Müasirlik, gözəllik, abadlıq...
Söhbət “Yeni Ağdaş”dan, bu müasirliyi,
gözəlliyi,
abadlığı yaradanlardan gedir
Biz bu yazı üzərində işləyərkən şəhərsalma mütəxəssisləri, bu sahədə çalışan mühəndis və alimlərlə görüşüb söhbət etdik, bəzi məqamları aydınlaşdırmağa, dəqiqləşdirməyə çalışdıq. Məsələ burasındadır ki, quruculuq və abadlıq işləri üçün ya yeni boş sahələr ayrılır, ya da çoxdan tikilmiş binalarda, küçə və səkilərdə bərpa və yenidənqurma işləri aparılır. Əlbəttə, hər iki halda vəsait ayrılır, vaxt və zəhmət sərf olunur. Buna, necə deyərlər, sözümüz yoxdur və hər iki hal təqdir olunmalıdır.
Ancaq, gəlin, səmimiyyətlə etiraf
edək ki, müasir
şəhərsalma baxımından yeni
sahələrdə salınan şəhər və məhəllələr,
tikilən evlər, küçələr, park
və xiyabanlar tarixiliyi,
milli elementləri qoruyub
saxlamaq şərtilə daha
gözəl, daha müasir
və orijinal olur. Həqiqətən də,
o yerlərdə ki, iki maşın yan-yana
güclə keçir, darısqal,
yöndəmsiz küçə və səkilərdə
adamın ürəyi sıxılır, orada
hansı abadlıq və yenidənqurma işləri
aparılır-aparılsın, hər halda
vəziyyət arzuolunan səviyyəyə
çatmayacaq.
Bu sözləri deyərkən gözlərimiz
önündən “Yeni Ağdaş”
keçir. İndi yerli sakinlər də, elə qonaqlar
da buranı belə adlandırırlar.
Haqlıdırlar. Bəli, doğrudan da, “Yeni Ağdaş”
gözəldir, müasirdir, genişdir. İstər binaların
arxitekturası, istər küçə və səkilərin
genişliyi, istərsə də park və xiyabanların, bulaq
və fəvvarələrin dizaynı baxımından.
“Yeni
Ağdaş”ın tarixi, necə deyərlər,
çox deyil. Cəmi
2 il bundan əvvəl
Ağdaş şəhərinin ərazisinin
daha da genişləndirilməsi
barədə xüsusi sənəd qəbul
olundu. Onu da əlavə edək ki,
belə bir sənədə böyük ehtiyac
vardı. Ona görə də rayon sakinləri ölkə
başçısının bu diqqət
və qayğısını sonsuz minnətdarlıq
duyğuları ilə qarşıladılar. Yeri
gəlmişkən, belə bir faktı da xatırlatmaq yerinə düşər ki, “Yeni Ağdaş”ın
tikintisi, sözün əsl
mənasında, ümumrayon hərəkatına
çevrildi. Bütün
qüvvə və səylər hərəkətə gətirildi,
əlavə imkan və ehtiyat
mənbələri işə salındı. Təsadüfi deyildir ki, tikinti-abadlıq
işləri nəzərdə tutulmuş
vaxtda başa
çatdırıldı.
2014-cü il may ayının 1-də
isə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev Ağdaşa
tarixi səfər etmişdir.
Səfər çərçivəsində ölkə
başçısı ən əvvəl şəhərin mərkəzində
xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni
ucaldılmış abidəsini ziyarət etmişdir.
Dövlət başçısı Heydər
Əliyev Mərkəzinin, Ağdaş Rayon İcra Hakimiyyətinin,
YAP rayon təşkilatının və Ləki
dəmir yolu vağzalının yeni binalarının, meyvə və yem emalı zavodlarının, Ləki - Pirəzə
- Xınaxlı avtomobil yolunun,
220 kilovoltluq “Ağdaş”
elektrik yarımstansiyasının
açılışında iştirak etmiş, Heydər Parkında aparılan yenidənqurma
işləri ilə tanış olmuş,
rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşmüşdür.
