Aqrar Universitet nümunə
göstərir
“Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu, bizim üçün prioritetdir. Gələcəkdə kənd təsərrüfatı, sənaye inkişafı, bu, qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar aparılır. Bu gün bu barədə məlumat verildi, həm struktur islahatları aparılır, eyni zamanda, kənd təsərrüfatının səmərəliliyinin artırılması üçün tədbirlər görülür.
Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyevin “Azərbaycan Respublikası
regionlarının 2014- 2018-ci illərdə
sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı” nın icrasının birinci
ilinin yekunlarına həsr olunmuş
konfransdakı nitqindən
Yazının sərlövhəsini bir an belə tərəddüd etmədən, çəkinmədən qoymuşam. Bəli, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti, sözün əsl mənasında, nümunə göstərir. Özü də bunu bütün sahələrə şamil etmək olar. Qış imtahan sessiyasının təşkili və gedişi, tələbələrin, professor-müəllim heyətinin hazırlığı, təşəbbüskarlığı, fəallığı, yüksək nizam-intizam, hər an yenilənən, müasirləşən və zənginləşən maddi-texniki baza belə deməyə əsas verir.
Bilirsiniz, bəzən müxtəlif
söz-söhbətlər, heç bir arqumentə
söykənməyən “faktlar” hər
hansı obyekt,
təşkilat, hətta adi insan haqqında fikir
formalaşdırır və istər-istəməz fikirləşirsən
ki, görəsən, bu,
doğrudanmı belədir?
Heç şübhəsiz, Azərbaycan
Dövlət Aqrar Universiteti
çox böyük
və sanballı bir ali
məktəbdir, şanlı tarixi var, 85 yaşı artıq qeyd
olunub. Akedemik Həsən
Əliyev, İmam Mustafayev,
Validə Tutayuk, Mehdi Mustafayev və onlarca başqa tanınmış simalar
bu elm ocağında təhsil
alıblar, burada işləyiblər, kadr hazırlayıblar. Hazırda Azərbaycanın
elə bir guşəsi yoxdur
ki, orada bu ali məktəbin məzunu
olmasın. Rayon icra
hakimiyyəti başçılarının böyük
əksəriyyəti indiki aqrar universitetin
müəllimlərindən dərs alıb. Amma
sirr deyil ki, bir çox
hallarda burada kadr hazırlığı lazımi səviyyədə
olmayıb. Səbəblərini xırdalıqlarına kimi göstərmək də fikrində deyilik. Başlıca səbəb kimi tədrisin keyfiyyətinin aşağı
olması, qış və yay imtahan sessiyalarında neqativ
hallara şərait yaradılması və
heç şübhəsiz, maddi-texniki bazanın günün
tələblərinə cavab verməməsi
olub...
Bəs indi vəziyyət necədir? Elə bu sualın cavabını almaq
üçün üz
tuturuq universitetin
şəhərin müxtəlif yerlərində olan korpuslarına. Əslində, bunu bizə universitetin rektoru, AMEA-
nın müxbir üzvü,
professor İbrahim Cəfərov
məsləhət görüb. Bir qədər əvvəl kabinetində olmuş, payız semestrinin
imtahan sessiyasının təşkili və
gedişi ilə maraqlanmışdıq.
“Nə danışsam, öz
müşahidənizi əvəz edə bilməz”, – deyib tədris işləri üzrə prorektoru çağırıb mənimlə
tanış etmişdi.
Prorektor Anar Hətəmov cavan
olsa da elə ilk söhbətdən hiss
olundu ki, universitetin bütün sahələrindəki
işindən xəbərdardır.Tədrisin təşkili və
imtahanların gedişi də ki, öz yerində. Yol boyu bu işlərdən həvəslə
danışır, tələbələrin bir sıra xarici ölkələrdəki təhsilindən,
ixtisaslarının artırılmasından söhbət
açır. Deyir ki, universitetin
rektorluğu idarəetmənin, tədrisin,
maddi-texniki təchizatın, tələbələrin
asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətini qiymətləndirmək
və bunun əsasında daha
səmərəli tədbirlər həyata keçirmək məqsədilə
tələbələr arasında online
formada “Tələbə məmnuniyyət sorğusu” keçirmişdir.
