“Azərpoçt”un fəaliyyəti
getdikcə genişlənir
Bu gün Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın davamlı tərəqqisinə yönələn və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir. Bu siyasətin tərkib hissəsi kimi, son illər rabitə və yüksək texnologiyalar sahəsi, o cümlədən poçt sektoru dinamik inkişaf etdirilmişdir.
Ölkə
iqtisadiyyatının bütün sahələrində
olduğu kimi, son illər rabitə sahəsində
aparılan islahatlar poçt
sektorunun da
inkişafına güclü təkan vermişdir. Həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
“Azərpoçt” MMC 2014-cü il üzrə
təyin olunmuş tarif
gəliri proqnozunu ötən il dekabrın 6-da– rabitə və yüksək
texnologiyaları sahəsində çalışan
işçilərin peşə bayramı ərəfəsində yerinə yetirmişdir.
Qazanılmış uğurlarda Rabitə və yuksək texnologiyalar naziri Əli Abbasovun poçt sahəsinə
göstərdiyi diqqət və qayğını xüsusi olaraq qeyd etmək istərdik. Bunun nəticəsi olaraq “Azərpoçt” MMC ötən il 31 milyon manat tarif gəliri əldə etmişdir
ki, bu da
nəzərdə tutulan proqnozdan
4 milyon 343 min manat (16,3 faiz), ötən ilin müvafiq dövrü ilə
müqayisədə isə 15,2 faiz çoxdur. 2013-cü ildə cəmi 13 poçt filialı
mənfəətlə fəaliyyət göstərirdisə,
2014-cü ilin yekunlarına görə
artıq onların sayı 25-ə çatmışdır.
Ötən il ərzində poçt sektorunda əldə
olunan gəlirlərin həcmi əvvəlki
illərlə müqayisədə 10,2 faiz artmışdır.
2014-cü ildə “Azərpoçt”
MMC tərəfindən göstərilən ənənəvi poçt xidmətlərinin natural
həcmlərində artım müşahidə olunmuşdur. Belə ki, il ərzində MMC
şəbəkəsində qəbul edilmiş
daxili sadə və sifarişli
məktub korrespondensiyasının sayı 6893230 ədəd (əvvəlki
illə müqayisədə 11,5 faiz çox), beynəlxalq sadə məktub və
banderolların sayı isə 167137 ədəd (əvvəlki
illə müqayisədə 1,9 faiz çox) təşkil etmişdir.
Ümumdünya Poçt
İttifaqının (ÜPİ) təklifi, “Posteurop”un dəstəyi, RYTN-nin
razılığı və “Azərpoçt” MMC-nin
dəvəti ilə 2014-cü il
noyabrın 22-dən dekabrın 2-dək “Azərpoçt” MMC-nin poçt müəssisələrində
poçt xidmətlərinin keyfiyyətinin
yüksəldilməsinə dəstək məqsədilə ÜPİ-nin
xüsusi layihəsinin tətbiqi ilə əlaqədar olaraq “Posteurop”un 6 nəfərdən ibarət nümayəndə
heyəti Azərbaycanda səfərdə olmuş
və ətraflı monitorinq
aparmışlar. Proqrama uyğun
olaraq, nümayəndə heyəti “Azərpoçt”un
mütəxəssisləri ilə ətraflı görüş keçirdikdən sonra 3 gün ərzində
MMC-nin müxtəlif filiallarında
monitorinqlər aparmışlar. Monitorinqin
nəticələri mütəxəssislərin
iştirakı ilə ətraflı müzakirə olunmuş, nəticələrlə
bağlı hesabat xarakterli
təqdimat mərasimi keçirilmişdir.
