İMİŞLİ: bütün sahələrdə

sürətli inkişaf davam edir

 

İmişli kənd təsərrüfatı ilə bərabər sənaye sahəsində də böyük potensialı olan rayonlarımızdan biridir. Bərəkətli Mil düzündə yerləşən bu rayonda uzun onillər ərzində geniş və səmərəli irriqasiya sistemləri yaradılıb ki, imişlili fermerlər son illər bu məhsuldar torpaqlarda yüksək məhsul toplayırlar. Rayonda hazırda çox sayda emal və sənaye müəssisələri mövcuddur. Burada minlərlə rayon sakini çalışır.

İmişli rayonunun özəl xüsusiyyətlərindən birionun bir neçə rayonu birləşdirən avtomobil yollarının üzərində yerləşməsidir. Bundan başqa, İmişlinin ərazisinin geniş bir hissəsindən dəmir yolu xəttinin keçməsi də rayonun sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Rayon ərazisindəki çox sayda daş və çınqıl karxanaları da mövcuddur ki, bu, təkcə İmişlidə deyil, qonşu rayonlarda, bütövlükdə, bölgədə tikintiquruculuq işlərinin sürətlənməsinə təkan verib.

Qeyd etməyə ehtiyac var ki, İmişlinin son illərdəki uğurları təkcə onun coğrafi imkanları hesabına gerçəkləşməyib. Burada insan amili özünü hər an göstərir. Belə ki, rayonda hazırda həm aqrar sahədə, həm də sənaye istehsalında işini çox yaxşı bilən çox sayda işgüzar insan çalışır. Onların bir çoxunu bölgədə fəaliyyət göstərən jurnalist olaraq şəxsən tanıyıram. Xüsusi vurğulamaq istəyirəm ki, onların hər biri möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin bütün bölgələrinin, o cümlədən İmişlinin sürətli inkişafı üçün həyata keçirilən uğurlu işlərdən çox razıdır. Eyni zamanda, onların hər biri bu uğurlara öz töhfəsini verməyə çalışır ki, bunu yalnız alqışlamaq olar.

Yeri gəlmişkən, rayona son səfərim zamanı İmişli Rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ilə bu mövzuda maraqlı söhbətimiz oldu. Vilyam müəllim dönə-dönə vurğuladı ki, dövlət başçısı möhtərəm İlham Əliyevin bir an azalmayan qayğısı nəticəsində İmişlidə bu gün çox sağlam mühitişgüzar ab-hava yaranıb. Onun sözlərinə görə, hazırda rayonda demək olar ki, bütün fermer adamları dövlətimizin qayğısından ruhlanaraq daha böyük həvəslə işləməyə, qurub-yaratmağa çalışırlar.

Bəli, indi İmişlidə bütün sahələr üzrə sürətli inkişaf davam edir. Unutmaq olmaz ki, İmişli, ilk növbədə, kənd təsərrüfatı rayonudur. Burada təcrübəli fermerlərə, səriştəli mütəxəssislərə həmişə xüsusi hörmət və qayğı olub. Onların daha da yaxşı çalışmaları, məhsul bolluğu yaratmaları üçün hər cür  şərait yaradılır. İmişli Rayon İcra Hakimiyyətininn rəhbərliyi bu gözəl ənənəni bu günuğurla davam etdirməyə çalışır. Vilyam Hacıyev onu da qeyd etdi ki, bütün sahələrdə olduğu kimi, aqrar sahədə də uğurlar, ilk növbədə, insanların işə məsuliyyətli münasibətindən, necə deyərlər, ürək yandırmalarından asılıdır.

Düşünürəm ki, bu yerdə rayonun uğurlarını əks etdirən bəzi səciyyəvi rəqəmləri xatırlatmağa ehtiyac var. 2015-ci ildə İmişli rayonunun sosial-iqtisadi inkişafında həqiqətən yaxşı nəticələr əldə olunmuşdur. Belə ki, iqtisadiyyatın əsas sahələri üzrə 263 milyon manatlıq məhsul istehsal edilmişdir ki, onun 93 milyon manatı və ya 35,3 faizi sənaye, 91 milyon manatı və ya 34,7 faizi kənd təsərrüfatı, 29 milyon manatı və ya 11,3 faizi tikinti, 42 milyon manatı və 16,1 faizi ticarət və iaşə, 6 milyon manatı və ya 2,4 faizi nəqliyyat və s. sahələrin payına düşür. Bu ilin 9 ayı ərzində rayonda 42595 ton buğda, 19664 ton arpa istehsal edilmiş və məhsuldarlıq 35,5 sentner olmuşdur. Bundan əlavə, 3375 ton kartof, 3642 ton tərəvəz, 988 ton qarğıdalı, 2321 ton şəkər çuğunduru, 1312,4 ton pambıq tədarük edilmişdir. Əlamətdar haldır ki, bütün sahələr üzrə irəliləyiş əldə olunmuşdur.

