Azərbaycanın beynəlxalq əlaqələrinin
genişlənməsində
UNESCO ilə
əməkdaşlıq
mühüm rol oynayır
Bu il UNESCO-nun
Nizamnaməsinin qəbulundan 70 il ötür. Təşkilatın
yaradılmasının 70 illiyi münasibətilə bir
sıra tədbirlərin keçirilməsi nəzərdə
tutulmuşdur. UNESCO Baş
Konfransının 38-ci sessiyasının Liderlər Forumu da təşkilatın
yaradılmasının 70 illiyinə həsr edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban
Əliyeva forumda iştirak etmişlər.
Dövlət başçısı İlham Əliyev
forumda çıxış edərək bildirmişdir ki, Azərbaycan,
demək olar ki, UNESCO-nun bütün konvensiyalarını və
digər hüquqi aktlarını imzalamış və
ratifikasiya etmişdir. 2003-cü ildə Azərbaycan ilə UNESCO arasında mədəniyyət,
elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq
üzrə Çərçivə Sazişi
imzalanmış, Azərbaycana UNESCO donorlarından birinə
çevrilmək imkanı vermiş,
nəticədə, ən
zəif inkişaf etmiş ölkələr
qarşısında bu bizim öhdəliyimizə
çevrilmişdir.
Müasir beynəlxalq münasibətlərin
başlıca elementləri sırasına dövlətlərarası
siyasi və iqtisadi əlaqələrlə yanaşı,
sülh və dinc birgəyaşayışa xidmət edən
elmi-mədəni əlaqələr də daxildir. Təsadüfi
deyildir ki, BMT yarandıqdan sonra təşkilatın meydana gələn
ilk universal ixtisaslaşdırılmış qurumu — Təhsil,
Elm və Mədəniyyət Məsələləri üzrə
Təşkilatı (UNESCO) olmuşdur. UNESCO 1945-ci il oktyabrın 25-də keçirilmiş London
konfransında təsis olunmuş, təşkilatın Nizamnaməsi
1946-cı il noyabrın 4-də qüvvəyə minmişdir.
Hazırda
200-ə yaxm üzvü olan UNESCO-nun əsas məqsədi
irqindən, cinsindən, dilindən və dinindən
asılı olmayaraq, təhsil, elm və mədəniyyət
sahələri üzrə xalqların əməkdaşlığını
genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin
möhkəmlənməsinə dəstək verməkdir. Yarandığı gündən etibarən beynəlxalq
sülh və təhlükəsizlik uğrunda mübarizəni
rəhbər tutan UNESCO indiyədək bu sahəyə prioritet
istiqamət kimi diqqəti zəiflətməyibdir. Baş konfransın 1947-ci ildə keçirilmiş
II sessiyasında müharibə təbliğatını bəşəriyyətə
qarşı ən ağır cinayət elan edən UNESCO 70 ilə
yaxın müddətdə bu məsələnin üzərinə
qayıtmış və Stokholm
çağırışına qoşulmuşdur.
Azərbaycanın UNESCO ilə əlaqələrinin
genişləndirilməsi isə, 1993-cü ilin ikinci
yarısından, yəni ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra
başlamışdır. Belə ki, Azərbaycan-UNESCO əlaqələrinin
inkişafında ən mühüm addım Azərbaycan
Prezidenti Heydər Əliyevin Fransa Respublikasına 1993-cü il
dekabrın 19-dan 21-dək davam edən ilk rəsmi səfəri çərçivəsində
UNESCO-nun baş direktoru Federiko Mayorla görüşü
zamanı atılmışdır. Gorüş zamanı ikitərəfli əməkdaşlığın
genişləndirilməsi və inkişaf perspektivləri məsələləri müzakirə
etmişdilər.
UNESCO Nizamnaməsinin 7-ci maddəsinə görə,
üzv-dövlət təhsil, elm və mədəniyyətlə
məşğul olan qurumların fəaliyyətini UNESCO-nun
işi ilə əlaqələndirmək üçün ilk
növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər
həyata keçirməlidir. Ona görə də UNESCO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyasının
yaradılması üçün lazımi addımlar
atılmış və 1994-cü il
fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev bununla əlaqədar sərəncam
imzalamışdır. Sərəncama əsasən, Milli
Komissiya Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinin nəzdində yaradılmış, xarici işlər
naziri onun sədri təyin edilmiş və eyni zamanda, sədrə
Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti
verilmişdir.
Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrinin
rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin
digər nümayəndələrindən ibarət Milli
Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi
formalaşdırılmışdır. 2005-ci il sentyabrın 15-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev UNESCO ilə Azərbaycan
Respublikası arasında qarşılıqlı əlaqələrin
inkişaf səviyyəsini nəzərə alaraq, UNESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyası ilə bağlı əlavə
tədbirlər haqqında sərəncam
imzalamışdır. Sərəncama əsasən,
UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir.
Milli Komissiya Azərbaycanın UNESCO-dakı siyasətinin
əsas istiqamətlərini müəyyən edir. Azərbaycanın
UNESCO əməkdaşlığı ilə bağlı
gündəlik operativ iş Bakıda Xarici İşlər
Nazirliyinin nəzdində Milli Komissiyanın Daimi Katibliyi və
Parisdə Azərbaycan Respublikasının UNESCO yanında
Daimi Nümayəndəliyi tərəfindən həyata
keçirilir.
Ümummilli
lider Heydər
Əliyevin təşəbbüsü ilə UNESCO ilə əlaqələri
möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin
və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə
Azərbaycan UNESCO çərçivəsində qəbul
edilmiş bir sıra konvensiyalara qoşulmuşdur. Bu mənada,
Azərbaycanın qoşulduğu UNESCO
konvensiyalarından—Silahlı münaqişə baş verdikdə
mədəni dəyərlərin qorunması haqqında 14 may
1954-cü il tarixli Konvensiya, Ümumdünya mədəni və
təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il
tarixli Konvensiya, Asiya və Sakit Okean dövlətlərində
tədris kurslarının, ali təhsil haqqında
diplomların və elmi dərəcələrin tanınması
haqqında 16 dekabr 1983-cü il tarixli regional Konvensiya, Mədəni
dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi,
ölkədən çıxarılması və mülkiyyət
hüququnun qanunsuz olaraq başqasına verilməsinin
qadağan olunması və qarşısının
alınmasına yönəldilmiş tədbirlər
haqqında 14 noyabr 1970-ci il tarixli Konvensiya və digər
konvensiyaların adlarını çəkmək olar.
Azərbaycanın mədəni və təbii irsinin
qorunması məsələsi də UNESCO ilə əməkdaşlığın
əsas istiqamətlərindən biridir. Bu baxımdan,
Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər
Memarlıq Kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya
İrs Siyahısına daxil edilmişdir. Lakin, Azərbaycanda
baş vermiş zəlzələ nəticəsində
İçərişəhərin ərazisində yerləşən
memarlıq abidələrinə dəymiş zərər və
bununla bağlı bir sıra problemlərə görə
2003-cü il iyulun 4-də Ümumdünya
İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər
kompleksi UNESCO-nun Təhlükədə Olan Ümumdünya
İrs Siyahısına daxil edilmişdir. Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman
və sərəncamlarına uyğun olaraq, İçərişəhərə
dövlət qayğısı artırılmışdır.
UNESCO-nun Ümumdünya İrs Komitəsinin ekspertlərinin
hesabatlarında Azərbaycan hökuməti tərəfindən
İçərişəhər Qoruğunun mühafizəsi
istiqamətində görülən işlər təqdir
edilmişdir.
Nəticədə 2009-cu il iyun
ayının 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində
keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin
33-cü sessiyasının qərarına əsasən,
İçərişəhər Kompleksi UNESCO-nun təhlükə
altında olan abidələr siyahısından
çıxarılmışdır. UNESCO-nun
Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni
Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul
edilmiş qərara əsasən, Qobustan Dövlət Tarixi Bədii
Qoruğu Ümumdünya İrs Siyahısına daxil
edilmişdir. Azərbaycanın təbii
irsinin qorunması məqsədi ilə Hirkan meşələrinin
namizədlik sənədləri hazırlanaraq Ümumdünya
İrs Komitəsinə təqdim edilmişdir. Hazırda bu istiqamətdə müvafiq işlər
həyata keçirilmişir.
