Səbail – paytaxtın
yeniləşən
və gözəlləşən
rayonu
Paytaxtın mərkəzi ərazisi olan Səbail rayonunda 2014-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermişdir. İlin yekunlarına görə, sənaye müəssisələri üzrə 20 milyard 617,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 0,3 faiz çox məhsul istehsal edilmişdir. Nəqliyyatda 514,3 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 1,3 faiz çox, rabitədə 206,9 milyon manatlıq və ya ötən illə müqayisədə 1,4 faiz çox xidmətlər göstərilmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin böyük iclas salonunda keçirilən illik hesabat konfransında paytaxtın qədim və mərkəzi rayonunun ötənilki sosial-iqtisadi inkişafının yekunları, bu il qarşıda duran işlər müzakirə olunmuş, konkret hədəflər müəyyənləşdirilmişdir.
Toplantı iştirakçılarını səmimi salamlayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda və rayonda sosial-iqtisadi inkişaf sahəsində önəmli naliyyətlər əldə olunduğunu vurğulayaraq, yeniləşmə və hərtərəfli tərəqqi prosesinin artan sürətlə davam etdiyini, artıq 1 ayı arxada qalmış 2015-ci ilin də yeni uğurlara meydan olacağını bildirmişdir.
Ölkənin və rayonun öyünclü tarixə çevrilən daha bir ilinin ən mühüm hadisə və faktlarını əks etdirən videoxronikanın nümayişindən sonra rayon rəhbəri Asif Əsgərov Səbail RİH-in birillik fəaliyyərini əhatə edən geniş hesabatın əsas məqamlarını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Natiq Səbail ərazisində görülmüş irimiqyaslı quruculuq işlərini təhlil etmiş, növbəti məsul vəzifələrdən və ortaya çıxan problemlərin aradan qaldırılması yollarından danışmışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkədə əldə olunmuş nailiyyətlər və bu il nəzərdə tutulmuş işlər barədə məlumat vermişdir.
Konfrans iştirakçılarına qabaqcadan paylanan “Səbail” bülleteninin xüsusi nömrəsində dərc olunmuş RİH- in geniş hesabatı, məsul şəxslərin və sakinlərin rəy, arzu, təklifləri hesabat ətrafında müzakirələrin işgüzarlığına və səmərəliyinə şərait yaratmışdır. Rayonyn ayrı-ayrı qurumlarının, xidmət təşkilatlarının rəhbərləri və təmsilçiləri kollektivlərdə qazanılmış uğurlar barədə məlumat vermişlər.
1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, 189-190 saylı orta məktəbin direktoru Ceyran Kuliyeva, DSMF Səbail rayon şöbəsinin rəisi Şakir Nuriyev, 29 saylı Səbail dairə seçki komissiyasının sədri Cahangir Məmmədov, MKTB-nin rəisi Elbrus Əhmədov, Enerji TSİ-nin rəisi Abdulla Əliyev, Qaz İİ-nin rəisi Sadıx Rəhimov və başqaları çıxış etmiş, Bakının tarixi hissəsi olan Səbail rayonunun yeni simasını müəyyən edən əzəmətli quruculuq prosesinin yeni hüdudlarından, əhalinin zəruri ehtiyaclarının ödənilməsi və rifahının yüksəldilməsi ilə bağlı layihələrdən də söhbət açmışlar.
Müzakirələrdə Səbail RİH-in rayon ərazisində quruculuq- abadlıq tədbirlərini və normal həyatı təmin edən genişmiqyaslı, təşəbbüskar fəaliyyəti qənaətbəxş hesab edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə ölkənin və rayonun hərtərəfli inkişafını təmin edən uğurlu daxili və xarici siyasətə görə səbaillilərin dövlət başçısına dərin minnətdarlığı və 2015-ci ili də nailiyyətlərlə əlamətdar etmək əzmi ifadə olunmuşdur.
Konfransın sonunda, son illərin ənənəsinə uyğun olaraq, idman qələbələri, təhsil uğurları ilə ölkədə seçilmiş və yubiliyar səbaillilərə RİH-in mükafat və qiymətli hədiyyələri təqdim olunmuşdur. Milli Məclisin deputatları Ziyad Səmədzadə, Fuad Muradov, Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi Rəşad Məmmədov hesabat konfransında iştirak etmişlər.
