Culfa rayonunun Bənəniyar kəndində

yeni sosial obyektlər istifadəyə verilib

 

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunu da əhatə edib.

Bu gün muxtar respublikada aparılan geniş quruculuq işləri rayonun Bənəniyar kəndini də müasir görkəmə qovuşdurub. Kənddə həyata keçirilən kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, rahat və xidmət şəraiti sakinlərin firavan yaşayışına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, fevralın 5-də Bənəniyar kəndində yeni sosial obyektlərin açılışı olub.

 

Bənəniyar kənd tam orta məktəbində

müasir tədris şəraiti yaradılıb

 

Müasir təhsil infrastrukturu hər bir ölkədə inkişafın əsas göstəricisidir. Bu səbəbdən də muxtar respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilir, yeni məktəb binaları tikilir, gələcəyimiz olan gənc nəslin əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılır.

Fevralın 5-də Bənəniyar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev deyib ki, Culfa rayonu gündən – günə inkişaf edir, yeniləşir. Göstərilən qayğı rayon mərkəzi ilə yanaşı, kəndlərin də inkişafına səbəb olub. Ötən il rayonun Əlincə və Şurud kəndlərində yeni sosial obyektlər istifadəyə verilib, Culfa şəhərindəki 18 və 20 nömrəli yaşayış binaları əsaslı təmir olunub, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati binaanbar kompleksinin tikintisi, Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin bərpası davam etdirilib. Rayonda əhalinin rahat yaşayışı da diqqət mərkəzində saxlanılır, Culfa şəhərinin içməli su sistemi yenidən qurulur.

Şükür Babayev həyata keçirilən tədbirlərin ölkəmizdə insan amilinə verilən qiymətin daha bir ifadəsi olduğunu bildirib, yaradılan şəraitə görə rayon əhalisi adından minnətdarlıq edib.

Məktəbin müəllimi Ələviyyə Nuri çıxış edərək deyib ki, kənd məktəbi müasir tədris avadanlıqları ilə təmin olunub, kollektivin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu da dərslərin daha səmərəli təşkilinə imkan verəcəkdir. Göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq edən Ələviyyə Nuri bundan sonra daha səylə çalışacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Bənəniyar kəndinin həyatında ən əlamətdar günlərdən biridir. Kənd tamamilə abadlaşdırılmış, geniş quruculuq işləri aparılmış, xüsusilə də kənd məktəbinin binası müasir tədrisin tələbləri səviyyəsində yenidən qurulmuşdur.

Ali Məclisin Sədri bu münasibətlə məktəbin kollektivini təbrik edib, onlara tədrisdə uğurlar arzulayaraq deyib: Məktəblərin informasiya-kommunikasiya texnologiyaları və lazımı tədris avadanlıqları ilə təminatı, müəllimlərin hazırlıq səviyyələrinin artırılması, şagirdlərin bilik və dünyagörüşlərinin formalaşdırılması müasir tədrisin qarşıya qoyduğu əsas vəzifələrdir. Çünki gənclərin hərtərəfli hazırlanması müasir dövrün tələbinə çevrilmişdir. Ölkəmizin hansı bölgəsində yaşamasından asılı olmayaraq gənc nəsil dünyada gedən prosesləri yaxından izləməli, yaxşı təhsil almalı, gələcəkdə dünyanın və ölkəmizin istənilən universitetlərində ali təhsillərini davam etdirməlidir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Məktəblərdə yaradılan müasir tədris şəraiti gənclərin hərtərəfli hazırlanmasına təminat verir”. Əgər məktəblərdə lazımi tədris şəraiti vardırsa, müəllimlərin hazırlığı və tələbkarlığı tələb olunan səviyyədədirsə, onda gənclərin hərtərəfli hazırlanması da təmin olunacaqdır. Hər bir gəncin qabiliyyətinə və bacarığına uyğun peşəyə yönəldilməsi isə onların hərtərəfli hazırlanmasında başlıca vəzifədir. Ümumtəhsil məktəblərində yaradılan şərait qarşıya qoyulan bu vəzifələrin icrasına imkan verir. Ona görə də şagirdlər məktəbdə təhsil almalı, informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərini öyrənməli, gələcəkdə bir peşənin sahibi olmalıdırlar. Bütün bunların həyata keçirilməsində müəllimlərin də üzərinə mühüm vəzifələr düşür. Müəllimlər, ilk növbədə, özləri yaradılan şəraitdən lazımi səviyyədə bəhrələnməli və bundan sonra öyrəndiklərini gənc nəslə aşılamalıdırlar.