2009-cu il 28 sentyabr - 2 oktyabr tarixlərində Birləşmiş
Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində
keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin
qorunması üzrə Hökumətlərarası Komitəsinin
4-cü sessiyasında komitənin yekun qərarına əsasən,
Azərbaycan aşıq sənəti və beynəlmiləl
qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz bayramı
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ
Siyahıyasına daxil
edilmişdir ki, bu da milli mədəniyyətimiz
üçün mühüm hadisə hesab edilməlidir. Azərbaycanın qədim və zəngin mədəniyyəti
isə milli çərçivədən beynəlxalq səviyyəyə
qalxmış, ümumdünya mədəniyyətin bir
parçası olmuşdur. UNESCO çoxtərəfli
beynəlxalq təşkilat olduğundan onun vasitəsilə
müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığı
üçün şərait yaranmışdır. Bunun
nəticəsidir ki, Azərbaycan Respublikası təhsil, elm və
mədəniyyət sahələrində UNESCO vasitəsilə
müxtəlif ölkələrlə və eləcə də
təşkilatın
özü ilə geniş əlaqələr qurur və əməkdaşlığını
genişləndirir.
Azərbaycan-UNESCO münasibətlərinin
inkişafında və onun genişlənməsində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın müstəsna xidmətləri olmuşdur. 2004-cü ilin sentyabrında
Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat
və poeziyanın inkişafına verdiyi töhfələrə,
musiqi təhsili və dünya mədəniyyətlərinin
mübadiləsi sahəsindəki roluna və UNESCO-nun
ideyalarına göstərdiyi xidmətlərinə görə
bu təşkilatın şifahi ənənələr və
musiqi ənənələri sahəsində xoşməramlı
səfiri adına layiq
görülmüşdür.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan
— İSESCO münasibətləri də ən yüksək
inkişaf səviyyəsinə yüksəlmişdir. Sivilizasiyalararası dialoq
daxil olmaqla, müxtəlif sahələrdə geniş
miqyaslı və fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə,
onların yaşayış şəraitinin
yaxşılaşmasına, təhsilə, həmçinin
İslam aləmində görülən işlərə
böyük dəstəyinə görə xanım Mehriban
Əliyeva 2006-cı il noyabrın 4-də
İSESCO-nun xoşməramlı səfiri adına layiq
görülmüşdür. Həmin fəaliyyətin nəticəsidir
ki, 2006-cı il noyabrın 26-da İSESCO-nun baş direktoru Əbdüləziz Bin
Osman əl-Tüveycri sivilizasiyaların
yaxınlaşmasındakı fəaliyyətinə görə
Mehriban xanım Əliyevaya İSESCO-nun xoşməramlı səfiri
adının verilməsi haqqında diplomu təqdim
etmişdir.
2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi”
mövzusunda beynəlxalq forum keçirilmişdir. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci
xanımların Bəyanatı qəbul olunmuşdur.
Bundan əlavə, beynəlxalq forumda iştirak edən
İKT-nin baş katibi Ekmələddin İhsanoğlu humanitar
sahədəki fəaliyyətinə görə Azərbaycanın
birinci xanımını “İKT-nin humanitar məsələlər
üzrə xüsusi elçisi” statusuna dair diplomla təltif etmişdir. Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın İslam ölkələrinin
daxil olduğu təşkilatın bu yüksək adlarına
layiq görülən ilk qadını olması xüsusilə
təqdirəlayiqdir.
2005-ci
ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr olunan
“Sivilizasiyalararası dialoq” həftəsi cərcivəsində
Parisdə kecirilmiş “Azərbaycan: mədəniyyətlərin
və sivilizasiyaların qovşağında” adlı tədbirdə
çıxış edən Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva Şərqlə Qərbin qovuşduğu bir
məkan olaraq, Azərbaycanın qlobal mədəni dialoqa
öz töhfəsini verməyə hazır olduğunu
vurğulamışdır. Sonrakı illərdə
bu yöndə əməli addımların, konkret təşəbbüslərin
irəli sürülməsi və Azərbaycanda keçirilən
beynəlxalq tədbirlər bunu bir daha təsdiqlədi.
Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu
ildə İslam mədəniyyətinin paytaxtı elan olundu. Şərq ilə Qərbi
birləşdirən İpək Yolunun bərpasının təməli
Bakıda qoyulduğu kimi, həmin il
çərçivəsində də respublikamızın
paytaxtı festivallar, incəsənət bayramları, beynəlxalq
elmi konfranslar mərkəzinə çevrildi. Bütün bu fəaliyyətin
nəticəsində 2010-cu il iyulun 30-da UNESCO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
UNESCO-nun baş direktoru İrina Bokova tərəfindən
Qızıl Motsart medalı təqdim olunmuşdur.
Azərbaycanın
UNESCO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə
2013-cü il iyulun 18-də Parisdə qurumun baş qərargahında
keçirilmiş mərasimdə Azərbaycanın birinci
xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban
Əliyeva çıxışında qeyd etmişdir ki, Azərbaycan
UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin
təşviqinə sadiqdir: “Son 20 ildə biz ölkəmizdə
təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə
xususi diqqət yetirmişik. Biz dərindən
inanırıq ki, yalnız yüksək səviyəli təhsilə
malik olan ölkə uğurlar əldə edə və
xalqı üçün daha yaxşı həyat keyfiyyətini
təmin edə bilər. Biz, eyni zamanda,
elmin və müasir texnologiyaların inkişafına
çoxlu sərmayə yatırırıq. Bu ilin fevral
ayında Azərbaycanın ilk telekomunikasiya peyki olan ”Azərspeys-1" in kosmik fəzaya
buraxılması bunun bariz nümunəsidir".
Mədəni
irsin qorunmasının Azərbaycan höküməti
üçün prioritet istiqamət olduğunu bildirən Mehriban
xanım Əliyeva muğam, aşıq musiqisi, tar ifası,
Novruz bayramının UNESCO-nun qeyri-maddi irs siyahısına
daxil edildiyini xatırlatmaqla, eyni zamanda, Qız Qalası,
İşərishəhər, Şirvanşahlar sarayı və
Qobustan Dövlət Tarix və Bədii Qoruğunun da UNESCO-nun
Dünya İrsi Siyahısına salındığını
diqqətə çatdırmışdır.
Bununla
yanaşı, Azərbaycanın həm də UNESCO ilə mədəniyyətlərarası
dialoq sahəsində əməkdaşlıq ediyini bildirən
Azərbaycanın birinci xanımı qeyd etmişdir ki, bu
gün beynəlxalq ictimayyət ölkəmizi yüksək
dini və etnik dözümlülük sahibi, dialoqun mərkəzi
kimi tanıyır və əsrlər boyu müxtəlif dinlərin
və etnik qrupların nümayəndələri Azərbaycanda
sülh, harmoniya şəraitində yaşamışlar. UNESCO ilə Azərbaycan arasında
bağlanmış çərçivə sazişinin də
mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən
Mehriban xanım Əliyeva ölkəmizin UNESCO ilə əməkdaşlığını
davam etdirəcəyinə və mövcud olan potensialı
reallaşdırmaq üçün gələcəkdə əlaqələrimizin
daha da güclənəcəyinə əmin olduğunu
bildirmişdir.
Azərbaycanın
birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva ilə təşkilatın baş direktoru
İrina Bokovanın görüşü zamanı Heydər
Əliyev Fondu ilə UNESCO arasında gələcək əməkdaşlıq,
qurumun mədəni irs siyahısına Azərbaycandan daha
çox mədəni abidələrin daxil edilməsi, UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası
Komitəsinin bu il dekabrın 2-dən 8-dək Bakıda
keçiriləcək iclası barədə müzakirələr
aparılmışdır. Görüşdən
sonra Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil,
elm, mədəniyyət və kommunikasiya sahələrində
əməkdaşlıq üzrə Zirvə Sazişi
imzalanmışdır.