Burada istismar və
keyfiyyətin daha da
yaxşılaşdırılması barədə təkliflər
tövsiyə olunmuşdur. Son təkliflər paketi əsasında
“Azərpoçt” MMC tərəfindən geniş
tədbirlər planı tərtib edilərək növbəti
bir il yarım ərzində həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
Ötən
il bütün ölkə
üzrə poçt şöbələrinin
xidmət ərazilərində olan kəndlərin
və bu kəndlərdə yaşayan əhalinin sayı rayonların yerli statistika idarələri
ilə birgə yenidən dəqiqləşdirilmiş, o cümlədən poçt
qutularının dislokasiyası inventarlaşdırılmış
və müvafiq
məlumat hazırlanmışdır. Bakı şəhərindəki
PŞ-lərin xidmət ərazilərinin dəqiqləşdirilməsi
və xəritələrin hazırlanması ilə əlaqədar
müvafiq işlər görülmüşdür.
Belə ki, Əmlak Məsələləri
Dövlət Komitəsinin tabeliyində olan
Daşınmaz Əmlakın Kadastrı və Texniki
İnventarlaşdırma Mərkəzinin Ünvan
Reyestri şöbəsinin nümayəndələri
ilə birgə Bakı şəhərinin poçt
şöbələrinin, həmçinin respublika
tabeli şəhərlərdəki poçt şöbələrinin xidməti
ərazilərinin rəqəmsal sərhəd xəritələri
üçün ünvanlar
hazırlanmış və bu işlərin
digər rayonlarda da həyata
keçirilməsi nəzərdə tutulmuşdur.
Bakı şəhərinin
Binəqədi, Nizami və Nərimanov
rayonları üzrə yeni ünvanlar tabeli poçt şöbələrinin kompüterlərinə
daxil edilmək üçün
elektron variantda müvafiq poçt
filillarına göndərilmişdir. Eyni zamanda, bu məlumatın
AKİS-ə işlənməsi üçün
MMC-nin informasiya
texnologiyaları şöbəsinə müvafiq
məlumatlar elektron variantda
verilmişdir. Yaxın vaxtlarda
bu işlər başa
çatdırılacaqdır. Görülən bu tədbir Bakı şəhərində poçt şöbələrinin yeni ünvan sisteminə keçidini təmin edəcəkdir.
Hazırda Bakı
şəhərinin mərkəzi küçələrində,
sakinlərin gur və gəlişli-gedişli
yerlərində vətəndaşların məktub göndərmələri
üçün müasir
üslubda hazırlanmış, yüksək
dizayna malik yeni poçt
qutularının quraşdırılması həyata keçirilir.
Ötən
il Dövlət Gömrük
Komitəsi tərəfindən ölkəyə daxil olan beynəlxalq poçt göndərişlərinə tətbiq
olunan ödənişlərin poçt şöbələri tərəfindən
Hökumət Ödəniş Portalında (HÖP) qəbulu məsələsi öz həllini tapmışdır. Belə ki, “Beynəlxalq poçt göndərişləri ilə
göndərilən mallar üzrə
yaranmış gömrük borcu üzrə ödənişlərin poçt rabitəsi operatorları tərəfindən gömrük
orqanlarının hesabına köçürülməsi
Qaydası” Dövlət Gömrük Komitəsi ilə birgə hazırlanaraq
təsdiqlənmişdir.
“Azərpoçt” MMC-nin maliyyə xidmətlərindən əldə
etdiyi gəlirlər əvvəlki illə
müqayisədə 57 faiz (2,8 mln manat)
artmışdır. Həmin xidmətlərdən
gəlirlərin artmasına təsir göstərən səbəblərdən
biri MMC-nin
tabeçiliyində olan poçt
filiallarının müvafiq lisenziyası
olan poçt
şöbələrində beynəlxalq pul
köçürmə sistemləri (“Contact”,
“Caspian Money Transfer”, “Zolotaya Korona”) üzərindən əməliyyatların
həcminin artmasıdır.
2014-cü il ərzində AKİS-də
respublika üzrə 1 759 253 ədəd pul köçürməsi qəbul edilmişdir.
“Azərpoçt” MMC
tərəfindən 2014-cü il ərzində
əməkhaqqı layihəsi çərçivəsində
8000 ədəddən çox “MasterCard” loqolu beynəlxalq
ödəniş kartı emissiya edilərək,
müştərilərə təqdim edilmişdir.
