Böyük xilaskarqurucu Heydər Əliyevin ömür

yolu indiki nəsillərə ən mükəmməl örnəkdir

 

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərin sırasında öndər olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu rəhbərimiz ən müqəddəs amallar uğrunda dönməz mübariz, çətin manelərə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır.

 

Müstəqil Azərbaycanı qorumaq və tərəqqi yoluna çıxarmaq missiyasını məharətlə yerinə yetirən ümummilli liderimizin çoxminillik tariximizdə yeri ən uca mərtəbədədir. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzm və şərəflə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Ulu öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual, kadr, iqtisadienerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qoruyub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır. Böyük rəhbər yenidən hakimiyyətə qayıdarkən heç bir ölkə başçısının dilinə gətirmədiyi bu sözləri dedi: “Mənim həyatım xalqıma məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.

Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxaraq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük öğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdurola bilməz.

Ümummilli lider Azərbaycanda hamının eyni dərəcədə inandığı və qəbul etdiyi bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün, ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz lideri alternativi olmayan unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında birona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub.

Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heçbütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.

Heydər Əliyev sadəliyi və aliliyi ilə hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi şəxsiyyətə çevrilmişdi. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə bizim xalqımız deyil, bütün dünya ölkələri bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir.

Sevimli rəhbərin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyət hər bir soydaşımız üçün mükəmməl örnəkdir. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir”, - deyə böyük öndərimiz millətimizin və dövlətimizin əbədi yaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Şükürlər olsun ki, Ulu tanrı xalqımızın taleyinə çətin, əzablı günlər yazsa da, bu əzablara sinə gərə biləcək bütün düyünləri açmağa qadir olan Heydər Əliyev dühası kimi böyük şəxsiyyət də qismət edib.

Cəmiyyətə xidmət nümunəsi olan böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş ümummilli liderimizin ideyaları daim yaşayacaq, Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada ümummilli liderimizin izi olmasın. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz Heydər Əliyevin qüdrətli əlləri ilə hörülüb.

Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev Azərbaycan xalqına son müraciətində ölkədə rəhbərlik etdiyi illərdə bir azərbaycanlı vətəndaş və rəhbər kimi yeganə amalın varlığı qədər sevdiyi Azərbaycanın xalqına, dövlətinə, ölkənin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu söylədi. O bu yolda bütün gücünü, iradəsini yalnız müdrik və qədirbilən xalqından almışdı. Ən çətin vəziyyətlərdə bu inam və xalqına arxalanmaq Heydər Əliyevə dözüm, iradə verib, bütün uğurlarını təmin edib. Elə “Xalq-Heydər, Heydər-Xalq” birliyi də belə yaranıb.

Unudulmaz rəhbərimizin bizə ərmağan qoyub getdiyi zəngin irs bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irsi müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızın elə bir sahəsini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin hərarəti duyulmasın. Ulu öndərimizin əvvəllər də uzaqgörənliklə müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xaricidaxili siyasət kursu milli neft strategiyası bu gün öz möhtəşəm bəhrələrini verir.

Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. Ulu öndərimiz hakimiyyətdə olduğu bütün dövrlərdə – 1970 – 80-ci illərdə, həm də müstəqillik dövründə Azərbaycanın və xalqımızın hərtərəfli inkişafında çox mühüm rol oynayıb. Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kursu bu gün də, gələcəkdə, də dəyişilməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbayacana daim uğur, xoşbəxtlik gətirir. Dahi rəhbərimizin siyasəti yaşayır, möhkəmlənir və zənginləşir.

Ötən əsrin 60-cı illərində Azərbaycan ümumilikdə keçmiş SSRİ məkanında həm iqtisadi, həm siyasi cəhətdən digər müxtəlif respublikalardan çox geridə qalırdı. Ulu öndərimiz bu illərdə öz tükənməz enerjisini həm xalqın önünə inamını bərpa etməyə, potensial gücünü hərəkətə gətirməyə, mənəvi dəyərlərini, adət-ənənəsini dirçəltməyə, həm də iqtisadiyyatın inkişafına istiqamətləndirilmişdir. Heydər Əliyev elə siyasi fəaliyyət proqramı həyata keçirməyi qarşısına məqsəd qoymuşdur ki, xalq öz böyüklüyünü dərk etsin, layiq olduğu həyatı öz zəhməti ilə, öz zəkası ilə qursun. Ümummilli lider Heydər Əliyevin ölkə və xalq qarşısında xidmətləri son dərəcə miqyaslıdır.

1991-ci ildə xalqın qanı bahasına qazanılmış müstəqilliyin 1993-cü ildə itirilməsi təhlükəsi artıq reallaşdı. Gəncədə qardaş qanı axıdılmış, hakimiyyətin bütün strukturlarında əyləşmiş siyasətçilərin səriştəsizliyi ucbatından cəmiyyəti hərc-mərclik bürümüşdü. Qanunsuz hərbi birləşmələr istədiklərini edirdilər. Respublikada yaranmış xaos Ermənistanın ərazilərimizi işğal etməsinə yardım edildi. Çətin, mürəkkəb vəziyyətlə üzləşmiş Azərbaycan xalqı yenə də ən məsuliyyətli məqamda öz xilaskar oğlu Heydər Əliyevi Bakıya dəvət etdi.

Bütün varlığı ilə xalqa, doğma Azərbaycana bağlı olan Heydər Əliyev xalqın arzu və istəyini, ölkənin mürəkkəb durumunu nəzərə alıb yenidən hakimiyyətə qayıtmağa razılıq verdi. O, bütün gücünü, səy və bacarığını səfərbər edərək xalqın üzləşdiyi təhlükəli problemləri aradan qaldırmağa müvəffəq oldu. Ermənistanla atəşkəs sazişi bağlandı, “Əsrin müqaviləsi” imzalandı, dövlət çevrilişinə cəhdlərin, yeni separatçılıq hərəkətlərinin qarşısı alındı. Ölkədə siyasi sabitlik yarandı. Müstəqil Azərbaycan dövlət quruculuğu istiqamətində zəruri və mühüm addımlar atmağa başladı.

Bir sözlə, Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq əlaqələri genişləndi. Bununla elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin biriMilli Ordunun formalaşması, dövlətin müdafiə qüdrətinin artırılması, bununla da, ərazi bütövlüyümüzün bərpası və etibarlı müdafiə olunması ilə bağlı atılan mühüm addımlardır.

Milli öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Ən yeni tariximizdə xilaskarlıq missiyasını yerinə yetirən ulu öndər müasir Azərbaycanın memarıdır.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Heydər Əliyevin bənzərsiz həyatını belə qiymətləndirmişdir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə – Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin.”

Bu gün Cənubi Qafqazda lider dövlətə çevrilən müstəqil Azərbaycan sürətlə inkişaf edirulu öndər Heydər Əliyevin dövlət quruculuğu yolunda seçdiyi düzgün strateji xətti Prezident İlham Əliyev uğurla davam etdirir.

 

Gülşən ORUCOVA,

Bakının Səbail rayonundakı

T.İsmayılov adına 6 saylı tam

orta məktəbin direktoru,

Əməkdar müəllim

 

Xalq qəzeti.- 2015.- 13 dekabr.- S.10.