Bu gün Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası
dialoqa öz töhfəsini verir, öz mədəni irsi, dəyərləri
ilə əhatəmizdə olan dünyagörüşlərini,
mədəniyyətləri zənginləşdirir, eyni zamanda,
onların ən mütərəqqi baxışlarını əxz
edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə
nə qədər bağlıdırsa, intellektual
potensialı, elmi-mədəni yenilik və texnologiyaları
geniş tətbiq etməsi ilə bir o qədər Qərb
dünyasına yaxındır. Hazırda
Azərbaycan dünyada zəngin milli-mədəni dəyərləri
ilə yanaşı, həm də mədəniyyətlərarası
ünsiyyət, anlaşma məkanı kimi tanınır.
Biz qloballaşma prosesində beynəlxalq birliyə
birtərəfli inteqrasiya yolunu seçməmişik. Bu yol ikitərəflidir, çünki dünyaya
öz mədəni zənginliyimizi təqdim və təbliğ
etməyi bacarır, dünyanı bizdən nələrisə
öyrənməyə təşviq edə bilirik. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi
kimi, “Azərbaycanın əsas prioritetlərindən biri milli
adət-ənənələrimizin təmin olunması şərtilə
dünya birliyinə inteqrasiya etməkdir”.
Dövlət
başçısı İlham Əliyev UNESCO Baş
Konfransının 38-ci sessiyasının Liderlər Forumunda
multikulturalizmin bizim üçün bu gün müzakirə
olunan, sadəcə, işləyib-işləməməsindən,
həyata keçirilib-keçirilməməsindən
asılı olmayaraq, bir ideya deyil, adət-ənənəmiz
olduğunu bildirərək qeyd etmişdir ki, multikulturalizm təkcə ənənə
deyil, bu, dövlət siyasətidir və bizim həyat tərzimizdir.
Son illər mədəniyyətlər və
sivilizasiyalararası dialoq sahəsində keçirilmiş
beynəlxalq səviyyəli tədbirlərin statistikasına və
coğrafiyasına diqqət yetirsək, aydın şəkildə
görərik ki, bu sahədə təşəbbüslərin
böyük əksəriyyəti Azərbaycan tərəfdən
irəli sürülmüşdür. Ötən müddətdə
atılan əməli addımlar, irəli sürülən
ideya və təşəbbüslər də bunu deməyə
əsas verir. Bu baxımdan ölkə rəhbərliyi,
hökumət qurumları ilə yanaşı, qeyri-dövlət
xətti ilə görülən işləri, ilk növbədə,
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüslərini xüsusi qeyd etmək
lazımdır.
Azərbaycan
Prezidenti İlham Əliyev UNESCO Baş Konfransının 38-ci
sessiyasının Liderlər Forumunda Azərbaycanda qitələri,
sivilizasiyaları bir araya gətirmək üçün
üzərimizə düşən vəzifəni yerinə
yetirdiyimizi qeyd edərək bildirdi ki, 2016-cı ildə biz xüsusilə, multikulturalizm,
dini və etnik tolerantlıq məsələlərinin
müzakirəsini nəzərdə tutan BMT-nin Sivilizasiyalar
Alyansının qlobal forumuna ev sahibliyi edəcəyik. Dövlət
başçısı bu məsələdə UNESCO-nun nadir
rolunu vurğulayaraq bildirmişdir: “Biz mədəniyyətlərarası
dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun
rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın
Şərq ilə Qərbin qovuşuğunda yerləşən,
əhalisinin əksəriyyətini müsəlmanlar təşkil
edən, lakin, eyni zamanda, dünyəvi cəmiyyəti və
hökuməti olan, Avropa Şurasının və İslam
Əməkdaşlıq Təşkilatının üzvü
olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi
duyuruq”.
Qürurverici haldır ki, Azərbaycan Ümumdünya
İrs Komitəsinə üzv seçilmişdir. Bu barədə
Ümumdünya mədəni və təbii irsin qorunması
üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş
Assambleyası UNESCO nun 38-ci Baş Konfransı çərçivəsində noyabrın 18-də
keçirilən iclasında qərar
qəbul olunmuşdur.
Aynur FƏRMANOVA,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının baş müəllimi,
“Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsinin
Azərbaycanlı
İcması”
İctimai Birliyinin elm, təhsil və
mədəniyyət şöbəsinin müdiri
Xalq qəzeti.-
2015.- 6 dekabr.- S.7.