MASALLI: inkişaf
dinamikası ilbəil
güclənir
İllər ötdükcə
regionlarımızda davam
edən sosial-iqtisadi inkişaf addım-addım
ucqar qəsəbə
və kəndlərə,
uzaq obalara gedib çıxır. Hər yerdə həyat
daha da canlanır.
Sosial obyektlər tikilir, yollar təmir edilir. Masallı rayonu bu baxımdan örnək sayıla bilər. Ötən il
bu rayon xeyli abadlaşıb və gözəlləşib.
Rayon mərkəzindən 12 kilometrlik məsafədə
yerləşən Boradigah
inzibati ərazi dairəsi eyniadlı qəsəbəni, Mollaoba
və Babaser kəndlərini əhatə
edir. Ərazidə 11 mindən artıq
əhali yaşayır,
təsərrüfatların sayı 2700-ə qədərdir.
İnzibati ərazidə 6 ümumi
yaşayış evi
var. 172 sahibkarlıq obyekti
qeydiyyata alınıb
ki, bu da
böyük göstəricidir.
Qəsəbədə 1 həftə
bazarı, 2 şadlıq
evi, 2 taxta satışı məntəqəsi,
2 yanacaqdoldurma və 1
qazdoldurma məntəqələri,
4 müasir yeməkxana,
1 mebel evi və digər müxtəlif obyektlər
fəaliyyət göstərir.
Boradigahda arxeoloji abidələrdən
“Ağbala təpəsi”
və “Mehdi təpəsi” (Tunc dövrü) mühafizə
olunur. Qəsəbədə yeni idman mərkəzi, müasir tibb məntəqəsi fəaliyyət göstərir.
Yol kənarları, çay vadisi və sair yerlərdə təmizlik-abadlıq işləri
mütəmadi səciyyə
daşıyır.
Mülahizələrə görə, “Boradigah” toponimi “bırə diqo” (“tikanlıqdakı kənd yeri”) söz birləşməsindən
yaranıb. Ötən onilliklərdə həmin tikanlı kənd yeri xeyli inkişaf edib və 1966-cı ildən şəhər tipli qəsəbə statusu qazanıb. Bu məntəqənin zəngin tarixi keçmişi var.
XIX əsrdə Şeyx
Məhəmməd Sadiq
Boradigahi Qafqazın tanınmış din xadimlərindən
sayılıb. O, Qəzvində
fəlsəfə-kəlam elmlərini
öyrəndikdən sonra
Kərbəla və Nəcəf şəhərlərində
yüksək dini dərəcələrə çatıb.
İraqda Şeyx Sadiq
Türk təxəllüsü
ilə tanınıb.
Nəhayət, təhsilini başa
vuraraq Qafqaza qayıdıb, Vətəndə
yeganə mərcəyi-təqlid
kimi tanınıb.
Bütün ömrünü müxtəlif kitablardan dərs deməyə sərf edib, çoxlu fazil tələbə yetişdirib.
Boradigahlılar, əsasən, haqqı nahaqqa verməyən ədalətli, igid və zəhmətsevər
adamlar kimi tanınırlar. 1913-cü ildə 700 həyətdən
ibarət olan Boradigah kənd icması Mir Əsgər xanın 130 desyatin torpağını tutaraq ona icarə haqqı verməkdən imtina etmişdi. Hətta Yusif adlı igid kəndli xanı öldürmək
məqsədilə ona
güllə atıb.
O vaxt boradigahlıların
öhdəsindən gələ
bilməyən xan acizanə şəkildə
Qafqaz canişini N.Nikolayeviçə şikayət
də yazıbmış.
Hazırkı Boradigah çoxsaylı elmlər doktoru və namizədi ilə fəxr edir. İsmayıl Babayev,
Miri Fəttayev, Alxas Kişiyev, Sayadulla Babayev, Bahadır Tağıyev, Məmmədhüseyn Novruzov,
Vaqif Nəsirov və digər alimlər Azərbaycan elminə layiqli töhfələr veriblər.