Bəllidir ki, torpağı yaxşı becərməsən, vaxtlı-vaxtında gübrəsini verməsən, yüksək məhsul toplaya bilməzsən. Bu həqiqəti Aqrolizinq" ASC-nin Sabirabad Regional nümayəndəliyinin İmişli rayon bölməsinin kollektivi də yaxşı başa düşür və üzərinə götürdüyü vəzifələrin öhdəsindən uğurla gəlməyə çalışır. Bu il rayondakı torpaq mülkiyyətçilərinə təkcə 858 ton ammonium nitrat gübrəsi güzəştli qiymətlərlə ödənilmişdir. Fermerlərin sifarişi əsasında İmişli Aqroservis filialının istifadəsində olan 209 adda müxtəlif markalı texnika və qoşquların vasitəsiilə müvafiq işlər yüksək keyfiyyətlə görülmüşdür.  Torpağın məhsuldarlığının artırılmasında melioratorların da üzərinə mühüm vəzifələr düşür. Rayonda bu il 118 ədəd hidrotexniki qurğu, 23 ədəd hidrometrik post, 1,5 kilometr nov kanal, 5 kilometr beton kanal, 4 ədəd nasos stansiyada cari təmir işləri aparılmış, suvarma kanallarında 1337 kubmetr həcmdə 456 kilometr məsafədə lildən təmizlənmə və təmir işləri görülmüşdür. Hazırda rayonun bir çox kəndlərində əhalinin pay və həyətyanı torpaq sahələrinin suvarılmasına xidmət edən su arxlarında lildən təmizlənmə işləri davam etdirilir.

2015-ci ilin ötən dövründə heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 92867 başa, qoyunların sayı 246900 başa, quşların sayı isə 1392689 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 2048 baş, qoyunlar 3923 baş, quşlar isə 116458 baş artmışdır. Ət, süd, yumurta, yun istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır.

Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra uğurlu işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat BirliyiMMC-nin “Kəllə qənd”, “Qarışıq yem”, “Bitki yağları”, “Spirt emalı”, “Çuğundur yem qurutma” zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC istifadəyə verilmişdir. 2015-ci ilin doqquz ayı rayon üzrə sənaye məhsullarının həcmi 93 milyon manat olmuşdur. İstehsal olunan sənaye məhsullarının 87 faizi qeyri-dövlət sektorunun payına düşür.

İmişli şəhəri bu gün ölkəmizdəki rayon mərkəzləri arasında xüsusi-səliqə sahmanı və özünəməxsus gözəlliyi ilə seçilir. Bu il şəhərdə aparılan geniş abadlıq və quruculuq işlərinin nəticəsində şəhərin siması daha da gözəlləşdirilmiş, son dərəcə müasirləşmişdir. İmişliyə hər dəfə gəlişim zamanı bunun şahidi oluram. Bu dəfə də şəhərin bir çox küçə, park və meydanlarında qızğın abadlıq-quruculuq işlərinin getdiyinin müşahidə etdim.

İlin keçən dövrü ərzində bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatının və sosial sahənin inkişafı üçün 31 milyon manat vəsait yönəldilmiş, onun 89,6 faiziya 29 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu qəbildən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli  yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. İmişli Rayon Məhkəməsinin və Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binalarının tikintisinə başlanılmış və hazırda hər iki obyektdə tikinti işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin inzibati binasının tikintisi də nəzərdə tutulmuşdur.

Rayonda yol tikintisinə xüsusi diqqət göstərilir. Bu ilin bugünkü vaxtınadək ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işlərinə 36 saylı yol istismarı idarəsi tərəfindən 637,2 min manat məbləğində həcmi yerinə yetirilmişdir. Ağsu-Bəhrəmtəpə dolayı yolunda 8 kilometr avtomobil yolunun alt qatına asfalt beton qoyulmuşdur. Ağsu-Bəhrəmtəpə avtomobil yolunda 106-cı kilometrdən 113-cü kilometrə kimi cari təmir işləri yerinə yetirilmişdir. Hazırda İmişliyə giriş yolunun 7 kilometrlik sahəsində asfalt-beton qoyulmaq üçün yolun əsası tikilmişdir.