İl ərzində bütün
maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5 milyard 642,3 milyon manat olmuşdur ki, bu da
əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə
19,8 faiz soxdur. Tikinti- quraşdırma işlərinə
yönəldilmiş investisiyanın həcmi isə 3272,8 milyon manat olmuşdur.
Bu, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 63,3 faiz çoxdur. Pərakəndə
ticarət şəbəkəsində əhaliyə 294,5 milyon manat məbləğində
və ya ötən ilin
eyni dövründən 20,3 faiz çox istehlak malları satılmış, 105,1 milyon manatlıq və ya əvvəlki
ilin eyni dövrünə
nisbətən 28,9 faiz çox
iaşə xidmətləri göstərilmişdir.
Səbail
rayonunda çalışan işçilərin
sayı 112140 nəfər, orta aylıq əmək
haqqının məbləği isə 974 manat
olmuşdur ki, bu da əvvəlki illə
müqayisədə 3 faiz çoxdur.
2014-cü ildə rayonda, hamısı daimi olmaqla, 1837 yeni iş yeri
açılmışdır. Ümumiyyətlə isə
2003-cü ilin
oktyabrından indiyədək rayonda 44163 yeni iş yeri
açılmışdır. Bunun da 43295-i daimidir.
2014-cü
ildə Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin iştirakı ilə
Səbail rayonunda yeni inşa olunmuş Azərbaycan
Xalça Muzeyi,
Bakı Oksford məktəbinin yeni binası, Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində müasir
attraksion-panoram, “Şirvanşahlar
Sarayı” Kompleksində yeni
yaradılmış muzey ekspozisiyası
istifadəyə verilmişdir.
Rayonda aparılan abadlıq-quruculuq işlərinə Heydər
Əliyev Fondunun, onun prezidenti, ölkənin birinci
xanımı, millət vəkili
Mehriban Əliyevanın himayədarlığı
xüsusi qeyd
olunmalıdır. Ötən il Heydər
Əliyev Fondunun təşəbbüsü
ilə Badamdar qəsəbəsində
yerləşən “Könül” körpələr
evi-uşaq
bağçası yenidən qurulmuş,
90 yerlik yeni əlavə
korpus tikilmiş, bütün lazımi avadanlıq və ləvazimatlarla
təmin olunmuşdur.
“2014-2016-cı
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramı”nda Səbail rayonu ilə
bağlı proqrama daxil
edilmiş 24 bənd üzrə tədbirlərin
həyata keçirilməsi üçün
bütün qüvvələr səfərbər
olunmuş, bu istiqamətdə müvafiq
işlər aparılır.
Bütün bunlarla
yanaşı, keçən il rayonda müvafiq dövlət
proqramının icrası ilə bağlı 109 saylı 35 kilovoltluq yeni
yarımstansiyanın tikintisi başa çatdırılmış, Bibiheybət
Mədəniyyət evi və qəsəbə
kitabxanası, 2 saylı şəhər poliklinikası və
“Turac” uşaq
bağçası əsaslı təmir olunmuşdur.
Badamdar qəsəbəsində yeni
su anbarlarının, ikimərtəbəli
yeni idman kompleksinin və otel
binasının tikintisi davam
etdirilir. Su
İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin
intensivliyi nəzərə alınaraq, yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı
abadlaşdırılır.
Badamdar qəsəbəsində Sahib
İbrahimxəlilov, Əziz Nəzərov və Gənclər
küçələrindəki 168 ailənin
yaşadığı 4 yaşayış binasının
fasadları və həyətləri də təmir olunmuşdur. Badamdar şossesində 2,2 kilometr məsafədə
yolun 3 metrəyədək genişləndirilməsi,
təmiri və asfaltlaşdırılması ilə
bağlı işlər, həmçinin burada
yerləşən obyektlərin fasadında və istinad divarında möhkəmləndirmə-
bərpa işləri davam etdirilir.
Hazırda
rayonda Su İdmanı
Sarayının, “Alov qüllələri” kompleksinin, Bakı bulvarının qərb hissəsində,
ilkin olaraq “Xəzər
Waterfront” istirahət-əyləncə-alış-veriş
mərkəzinin, yeni “İnterkontinental”
və beşmərtəbəli “İnturist”
mehmanxanalarının, Səbail Rayon Prokurorluğu və 9 saylı Xəzinədarlıq İdarəsi üçün
yeni binaların inşaat
və tamamlama işləri davam edir. Ali Neft
Məktəbi üçün yeni idman, yataqxana
komplekslərinin və kütləvi informasiya
vasitələri işçiləri üçün
17 mərtəbəli, 255 mənzilli yeni
binanın, Badamdar qəsəbəsində
yeni xəstəxana binasının, Müasir Avropa Məktəbinin,
ölkədə keçiriləcək yerli
və beynəlxalq tədbirlərin yüksək səviyyədə
işıqlandırılmasını həyata keçirəcək
Bakı Media Mərkəzinin tikintisi sürətlə aparılır.
