Səttarın rənglər dünyası

 

Ulu Tanrının bu xalqa bəxş etdiyi şəxsiyyətlər arasında qəribə taleli bir sənətkar da var. Ömür-gününü təbiət gözəlliklərini, müxtəlif xarakterli insan talelərini rənglərin dili ilə danışdırmağa həsr edən, hərdən ətrafını unudub özünə qapılan, dünya malında zərrə qədər gözü olmayan Səttar Bəhlulzadənin onlar arasında öz yeri, öz mövqeyi var.

 

O, ilahi vergili bir insan olub. Haqqında söylənilənrəvayətlərbunu deməyə əsas verir. Tanrının yaratdığı yeddi rəng onun üçün bir dünya idi. Bu dünyadan doymaq bilmirdi. Yəqin ki, molbert arxasına keçəndə o, bu dünyaya yenidən qovuşur həmin anlar özünü dünyanın ən xoşbəxt adamı sanırdı. Burada rənglər onu sehrləyir, sanki, bütün ixtiyarını əlindən alırdı. Rənglərlə işləyəndə ömrünün ən xoş anlarını yaşayırdı. Sevgiləri, duyğulu anları, kədərli məqamları fırçasından kağıza köçən rənglərlə əbədiləşirdi.

Mən Səttar Bəhlulzadənin əsərləri ilə, onun yaradıcılıq bioqrafiyası ilə az-çox tanışam. bilirəm ki, bu rəssamın ömründə olub-qalan nəyi var idisə, bu əsərlərdə toplanmışdı. Bundan özgə nəyi var idi ki... Əmircanda doğulmuşdu, burada da ömrünün axırına kimi tənha yaşamışdı. İnana bilmirəm ki, haçansa dəbdəbəli həyat arzusunda olub. Amma ruhən çox varlı insan idi.

Moskvada rəssamlıq təhsili almışdı. Bu vaxta kimi məşhur rəssam olacağına ümidlər böyük idi. Əsərləri çox tanınmışdı. Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzular tarixi şəxsiyyətlərin təsviri (“Babək üsyanı”, “Fətəli xan”, “Xəttat Mir Əli s. əsas yer tutmuşdu. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ kəndlərini təsvir edən rəsmlər yaratmışdı. Onun yaradıcılığında təbiət təsvirlərinə meyil getdikcə güclənmiş, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdı. 1946-1947-ci illərdə respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri (“Buzovna neft mədənləri”, “Əmircan s.) nümayiş etdirilmişdir.

Əsərlərinin poetik anlaşıqlı dili, əlvan rəngləri tamaşaçını bir anlığa sehrli bir aləmə aparır. Səttar Bəhlulzadə Azərbaycanın meyvəli bağlarını, güllü-çiçəkli meşələrini, gur sulu çaylarını, yamyaşıl düzlərini, əzəmətli dağlarını təsvir etməyi hədsiz dərəcədə sevirdi. O, Azərbaycanın rayonlarını gəzib dolaşır, könlünə, qəlbinə yatan təbiət abidələrini, ucsuz-bucaqsız bağları, çılpaq qayaları, meşə ormanları tabloya köçürür ondan sonra rahatlıq tapırdı.

Azərbaycanın gözəl təbiəti ilə seçilən Quba rayonu onun tez-tez səfər etdiyi, gözəl əsərlər yaratdığı diyar idi. Ümumiyyətlə, Quba mövzusu rəssamın yaradıcılığında əsas yer tutur. 1972-ci ildə rəssamın Dövlət mükafatına layiq görülən əsərləri sırasında Quba mövzusunda olanŞahnabad dağlarıəsəri var idi. Səttar Bəhlulzadənin bu əsərləri təbiətin özü qədər gözəl cazibədar idi.

O, bəzən günlərlə Xəzər sahilində durub, dalğaların pıçıltısına qulaq asır, lacivərd ləpələrin həzin nəğməsini dinləyərdi. Sonra da molbert arxasına keçib dənizləsöhbətlərinirənglərin dilinə çevirərdi.

Bu gün onun əsərləri ilə dünyanın çox yerində tanışdırlar. Bu əsərlər Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarca muzeyində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır. Bu əsərlər harda göstərilirsə, böyük maraq sevgi ilə qarşılanır.

Onun həyatda ən çox sevdiyinin olduğunu demək çətindir. Amma mənə belə gəlir ki, rəssamın yeganə xobbisi tənhalıq idi. Bəlkə bu, bütün rəssamlar üçün səciyyəvi əlamətdir. Çünki onların çoxu elə aylarla emalatxanalarda tənha çalışırlar. Səttar isə sərbəst insan idi. O, təbiət qoynunda tənhalığı, demək olar ki, unudurdu.

Mən indi onun əsərlərindən bir neçəsinin adını xatırlatmaq istəyirəm: “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Əmircan”, “Neft daşları”, “Şamaxı üzümlükləri s. Məgər bu əsərləri emalatxanalarda yaratmaq mümkündürmü? S.Bəhlulzadə bu əsərləri təbiətlə dərdləşə-dərdləşə yaradırdı.

O, Vətəninin təbiəti qədər insanlarını da sevirdi. Bu sevgi öz əksini onun tablolarında tapıb. O, bütün varlığını, eşqini, məhəbbətini, sevinc kədərini bu əsərlərə köçürmüşdü. Bizə yadigar qalan bu əsərlər onun taleyini vərəqləməyə çox zəngin material verir. Səttar Bəhlulzadə haqqında yazanlar bu əsərləri oxumağı bacarmalıdırlar. Başqa cür mümkün deyil.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 20 dekabr.- S.6.