixetszi əyalətindən Transxəzər nəqliyyat marşrutu üzrə Bakının Ələt limanına çatıb. Bu, Çindən Avropaya alternativ yük daşıması marşrutunun konturlarını aydın şəkildə nəzərə çarpdırır. Xatırladaq ki, sözügedən  marşrutun əsas marşrut olmaq üçün bütün imkanları varbu məsələdə Azərbaycan mühüm önəm daşıyır.

 

Yeri gəlmişkən, artıq sentyabr ayında İstanbula kimi qatarın xəttə buraxılması planlaşdırılır. Daha sonra dəmiryol xəttinin Çini Böyük Britaniyaya qədər bütün Avropa ilə birləşdirməsi nəzərdə tutulur.

 

Onu da qeyd edək ki, layihə çərçivəsində tranzitxarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətə davamlı vahid dəmir yolları tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracattranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun rəqabət  gücünün artırılmasına təkan verəcək. Eyni zamanda, BTNM marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər üçün də cəlbedici və sərfəli olmaq imkanlarına malikdir.

 

Mütəxəssislərin məlumatına görə, Çin illər keçdikcə Avropa ilə əmtəə dövriyyəsini artırır. Bu ilin birinci yarısında Avropa İttifaqı (Aİ) Çinin ixracında birinci, idxalında isə ikinci yerdə olub. İxrac edilən məhsullar arasında paltar, ayaqqabı və oyuncaq yüksək rəqabət qabiliyyətli məhsullar olaraq qalır. Bununla yanaşı, elektronika, velosiped, motosiklavtotexnika, nəqliyyat və maşınqayırma sahələri üzrə ixrac da fəal inkişaf edir.

 

2011-ci ilədək Çindən Avropaya əsas tədarük marşrutu Şanxay-Duysburq (Almaniya) dəniz yolu olub. Yüklər bu marşrut ilə 36 gün müddətinə çatdırılıb. 2011-ci ildə isə alternativ marşrutÇuntsin-Duysburq dəmiryol xətti yaradılmışdır. Qatar 11 min kilometr məsafəni 16 gün ərzində qət edir.

 

Çindən Avropaya yeni yük daşıma marşrutu Azərbaycan üçün bir sıra məsələlərlə bağlı mühüm önəm daşıyır. Əvvəla 2020-ci ilə kimi Çin-Qazaxıstan-Azərbaycan-Türkiyə marşrutu üzrə təqribən 300-400 min konteynerin daşınması nəzərdə tutulur. Bu da Azərbaycana tranzit daşımalardan 600-700 milyon dollar həcmində gəlir əldə etməyə imkan yaradacaq. Digər tərəfdən, sözügedən  layihə Azərbaycanı regionun ən böyük nəqliyyat şəbəkəsinə çevirir.

 

Hazırda gələcəkdə Avropa üçün mühüm əhəmiyyət daşıyacaq   Bakı-Tbilisi-Qars magistral dəmiryolunun tikintisi artıq son  mərhələsindədir. Eyni zamanda,  Xəzər dənizində böyükmüasir Ələt limanının tikintisi aparılır. Limanın əmtəə dövriyyəsi ilkin mərhələdə 10 milyon ton və 40 min konteyner olacaq. Sonra əmtəə dövriyyəsinin 25 milyon tona kimi artırılacağı planlaşdırılır. Bunun üçün 1 milyon konteynerlik meydança inşa ediləcək.

 

Burada bir məqama xüsusilə diqqət yetirilməlidir. Belə ki, Azərbaycanda nəqliyyat və energetika sektorunda həyata keçirilən tədbirləri bir-birindən ayırmaq mümkün deyil. Qədim İpək Yolunun bərpası artıq reallıqdır. Dövlət başçısı cənab İlham Əliyevin  sözlərinə görə, beynəlxalq yol layihələri xalqları, iqtisadiyyatları  birləşdirir: “Burada bütün ölkələr uğurla fəaliyyət göstərir, uğurla əməkdaşlıq edir. Müxtəlif nəqliyyat layihələrinin icrası əlbəttə ki, böyük vəsait tələb edir. Ancaq ölkəmizdə iqtisadi inkişaf çox sürətlidir və maliyyə durumu da yaxşıdır. Belə olan halda mütləq gələcəkdə də böyük nəqliyyat layihələrinə vəsait ayırmalıyıq. Onların içində, xüsusilə Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsi ilə qitələr birləşəcək, ölkələrimiz tranzit ölkələrinə çevriləcəkdir. Bu dəmir yolu bundan sonra yüzilliklər ərzində bizim xalqlarımıza xidmət edəcək. Bu böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir”.