Ağdaşlılar bu gün də ölkə
Prezidentinin tarixi səfərinin,
keçirilən unudulmaz görüş
və söhbətlərin təsiri altında yaşayır və
işləyirlər. Görülüb başa çatdırılmış
işlərə verilən yüksək qiymət, daha böyük hədəflər
üçün göstəriş və
tövsiyələr rayonda bütün
sahələrdə sürətli inkişafa
geniş yol
açmış, adamların sabaha olan inam və ümidlərini
daha da
artırmışdır. Onu da əlavə edək ki, inkişaf və yüksəliş təkcə
Ağdaş şəhərini əhatə
etmir. Tikinti-quruculuq və
abadlıq işləri rayonun bütün yaşayış məntəqələrində,
özü də ardıcıl və sistemli aparılır. Ağdaşda müşahidə
etdiyimiz daha bir vacib məsələ
barədə: burada iqtisadi,
sosial və mədəni məsələlərin
həllinə kompleks münasibət bəslənilir,
qarşılıqlı əlaqə, fikir
və təcrübə mübadiləsi əsas götürülür.
Belə yerdə hərtərəfli
inkişaf və yüksəlişi əks
etdirən rəqəmlərsiz, fakt və
göstəricisiz keçinmək mümkün
deyil. Belə ki, həyata keçirilən kompleks
tədbirlər nəticəsində ötən il rayonda 219,4 milyon manatlıq məhsul istehsal
olunmuş, o cümlədən
sənaye məhsulunun həcmi 2,8 faiz,
tikinti-quraşdırma işlərinin həcmi 6,4 faiz artmışdır. Bütün
maliyyə mənbələri hesabına əsas kapitala 71 milyon manatlıq investisiya qoyulmuşdur. 2014-cü
ilin əvvəlindən 520-si daimi olmaqla 2025 yeni iş yeri
açılmışdır.
Uğurlu iqtisadi siyasət nəticəsində
gəlirlər artmış, bu da rayon büdcəsindən
maliyyələşən tədbirlərin genişləndirilməsinə
səbəb olmuşdur. Belə bir dinamika xüsusilə fərəh
doğurur ki, 2014-cü
il üçün rayon büdcəsi 21 milyon
671 min manat təsdiq edilmişdir ki, bu da əvvəlki ildən
1 milyon 519 min manat çoxdur. Müqayisə
olunan dövrdə rayon
büdcəsinin mədaxil hissəsi 8,5 faiz
çox icra olunmuşdur.
Bu
fakt və rəqəmlərdən də göründüyü kimi,
Ağdaşda inkişaf
və yüksəliş dönməz xarakter
almış, bütün sahələri əhatə
etmişdir. Ən əsası isə, daha sürətli sosial-iqtisadi
inkişafa nail olmaq üçün geniş tədbirlər planı işlənib
həyata keçirilir,
mühüm strateji hədəflər
dəqiq müəyyənləşdirilir.
Məlumdur ki, Ağdaş ənənəvi
kənd təsərrüfatı rayonudur.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı
sahəsində aqrar sektorun
inkişafının xüsusi əhəmiyyəti
vardır. Məsələn, ötən il
23556 ton taxıl, 37487,5 ton
tərəvəz, 5863,5 ton
qarğıdalı, 7277,6 ton bostan məhsulları, 1049,5 ton
çəltik istehsal olunmuşdur
ki, bu da
əvvəlki illərlə müqayisədə xeyli çoxdur.
Heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması diqqət mərkəzində
olmuşdur. Bunu rəqəmlərdən
də aydın görmək mümkündür.
Belə ki, qaramal 1836 baş, xırda buynuzlular
1790 baş artmışdır. Ət 291,2
ton, süd 2411,7 ton, yumurta 370 min ədəd, yun isə
6,7 ton çoxalmışdır. Rayonun Ərəbocaq
kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksi
və 80 başlıq at yetişdirmə məntəqəsi
istifadəyə verilmişdir. 1000 hektar sahədə biyan
yetişdirilməsi və istehsalı müəssisəsinin
yaradılmasına başlanılmışdır.
