Xeyirxah insan görkəmli alim

 

Həyat ucu-bucağı görünməyən, sirli - sehrli, şəfalı - cəfalı, acılı - şirinli, möhtəşəm ecazkar bir məkandır. Ömür isə bu məkanda alovlana - alovlana alışıb, yanayana, əriyə - əriyə sönüb qürub edən bir zamandır. Bu zaman axın - axın illərdir. Bu axının içərisində insan ömrü, insan həyatı da var. Beləcə ulu Tanrının yaratdığı insan öz yaratdıqları ilə əbədi yaşayır. Bu isə insanı tarixə çevirir, zamanın ovcunda əzilən deyil, qalib gələn ziyaya döndərir. Belə ziyalılardan biri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor  Aqil Əlirza oğlu Əliyev olmuşdur.

 

Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş 1951-ci ildə oranı bitirmişdir. 1953-cü ilə qədər Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayında Azərbaycan Tibb İnstitutunun siyasi - iqtisad kafedrasında işə başlamış ömrünün sonuna qədər burada çalışmışdır. O, 1970-cı ildə iqtisad elmləri namizədi, 1983-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə, 1973-cü ildə dosent, 1979-cı ildə professor elmi adlarına layiq görülmüşdür. 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir.

Aqil Əliyevin elmi-pedaqoji fəaliyyəti sahəsindəki xidmətləri ayrı - ayrı dövrlərdə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, Əməkdar elm xadimi fəxri adına, “ŞöhrətQırmızı Əmək Bayrağıordenlərinə , müxtəlif medal, fəxri fərman təltifnamələrə layiq görülmüşdür.

Azərbaycan MEA-nın müxbir üzvü, professor A.Əliyevin apardığı tədqiqat işləri çoxsahəli olsa da, onun elmi yaradıcılığında əsas yeri sosial- iqtisadi problemlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ərzaq istehlak problemlərinin həlli, səhiyyənin iqtisadiyyatı, əhalinin sağlamlığının sosial-iqtisadi demoqrafik inkişaf aspektlərinin tədqiqi s. tutur. Bu problemlər onun 190-a yaxın elmi-tədqiqat əsərlərində, 13 sanballı monoqrafiyada, 6 dərslik dərs vəsaitində, 3 tədris-metodik göstəricidə  öz əksini tapmışdır.

Azərbaycanda ilk dəfə olaraqŞəxsi istehlakın iqtisadiyyatı problemləri”, “Aqrar iqtisadiyyatın aktual problemləri”, “Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri”, “Səhiyyədə iqtisadiyyat, planlaşdırma, idarəetmə, maliyyələşdirmə əməyin elmi təşkili”, “ASK-nın aqrar bölməsində elmi - texniki  tərəqqini sürətləndirmə problemləri sair sanballı monoqrafiyaların müəllifidir.

Yalnız bazar iqtisadiyyatına keçid şəraitində A.Əliyevin 80 elmi əsəri çap olunmuşdur.   Azərbaycanın sosial - iqtisadi  inkişafında islahatların rolu”, “İpək Yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur”, “Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri”, “Səhiyyənin iqtisadiyyatı”, “Azərbaycanda əhalinin səviyyəsinin yüksəldilməsinin aktual problemləri”, “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər, problemlər” I II cild, “Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti”, “Bələdiyyələr”, “Metodik kömək”, “Dünya iqtisadiyyatı: müasir dövrün problemləri”, “Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləridəyərli elmi əsərlərdir.

Aqil müəllim barəsində bu gün keçmiş zamanda danışmağa adamın dili gəlmir. Ona görə ki, onun bütün əməlləri fəaliyyəti xeyirxah niyyətli idi. Müdrik xeyirxah insanlar mənən həmişə qəlblərdə yaşadıqları üçün sonradan onların həyatda yoxluqları son dərəcə ağrı təəssüf hissi doğurub. Bu cür insanlar millətin sərvəti hesab edilərək xalq tərəfindən ölümsüzlük statusu qazanıblar. Onlar uzun müddət unudulmayıblar. Elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar. Yaşayırlar... Aqil müəllim bax beləcə ömür sürmüş alim, ziyalı idi.

Ulu öndərimiz Heydər Əliyevin qardaşı, ölkə Prezidentinin əmisi olan bir şəxs o qədər alicənab, təvazökar, müdrik insan idi ki, özünü həyatda həddən artıq sadə aparırdı.