Ali Məclisin Sədri kollektivin qazanılan nailiyyətləri bundan sonra da artıracağına əminliyini bildirib.

Sonra Ali Məclisin Sədri Culfa rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 3 mərtəbəli məktəb binası 666 yerlikdir. Binada 4-ü elektron lövhəli olmaqla 37 sinif otağı, kimya, biologiyafizika laboratoriyaları, hərbi kabinə, 3 kompyuter və 2 şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.

Şagirdlərin kitaba marağının artırılması və mütaliə vərdişlərinin formalaşdırılması pedaqoji kollektivlərin qarşısında duran mühüm vəzifələrdəndir. Muxtar respublikada bu sahədə işlərin səmərəli təşkili diqqət mərkəzində saxlanılır, məktəb kitabxanalarının fondu mütəmadi olaraq elmi və bədii ədəbiyyatlarla zənginləşdirilir. Bənəniyar kənd tam orta məktəbinin kitabxanasında da 11 min 708 kitab vardır.

Kompyuter otaqlarındakı 57 kompyuterin hər biri internetə qoşulubelektron dərsliklərlə təmin olunub.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın 205 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Tarix Muzeyi arasında videobağlantı vasitəsilə keçirilən dərsi izləyib.

Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb. Məlumat verilib ki, cari tədris ilində Bənəniyar kənd tam orta məktəbinin birinci siniflərinə 47 şagird qəbul olunub. Müəllimlər ibtidai sinif şagirdlərinin hər biri ilə fərdi məşğul olur, onların dərslərdə aktiv fəaliyyəti təmin olunur.

Məktəbin hərbi kabinəsi və geniş idman zalı sağlam və vətənpərvər gənclərin böyüdülməsində öz müsbət təsirini göstərəcəkdir.

Məktəbin müəllimləri ilə söhbət zamanı Ali Məclisin Sədri deyib ki, gənclərin vətənpərvər və savadlı böyüdülməsi, onların peşə sahibi olması hər bir ümumtəhsil məktəbinin uğurudur. Ötən tədris ilində Bənəniyar kənd tam orta məktəbini bitirən məzunlardan 16-sı ali məktəblərə, 8-i orta ixtisas məktəbinə, 3-ü isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub, tələbə adını qazanan məzunlardan 4-ü 500-700 intervalında yüksək bal toplayıb. Yaradılan şərait gələcəkdə bu uğurların daha da artırılmasına imkan verəcəkdir.

Müəllimlərdən Sevda Məmmədova və Ruqayə Nəcəfquliyeva minnətdarlıq edərək deyiblər ki, şagirdlərin yaxşı təhsil alması, bilikli, zəngin dünya görüşlü və vətənpərvər böyüdülməsi çətin və şərəfli bir vəzifədir. Məktəbin müasir tədris şəraiti qarşıya qoyulan bu vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəkdir.

Məktəbin həyəti də abadlaşdırılıb, gülkarlıqlar salınıb.

 

Bənəniyar Kənd Uşaq Musiqi

Məktəbinin yeni binası istifadəyə verilib

 

Muxtar respublikada gənclərin musiqi təhsili musiqi sənətinin inkişafı da diqqət mərkəzində saxlanılır. Bənəniyar Kənd Uşaq Musiqi Məktəbi üçün yeni binanın inşa olunması da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Fevralın 5-də Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Azər Cəfərli yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edərək deyib ki, bu gün muxtar respublikamızda musiqi sənətinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hər il yeni musiqi məktəbləri inşa olunur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Bənəniyar Kənd Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

Azər Cəfərli bundan sonra da istedadlı uşaqların üzə çıxarılması və milli musiqimizin inkişafı sahəsində səylə çalışacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara musiqi mədəniyyətimizin inkişafı sahəsindəki fəaliyyətlərində uğurlar arzulayaraq deyib: Musiqi hər bir xalqın mədəni inkişafının göstəricisidir. Azərbaycan xalqının zəngin xalq yaradıcılığı nümunələri, milli dəyərləri və adət-ənənələri vardır. Bunlar hər xalqa nəsib olmur. Çünki xalq yaradıcılığını, milli dəyərləri ancaq zəngin mədəniyyətə malik olan xalq yarada bilər. Bu gün muxtar respublikada musiqi məktəblərinin yaradılmasında əsas məqsəd də xalq yaradıcılığı nümunələrini qoruyaraq gələcək nəsillərə çatdırmaqdan, o cümlədən musiqi mədəniyyətimizin inkişafına töhfələr verməkdən ibarətdir.

