Onu auditoriyaya sevdirən istedadı,

səmimiyyəti və sadəliyi idi

 

...O günü unutmaram. Auditoriyaya daxil olan həlim xoşsifət müəllimə bir anlıq tələbələrə nəzər yetirdi. Sanki elə ilk baxışdaca jurnalistika fakültəsinin tələbələri arasından yaradıcılığa həvəsi olan istedadlı gəncləri kəşf etmək, onları dinləmək istəyirdi. Onun bizə ilk dərsi olsa da, vaxtın necə başa çatdığını hiss etmədik. Çünki qarşımızda uzun illər radio televiziya sahəsində çalışmış, öz yaradıcılığı ilə radio televiziya jurnalistikası tarixində özünəməxsus dəst-xətt yaratmış dəyərli tanınmış bir imza sahibiMailə Muradxanlı dayanmışdı. Onun radio televiziya tariximizə çevrilmiş təcrübəsini, yaradıcılıqla bağlı fikirlərini, xatirələrini bölüşməsi olduqca maraqlı idi. Onun keçdiyi ömür yaradıcılıq yolu ilə Azərbaycan jurnalistikası, xüsusilə radio televiziyamız bənzərsiz, təkrarsız bir imza qazanmışdı. Bu imzanın tanınması, tamaşaçı dinləyici sevgisi qazanması isə illərin zəhməti hesabına baş vermişdi.

 

Bu günlərdə 75 yaşı qeyd olunan Mailə Balabəy qızı Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində dünyaya göz açıb. Lakin 1946-cı ildə ailəliklə Bakıya köçüblər. Uşaqlıqdan əvvəlcə müəllimlik peşəsini seçsə , tale onu tamam başqa bir sahəyə-ecazkar səslərin dolaşdığı sehrli bir aləmə-radioya yönəldir. Mailə xanımın radioya gəlişi isə tamamən təsadüfi olur. Bu təsadüfün səbəbini həmkarlarına söhbətlərindən birində belə izah etmişdi: “...7-ci sinifdə oxuyanda bizi məktəbdən radioya çıxışa aparmışdılar. Mənə verilən mətndə belə bir cümlə var idi: “Sinfimizin uşaqları uşaqların beynəlxalq müdafiə gününə hazırlaşırlar”. Dedim uşaqlar sözünün biri təkrardır. Güldülər ki: “A, bu qız əsl redaktordur”. Birinci sözü dəyişib yerinə şagird yazdılar. Biz onuncu sinifdə oxuyanda elə gətirdi ki, o verilişin redaktoru məktəbimizə sonuncu sinif şagirdlərindən müsahibə almağa gəlmişdi. Soruşdu ki, arzunuz nədir? O vaxt məktəbin bütün divar qəzetlərini mən hazırlayırdım. Bütün yazıları özüm yazırdım. Bu sualı eşidəndə şəstlə dedim: “Mən jurnalist olacağam”. Deyəsən təsadüfən dediyim söz taleyimi həll etdi.”

Odur ki, Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirən M.Muradxanlı 1957-1962-ci illərdə ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsil alır. Buraxılış gecəsində onun alovlu nitqinin cazibəsinin nəticəsi o olur ki, Mailə xanımın təyinatını radioya verirlər. Jurnalist peşəsinin incəliklərini, sənətkarlıq məsələlərini ustad müəllimlərdən həvəslə öyrənən Mailə xanımın sonrakı fəaliyyəti radio televiziya ilə bağlı olur, ömrünün çox hissəsini yaradıcı mühitin formalaşdığı radio-televiziya verilişlərinə həsr edir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru (1962-1967) kimi başlasa da, sonralar işində göstərdiyi zəhmət çalışqanlıq sayəsində karyerasında yüksəlişlər fəth edir.Pioner şeypururadioqəzetində , yeniyetmələr üçünUlduzproqramında redaktor olduğu dövrdə keçən əsrin 60-cı illərində uşaq yeniyetmə dinləyicilərin maraq zövqünə uyğun mövzular işıqlandırılır.

Ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində (1972-1994) çalışan Mailə xanım 1994-cü ilə qədər düz 22 il radionun ədəbi-dram verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində işləyir. Onu bir neçə dəfə televiziyaya dəvət edirlər. Ecazkar səslərin qəlbləri fəth etdiyi radio onun üçün qədər doğma olsa da, sonradan artıq Mailə xanım mavi ekrandan tamaşaçıları salamlayır. Qadınlar üçünSəadətproqramının ilk aparıcısı kimi tamaşaçı rəğbəti qazanır. Radioda olduğu kimi, televiziyada da uğur qazanan jurnalist 1994-cü ildən sonra AzTV-də ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor işləyir.

Mailə Muradxanlının yaradıcılığında dramaturgiya, bədii tərcümə publisistika mühüm yer tutur. Hər birinin öz yeri, öz xüusiyyəti var. Hər bir yaradıcı sahə Mailə xanımın mənəvi dünyasının bir cəhətini özündə əks etdirir.

