Şabran: Ölkə iqtisadiyyatına yeni
töhfələr vermək
üçün səylər
artırılır
Şabran
Rayon İcra Hakimiyyətinin 2014-cü ilin sosial-iqtisadi
inkişafının yekunları və 2015-ci ildə
qarşıda duran vəzifələrlə bağlı hesabat
yığıncağı toplantı
iştirakçılarının ulu öndər Heydər
Əliyevin şəhərin mərkəzində
ucaldılmış abidəsinin ziyarəti ilə
başladı.
Sonra Şabran rayonunda fəaliyyət göstərən
özəl şirkət və müəssisələrin
istehsal məhsullarının konfrans zalının foyesində
düzənlənən sərgisinə, royonda
aparılmış tikinti-quraşdırma və abadlıq
işlərinin gerçək mənzərəsini
nümayiş etdirən foto stendlərə baxış
keçirildi.
Yığıncaqda geniş hesabat məruzəsilə
çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin
başçısı Novruz Novruzov əvvəlcə ölkənin
siyasi, soaial- iqtisadi həyatında əldə edilən
uğurlardan danışaraq qeyd etdi ki, 2014-cü il Azərbaycanın
davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi,
əhalinin rifahının daha da yüksəlməsi, eləcə
də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə
düşdü. Şübhəsiz, bu nailiyyətlər ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın
dövlət başçısı cənab İlham
Əliyev tərəfindən müasir dövrün
reallıqlarına uyğun çox böyük uğurla davam
etdirilməsi nəticəsində mümkün olmuşdur.
Son illər dünyada davam edən və səngimək
bilməyən siyasi-iqtisadi böhran proseslərinə
baxmayaraq, Azərbaycanın dinamik inkişafı davam etmiş,
makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət
qabiliyyəti artmış, nəzərdə tutulmuş
bütün sosial proqramlar uğurla yerinə
yetirilmişdir. 2014-cü ildə
dünya bazarında neftin qiyməti sürətlə
aşağı düşsə də respublikanın
iqtisadiyyatı 3 faizdən çox artmışdır.
İl ərzində inflyasiya cəmi 1,4 faiz
olmuş, manatın məzənnəsi sabit qalmış, əhalinin
pul gəlirləri 4,8 faiz artaraq inflyasiyanı 3 dəfə
üstələmişdir. Orta aylıq əmək haqqı 600
dollara çatmış, yoxsulluq səviyyəsi 5 faizə
enmiş, işsizlik 5 faizdən aşağı
düşmüşdür. Ölkənin valyuta ehtiyatları
artaraq 50 milyard dolları ötmüşdür.
Məruzədə qeyd olundu ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə hökumətin həyata
keçirdiyi nəhəng işlərdən Şabran rayon zəhmətkeşləri
də kənarda qalmamış və hər il olduğu kimi
2014-cü ildə də qarşıya qoyulan vəzifələrə
layiqincə əməl etməklə regionun sosial-iqtisadi
inkişafına uğurlu töhfələr vermişlər. Rayonumuzda sosial-iqtisadi və mədəni
quruculuq sahəsində inkişaf
davam etmiş, rayon mərkəzi, kəndlərimiz xeyli abadlaşmış, sosial
əhəmiyyətli bir çox
vacib məsələlər öz həllini tapmışdır.
Şəhərdaxili
yolların çəkilişi, küçələrin
işıqlandırılması diqqət mərkəzində
olmuşdur. Şəhərin cənub
girişində rayonun tarixi
keçmişini əks etdirən abidənin
və şəhərin şimal
girişində qapının tikintisi başa çatmışdır. Ağalıq kəndində 12 mənzilli
2 mərtəbəli yeni
yaşayış binası tikilib sakinlərin
istifadəsinə verilmişdir. Rayonun daxili imkanları
hesabına “Uşaq Gənclər
İstirahət və Əyləncə Kompleksi”nin tikintisinə başlanmışdır.
Rayon mərkəzində 4,5 kilometr uzunluğunda 10 küçəyə 28 min 850 kvadratmetr asfalt beton döşənmişdir.
12 mənzilli 2 mərtəbəli 3 yaşayış
binasının dam örtüyü
təzələnmiş, 2 mərtəbəli 12 mənzilli 2
yaşayış binası əsaslı təmir olunmuş, fasadları alkoponla
üzlənmişdir.