MMC-yə məxsus ödəniş kartları ilə aparılan əməliyyatların həcmi
24 milyon manatı keçmişdir.
Bununla yanaşı, MMC 15 ədəd ATM və
106 ədəd POS terminal vasitəsilə ekvayer fəaliyyətini həyata keçirir.
“Azərpoçt”
MMC-nin investisiya proqnozuna uyğun olaraq il ərzində RYTN-nin vəsaiti hesabına 17 ədəd inzibati və 19 ədəd PŞ
binalarının əsaslı təmiri, Qobustan PF-nin yeni inzibati
və 15 ədəd PŞ binalarının isə tikinti işləri başa
çatdırılmışdır. Hazırda 1 ədəd poçt
filialının inzibati və 8 ədəd
PŞ binası təmir və 7 ədəd PŞ
binasında tikinti
işləri aparılır.
İl ərzində
“Maliyyə Xidmətlərinin İnkişafı” layihəsi üzrə nəzərdə
tutulmuş “Azərpoçt” MMC-nin 1132 poçt
şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə
zəruri texniki tədbirlərin
görülməsi davam etdirilmişdir.
Hazırda MMC-nin ümumilikdə 956 poçt şöbəsi (o
cümlədən, Bakı şəhəri üzrə 138, rayonlar üzrə 818) və 40 poçt
agentliyinin vahid şəbəkəyə
qoşulması təmin edilmişdir. Bunlardan 70 ədəd kənd poçt
şöbəsinin “Azercell Telekom” MMC-nin 3G xidmətinə
və 128 ədəd kənd poçt şöbəsinin isə “Aztelekom” İB-nin xDSL şəbəkəsi üzərindən
“Azərpoçt” MMC-nin mərkəzi
serverinə qoşulması təmin olunmuşdur.
PŞ-lərin “Azərpoçt” MMC-nin kompüter şəbəkəsinə
çıxışı “Azdatacom” şəbəkəsi
vasitəsilə təmin edilir.
Bakı şəhəri
2 saylı PF üçün yeni tikilən inzibati binaya Müştəri xidmətləri
şöbəsi köçürülərək ona yeni poçt
indeksi (AZ1017) verilmiş,
6 saylı PŞ-nin fəaliyyəti isə
yenidən bərpa olunmuşdur. Cari ilin mart-aprel aylarında
Masallı və Lerik rayonunun
poçt şöbəsi olmayan
Şatroba kənd sakinlərinə “Azərpoçt”
MMC-nin yeni xidməti olan səyyar poçt avtomobili vasitəsilə poçt
və maliyyə xidmətləri göstərilmişdir.
“Azərpoçt” MMC-nin müəssisələri texniki avadanlıq və istismar
materialları ilə mütəmadi
olaraq təmin
edilmişdir. “Azərpoçt”
MMC-nin Şirvan Regional Poçt
Filialının Avropa standartlarına uyğun olaraq tamamilə
yenidən qurulmuş Müştəri
xidmətləri şöbəsi vətəndaşların
istifadəsinə verilmişdir.
Şöbənin təntənəli açılış mərasimində
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da iştirak etmişdir. Yeni
yaradılan xidmət mərkəzinin bütün
dünyada regionlar
üzrə fəaliyyət göstərən poçt
müəssisələri sırasında analoqu
yoxdur. Hətta, bu xidmət
mərkəzi istənilən paytaxtın mərkəzi
poçtları ilə rəqabət apararaq
onları üstələyə bilər.
