Yubiley gecəsi
Tanınmş yazıçı və haqsevər ziyalı Xeyrəddin Qocanın anadan olmasının 65 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Muğam Mərkəzində təşkil etdiyi ədəbi- musiqili yubiley gecəsində ədibin çağdaş həqiqətlərə işıq salan bədii və publisistik yaradıcılığı, milli ədəbiyyatımızın məfkurəvi- estetik ideallarına bağlılığı, torpaqlarımızın bütövlüyünün qorunması, dövlət müstəqilliyinin qazanılması və möhkəmləndirilməsi uğrunda ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi ümumxalq mübarizəsində fəal iştirakı, onu çoxlarının sevimlisinə çevirən nəcib insani xüsusiyyətləri diqqət mərkəzində oldu.
Azərbaycanda
Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin Mədəniyyət komitəsinin
sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, xalq
şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Milli Məclisin üzvü Elmira Axundova yubiliyarın mənalı ömür yoluna qısa nəzər saldılar, onun milli maraqlarımızla səsləşən,
vətəndaşlıq duyğularından qaynaqlanan
ədəbi-bədii yaradıcılığından söz açdılar.
Gecə
milli müsiqimizi
ürəkdən sevən, yazılarında və teleradio çıxışlarında daim bu misilsiz
mənəvi xəzinəni qorumağa və
zənginləşdirməyə çağıran yubilyarın arzusuna
uyğun olaraq,
seçmə muğam və xalq mahnılarının ifası
ilə davam etdi. Xalq artisti
Möhlət Müslümovun rəhbərlik
etdiyi xalq
çalğı alətləri ansamblının
müşayiəti ilə Xalq artisti Mələkxanım Əyyubovanın,
Əməkdar artist Cabir
Abdullayevin, xanəndələrdən Ehtiram Hüseynovun, Zakir Quliyevin və başqa ifaçıların səsləndirdikləri muğam və
xalq mahnıları gecəyə bədii əlvanlıq
gətirdi.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2015.- 1 fevral.- S.7.