Ali Məclisin Sədri deyib: Bənəniyar Kənd Uşaq Musiqi Məktəbində 3 şöbədə 6 ixtisas üzrə musiqi dərsləri keçiləcəkdir. Bu da gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və onların istedadlarının üzə çıxarılmasına imkan verəcəkdir. Həmçinin məktəbdə yaradılan şərait bu ərazidə yaşayan gənclərin uzaq məsafələr qət etmədən öz kəndlərində musiqi təhsili almalarına, bacarıqlarını inkişaf etdirmələrinə səbəb olacaqdır.

Qeyd olunub ki, Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin böyük uğurları vardır. Ötən tədris ilində məktəbi bitirən şagirdlərdən musiqi ixtisası üzrə 1-i ali, 3-ü isə orta ixtisas məktəbinə qəbul olunub. Bu da məktəbdə musiqi sənətinə olan marağın və tədrisin düzgün təşkil olunmasının nəticəsidir.

Ali Məclisin Sədri Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin muxtar respublikanın ən yaxşı musiqi məktəblərindən birinə çevriləcəyinə əminliyini bildirib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, məktəbdə 37 sinif, orkestrkonsert zalları, musiqi alətlərinin təmiri otağı, kitabxanabufet fəaliyyət göstərəcəkdir. Məktəb müasir inventar və avadanlıqlarla, o cümlədən 9 pianino və ayrı-ayrı ixtisaslar üzrə digər musiqi alətləri ilə təchiz olunub, şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbin kitabxana fondunda 300 kitab vardır.

Musiqi məktəbi gənclərdə musiqi zövqünün formalaşmasında xüsusi rol oynayacaqdır. Hazırda məktəbdə dərslər xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər üzrə aparılır, şagirdlərə tar, kamança, fortepiano, qarmon, nağara və xanəndəlik ixtisasları öyrədilir.

Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı qeyd edib ki, məktəbin əvvəlki şəraiti dərslərin keçirilməsində müəyyən çətinliklər yaradırdı. Lakin bu gün istifadəyə verilən yeni binada müasir tədris şəraiti yaradılıb. Ona görə də kollektiv yaradılanlardan səmərəli istifadə etməli, gənc musiqiçi kadrların yetişdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır.

Məktəbin müəllimi Rahilə Əsgərova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Sonra tədbirlər zalında musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı olub.

Ali Məclisin Sədri musiqi nömrələrini izləyib, şagirdləri uğurlu çıxışlarına görə təbrik edibonlarla xatirə şəkli çəkdirib.

Binada fərdi qazanxana quraşdırılıb, həyətdə geniş abadlıq işləri görülüb.

 

Bənəniyarda yeni xidmət

mərkəzi fəaliyyətə başlayıb

 

Fevralın 5-də Bənəniyarda yeni xidmət mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib, ayrı-ayrı xidmət sahələrində yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və 2 mağaza fəaliyyət göstərir. Mağazaların birində ərzaq, digərində isə təsərrüfat mallarının satışı həyata keçirilir. Mərkəzdə 9 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşüb.

Kənd ağsaqqalı, şəhid atası Hacıteymur Hüseynovsakin Əliqulu Əhmədov minnətdarlıq edərək deyiblər ki, muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Bənəniyar kəndinin timsalında daha aydın görünür. Qədim tarixə malik olan kənd bu gün müasir inkişaf dövrünü yaşayır. Artıq Bənəniyarda əhalinin rahatlığı üçün bütün imkanlar yaradılıb, yeni yerləri açılıb. Bütün bunlar sakinlərin öz yurd-yuvalarına bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırır. Kənd adamları təsərrüfatlarda həvəslə çalışır, ölkəmizin inkişafına öz töhfələrini verirlər.