“Qəhrəmanlar seyrəngahı”nın
Şəhidlər xiyabanı tikintisinin əsas
hissəsi başa
çatdırılmışdır. Həmin ərazidə
1400 kvadratmetr dekorativ daş, 370 kvadratmetr mişar daşından divar
hörülərək üzlük
çəkilmiş, 85 şəhidin mərmər üzərində
şəkli əks etdirilmiş, iki milli qəhrəmanın
büstü üçün
təməl qoyulmuş, bulaq
kompleksi tikilmiş və
ərazidə müasir
işıqlandırma sistemi quraşdırılmış,
mindən çox ağac əkilmişdir. Şəhərdə
piyadalar üçün
1,9 kilometr yeni yol salınmış, yeni
salınmış səkilərə
4,2 min kvadratmetr,
park və meydanlara isə
1,4 min kvadratmetr dekorativ üzlük daş döşənmişdir. Şəhərin
park, meydan və seyrəngahlarında
6,9 kilometr uzunluğunda
müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Sahibkarlar tərəfindən Padar
kəndi ərazisində yeni özəl asfalt-beton zavodu tikilib istifadəyə verilmiş,
“Qalaaltı Hotel SPA” mərkəzinin,
“Əlincə” futbol klubu
üçün təlim məşq
düşərgəsinin, Şabran şəhərində
məişət xidməti və ticarət mərkəzinin tikintisi davam etdirilmişdir. Bütövlükdə 2014-cü ildə rayonda 18,4 milyon manat həcmində tikinti-quruculuq
işləri aparılmışdır ki,
bu da 5 il
əvvəlkindən 7 milyon manat və ya 40 faiz, 10 il əvvəlkindən
isə 18 dəfə çoxdur.
N.Novruzov rayonun iqtisadi nəticələrindən
danışarkən bildirmişdir ki, hesabat ilində məhsul
buraxılışının ümumi həcmi
158,2 milyon manat, o cümlədən sənaye məhsulu
istehsalı 7,9 milyon manat,
kənd təsərrüfatı məhsulları istehsalı
isə 83,1 milyon manat olmuşdur. Ötən 10 ildə rayonda məhsul
buraxılışının həcmi 4,8 dəfə, sənaye
məhsulu istehsalı 36 faiz, kənd təsərrüfatı
məhsulları istehsalı isə 4 dəfədən çox artmışdır.
Buna mütənasib olaraq,
2014-cü ildə əhalinin pul gəlirləri də 3,1 faiz
artaraq 109,6 milyon manat, adambaşına düşən pul gəlirləri 1 faiz artaraq 1949 manat, orta aylıq əmək haqqı 19,3 faiz artaraq 355, manata çatmışdır. 10 il bundan əvvəl isə orta
aylıq əməkhaqqı 62 manat olmuşdur.
Yola saldığımız ildə rayonun emal müəssisələrində
18,4 min ton un və kəpək, özəl quşçuluq təsərrüfatlarında
17,9 min ton quş əti istehsal olunmuşdur. Rayonda istehsal olunan sənaye məhsulunun
84,8 faizi, kənd təsərrüfatı
məhsullarının 99,8 faizi özəl
sektorun payına düşür
ki, bu da
sahibkarlığın necə inkişaf etdiyini göstərən əyani misaldır.
2014-cü ildə 1113
yeni iş yeri açılmışdır ki, onlardan 978-i daimi iş yerləridir. Bu əvvəlki illə müqayisədə 2
dəfə çoxdur. Ümumiyyətlə,
son 11 ildə 8304 yeni iş yeri
açılmışdır ki, onun da 4998-i daimidir.
Azərbaycan
Prezidenti cənab İlham
Əliyevin regionların sosial-iqtisadi inkişaf strategiyası sayəsində ötən
10 ildə rayonumuzda sənaye məhsulu
istehsalı 36 faiz, kənd təsərrüfatı
məhsulları istehsalı 4 dəfə, tikinti
quraşdırma işlərinin həcmi 18 dəfə,
ümumilikdə məhsul buraxılışının həcmi isə 4,8
dəfə artmışdır. Nəticədə Şabran rayonu sosial-iqtisadi inkişafa
görə bu gün
tərəqqi etmiş bölgələrlə
bir sırada qərarlaşmışdır.