Sorğunun daha şəffaf,
demokratik, obyektiv
keçirilməsi üçün
cavabların anonimliyinə rektorluq tam təminat vermişdir. Bundan başqa, əyani təhsil formasında imtahan sessiyasının təşkili və
keçirilməsi rektorun əmri ilə rəsmiləşdirilmiş,
Təhsil Nazirliyinin müvafiq
əmri elan olunmuşdur.
Əmrdə bakalavriat və magistratura səviyyələrində
sessiyanın keçirilmə müddəti, “Qaynar
xətt”in əlaqə telefonu, e-mail ünvanı qeyd edilmiş, şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər
məsələlərin təmin edilməsi üçün
müvafiq struktur
bölmələrə tapşırıqlar verilmiş,
apelyasiya komissiyası
yaradılmış, əmr universitetin elektron poçtunda yerləşdirilmişdir...
Anar müəllim mühəndislik fakültəsinin tədris
korpusunda artıq ikinci
ildir ki, təşkil olunan sessiya
imtahanlarının test formasında
kompüterlər vasitəsilə keçirilməsindən
danışmaq istəyirdi ki, sözünü saxladı və
“Çatdıq, həmin tədris korpusu budur, yaxşı olar ki, özünüz baxasınız”, – deyib
maşından düşdü.
Səmimi deyirəm, çoxdan idi bu cür imtahan
əhval-ruhiyyəsi olan ali
məktəb görməmişdim. İmtahanın
başlamasına hələ bir saatdan çox vaxt qalırdı. Həyətdə xeyli tələbə var. Onlar üç bir-beş bir
toplaşıb sual-cavab edirdilər. Kitabxanada, necə deyərlər, iynə atsan, yerə düşməzdi. Tələbələr
kompüterlərin arxasında əyləşib onlara lazım olan materiallarla tanış olurdular.
Bəziləri, sadəcə olaraq,
aldıqları kitabları vərəqləyirdilər. Yeri gəlmişkən qeyd
edim ki,çox zəngin
və olduqca gözəl bir
kitabxana yarada biliblər.
Onun fondu artıq 700 mini keçir. Qədim kitablar üçün
ayrıca bir guşə yaradıblar. Burada elə kitablar var ki, yaşı 200-dən
çoxdur.
Tədris korpusunu gəzərkən adama
elə gəlir ki, hansısa uzaq bir ölkədəsən.
Tələbələr üçün nələr
etməyiblər? Ən müasir fənn
kabinetləri, laboratoriyalar, auditoriyalar, “ağıllı lövhələr”,
müxtəlif problemləri öyrənən mərkəzlər
və daha nələr, nələr...Təsəvvür edin ki, sonuncu kurs
tələbəsi “Tələbə və Karyera
Mərkəzi”nə daxil olur
və bir düyməni basmaqla
geniş ekranda Azərbaycanın şəhər və
rayonlarında onun ixtisasına uyğun boş yerlər
haqqında həmin andaca məlumat
alır. Mərkəzin rəhbəri Hümbət Camalov deyir ki,
indiyədək 33 rayonun icra
hakimiyyətləri ilə müqavilə
bağlamışıq və onlardan
vaxtaşırı məlumatlar alırıq. İri
müəssisələrlə də müqavilələrimiz var. Məzun niyə çöllərə düşüb özünə iş axtarmalıdır?
Çalışırıq ki, nə tələbənin,
nə də bizim əməyimiz hədər
getməsin.