Ən
yüksək tələblər səviyyəsində tamamilə
yenidən qurulan Müştəri xidmətləri
şöbəsində müştərilərə yüksək
səviyyədə ən müxtəlif çeşidli
poçt və maliyyə xidmətlərinin
göstərilməsi, o cümlədən
məktub, bağlama və teleqramların, poçt pul köçürmələrinin
qəbulu və çatdırılması, poçt
markalarının satışı, sürətli poçt xidmətləri, dövrü
mətbuatın abunəsi və çatdırılması, kommunal xidmət haqlarının
yığılması, beynəlxalq sürətli pul köçürmələri, telefon danışıq və abunə
haqlarının ödənilməsi xidmətlərinin həyata
keçirilməsi ilə yanaşı, bank
və maliyyə xidmətlərinin göstərilməsi üçün şərait
yaradılmışdır.
Hazırda ölkədaxili
elektron kommersiya
bazarının inkişafı istiqamətində mühüm tədbirlər həyata
keçirilməkdədir. Belə ki, RYTN
tərəfindən İKT-nin inkişaf fondunun qrant vəsaiti hesabına ölkəmizdə dünya standarlarına uyğun
güclü elektron kommersiya platformasının yaradıması ilə
bağlı yeni layihə həyata keçirilir. Layihəyə əsasən bu platformada sifariş olunan malların
Azərpoçt MMC şəbəkəsi vasitəsilə müştərilərə
çatdırılması nəzərdə tutulur.
Yaxın aylarda
reallaşacağı gözlənilən bu
layihənin işə düşməsi ölkəmizdə elektron kommersiyanın inkişafına güclü təkan verməklə, ölkə
daxilində vətəndaşlarımıza İnternet
üzərindən alış-veriş etmələrinə əlverişli
şərait yaradacaqdır. Gələcəkdə bu platforma vasitəsilə
Azərbaycanda istehsal olunan
mal və məhsulların “Azərpoçt”
MMC şəbəkəsi ilə ölkə xaricinə pərakəndə
ixracı da nəzərdə tutulmuşdur.
Azərbaycanda poçt bazarı ölkə qanunvericiliyinə
əsasən tam liberallaşmış və
bu da respublika ərazisində RYTN-in
lisenziyası əsasında 40-dan çox
özəl poçt şirkətinin fəaliyyəti
üçün əlverişli şərait
yaratmışdır. Rəqabət mühitində fəaliyyət
göstərən Azərpoçt mövcud
bazarı əldə saxlamaq və onu genişləndirmək üçün
xidmətlərin keyfiyyətini ön plana çəkmişdir. Bunun nəticəsi olaraq 2014-cü ilin
yekunlarına əsasən “Azərpoçt” MMC sürətli poçt xidməti sahəsində yüksək
keyfiyyət göstəricilərinə görə ÜPİ-nin EMS Kooperativinin
qızıl səviyyəli sertifikatına səkkizinci dəfə
layiq görülmüşdür.
Digər bir qızıl səviyyəli
sertifikatı isə Azərbaycan Poçtu
ÜPİ-nin “Ünvanlanma
standartı” (S42 standartı) sahəsində tələbləri yerinə yetirdiyinə görə əldə
etmişdir.
Hər iki sertifikatın cari ilin aprel
ayında İsveçrənin Bern şəhərində
keçiriləcək ÜPİ Poçt
İstismarı Şurasının iclasında təqdim ediləcəyi
gözlənilir.
Son illərdə Azərbaycanda poçt xidmətlərinin
dinamik inkişafı və əldə edilmiş yüksək nailiyyətlər
ÜPİ rəhbərliyinin
ölkəmizə ciddi maraq göstərməsinə səbəb olmuşdur. ÜPİ Beynəlxalq
Bürosunun baş direktoru Bişar Hüseyn öz
çıxışında Azərbaycan poçtunun
ÜPİ-nin ən yaxın tərəfdaş
olduğunu bildirmiş
və digər poçt müdiriyyətlərinə
poçt-maliyyə xidmətləri sahəsində Azərbaycanın
təcrübəsindən bəhrələnməyi tövsiyə
etmişdir.
Vüqar ƏFƏNDİYEV,
Yeni Azərbaycan Partiyası
Səbail rayon “Azərpoçt” ərazi təşkilatının sədri
Xalq qəzeti.- 2015.- 8 fevral.- S.6.