2015-ci il
üçün rayon
büdcəsinin yerli gəlirləri 4 milyon 732 min manat, yerli xərcləri
12 milyon 136 min manat, yerli gəlir və xərcləri
tənzimləmək üçün dotasiya 7 milyon 446 min manat
proqnozlaşdırılmışdır.
Natiq xüsusi vurğuladı ki, Prezident cənab İlham Əliyev Nazirlər Kabinetinin
iclasında və “Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın I ilinin yekunlarına həsr olunmuş
konfransdakı nitqində büdcə vəsaitindən qənaətlə
və səmərəli istifadəni ciddi
vəzifə kimi qarşıya qoymuşdur.
Dövlət başçısının bu tələbinə
rayonun hər bir
müəssisə rəhbəri, həm də hər bir dövlət məmuru məsuliyyətlə
yanaşmalı, dövlət vəsaitinin qədrini bilməli,
əyintilərə imkan
yaratmamalıdır.
Son illərdə rayonumuzda meyvəçilik,
üzümçülük sürətlə
inkişaf edir. Ötən
10 ildə meyvə bağları 3 dəfə artaraq
sahəsi 1752 hektara, meyvə istehsalı 6
dəfə artaraq 4333 tona,
üzüm bağları 11 dəfə artaraq sahəsi 388 hektara, üzüm istehsalı on
dəfədən artaraq 977 tona
çatmışdır.
Məhsuldarlıq üçün çətin olan
yola saldığımız 2014-cü ildə
rayonda 25,8 min ton taxıl istehsal edilmişdir. Rayonun fermer təsərrüfatlarında
23 min 858 baş iri buynuzlu, 47 min 598 baş xırda buynuzlu mal-qara vardır.
Ət istehsalı 721 ton artaraq
19,8 min tona, süd istehsalı 2,4 min ton artaraq 15,4 min tona, yumurta
istehsalı 470 min ədəd artaraq 22 milyon 38 min ədədə çatmışdır.
Yüksək məhsul əldə edən rayonun
fermerləri il ərzində yarmarkalara 22 adda 515 ton kənd təsərrüfatı məhsulu
çıxarmışlar.
Bu,
bir daha onu göstərir ki,
Şabranın kənd zəhmətkeşləri Prezident İlham
Əliyevin Nazirlər Kabinetinin ötən
ilin yekunlarına və cari
ilin vəzifələrinə həsr olunmuş hesabat
yığıncağında qeyd etdiyi “Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün
enerji təhlükəsizliyi qədər önəmlidir,
əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını
xarici bazarlardan idxal etməsinə baxmayaraq,
biz çalışmalıyıq ki, öz daxili
istehsalımızı maksimum artıraq,
fövqəladə hallardan özümüzü qoruyaq”
fikirlərinin mahiyyətini yaxşı dərk edirlər.
İcra başçısı əhalinin enerji daşıyıcıları ilə təminatından
danışarkən bildirdi ki, son illər rayon əhalisinin dayanıqlı elektrik enerjisi ilə təminatı
daha da
yaxşılaşmışdır. İl
ərzində istehlakçılara fasiləsiz elektrik
enerjisi verilmişdir. Qaz təchizatı ilə bağlı tədbirlər
də davam etdirilir.
Ötən il Zeyvə kəndinə təbii
qaz verildi. Pirəbədil,
Ağalıq, Rəhimli, Uzunboyad, Taxtalar, Söhbətli, Xırdaoymaq, Şahnəzərli
və Sincanboyad kəndlərini əhatə
edən 2650 metr
qaz xətti
əsaslı təmir olundu. Ağalıq, Rəhimli, Padar və
Uzunboyad kəndlərinə 1225 metrlik yeni qaz
xətləri çəkilmişdir. 2015-ci ildə Pirəbədil,
Pirəmsən Günəşli, Xəlilli, Dağbilici,
Zöhramı, Sumaqova kəndlərinə
təbii qazın verilməsi
planlaşdırılmışdır.
Payız-qış mövsümü ilə əlaqədar 17
ümumtəhsil məktəbi, 2 uşaq
bağçası, iki 16 mənzilli
yaşayış evi, mərkəzi rayon xəstəxanası və inzibati
binaların əksər hissəsi müasir
istilik sistemi ilə təchiz
edilmişdir.