Fakültənin
dekanı Cəmaləddin Məmmədov deyir
ki, 42 ildir burada çalışır, lakin
heç vaxt bu cür şərait
yaradıldığının şahidi
olmayıb. Dekandan “ yəqin bu yenidənqurma işlərində sizin də payınız var”,
– deyə soruşanda prorektorun
üzünə baxıb “Yox, rəhbərliyin
işidir”, –
dedi. Yadıma professor
İbrahim Cəfərovun bir
qədər əvvəl dediyi sözlər
düşdü: “İcazə vermərəm
ki, hər hansı bir
dekan, ya kafedra müdiri, yaxud müəllim öz vəsaiti
hesabına bir dəftər belə
alsın. Onu alan sabah tələbəyə üz
tutacaq. Bunlara birdəfəlik
son qoyulub.”
Tədris korpusu şəhərin ali
məktəbləri arasında ən böyüyüdür.
Burada eyni vaxtda 2000 tələbəyə dərs
keçmək mümkündür. Magistratura, qiyabi təhsil
də burada yerləşir. Korpus başdan-başa
kameralaşdırılıb. Addımbaşı növbətçilərə,
digər məsul şəxslərə rast
gəlmək mümkündür. Anar müəllim deyir ki, rektorluq təhlükəsizlik
məsələlərinə çox ciddi yanaşır. Kənar adamın içəri
daxil olması mümkün
olası iş deyil. Başqa korpuslarda da belədir.
Bir
azdan imtahan başlayır. İki auditoriyada
150 tələbə imtahan
verir. Hamısının qarşısında kompüter və başqa heç nə. Eləsi var ki,suallara
cəmi10 dəqiqə ərzində
cavab verir və kompüterdən ümumi imtahan balını öyrənib
çıxır. Eləsi də
var onlara ayrılmış 50 dəqiqə
vaxtdan sonadək istifadə edir. İnformasiya texnologiyaları
və sistemləri mühəndisliyi fakültəsinin
tələbəsi Yelmar
Nəsirov imtahana 40 balla daxil olduğunu
bildirir və ən azı 40 bal da imtahandan
toplayacağına əmin
olduğunu deyir.
Məlumat üçün
qeyd edək ki, tələbə imtahana qədər fəal olmadı, dərs buraxdısa o, kifayət qədər bal toplaya bilmir.
İmtahanda yüksək
bal toplasa belə o, şübhə
yaradır və təbii ki, nəzarətə götürülür.
Bu faktı ona görə xüsusi vurğulayırıq ki, imtahan vaxtı heç kim
– nə dekan, nə müəllim, nə də ki, nəzarətçilər
müdaxilə etmək
gücündə deyillər.
İmtahan
gedən otaqların qonşuluğunda başqa
bir kiçik otaq da var
və əslində, imtahanın gedişinə
nəzarət buradan aparılır. Eyni vaxtda 150 tələbənin
kompüterlə imtahan
verməsinin təşkili də
elə burada yaradılır. Bütün
bu sistemin işləməsi elə universitetin öz tələbəsi Tələt
Rzayevin qabiliyyəti və istedadı
sayəsində mümkün
olub.
Öyrənirik
ki, gün ərzində 1000 nəfərə
kimi tələbə imtahana daxil olur. Təbii ki, çətin
bir prosesdir. Başlıcası isə şəffaflığın,
obyektivliyin qorunmasıdır.
Yaxşı ki, universitet
rəhbərliyinin, şəhər
icra hakimiyyətinin, əlaqədar nazirliklərin
birgə səyi nəticəsində buna
nail olunub.