Bakı şəhərində təşkil edilmiş
kənd təsərrüfatı məhsulları
satış-yarmarkalarına 128 tondan çox müxtəlif kənd təsərrüfatı
məhsulları göndərilmişdir. “Aqrotexservis”in Ağdaş filialına
9 ədəd müxtəlif markalı taxılbiçən kombayn alınmışdır.
Tikinti-quruculuq və abadlıq işləri eyni sürət və keyfiyyətlə davam etdirilmişdir. Yeni iş yerlərinin
yaradılması və əhalinin kommunal
xidmətlərlə normal təmin
olunması sahəsində məqsədyönlü tədbirlər
işlənib həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev Ağdaşa
tarixi səfəri zamanı rayonda həyata keçirilmiş
tədbirlərə və görülmüş
işlərə yüksək qiymət verərək demişdir: “Ağdaş rayonunda böyük
işlər görülmüşdür.
Rayonda sosial infrastrukturun yaradılması, məktəblərin
inşası, qazlaşdırma və kənd yollarının tikintisi layihələri icra
edilir. Yəni insanların normal
yaşaması üçün bütün şərait yaradılır və
Ağdaş şəhəri də
gözəlləşir, abadlaşır. Ağdaşın yeni tikilən inzibati mərkəzində
işlər böyük səliqə ilə,
zövqlə görülmüşdür”.
Ağdaşlılar
yaxşı işlədikləri kimi,
yaxşı da istirahət etməyi, mənalı
və məzmumlu şəkildə dincəlməyi sevirlər.
Bu cəhətdən 7 hektar
sahəni əhatə edən Heydər Parkında aparılan bərpa
və yenidənqurma işləri xüsusilə maraq doğurur. Burada 2 süni göl, 11 fəvvarə, müasir
işıqlandırma sistemi, müxtəlif
attraksionlar, karusellər, ana
və uşaq istirahət mərkəzi, gənclər
kafesi, mini avtodrom, atıcılıq mərkəzi
yaradılmış, oturacaqlar qoyulmuşdur. Parkın ərazisinin
yaşıllaşdırılması məqsədilə ağac və dekorativ gül kolları əkilmiş, qazon salınmış, iki
yerdə artezian qazılmışdır.
Son illərdə ölkəmizin elektroenergetika sahəsi üzrə enerji təchizatının
dayanıqlığı və təhlükəsizliyi prinsiplərinin
təmin edilməsi sahəsində ardıcıl dövlət
proqramları qəbul edilmişdir. Bu mənada Ağdaş regional elektrik
yarımstansiyasının istifadəyə verilməsi vacib strateji əhəmiyyətə
malik olan layihələrdən
biridir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən,
2014-cü ilin “Sənaye ili”
elan edilməsi ilə əlaqədar rayonda Almaniyanın “Siemens”
şirkətinin texnologiyası əsasında qurulan
Ağdaş yem
emalı fabrikində il ərzində
150-250 min ton toyuq və mal yeminin istehsal olunması
planlaşdırılmışdır. Yeni istifadəyə
verilən Ağdaş meyvə emalı zavodu ilkin mərhələdə
il ərzində 200 tona
yaxın quru meyvənin emal
edilməsinə imkan verəcəkdir. Rayonda sahibkarlığa göstərilən
dövlət qayğısı nəticəsində yeni ticarət mərkəzi
yaradılmışdır.
Təhsil, səhiyyə
və mədəniyyət müəssisələrinin fəaliyyəti
daim diqqət mərkəzində
saxlanılmış, sahənin maddi-texniki
bazası daha da
möhkəmləndirilmiş, intizam və
tələbkarlıq gücləndirilmişdir. Nəticədə,
son illər yeni binalar, yardımçı otaqlar
tikilib istifadəyə verilmiş,
əsaslı təmir və bərpa işləri
aparılmışdır. Hazırda Aralbir
və Tofiqi kəndlərində 220 yerlik, Qarağan -
Şıxlar və Qülbəndə kəndlərinin hər
birində 180 yerlik, Ərəbşəki
kəndində isə 80 yerlik məktəb
binalarının tikintisində işlər davam
edir.