Tarixdə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür onu başqaları üçün əlçatan edir”. Professor Aqil Əliyevin elmi  pedaqoji fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.

Aqil müəllimin bir alim kimi qoyub getdiyi irsi - kitabları elmipedaqoji fəaliyyətini bir qəzet məqaləsində əhatə edə bilmərik. Lakin elmi ideyaları bilavasitə praktikaya tətbiq edən alim xalqının tarixində özünə məxsus bir yer tutur.

Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, “hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.

Aqil müəllim bütün zamanlardahakimiyyətdə kimin olmasından asılı olmayaraq öz ləyaqətini, izzəti - nəfsini qoruyub saxlayan bir insan idi. O, tez-tez psixologiyalarını, həyat tərzlərini hakimiyyətlərə uyğun kökləyən sonra da sınıq bir alət kimi künclərdə toz basmağa məhkum olaninsanlaraacımışdır.

Aqil müəllim zəngin elmi - pedaqoji təcrübəsi, təfəkkürün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik xeyirxahlığı, fəaliyyətdə mübarizliyi tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth etmişdir. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxlarının dərdinə dərman, ürəyinə təpər, işinə yarayan insan idi,  insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən idi. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olurdu. O, heç kəsə ağır söz deməz, yaraya köz basmazdı. O, yaxşı bilirdi ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi aləmini zədələyir.

Aqil müəllim sözünün qədir-qiymətini bilən idi. O, sözü zərgər dəqiqliyi ilə seçironu hədəfə vururdu. O, sözünün ağası idi. Onun sözü ilə əməli həmişə üst - üstə düşürdü. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməz idi. Ona görə də o, daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir insan idi. Aqil müəllim hadisələri saf - çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran bir ziyalı idi. Bu çeviklik ona cəsarət, güc, şərəf verirdi.

Aqil Əliyev sadə, təbii bir insan idi. Onun haqqında yazmaq, danışmaq çətindən də çətindir. Çünki onun haqqında deməyə söz həddən artıq çoxdur. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir sima idi. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında, ilahilərə məxsusluğu təzahür etdirirdi.

Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Aqil müəllimin əqidə manifesti idi. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərirdi, onların işinə yarayırdı. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldirdi. Aqil müəllim, sözün həqiqi mənasında, bir çox insanlar üçün ümidinam yeri idi.

N.Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Aqil müəllimin etdiyi yaxşılıqlar, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.

Aqil müəllim həddən artıq tələbkar idi. O, biganəliyi xoşlamırdı. Elinin–obasının qədrini bilən idi, xalqa xidməti həyatının məna və məqsədi hesab edirdi. Aqil müəllim saf  əqidəsi və məsləki olan ziyalı idi. Onun əqidəsi humanizmə, həqiqətə, ədalətə söykənirdi.

O, öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə başqalarından fərqlənən vətəndaş alim - ziyalı idi. Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, sualına, şagirdləri belə cavab vermişlər: “bizi Epikürə bağlayan onun həmişə özü - özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Aqil müəllimə aiddir: o həmişə özü - özünə bərabər idi, təkrarsız idi - həmişə Aqil müəllim idi! Aqil müəllim insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran nadir bir şəxsiyyət idi. O, adamlar arasında  özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən - sayılan nüfuz sahibi idi. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeş idi.

Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri” –deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Aqil müəllimlə təmasda olarkən həmişə onun söz - söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir ilahi fikir nur kimi ətrafa yayılırdı: “İnsanlar, insan olun, bu Sizin birinci vəzifənizdir!”. Müdrik el ağsaqqalının nəsillərə anlatmaq istədiyi saf əqidə və məslək bu idi.

Aqil müəllim xalqımızın ehtiyacı olan el ağsaqqalı idi. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə də ağsaqqal idi. O, ağsaqqallıq zirvəsində də uca, əzəmətli, qədd - qamətli idi. Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşırdı.

Aqil müəllim cəmiyyətimiz tərəfindən birmənalı şəkildə qəbul edilən, hamı tərəfindən sevilən bir ağsaqqallıq zirvəsində dünyasını dəyişdi –  haqqın dərgahına qovuşdu. Yaşamış olsaydı, indi onun 89 yaşını qeyd edərdik... Ulu Tanrıdan ona rəhmət diləyirik.

 

Qoşqar ƏLİYEV,

ATU-nun ictimai

fənlər kafedrasının müdiri,

fəlsəfə elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2015.- 10 dekabr.- S.9.