Neftçilər prospektində İdman
Oyunları Sarayının əsaslı təmiri də davam etdirilir.
2015-ci
ildə Bakıda keçiriləcək ilk
Avropa Oyunlarına hazırlıq işləri
çərçivəsində Su
İdmanı Sarayının ətrafında mövcud
fərdi yaşayış evləri, qeyri-
yaşayış və digər tikililərin sahibləri kompensasiyalar ödənilməklə köçrülmüş, Bayıl dairəsində
abadlıq işləri görülmüş, yeni
yeraltı keçid inşa
olunmuş, müasir
istirahət bağı, yeni
yaşıllıqlar salınmışdır.
Dövlət
başçısının tapşırıqlarına əsasən,
il ərzində Dənizkənarı Milli Bulvarın Bayraq
Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət
güşələrinin yaradılması işləri davam etdirilmişdir.
Bibiheybət qəsəbəsindən Lökbatan
dairəsinə kimi ərazidə, Salyan yolu boyunca
yol kənarlarının
abadlaşdırılması, burada yeni landşaftın yaradılması işləri
aparılmışdır. Bu işlər
çərçivəsində yol boyunca bir neçə yerdə
dekorativ daşlardan mozaika kompozisiyaları yaradılmış, 8 min kvadratmetr sahəyə
yaşıl qazon salınmış, 10 min yeni ağac,
1000 dekorativ ağac,
50 min gül kolu əkilmişdir.
Yaşıllıqlara qulluq göstərilməsi, onların gündəlik
suvarılması üçün müvafiq tədbirlər görülmüşdür.
Gül
kollarından gözəl kompozisiyalar həmçinin
şəhərin Üzeyir Hacıbəyov
küçəsi, və Parlament prospekti boyunca park və bağlarda da yaradılmışdır. Ümumilikdə
isə il ərzində rayon
ərazisində 16100 ədəd yeni ağac, 75000 ədəd gül
kolu əkilmiş, 21000 kvadratmetr
sahəyə qazon
salınmışdır.
Prezident İlham Əliyevin
tapşırıqlarına əsasən, rayon
ərazisindəki tarixi əhəmiyyətli
binaların bərpası və qorunması istiqamətində
də mühüm addımlar
atılır. Şəhərin mərkəzində və
Bayılda yerləşən çoxmərtəbəli
yaşayış binalarının fasadlarının təmiri
və üzlənməsi
işləri davam etdirilmişdir.
Keçən il Qurban
Abbasov, Fikrət Əmirov, Üzeyir
Hacıbəyov küçələrində, Neftçilər
prospektində bir sıra binaların
fasadlarının üzlənməsi başa
çatdırılmışdır. Hazırda Zərifə
Əliyeva, Adil İsgəndərov
küçələrindəki, Bülbül,
Neftçilər və Mətbuat prospeklərindəki
binaların və Bibiheybət yolu- 1
ünvandakı yaşayış kompleksinin
üzlənməsi davam edir.
Bütün bunların nəticəsidir ki, son illərdə xarici qonaqlar Şərq və
Qərb koloritinin, qədimliklə müasirliyin nadir formada əks olunduğu bu gözəlliklərə
heyranlıqlarını gizlətmirlər. Bakıda
həyata keçirilən böyük tikinti-quruculuq işləri Azərbaycan
paytaxtını dünyanın ən gözəl şəhərlərindən
birinə çevirmişdir. İl ərzində rayonun
mərkəz hissəsində səkilərə dekorativ daş döşənmiş,
magistral, məhəllədaxili, qəsəbədaxili
küçə və yolların da
təmir-asfaltlaşdırılması işləri
aparılmışdır.