Mailə Muradxanlının tərcümə etdiyi nəsr, dram əsərləri oxucular tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Əhməd-ƏbubəkrinDulusçunun hekayəti”, Orxan KamalınYad qızı”, A.KoşutanınVətənə dönmək istəyirəmromanları, Bernard ŞoununSezar Kleopatra”, Evripidinİfigeniyalı Avlitdə”, BrextinKuraj ana ya sərbəst qadınpyesləri bu qəbildəndir. MüəllifinQınamayın mənipyesinin Sumqayıtda tamaşaya qoyulması (1990) yəqin ki, Gənclər şəhərinin sakinlərinin yadındadır.

Mailə xanımın bədii yaradıcılığı təkcə dramaturgiya ilə məhdudlaşmır. O, həm ruscadan Azərbaycan dilinə dublyaj edilmiş yüzdən artıq filmin tərcümə mətninin müəllifidir.

M.Muradxanlı ədəbi aləmə sovet xarici ölkə yazıçılarından dilimizə etdiyi tərcümələri dövri mətbuatda çıxan oçerkləri ilə daxil olub. OnunAzərbaycan”, “Azərbaycan qadınıjurnallarında, “Kommunist”, “Ədəbiyyat incəsənətqəzetlərində müxtəlif mövzulu ədəbi publisistik məqalələri dərc edilib.

O, öz yaradıcılığında tərcüməçilik, dramaturgiya, publisistika kimi ayrı-ayrı sahələri uğurla birləşdirirdi. Bu üç sahənin harmoniyası, sanki, Mailə Muradxanlı yaradıcılığını bütövləşdirir, mənəvi dünyasını daha dolğun əks etdirirdi. Onu bir istək işinə radio-televiziyaya bağlayırdı; o da işinə olan sevgisi, coşub-daşan yaradıcı ideyaları idi.

Uzun müddət sovet dövründə radio televiziya sahəsində çalışan, radio-televiziya tariximizin canlı salnaməsinin şahidi olan Mailə xanım Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra da eyni həvəs şövqlə mavi ekranı öz yaradıcılıq məhsulları ilə zənginləşdirirdi. Bunun nəticəsidir ki, o “Məhv olmuş gündəliklər” (1999), “Bağdada putyovka var” (2000), “ Bizim qəribə taleyimiz” (2005), “Gəl qohum olaq” (2001), “Qayınana əməliyyatı” (1999), “Gəlinlər” ( 2002), “ Qeybdən gələn səs” ( 2002), “ Qaydasız döyüş” ( 2009), “Yaddaş” (2010) kimi tele-tamaşa filmlərdə redaktor kimi çıxış edib.

Tamaşaçılar onun ya özünü, ya da imzasını mavi ekranda görməyə adət etmişdi. 2007-ci ildən tanınmış telejurnalistin ANS televiziya kanalındaZərif çərşənbəverilişinin aparıcılarından biri olması Bakıfilmkinostudiyasının baş redaktoru təyin edilməsi Mailə Muradxanlını tamaşaçıları ilə yeni ampluada görüşdürdü. Maraqlı formatda təqdim edilən verilişin hər bir sayında uzun illərin təcrübəsi bu təcrübənin formalaşdırdığı peşəkarlıq hiss edilməkdə idi. Onu tamaşaçıya sevdirən ən əsas cəhət isə səmimiyyət sadəlik idi.

Mailə Muradxanlı təkcə öz istedad yaradıcı düşüncəsi ilə deyil, həm bildiyini gənc jurnalistlərə öyrətmək həvəsi ilə yaşayırdı. Bir vaxtlar özünün ustad müəllimlərdən dərs aldığı Bakı Dövlət Universiteti auditoriyalarına 1970 -ci ildən pedaqoq kimi daxil olurdu. Jurnalistika sənətkarlığından dərs deyən Mailə xanım istedadlı qabiliyyətli tələbə görən kimi onlara dəstəyini əsirgəmir, yaradıclıq yollarında geniş üfüqlər açmağı mənəvi borc bilirdi :Əvvəllər jurnalistika fakültəsində bölgü vardı: radio qrupu, televiziya qrupu, nəşriyyat qrupu. Hər qrupda da 3-4 nəfər ixtisaslaşmış tələbə olurdu. Mən bu tələbələrin arasından seçilənləri gətirib işə düzəldirdim. Hətta o vaxt Qeysər Xəlilov sədr olanda məndən ona şikayət etmişdilər ki, Mailə kimi istəyir, işə gətirir. O da cavab vermişdi ki, Mailə gətiribsə, demək qələmi var.”

Sevindirici haldır ki, tanınmış telejurnalist, əməkdar jurnalist Mailə Muradxanlının dərs dediyi tələbələr arasında bu gün teleməkanda öz dəst-xəttini təsdiq edən onlarla jurnalist var.

2010-cu il iyunun 12-də Mailə xanım gözlərini həyata əbədi yumsa da, onun yaradıcılığını əks etdirən verilişlər radio-televiziya arxivində qorunur, onunla bağlı ən xoş xatirələr dostlarının, həmkarlarının yaddaşında öz yerini saxlayır.

...İllər keçəcək, zaman ötəcək, radioteleviziya mühitinə yeni-yeni jurnalistlər qədəm basacaq. Ancaq radio-televiziya jurnalistikasının korifeylərini yada salanda, bir imza da yada düşəcək: Mailə Muradxanlı! Gülərüz və səmimi, zərif Azərbaycan qadını! Ruhun şad olsun, Mailə xanım.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2015.- 6 dekabr.- S.9.