Milli Məclisin deputatı Elmira Axundova, alim-şair Gülhüseyn
Hüseynoğlu, Nurməmməd
Ağa, rayon ağsaqqallar
şurasının sədri
Hacı Cavanşir Əsədov Boradigahın
şöhrətini artıranlardır.
İnzibati ərazi dairəsi üzrə nümayəndə
Ələkbər Cəfərovdur. Elə maraqlı
tarixi ekskursu da onunla birgə
etdik. Ələkbər müəllimin yurdsevərlik
nümunəsi, ərazinin
tərəqqisi üçün
göstərdiyi səylər
xüsusi qeyd olunmağa layiqdir. Ə.Cəfərov 2015-ci ilin
ölkəmiz üçün
mühüm hadisələrlə
yadda qaldığını
söylədi:
– Bu gün ölkəmizdə
vüsət almış
tərəqqi Masallıda
da yüksək səviyyədə davam etdirilir. Son illər
rayonumuzda yeni məktəblər, səhiyyə
ocaqları tikilərək
istifadəyə verilib,
əhalinin sosial-məişət
şəraiti yaxşılaşdırılıb,
qaz və su çəkilişində
mühüm tədbirlər
həyata keçirilib.
Görülən işlər dövlətimizin
başçısının Masallıya dogma münasibətinin
nəticəsidir. Qədirbilən əhalimiz bunu yüksək qiymətləndirir.
Rayonumuzun rəhbərliyi böyük
təşkilatçılıq bacarığı sayəsində
Masallıda saf ab-hava yaradıb, bunun da nəticəsində
bütün sahələrdə
çalışanların məsuliyyəti birə-beş
güclənib.
Nümayəndəlik ərizə və şikayətlərlə “Vətəndaşların
müraciətlərinə baxılması qaydası haqqında” Qanuna müvafiq şəkildə
işləməyə daim
səy göstərir.
2015-ci il ərazisində vətəndaşların
bütün müraciətlərinə
vaxtında cavab verilib. Leysan yağışları nəticəsində həyətləri
və evləri su basması, elektrik dirəklərinin dəyişdirilməsi, ünvanlı
sosial yardım, torpaq və bu kimi digər
məsələlərlə əlaqədar əməli
tədbirlər görülüb.
Rayon icra hakimiyyətinin
başçısı Rafil
Hüseynov ərazidə
dəfələrlə səyyar
qəbul və görüş keçirib. Bir qayda
olaraq, vətəndaşları
narahat edən məsələlərin həlli
üçün zəruri
addımlar atılır,
onların təklifləri
ciddi surətdə nəzərə alınır.
Qəsəbə ərazisində üç
tam orta və bir
ümumi orta məktəb fəaliyyət
göstərir. Məktəblərdə
1500-ə qədər şagird
təhsil alır, onların təlim-tərbiyəsi
ilə 123 müəllim
məşğul olur.
İl ərzində ərazi nümayəndəliyi tərəfindən
məktəblərdə şagirdlərin
dərsə davamiyyətinə,
tədrisin keyfiyyətinə
nəzarət olunur.
Qəsəbədəki 15 çarpayılıq sahə xəstəxanası
32 yaşayış məntəqəsinə
xidmət edir. Xəstəxanada 70 nəfərlik tibb heyəti çalışır. Onlardan
15 nəfəri ali təhsillidir. Burada doğuş, terapiya, ultrasəs müayinəsi,
laboratoriya, rentgen şöbələri fəaliyyət
göstərir. Səyyar qəbul-görüşlərdə
Boradigah sahə xəstəxanasının təmiri
ilə bağlı təkliflər irəli sürülürdü. Rayon
rəhbərliyinin səyi
sayəsində xəstəxana
müasir qaydada əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir.
İnzibati ərazi dairəsi üzrə nümayəndəlik
gənclərin asudə
vaxtının səmərəli
keçməsindən ötrü
bir sıra tədbirlər həyata keçirir. Bu məqsədlə
hər il
ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş ənənəvi
mini futbol turniri keçirilir. Turnirdə ətraf ərazilərin
komandaları iştirak
edir, qaliblərə Gənclər və İdman İdarəsinin fəxri fərmanları və xeyriyyəçilər
tərəfindən pul
mükafatları verilir.
