“Kənd təsərrüfatı
ili”ndə etibarlı ərzaq təminatı
prioritet vəzifə kimi qarşıya qoyulmuşdur
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən rəhbərliyə gəldikdən sonra əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən olmuşdur. Ulu öndər respublikamızın daxili imkanları hesabına əsas ərzaq məhsulları ilə təminatına böyük önəm vermiş və bu istiqamətdə bir çox məqsədyönlü tədbirlər görülmüşdür. Dahi rəhbərin təşəbbüsü ilə hələ ötən əsrin 90-cı illərində MDB məkanında ilk olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin həyata keçirilməsi, həmçinin 2001-ci ildə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olunmuşdur.
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində hazırda ölkəmiz bir
çox strateji ərzaq
məhsulları üzrə tələbatını yerli istehsal hesabına
ödəyir, xarici ölkələrə
məhsul ixrac edir.
Dövlət
başçımız ərzaq təhlükəsizliyi ilə
bağlı müvafiq hökumət
qurumlarına daim xüsusi
göstərişlər verir və
qarşıda duran vəzifələri
müəyyənləşdirir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr
olunan konfransda demişdir: “Bu il ”Kənd təsərrüfatı ili" elan edilmişdir. Bu, bizim üçün prioritetdir. Gələcəkdə
kənd təsərrüfatının, sənayenin
inkişafı qeyri-neft sektorunun
əsas istiqamətləridir, həm struktur
islahatları aparılır, eyni zamanda, kənd təsərrüfatının
səmərəliliyinin artırılması üçün
tədbirlər görülür.
Ərzaq təhlükəsizliyi hər bir
ölkə üçün böyük önəm daşıyır. Biz sovet dövründə
özümüzü əsas ərzaq məhsulları
ilə təmin edə bilməmişik. Ona
görə yox ki, təmin
edə bilmirdik. Ona
görə ki, o vaxt - sovet dövründə
bir bölgü var idi. Azərbaycanda neft, ağır sənaye, neft-kimya,
pambıq, üzüm istehsalı və s. Ancaq o
vaxt heyvandarlığın o qədər də inkişaf
etməsinə imkan vermirdilər. Ona görə biz əsas ərzaq
məhsullarını Rusiyadan, Ukraynadan gətirirdik. Yəni, belə bölünürdü. Sovet
xalq təsərrüfatı sistemi belə idi. Ona görə müstəqilliyin ilk dövrlərində biz
idxaldan böyük dərəcədə
asılı vəziyyətə düşmüşdük.
Bu vəziyyəti dəyişmək üçün çox ciddi tədbirlər görüldü
və son illər ərzində biz ərzaq təhlükəsizliyimizi, demək
olar ki, təmin etmişik...".
Xatırladaq ki, bu gün
Azərbaycanda aqrar-sənaye kompleksinin 270 sayda məhsul üzrə balansı tərtib edilmiş, rəqabətqabiliyyətliliyinin üstünlüyünün qiymətləndirilməsi
modeli yaradılmışdır. Model üzrə aparılmış hesablamalar göstərir ki,
respublikamızın həm bitkiçilik,
həm də heyvandarlıq məhsullarının əksəriyyəti
beynəlxalq rəqabət üstünlüyünə malikdir. Bu rəqabətqabiliyyətliliyi reallaşdırmaq məqsədilə
ölkədə müxtəlif
aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi,
dövlətin subsidiya, kredit,
maliyyə və digər dəstəklərindən səmərəli
istifadə, istehsal, bazar
və sosial infrastruktur
sahələrinin inkişafı, müasir
yemçilik müəssisələrinin
yaradılması, maarifləndirmə, elmi
və kadr təminatının
yaxşılaşdırılması üzrə təklif və
tövsiyələr hazırlanmışdır. Kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı zəncirində kompleksliliyin
təmin olunması maya dəyərinin
azaldılması, əlavə dəyərin
artırılması, sosial rifahın
yüksəldilməsi və nəticədə rəqabətqabiliyyətliliyin
artırılması baxımından çox
vacibdir.
Azərbaycan
Prezidentinin 25 avqust
2008-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair
Dövlət Proqramı” da
qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin
təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, ötən müddətdə Dövlət Proqramının
icrası mühüm nəticələr əldə
edilməsinə səbəb olmuşdur. Adı çəkilən Dövlət Proqramında
əkinə yararlı torpaq sahələrindən
səmərəli istifadə olunması, bitkiçiliyin,
xüsusən taxılçılığın, meyvəçiliyin,
tərəvəzçiliyin, üzümçülüyün,
heyvandarlığın, o cümlədən
ət və süd məhsulları
istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi ölkədə
ərzaq məhsullarının istehsalında artıma və hər
bir ölkə vətəndaşının
keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına
tələbatının tam ödənilməsinə
şərait yaratmışdır.
Fikrimizin təsdiqi kimi bəzi
faktlara diqqət yetirək. Dünya
Bankının məlumatına əsasən, Dövlət
proqramlarının həyata keçirildiyi
son on il
ərzində dünya miqyasında kənd
təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə 48,9 faiz,
yəni dünya üzrə orta göstəricidən 17,1 faiz
bəndi artıq olmuşdur. Bu dövr ərzində ərzaq
məhsullarının artımı 18 faiz
olduğu halda, ölkəmizdə
bu göstərici 39 faiz
təşkil etmişdir.
Ötən
il isə kənd təsərrüfatının
ümumi məhsulunun faktiki
qiymətlərlə dəyəri 5,2 milyard
manat təşkil etmiş,
o cümlədən heyvandarlıq məhsulları
istehsalı 2,8 milyard manat
olmuşdur ki, bu da 2013-cü ilə nisbətən
3 faiz artım deməkdir.