Sevindirici haldır ki, son vaxtlar İmişlinin xarici ölkələrlə işgüzar əlaqələri genişlənir. 2014-cü ilin iyun ayından etibarən Belçikanın Lommel şəhəri ilə İmişli rayonu arasında qardaşlaşmış şəhər memorandumu imzalanmış, Belçikanın dövlət nümayəndələri bir neçə dəfə İmişli rayonunda olmuş və müəyyən layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Nəzərdə tutulmuş layihələr çərçivəsində İmişli rayonundaHolland Pendiri südsüd məhsulları” zavodunun tikintisi artıq reallaşmaq üzrədir. Bundan əlavə, belçikalı sahibkarlar İmişli rayonunda “Şüşə”, “Günəş batareyaları” zavodlarının tikintisini planlaşdırmışlar. 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri İmişli rayonunda olmuş və kənd təsərrüfatının inkişafı sahəsində mühüm işlər görəcəklərini bildirmişlər.

Rayonda əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatı sahəsində də davamlı işlər görülür.  Bəhrəmtəpə qəsəbəsi, Çahar, Gövhərli kəndləri ərazisində smart -kart tipli sayğacların quraşdırılması ilə əlaqədar yeni transformatorlar quraşdırılmış və kabel xətləri çəkilmişdir. Bundan əlavə, şəhərin müxtəlif yerlərində yeni salınmış yaşayış massivlərində 38 ailəyə smart-kart tipli sayğaclar quraşdırılmış və 1200 metr məsafəyə kabel xətti çəkilmişdir.

Rayon Qaz İstismarı Sahəsi tərəfindən rayonun qazlaşdırılması işi davam etdirilərək 701 abonentin evinə təbii qaz xətti çəkilmiş, bununla da 10658 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. Rayonun Boşçalılar, Şahverdili, Əliqulular, Otuziki, Qaragüvəndikli, Oruclu, Məhəmmədli, Göbəktala kəndlərində və Bəhrəmtəpə qəsəbəsində qaz çəkilişləri başa çatmış və əhaliyə təbii qazın verilməsi təmin edilmişdir. Hazırda Qaraqaşlı, Mürsəlli, Yuxarı Qaralar, Qaralar, Xoşçobanlı, Sarıxanlı, Çahar, Gövhərli, Soltanmuradlı və Muradalılı kəndlərində isə qaz çəkilişi işləri davam etdirilir.

İmişlidə son illər təhsil və səhiyyə sahələrinini inkişafında da nəzərəçarpan uğurlar əldə olunmuşdur. 2015-ci ildə rayon üzrə respublikanının dövlət və özəl ali təhsil məktəblərinə qəbul olanların sayı əvvəlki illərin məzunları ilə birlikdə 301 nəfər olmuşdur ki, bu da ötən ildən 45 nəfər çoxdur. Qəbul imtahanlarında abituriyentlərdən 22 nəfəri 500-dən yuxarı, 12 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Rayonda bu il təhsil müəssisələrinin tikintisi, təmiri istiqamətində işlər davam etdirilmişdir. Belə ki, Qızılkənd kənd tam orta məktəbinin binasında təmir işləri aparılmış, 55 yerlik Əliqululular kənd uşaq bağçasının əsaslı təmirinə başlanılmış, eyni zamanda, İmişli şəhərində 100 yerlik 2 uşaq bağçasının tikintisi davam etdirilir. Məzrəli kənd tam orta məktəbinin binasında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə yenidən qurularaq əsaslı təmir olunan rayon mərkəzi xəstəxanası ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Bununla yanaşı, rayonun digər səhiyyə müəssisələrinin təmir-tikintisi və maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılmış, nəticədə ötən il Əliyetməzli və Ağaməmmədli kənd tibb məntəqələri yenidən tikilmiş, Muradxanlı kənd sahə xəstəxanası isə əsaslı təmir olunmuşdur. 2015-ci ildə Göbəktala kənd tibb məntəqəsi üçün yeni bina inşa edilərək sakinlərin istifadəsinə verilmişdir.

Bəli, İmişli rayonu bu gün bütün sahələrdə sürətli inkişaf tempini qoruyub saxlayır. Bu uğurlar, əlbəttə, rayonun sıravi sakinlərdən tutmuş məsul işçilərə qədər hamının birgə, gərgin və səmərəli əməyinin nəticəsində mümkün olur. Bu uğurlarda hamının payının olması hər bir imişlili üçün çox qürurvericidir!

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2015.- 6 dekabr.- S.10.