Xatırladım ki, ötən ilin dekabrında
Boradigahda yeni idman mərkəzinin açılışı olub.
Milli Məclisin deputatları, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məsul şəxsləri tədbirdə
iştirak ediblər.
Obyektin özəlliyi bundadır ki, onun elektrik
sistemi günəş
panelləri ilə təchiz olunub. Binanın damında 70 kilovat enerji verən 280 ədəd günəş
paneli quraşdırılıb.
Burada 9 nəfər daimi işlə təmin olunub. Mərkəzin qış idman
zalında mini-futbol, voleybol, basketbol, həndbol, güləş
və atletika yarışlarının keçirilməsi
üçün hər
cür şərait yaradılıb. Burada, həmçinin,
məşq otaqları
inşa edilib, trenajorlar quraşdırılıb.
Ötən il
uşaq və yeniyetmələr arasında
sərbəst güləş
üzrə rayon birinciliyi
burada təşkil olunub. Böyük bir sahəni
əhatə edən idman mərkəzinin ərazisində gələcəkdə
stadion və otelin tikilməsi də nəzərdə tutulur.
Boradigah
qəsəbə inzibati
ərazi dairəsi üzrə nümayəndəliyində
2736 hektar torpaq sahəsi var. Ərazi nümayəndəliyində 2784 baş iribuynuzlu, 3602 baş xırdabuynuzlu mal-qara var. Sahə baytar həkimləri tərəfindən ərazidə
vaxtlı-vaxtında mal-qara
arasında heyvan xəstəliklərinə qarşı
dabaq, qara yara, çiçək, quşlarda taun-peyvənd işləri aparılır.
Amma hər il ərazimizdə
100 hektardan artıq taxıl əkilir ki, bu da
lazımi səmərə
vermir. Çünki ərazimiz vaxtilə
tərəvəzçilik üzrə ixtisaslaşmışdı.
Bu gün Boradigah
ərazisində təqribən
800 hektardan artıq əkinə yararlı torpaq var ki,
həmin torpaqlardan düzgün istifadə edilsə, vətəndaşlarımız
böyük fayda götürə bilərlər.
Qəsəbə inzibati ərazi dairəsində elektron
ATS, poçt filialları
səmərəli fəaliyyət
göstərir. Onların işindən əhali
razılıq edir.
Lakin rabitə xidmətində müəyyən yenilənmə
işləri görülməlidir.
Bazarda səliqə-sahmanın lazımi
səviyyədə olmaması
nümayəndəliyin diqqət
mərkəzindədir, tezliklə
bazar ətrafında bələdiyyə ilə
birlikdə geniş quruculuq işlərinin aparılması nəzərdə
tutulur.
Yeri gəlmişkən, bizim bələdiyyə ilə əlbir işimizin nəticəsində Boradigah-Qumbaşı yolu kənarında ağaclar əkilib və bu ağacların qorunması üçün dəmir məftillər çəkilib. Qəsəbənin qəbiristanlıq sahəsi genişləndirilib, xeyriyyəçilərin köməkliyi ilə oraya daş hasar çəkilib. Həmçinin, ərazimizin “Çaylıq” adlanan sahəsində qonşu Qəzvinoba kəndi ilə sərhəddə kanal qazılmaqla əraziyə gələn sel suları Boradigah çayına birləşdirilib.
Qəsəbənin H.Aslanov və S.Zülfüqarov küçələri asfaltlaşdırılıb, qaz xətləri, işıq dirəkləri, kanalizasiya xətləri yenidən qurulub. Təzə yaşayış sahəsinin içməli suya olan ehtiyacının ödənilməsi üçün tədbirlər görülür, digər küçələrinin təmiri qarşıda duran vəzifələrimizdəndir.
Masallının digər ərazi vahidlərində də işgüzar ovqat hökm sürür. Ölkə miqyasında aparılan abadlıq-quruculuq işlərini, sosial sahənin inkişafı naminə atılan addımları əhali bəyənir. 2016-cı ildə işlər daha böyük səylə davam etdiriləcək.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2015.- 30
dekabr.- S.10.