Hesabat ilində meyvə-tərəvəz məhsullarının
ixrac həcmi qonşu
dövlətlərdə monetar sahədə
baş verən məlum hadisələrə
baxmayaraq, 291 milyon
ABŞ dolları və ya əvvəlki
illə müqayisədə 16,1 faiz çox olmuşdur. Bu dövr ərzində ölkəyə idxal olunan meyvə-tərəvəz
məhsullarının həcmi isə 25,2 milyon
ABŞ dolları və ya əvvəlki ilin müvafiq
dövrünə nisbətən 13,5 faiz az olmuş, o cümlədən natural
ifadədə meyvə idxalının həcmi 32,7 faiz, tərəvəz və bostan məhsullarının idxalının həcmi
47,3 faiz azalmışdır. Bu faktlar ərzaq məhsullarına
olan daxili bazar tələbatının ödənilməsində
yerli istehsalın rolunun
əvvəlki illə müqayisədə xeyli
artdığını göstərir.
Sadalanan rəqəmlər Azərbaycanda kənd
təsərrüfatına göstərilən sistemli
dövlət qayğısının bariz
ifadəsidir. Bu, həm də ölkə
iqtisadiyyatının nə dərəcədə
dayanıqlı olduğunu bir
daha göstərir.
Hesabat ilində fermerlərin istehsal
vasitələri ilə təminatında da
yaddaqalan nəticələr olmuşdur. Belə ki,
2014-cü ildə kənd təsərrüfatı
məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki
illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz
artmışdır. Son ildə
alınmış ümumi kənd təsərrüfatı
texnikasının 83 faizini, kombaynların
isə 79 faizini Avropa
ölkələrinin ən tanınmış şirkətlərinin
məhsulları təşkil etmişdir. Son on ildə ölkəyə
gətirilmiş və 50 faiz güzəştlə
lizinqə verilmiş iribuynuzlu
damazlıq heyvanların 25 faizi,
xırdabuynuzlu damazlıq heyvanların isə 67 faizi hesabat ilinin
payına düşmüşdür.
Beləliklə,
idxal qiymətlərinin azaldılması
ilə yanaşı, tətbiq edilən güzəştlərin
həcminin artırılması hesabına 2014-cü ildə
fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz
aşağı qiymətlə əldə etmişlər. Bu da
məhsulun maya dəyərini əhəmiyyətli
dərəcədə aşağı salmaqla
bərabər, onların gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə
müsbət təsir göstərmişdir.
Bundan əlavə, bitkiçiliyin
inkişafına birbaşa dəstək tədbirləri
çərçivəsində 2014-cü ilin
məhsulu üçün buğda və çəltik səpininə
görə 20,1 milyon manat,
əkin sahələrinin və çoxillik
bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor
yağlarına görə isə 51,8 milyon
manat
yardım verilmişdir.
Burada
bir məqama da diqqət yetirək. Hazırda ərzaq
təhlükəsizliyinin təminatında
strateji əhəmiyyəti
olan taxılçılıq
kənd təsərrüfatı
sektorunun aparıcı
sahələrindən biridir.
Bitkiçilik sahəsinə aid olan taxılçılıq
təsərrüfatı bütün
kənd təsərrüfatının
əsasını təşkil
edərək əhalinin
çörək və
çörək məmulatlarına
olan tələbatını
ödəməklə yanaşı,
həm də heyvandarlığın qüvvəli
və qaba yemə olan tələbatının ödənilməsində
mühüm rol oynayır. Ona görə də
taxılçılıq təsərrüfatının
inkişafına diqqətin
artırılması mühüm
məsələ kimi qarşıya qoyulmuşdur.
Mütəxəssislərə görə, məqsədə
nail olmaq üçün
vahid əkin sahəsindən yüksək
məhsul götürülməsi
və taxılçılıqda
elmi-texniki tərəqqidən
geniş istifadə olunması ön plana çəkilməlidir.
Hesablamalar göstərir
ki, yalnız məhsuldarlığın yüksəldilməsi
hesabına Azərbaycanda
illik taxıl istehsalını 2,8-3 milyon tona çatdırmaq
üçün real imkanlar
vardır. Bunun üçün əkin sahəsini 700-800 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektardan
4-4,5 tona çatdırmaq kifayətdir.
Ekspertlər hesab edirlər ki, taxıl istehsalının
artırılmasının əsas yolları fermerlərin tələbatına
uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq
becərmələrinin və
gübrə verilməsinin
səmərəli üsullarının,
optimal səpin müddəti
və normalarının,
yeni intensiv sortların təsərrüfatlara
tətbiqindən, keyfiyyətli
toxum materialından istifadə edilməsindən
və əkinlərin
xəstəlik, ziyanverici
və alaqlardan mühafizə olunmasından
ibarətdir. Göstərilən becərmə kompleksinə
daxil olan əhəmiyyətli tədbirlərdən
biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli səpin aparmaqla sağlam və kütləvi cücərtilərin
alınması məhsulun
yarısı deməkdir.
Prezident İlham Əliyevin
dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial
dayanıqlılığının başlıca şərtidir.
Bu
baxımdan, dövlət başçımızın respublikada əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatı məqsədilə
vaxtaşırı verdiyi
tapşırıqlar, tövsiyələr,
imzaladığı fərman və sərəncamlar, Dövlət
proqramları bundan sonra
da Azərbaycanın
ərzaq təhlükəsizliyinin təmin edilməsində
müstəsna əhəmiyyət kəsb edəcək və
qarşıya qoyulmuş vəzifələr
uğurla icra olunacaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2015.- 8 fevral.- S.2.