Bəs
necə olub ki, uzun illərdən
bəri davam edən problem tədricən
həll olunmağa başlayıb? Sualın
iki sözdən ibarət cavabı var: iradə və qayğı. Etiraf etmək lazımdır ki, universitetin rektoru İbrahim Cəfərov bu ali məktəbə rəhbərlik
etdiyi qısa vaxt ərzində qeyd etdiyim həmin
iradəni göstərə
bilib. Qayğı da ki, öz yerində. Prorektorlardan tutmuş dekanlara,kafedra müdirlərinə, sıravi
müəllimlərə, laborantlara,
texniki işçilərə
kimi əlavə stimul yaradılıb, aldıqları maaşdan başqa hər ay əlavə pul vəsaiti verilməsinə
başlanıb. Yuxarıda
qeyd etdim: universitetin bir işçisi belə deyə bilməz ki, nəyəsə bir manat vəsait
xərcləyib. Bütün işləri
rektorluq özü həll edir. Təmirindən tutmuş avadanlıqların
alınıb gətirilməsinə
kimi. Görülən işlər də
göz qabağındadır.
Müxtəlif mərkəzlər,
laboratoriyalar, Avropa üslubunda təmir olunmuş tədris korpusları, yataqxanalar, idman zalları, maşın
- traktor parkı...
Baytarlıq
təbabəti və zoomühəndislik fakültəsinin
nəzdində təşkil
olunan Quşçuluq
Tədris-Təcrübə mərkəzində və
qapalı balıq yetişdirmə laboratoriyasında
olduq və düzü, heyran qaldıq. Tələbəyə, elə müəllimlərin
özlərinə də
bundan gözəl nə şərait yaratmaq olar? Xeyli xərc çəkilib, Türkiyədən mütəxəssislər
dəvət olunub.
Zəngin laboratoriya quraşdırılıb,ferma
tikilib,avadanlıq alınıb.Maşın-traktor
parkına baxdıq. Yeni avtobuslar, taxılyığan
kombayn, traktorlar, kotanlar, kübrəsəpən,
otbiçən, kartofqazan
və neçə-neçə
digər texnika gördük. Zəngin, bir
çox iri kənd təsərrüfatı
rayonlarının həsəd
aparası bir maşın parkıdır.
Tikintisi
artıq başa çatmaqda olan yeddimərtəbəli, beşbloklu,
514 yerlik tələbə
yataqxanasına baxdıq. Dedilər ki, sentyabrda istifadəyə verəcəklər
və tələbələrin
məişət şəraiti
əsaslı şəkildə
yaxşılaşacaq. Hazırda əyani təhsil alan
4 mindən çox tələbənin təxminən
yarısı kirayədə
yaşayır. Tezliklə başqa
bir yataqxananın da inşası planlaşdırılır. Tələbələrin hamısı
ən vacib qayğıdan azad olunacaq.Bir də ki,universitet tələbələri
tez-tez müxtəlif xarici ölkələrdə
olur, istehsalat təcrübəsi keçirlər
və təbii ki, həmin ölkələrin ali məktəblərinin yataqxanalarında
qalırlar. Bizim mehmanxana tipli
yataqxana da istifadəyə verildikdən
sonra xarici ölkələrdən çoxlu
tələbə və
müəllim qəbul
etməyə şərait
yaranacaq.
Bu yaxınlarda Təhsil
Nazirliyinin “İctimai təşəbbüslərin dəstəklənməsi
layihəsi” çərçivəsində
Ölkədən Kənarda
Təhsil Almış
Məzunlar Təşkilatı
tərəfindən Azərbaycanda
ali məktəblərin
reytinq cədvəli hazırlanmışdır. Cədvəldə Azərbaycan Dövlət
Aqrar Universiteti 658 balla Gəncə şəhərində yerləşən
ali təhsil müəssisələri
arasında 1-ci, respublika üzrə isə
7-ci olub. Zənnimizcə,
yaxşı göstəricidir və nəzərə alsaq ki, bu
ali məktəb belə sürətlə
və intensiv inkişaf
edir, hər cür neqativ hallara qarşı kəskin
mübarizə apararaq artıq istədiyinə
nail olur,o zaman adının tezliklə birincilər
sırasında olacağına heç
kimdə şübhə yeri
qalmır.
Hamlet QASIMOV
Xalq
qəzeti.- 2015.- 1 fevral.- S.6.