Ali Məclisin Sədri deyib: Aparılan quruculuq işlərindən sonra Bənəniyar müasir kənd yaşayış məntəqəsinə çevrilmişdir. Məktəb binası, musiqi məktəbi, xidmət mərkəzi, həkim ambulatoriyası və kənd mərkəzi əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Bənəniyar kəndinin qədim tarixi, özünəməxsus ənənələri, torpağa bağlı və zəhmətkeş insanları vardır. Ölkəmizdəki mövcud birlik, sabitlikinkişaf bu kəndi də əhatə etmiş, həyata keçirilən tədbirlər yeni yerlərinin açılmasına, insanların məşğulluğunun təmin olunmasına, bir sözlə, onların rahat yaşayışına səbəb olmuşdur. Sakinlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, kəndin bugünkü abadlığı, tarixi, ənənələri qorunub saxlanılmalı, gənc nəsil dövlətimiz və xalqımız üçün yararlı vətəndaş kimi böyüdülməlidir.

 

Həkim ambulatoriyasında

yenidənqurma işləri aparılıb

 

Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bənəniyar kənd həkim ambulatoriyasına gəlib, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, ambulatoriya 8 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, palata, aptek, doğuş, peyvənd, manipulyasiya və qeydiyyat otaqlarından ibarətdir. Burada 8 tibb işçisi sakinlərin sağlamlığının keşiyində dayanır.

Aparılan yenidənqurma işləri tibbi xidmətin daha səmərəli təşkilinə səbəb olub. Otaq və kabinələrin hər biri təyinatı üzrə ən müasir avadanlıqlarla və lazımi dərman vasitələri ilə təchiz olunub. Bütün bunlar kənddə əhali arasında müayinə və müalicə işinin səmərəli təşkilinə imkan verəcəkdir.

Baxış zamanı uşaq və hamilə qadınların qeydiyyata alınması və tibbi yoxlamadan keçirilməsinin vacibliyi vurğulanıb, əhalinin sağlamlığının qorunması barədə müvafiq tapşırıqlar verilib.

 

Bənəniyarda dövlət qurumları üçün

nümunəvi iş şəraiti yaradılıb

 

Bənəniyarda aparılan quruculuq tədbirləri çərçivəsində kənd mərkəzinin binası da əsaslı təmir olunub.

Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzində yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, klub və 60 yerlik iclas zalı yerləşir.

Culfa rayonunun böyük yaşayış məntəqələrindən biri olan Bənəniyarda sakinlərin rahat yaşayışı məqsədilə bütün zəruri infrastruktur, o cümlədən müasir rabitə sistemi yaradılıb, poçt şöbəsinin fəaliyyəti gücləndirilib.

Kəndlərdə baytarlıq xidmətinin təşkili heyvandarlığın inkişaf etdirilməsində və əhalinin sağlam heyvandarlıq məhsulları ilə təmin olunmasında xüsusi əhəmiyyət daşıyır. Bənəniyar kəndində baytarlıq xidmətinin səviyyəsi yüksəldilib, baytarlıq məntəqəsi lazımı dərman preparatları ilə təchiz olunub.

Kənd mərkəzində 14 min 826 kitab fondu olan kitabxanageniş iclas zalı vardır. Binada Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının əməkdaşları da rahat şəraiti ilə təmin olunublar. Bənəniyar kənd ərazi ilk təşkilatının 354 üzvü vardır, onlardan 123-ü gənclər, 119-u isə qadınlardır.

Kənd mərkəzinin həyətində də geniş abadlıq işləri görülüb.

 

X X X

 

Bənəniyar kəndində aparılan abadlıq işləri zamanı kənddaxili 1100 metr yola asfalt örtük salınıb, 151 metr uzunluğunda beton kanal çəkilib, 9 su keçidi qoyulub. Rabitə, elektrikqaz şəbəkələrində yenidənqurma işləri aparılıb, 500 metr fiber-optik kabel çəkilib, 5 min 920 metr elektrik xətti yenilənib, yeni tikililərə 400 metr uzunluğunda qaz xətti çəkilib. Kəndin içməli su təchizatı da yaxşılaşdırılıb, mövcud kaptajın uzunluğu 100 metr artırılıb, 1500 metr yeni su xətti çəkilib və kənddə 250 ailə içməli su ilə təmin olunub.

 

Xalq qəzeti.- 2015.- 6 fevral.- S.5.