Ötən tədris
ilində Səbail rayonunun 7 məzunu
qızıl və 2 məzun gümüş
medala layiq görülmüşdür. Son 4 ildə isə 43 məzun
qızıl və 3 nəfər gümüş
medala layiq görülmüşdür. 1355 nəfər
məzundan 1190-ı ali məktəblərə
sənəd vermiş, 901 nəfər tələbə
adını qazanmışdır. Qəbul
imtahanlarında 124 nəfər 500-dən, 37 nəfər 600-dən,
9 nəfər isə 650-dən çox bal toplamışdır. Məzunlardan 124 nəfər
xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuş, 2 nəfər Prezident
təqaüdünə layiq görülmüşdür. Keçən il 6 saylı orta məktəbin
müəllimi Sona Musayeva
və 160 saylı Klassik gimnaziyanın
müəllimi Rubiynə Qasımova “Ən yaxşı müəllim”
müsabiqəsinin qalibləri sırasında olmuşlar.
Müsabiqənin keçirildiyi 7 ildə
Səbail müəllimlərindən 54 nəfər bu adı qazanmışdır. Müəllim
Günü ərəfəsində Səbail
rayonu təhsil işçilərindən
3 nəfər “Əməkdar müəllim” adına və 4 nəfər
isə “Tərəqqi” medalına layiq görülmüşdür. İl
ərzində həyata keçirilən digər işlərlə
yanaşı, Səbail Rayon İcra Hakimiyyəti tarixi
və əlamətdar günlərdə bir
sıra maraqlı və yaddaqalan tədbirlər
təşkil etmiş, təltif
olunanların, müxtəlif hədiyyə və yardım
alanların sayı 19947 nəfər olmuşdur.
Keçən il rayonun beynəlxalq əlaqələrinin
möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüş,
ABŞ-ın Nyu-York şəhərinin Bruklin inzibati rayonu və Yaponiyanın paytaxtı Tokio şəhərinin Mequro
rayonu ilə dostluq və
əməkdaşlıq haqqında protokol
imzalanmışdır.
Kommunal Təsərrüfatı Birliyi rayon ərazisinin
abadlaşdırılması, balansda olan bina və tikililərə
xidmət göstərilməsi istiqamətində xeyli iş görmüşdür.
Yeni qaz xətləri
çəkilmiş, yarımstansiyalar, transformatorlar
quraşdırılmış, sayğaclaşma
aparılımış, bununla da rayon sakinlərinin elekrtik enerjisi və təbii
qazla təminatında müsbət dəyişikliklər
baş vermişdir. Səbail
Rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 302 ailə müraciət etmiş, orta hesabla hər bir ailəyə
132 manat sosial
yardım təyin olunmuşdur. Rayonda müxtəlif növ
və kateqoriyalar üzrə 2814 nəfər
müxtəlif sosial müavinət
alır. Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi
ötən il
13187 təqaüdçüyə 39741,6 min
manat pensiya və
müavinət ödəmişdir. Məşğulluq
Mərkəzi 938 nəfəri işə düzəltmiş,
140 vətəndaş üçün
peşə kursları açılmış, əmək
yarmarkalarında 42 nəfər daimi
işlə təmin olunmuşdur.Gigiyena və
Epidemiologiya Mərkəzinin əksepidemik
tədbirləri nəticəsində kütləvi xəstəliklər
qeydə alınmamış, digər xəstəliklərin
sayı azalmışdır. Hesabat
dövründə rayon əhalisinin və
qonaqların əmin- amanlığı, ümumi
asayiş tam nəzarətdə
saxlanılmışdır. Ağır və
xüsusilə ağır cinayətlərin sayı əvvəlki illə müqayisədə 111-dən
99-dək və ya 12 fakt
azalmış, onların 50-nin və ya
58,8 faizinin açılması təmin edilmişdir. Şəxsiyyət əleyhinə
olan cinayətlərin 92,3 faizi, mülkiyyət əleyhinə cinayətlərin
isə 70 faizi açılmışdır.
Dövlət Yol Polisi
rayon şöbəsinin əməkdaşları
keçən il inzibati
təcrübə üzrə 128 min 988
işə baxmış və 2318 sürücü
cərimə olunaraq, dövlət büdcəsinə
662 min 710 manat vəsait
ödətdirilmişdir.
Rayon ərazisində qeydiyyatdan
keçən qaçqın və məcburi köçkün
soydaşlarımızın rastlaşdığı problemlərin
həlli də daim Səbail RİH-in diqqət mərkəzində olmuşdur.
Səhifənin materiallarını çapa
hazırladı:
Tahir
AYDINOĞLU
Xalq qəzeti.- 2015.- 3 fevral.- S.5.