Əldə edilmiş konkret nəticələr,
real addımlar və aydın hədəflər
göz qabağındadır. Biz burda əhalinin vacib sosial ehtiyacları, xüsusilə elektrik enerjisi, təbii qaz və içməli su
təminatı, insan amili,
vətəndaşların qəbulu, onların ərizə,
şikayət və məktublarına vaxtında və həssaslıqla
baxılması, bir sözlə, təşkilat
- idarəetmə sahəsində qazanılmış müsbət
təcrübə, tətbiq edilən yeni
və maraqlı formalar barədə geniş danışmadıq. Təhlil
və müşahidələr göstərir ki,
son illər Ağdaş
rayonunda iqtisadi, sosial və mədəni sahələrdə əldə
edilmiş böyük
uğurların əsasında məhz bu
amillər - yerlərdə işin düzgün təşkili, möhkəm və
ardıcıl icra intizamı, ciddi tələbkarlıq dayanır.
Müşahidə olunan və rəğbət
doğuran cəhətdir ki,
ilk gündən bütün
sahələri əhatə edən inkişaf
və yüksəliş, tikinti-quruculuq və
abadlıq işlərinin sürəti azalmır. Bu isə aydın məsələdir ki, adamlarda həvəs və
rəğbət hissi yaradır, yeni-yeni təşəbbüslər meydana çıxır,
qarşılıqlı inam və
etibarı daha da
artırır.
Əlbəttə, müasir idarəetmə, iş
üslub və metodları köhnə
stereotipləri qətiyyətlə rədd edir,
yeni yanaşma, müasir forma, daha çox elmi münasibət tələb edir. Rəhbər işçi
insanları inandırmağı, onları səfərbər
etməyi, öz ardınca aparmağı
bacarmalıdır. Biz Ağdaşda
bunun əyani nümunəsini və konkret nəticələrini gördük.
İqtisadi, sosial və mədəni
həyatın ayrı-ayrı sahələrindən gətirdiyimiz,
son illərin əsaslı inkişaf
və yüksəlişini əks etdirən fakt
və rəqəmlər bir daha sübut edir ki, Ağdaş
uğurlu yol üstədir.
Əldə olunmuş uğurlar
ağdaşlıları əsla arxayınlaşdırmır. İndi
bütün sahələrdə əlavə
imkan və ehtiyat mənbələri
müəyyən olunur. Yeni-yeni
təşəbbüslər meydana
çıxır, bütün qüvvə
və səylər daha böyük
hədəflər uğrunda səfərbər
olunur. Rayonda
yaradıcı, təşəbbüskar ab-hava,
sağlam mənəvi-psixoloji mühit mövcuddur.
Göründüyü kimi, ölkə Prezidenti İlham
Əliyevin bütün bölgələrə,
o cümlədən Ağdaş
rayonuna gündəlik diqqət və
qayğısı, bu istiqamətdə
imzaladığı fərman və sərəncamları, məsləhət,
göstəriş və tövsiyələri bütün
sahələrdə əsaslı
yüksəlişə yol
açmış, inkişaf
ardıcıl və sistemli xarakter almışdır. Rayona sonuncu
səfərimiz zamanı görüşdüyümüz,
söhbət etdiyimiz ağsaqqallar,
ziyalılar, gənclər bu diqqət və
qayğı üçün, ilk növbədə, ölkə Prezidentinə
sonsuz minnətdarlıqlarını
bildirdilər, aparılan qətiyyətli, uzaqgörən daxili və xarici siyasət
xəttini ürəkdən bəyəndiklərini və
müdafiə etdiklərini bəyan etdilər.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2015.- 4 fevral.- S.6.