Şabran şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin
tikintisi başa
çatdığını bildirən N.Novruzov
bildirdi ki, hazırda rayon icra hakimiyyətinin
müraciəti əsasında yaşayış məhəllələri,
fərdi mənzillər hissə-hissə yeni
şəbəkəyə qoşulur. Ancaq bu
işin sürətini artırmaq
lazımdır. “Azərsu” tərəfindən Pirəbədil,
Zöhramı, Sumaqova, Dağbilici,
Sumaqova-Qazma kəndlərinin içməli
su təchizatı şəbəkəsinin
layihə smeta sənədləri
hazırlanmış və layihənin icrası üçün müvafiq
tədbirlər görülür.
2014-cü ildə sosial obyektlərin, təhsil, səhiyyə, mədəniyyət
müəssisələrinin tikintisi və
təmiri davam etmişdir.
Dövlət investisiya vəsaiti
hesabına 80 şagird yerlik
Xəlilli ümumi orta
məktəbi tikilib istifadəyə verilmiş, 80 şagird yerlik Taxtalar ümumi orta məktəbinin
tikintisi isə başa
çatmaq üzrədir.
Dövlət
büdcəsinin yerli xərcləri
hesabına şəhər 1 və 4 nömrəli tam orta, şəhər 1
nömrəli ümumi orta
və Leyti kənd ibtidai
məktəbləri cari təmir, 2870 yerlik 4 məktəb binası və 2 uşaq bağçası əsaslı təmir
olunmuşdur. Hazırda “Cücələrim” uşaq
bağçası üçün əlavə
korpusun tikintisi davam edir.
İcra başçısı sonda qeyd etdi ki,
ölkə başçısının vətəndaş-məmur
münasibətiləri ilə bağlı tələbkarlığına
uyğun olaraq rayon icra hakimiyyəti vətəndaşlarla
müntəzəm əlaqəni daim diqqətdə
saxlamış, sakinlərin müraciətlərinə, ərizə
və şikayətlərinə
diqqətlə yanaşmağa səy
göstərmişdir.
Ötən il ərzində rayon icra hakimiyyətinə ümumilikdə 686
müraciət, o cümlədən icra hakimiyyəti başçısının
ünvanına 366 ərizə, şikayət və təklif daxil olmuşdur. Azərbaycan
Respublikasının Prezidenti
Administrasiyasından rayon icra
hakimiyyətinə daxil olmuş
251 müraciət araşdırılmışdır.
İcra başçısı məruzəsini bu sözlərlə tamamladı:
- Prezident cənab İlham
Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi
inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı
müşavirədə, “Regionların sosial-iqtisadi
inkişafına dair 2014-2018-ci illər”
Dövlət Proqramının I bölümünə həsr
edilmiş konfransındakı proqram xarakterli nitqlərində
qarşımıza çox mühüm vəzifələr
qoyulur. Ona görə
də mövcud ehtiyatlardan
məhsuldar şəkildə
istifadə etməli, xüsusən dövlət vəsaitinin xərclənməsində,
səmərəli sərf edilməsində qayda-qanuna
ciddi riayət etməliyik. Rayonumuzun
böyük imkanlarından
yaradıcılıqla faydalanmalı, ölkənin
iqtisadiyyatına yeni töhfələr
vermək üçün səylərimizi
artırmalıyıq.
Hesabat məruzəsi ətrafında çıxışlar
zamanı Azərbaycan Respublikası Prezident
Administrasiyasının məsul əməkdaşı Arif Novruzov, Milli Məclisin deputatı Tahir
Süleymanov və digər natiqlər
bütövlükdə görülən işləri qənətbəxş
hesab etdilər. Qeyd olundu
ki, indiki vaxtda uğurlardan
arxayınlaşıb ölkənin ümumi
inkişaf dinamikasından bir
addım belə geri qalmaq
olmaz. İnkişafın göstəricisi
olan uğurlar əhalinin
firavanlığına və ölkənin çiçəklənməsinə
xidmət edir.
Sonda 2015-ci ildə qarşıda duran vəzifələrlə bağlı qərar
layihəsi qəbul olundu və
yığıncaq iştirakçılarının Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul
olundu.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2015.- 7 fevral.- S.6.