 

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası TransavropaTransasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə AvropaAsiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.

 

Azərbaycanın sürətli inkişaf dinamikası yeni-yeni qlobal layihələrin həyata keçirilməsinə imkan verir. Bu, ölkəmizin iqtisadi qüdrətini artırmaqla bərabər, onun dünyada baş verən hadisələrə təsir imkanlarını da artırır. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiyaİran istiqamətində tranzit marşrutlarının yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin artıq son mərhələdə olması, çoxşaxəli regional infrastruktur sisteminin yaradılması bunun parlaq təzahürüdür.

 

Ümumiyyətlə, ölkəmizdə müasir nəqliyyat sisteminin yenidən  qurulması və  nəqliyyat sektorunun səmərəli idarə olunması Azərbaycanda uğurla həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Məlum olduğu kimi, bu siyasətin əsas mahiyyəti yüksək keyfiyyətli nəqliyyat şəbəkəsi və xidmətləri vasitəsilə nəqliyyat ehtiyaclarına artmaqda olan tələbatı təmin etməkdən, ölkəmizin əlverişli coğrafi mövqeyigeniş tranzit imkanlarını tam istifadəyə verməkdən ibarətdir.

 

Dayanıqlı nəqliyyat sisteminin qurulması üçün müasir infrastrukturun olması əsas şərtdir. Məlumdur ki, nəqliyyat infrastrukturu sadəcə yol, müəssisə, qurğu, konstruksiyalar deyil. Bu, ilk növbədə daşımaları, yeni və xidmətlərə çıxışı təmin edən əsas vasitə, ticarət və iqtisadi inkişafa təkan verən milli iqtisadiyyatın təməllərindəndir. Bununla əlaqədar sahələr üzrə infrastruktur layihələri barədə bir neçə əsas məqamları və görülmüş işləri diqqətə çatdırmaq istərdik. Dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq, qədim İpək Yolu üzərində dəmir yolu infrastrukturunun yenidən qurulması üzrə xeyli görülmüşdür. Layihə başa çatdıqdan sonra dəmir yolunun bu dəhlizlə buraxılış qabiliyyətinin ildə 30 milyon tondan 50 milyon tona, hərəkət sürətinin isə  saatda 140 kilometrə çatdırılması mümkün olacaqdır.

 

Bu ilin yanvar-iyun aylarında İpək yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 26,3 milyon ton yük, 161,1 milyon nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çox sərnişin daşınmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə,  dəhlizdə daşınmış yüklərin 56,3 faizi avtomobil, 30,7 faizi dəmir yolu, 13 faizi dəniz nəqliyyatının payına düşmüşavtomobil nəqliyyatında 5,7 faiz artım qeydə alınmışdır. Daşınmış yüklərin 19,4 faiziniya 5,1 milyon tonunu tranzit yüklər təşkil etmişdir.

 

Yük daşımaları fəaliyyətindən 259,5 milyon manat, sərnişin daşınmasından isə 59,9 milyon manat gəlir əldə olunmuşmüvafiq olaraq 7 faiz və 14,4 faiz artım qeydə alınmışdır.

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 138 ölkəsinin hüquqifiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 88 ölkəyə əmtəə ixrac edilmiş 123 ölkədən isə idxal olunmuşdur. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 25-i Amerika, 41-i Asiya ölkələri və digərləridir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, altı ayda xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 13891,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 9193 milyon dollar, idxalın həcmi 4698,6 milyon dollar təşkil etmiş, nəticədə 4494,4 milyon dollarlıq müsbət saldo yaranmışdır.

 

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitkiheyvan mənşəli piylər və yağlar, şəkər, alüminiumondan hazırlanan məmulatlar, plastmasondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallaronlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir.

 

Yanvar-iyun aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 870,6 milyon dollar olmuşdur.

 

Həyata keçirilən tədbirlər şübhəsiz ki, Azərbaycanın beynəlxalq ticarətdə rolunu daha da artıracaq. Bu isə təbii ki, qeyri-neft sektorunu inkişaf etdirməyə və iqtisadiyyatı şaxələndirməyə müsbət təsir göstərəcək.

 

Vaqif BAYRAMOV,

Xalq qəzeti.- 2015.- 16 avqust.- S. 3